Татарский переводчик Узбекские песни

Песня «Son Mahnı»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Aradan illər keçir, amma sən pillə keç
Təmiz ol qaralanma
(Qaralanma)
Nə də yaralanma
(Yaralanma)
Hər sətrim qadağandır
Hər sətrim "qanqa" və "qara mamba"
Üz döndərib yaradan da
(Üz döndərib yaradan da)
Ən acı günlərimin müsafiriydin
Məndən biri idin
Qara mərmərlərə yazdım adını
Qara dəftərlərə də
(Qara dəftərlərə də)
Ölü yox, diri idin
Təki sən gəl deyə mən hər gün təngənəfəs
Mənim ürəyim son zəngində
Yenə o şəhər boz rəngində
Əbədi adımı poz qəlbindən
Hamıda ürək varsa məndə qəfəs
Yenə o dəniz sahillərindən
Bu qədər yorğun illərimdən
Məndə ömür qalmadı, səndə həvəs
Aradan illər keçir
Amma sən pillə keç təmiz ol qaralanma
(Qaralanma)
Nə də yaralanma
(Yaralanma)
Qara qəlblər içində qəlbim ən qara, (ən qara)
Qapqara qaralanda
Şeyriyyatla bol qeyd xarabamda!
İnsanlar məni dəli, qəddar etdi
Ya da həyat belə rəftar etdi (rəftar etdi)
Səhvlər etdim (səhvlər etdim)
Səni bu qədər dəyişkən qızıl
Gümüş, bər-bəzəklər, paltar etdi
Səhvlər etdin
(Səhvlər etdin)
Boyadım qara rənglərə boz şəhəri
(Boz şəhəri)
Hər tərəfi
(Hər tərəfi)
Hər səhəri
(Hər səhəri)
Dayanaq intiharın bir addımında
(Bir addımında)
Güllə vurum beynimə
(Beynimə)
Sən zəhər iç
(Acı olsa da birtəhər iç)
Aradan illər keçir, amma sən pillə keç təmiz ol
Qaralanma
(Qaralanma)
Nə də yaralanma
Hər sətrim qadağandır
Hər sətrim "qanqa" və "qara mamba"
Üz döndərib yaradan da
(Üz döndərib yaradan da)
Ən acı günlərimin müsafiriydin
(Gəl yenə qonaq)
Mənnən biri idin
(Yox səndən soraq)
Qara mərmərlərə yazdım adını
Qara dəftərlərə də
(Qara dəftərlərə də)
Ölü yox diri idin
Təki sən gəl deyə mən hər gün təngənəfəs
Aradan illər keçir
Hər adam dinləmir heç son mahnıları, ağrıları
Aradan illər keçir
Hər adam dinləmir heç son mahnıları, qorxuları

Другие песни исполнителя:

  • Şeiriyyatla bol qeyd xarabamda Sətirlərim zəhər karandaşım Qara Mamba Bir də qara banda haqqını tapdalasa Susmasan başın evə gedər salafanda! Burda belə yazılıb qanunları cəngəlliyin! Onlar adam ətindən kabab çəkir, xəngəl yeyir Eşidən qulağı kəsir, görən gözü çəngəlləyir Dostları dar ağacından asıb, sevgini əngəlləyir Hər kəsə sən gəl deyib Biz də səngərdəyik Ən dərin xəndəkdə biz İnanmadan inanclara Hədəfə çatmış kim? #OnÜç 5.45, 7.62 Qafiyəmin 15-i Şərqə çatır, 5 Qərbə! Eşitsin ASALA, P.K.K., Peshmerga! Bizdə MGT var! Yeni nəsil Difai! TAOW Qurdun Ordusunda hər kəs fədai Qaldırın temperaturu əlimdə əridim giliz NMD, Brony Bro, Karabin, Mərdümgiriz Sözlərimi itiləmişəm, dibinə qədər yonub salmışam! Mən Turana gedən yollarda donub qalmışam Sən elə bilirsən sən azadsan?! Yox, yox bu heç belə deyil Çünki, sən hər iki seçimə tabesən Birindən əl çəksən belə İkincidə onların seçimidir Onlar çox, çox əvvəl bizim yerimizə artıq seçim ediblər Sizin üçün artıq heç nəyin fərqi yoxdur Həmrəy olanlar gözümə dəyir həmrəng kimi Qollarım Dəmir Qapı Dərbənd kimi! Okaber epidemiya, vərəm, ruhi xəstəlikdi Dağıdır organizmi xərçəng kimi Yalana gerçək kimi görsənən kod vurular Mən isə həqiqəti məşəl edib od vururam! Tərsinə akkord vururam həyatın zərbələrinə Ən dərin yaralarıma yod vururam Ulduzlardan çox tanınan Karabin underground Mən Adolf Hitler, sevgilim Eva Broun Sindrom Down, Soprano, Supereme NTM Miri Yusifin Yarım Dünyası rekviemdi İnsanlıq sizdə qalsın, biz Qurda döndük! Mən üzsüzlüyü, ikiüzlüyü burda gördüm Əslində deyiləsi dastan qədər sözüm var idi Hərənizə 1-2 sətir yazıb, xırda-xırda böldüm Buralar cəngəllikdi elə bil Çunqa-Çanqa Xatirələrlə dolu idi Chilonzor, Ganga Çəkirəm bütün rəsmləri həyasız və çılpaq Boyalarım zəhər karandaşım Qara Mamba Mən sənə heç bir dünyanı vəd etmirəm Çünki bu həqiqətlərin içində çoxları dözə bilməyib Ya dəli adlandırılıb ya da, ya da ki, intihar Bağışla, amma əlimizdə olan budur
  • Tozlanmış gitara, bir qutu maxorka, skripka, pionina Qarışır xatirələr, rəsmlər, fornarina Barışır bəxtsiz ömrü ilə İzolda Bu son qəmgin not, ritm, qəmli saksofon Nostalji günlərimdə don epizod kimi Bacarırsansa yandır nifrətimi yandır od kimi Mən yandırdım, sındırdım səndən qalanları Sevdiyin yalanları, unutdum olanları Səslər məni melodiyalar, uzanmış çox qısa yolla Sən akvarellərin yaratdığı cazibədar İzabella Zərif okapella, amma daxilən iblissən Məni həyatından tulla, çünki daxilən iblissən Həyatıma iz sən buraxdın, mən axtardım, darıxdım Yıxılmış ümidlərimi qurdum, yenidən yıxdım Çıxdım vəziyyətdən, amma halım özümdə deyil Həyatım zibil, sevdiyim xəyalım özümdə deyil Bu sənin rekviemin, fərqi yox, ya da mənim Qazandığım tək sənsizlik bu dünyada mənim Kürəyimə vurduğun xain zərbələr Ürəyimə qurduğun mərtəbələr yıxıldı Yox oldu
  • İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Üzdən sığınacaq tapıb içdən talanırdılar Hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım Millət acından qan qusanda mən milyonlar yığırdım Mən çıxırdım bərəkət üstündən, əzirdim, basırdım Kiminsə xəbəri yox, mən günahsızları asırdım Yazırdım yuxarılara ki, qonşum millətçi şairdir Dilini kəsin, qələmini qırın, o, buna layiqdir O yazır həqiqətləri, mən isə gizlədirəm O sevir azadlığı, mən isə istəmirəm Mən satıram qadınları, orqanları, torpaqları Ətrafıma yığıram yaltaqları, qorxaqları Yazmışdı son məktubunda vətən xaini İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Əslində alçaq biri idim, məni dahi sanırdılar Mən qatdım haramı halala ki, heç nə günah sayılmır Siğədən nə qədər uşaq öz atasını tanımır Silah alveri, sektalar və bir sıra məsələlərdir Ən yaxşı narkotik İslam ölkəsindən gələrdi Fəlakətlər, faciələr, kütləvi qırğınlar Bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar İnsanlar boğulur kədərində, batır qəhərində Mənə təsir etmirdi fəryad çadır şəhərində Əllərim qana batıb, qatı cinayətkar, cani İntihardan qabaq yazmışdı son məktubunda vətən xaini