Татарский переводчик Узбекские песни

Песня «Sen»
исполнителя Nuri Serinlendirici.
Скачать или слушать онлайн

Текст песни:

Qızım, sənsiz olmasın bir günüm
Əzablarla dolar ömür
Sənsən mənim ətirli gülüm
Qızım, yer üzündə gözəllər çox
Sənə bənzər bir gözəl yox, bir mələk yox
Qızım, qurban olaram səsinə
Qulaq asım nəfəsinə
Sil gözünü, ay üzünü, gül üzünü

Nəqərat
Sən nə qədər böyüsən də
Mənim gözümdə hər zaman
Uşaq kimi qalacaqsan
Məni başa düşəcəksən
Nə vaxt ki sən özün övlad sahibi olacaqsan

Qızım, sən atanın dünyasısan
Həyatımın mənasısan
Hər gecəmin şirin röyasısan
Sənə hər an Allahım olsun yar
Ürəkdə arzularım var, diləyim var
Səni aylar, illər ötüşəcək,
Bu gün yadına düşəcək,
Xatirələr görüşəcək

Nəqərat
Sən nə qədər böyüsən də
Mənim gözümdə hər zaman
Uşaq kimi qalacaqsan
Məni başa düşəcəksən
Nə vaxt ki sən özün övlad sahibi olacaqsan

Aylar ötər, illər keçər
Və elə bir gün gələr ki
Yanında mən olmaram
Dualarını eşidib
Yuxularına gələrəm
Səndən nigaran qalmaram

Nəqərat
Sən nə qədər böyüsən də
Mənim gözümdə hər zaman
Uşaq kimi qalacaqsan
Məni başa düşəcəksən
Nə vaxt ki sən özün övlad sahibi olacaqsan

Bəlkə də indi sən məni dinləyib gülümsəyirsən
Atam yenə kövrəlib deyə düşünürsən
Amma bir gün sən də övlad sahibi olacaqsan
Bax o zaman məni anlayacaqsan qızım
Qızım, unutma ki sənə canını fəda edəcək qədər çox sevən bir ailən var

Другие песни исполнителя:

  • Sən elə bir anda gəldin həyatıma Məni tənhalıqdan aldın götürdün Çox şükür ki, Rəbbim səni yazmış ömrümə Mən ömürlük sevgi gətirdin Nə qədər həyatım davam etsə O qədər sevərəm... Çağır ömrünə həmdəmin olum Gələrəm gələrəm... Sэndən ayrı qalsa dəyişər bu həyat Mənə sənsiz bir ömür gərək deyil Sən sevgi gətirdin gəlişinlə ömrümə Sevən ruhumdu ürək deyil...
  • Gəl, yanıma gözləyirəm gəl əzizim, Ver, əlini mahnımız səslənir bizim, Bax, gözlərimə tək səni görsün gözüm... Bir ömür boyu, istərəm səni, Tək mənim ol, hərşeyim ol, can yoldaşım... Xoş günümdədə, dar günümdədə, Tut əlimi, sar belini can yoldaşım... Mən sənə görə, könlümü qurban verərəm, Yanımda olmaq üçün... Mən sənə görə, sən harda olsan gələrəm, Yanımda olmaq üçün... Qəlbimə yazdım adını, Həyatımın qadını, Sən mənim göz bəbəyimsən... Sən, öz qəlbimi necə vermisən mənə? Al, bu ürəyim əmanət olsun sənə, Biz, sevgimizi yaşadacağıq yenə...