Татарский переводчик Узбекские песни

Песня «Qazi Gelir»
исполнителя Aqşin Fateh.
Скачать или слушать онлайн

Текст песни:

Çəkilin qazi gəlir,Allah razi,gəlir
Yolunda qurban kəs,ver nəzir niyazi gəlir
İtirib əlin qolun,ayağlarını ancaq ki
Düşmənə verilməyən bütöv bir ərazi gəlir
Çəkilin qazi gəlir

Bu həmin qazidirki verdi iki gözlərini
Vətənin tarixinə qanla yazıb sözlərini
Elə dərinnən atıb ki Şuşada izlərini
Ayağın öpməyə quyruğ buluyan tazı gəlir
Çəkilin qazi gəlir

Ona hər şey fədadır
Bir ovuc torpağı çəkdilər ki bir can elədi
Həyatda ən dəyərli şey ki canın sağlıdır
Bu adamlar onu bu millətə qurban elədi

O həmin qazidir ki şəhidlik arzusundadır
Ağlayır halına yox,dostları şəhid düşüb
Bir gecə qəfil oyanmış yuxudan ağlayaraq
Ki şəhid dostu gəlib yuxuda şəhidnən görüşüb
Çəkilin qazi gəlir

Bir vaxtı ayağ yalın yurdunu o tərk eləyib
Ruhunu lay-lay yox güllə səsinnən bələyib
Qayıdıb yerlə göyü nərəsiylə silkələyib
Səsi haqdır harayınnan quran avazı gəlir

Bu həmin qazidir ki, atəş onda sovuşmuyub
Vətənin dar günündə lazımammı soruşmuyub
O tərif mükafatlar üçün vuruşmuyub
Beşiyinnən ona sancılmış alın yazı gəlir
Çəkilin qazi gəlir

Çəkilin qazi gəlir,üstündə vətən torpağı
O həmin torpağın üstündə bitən bir çiçəkdir
Sağlığını verdiyi torpağda vətən bayrağı var
Qazilər keçmişdir,bu gün ki gündür,gələcəkdir

Çəkilin qazi gəlir,yolunda çiçək səpin
Aldığı güllə yarası bu millətin ürək dağıdır
O sarğılar ki bağlanıbdır onun yaralarına
Həmin ol qanlı sarğılar qeyrət bayrağıdır
Çəkilin qazi gəlir

Mübarizin Poladın yerni yağıya verməyəcək
Qulağında Xudayarın səsi səsi var getməyəcək
Bəlkədə günəş nuru birdə gözü görməyəcək
Xarı-Bülbül gülünün xəyalında nazı gəlir

Vətən uğrunda ölənlər ölü olmaz,diridir
Çün şəhadet kişinin qeyrətinin təsiridir
Qarabağ məmləkəti,möcüzələrdən biridir
Görməyənlər daha görmekçün o ecazi gəlir
Çəkilin qazi gəlir

Другие песни исполнителя:

  • Kalbim diyor, "Gitsem yine ayağına" Akıl diyor, "Düşme onun belasına" Bi' dur bu sevgi çok vurur, ziyan Kalbim diyor, "Gitsem yine ayağına" Akıl diyor, "Düşme onun belasına" Bi' dur bu sevgi çok vurur, ziyan Nədir bu qəmli halların? Boğur məni sualların Qonaq gəlir xəyalların Aman, aman, aman Akıl dursa ayak gider Kalbim ondan önde gider Düşünceler uzak gider, uyan Ürək deyir, "Gedim yenə ayağına" Ağıl deyir, "Düşmə onun sorağına" Dayan bu sevgi çox vurur, ziyan Kalbim diyor, "Gitsem yine ayağına" Akıl diyor, "Düşme onun belasına" Bi' dur bu sevgi çok vurur, ziyan Son kez bari bakıp gitsem Yüreğime sıkıp gitsem Bırakmaz ki çıkıp gitsem (bırakmaz ki) Dayan, dayan, dayan O son görüşdə gülməyim Dönüb getmək istəməyim Səni sevmirəm deməyim Yalan, yalan, yalan Ürək deyir, "Gedim yenə ayağına" Ağıl deyir, "Düşmə onun sorağına" Dayan bu sevgi çox vurur, ziyan Kalbim diyor, "Gitsem yine ayağına" Akıl diyor, "Düşme onun belasına" Bi' dur bu sevgi çok vurur, ziyan