Çəkilin qazi gəlir,Allah razi,gəlir
Yolunda qurban kəs,ver nəzir niyazi gəlir
İtirib əlin qolun,ayağlarını ancaq ki
Düşmənə verilməyən bütöv bir ərazi gəlir
Çəkilin qazi gəlir
Bu həmin qazidirki verdi iki gözlərini
Vətənin tarixinə qanla yazıb sözlərini
Elə dərinnən atıb ki Şuşada izlərini
Ayağın öpməyə quyruğ buluyan tazı gəlir
Çəkilin qazi gəlir
Ona hər şey fədadır
Bir ovuc torpağı çəkdilər ki bir can elədi
Həyatda ən dəyərli şey ki canın sağlıdır
Bu adamlar onu bu millətə qurban elədi
O həmin qazidir ki şəhidlik arzusundadır
Ağlayır halına yox,dostları şəhid düşüb
Bir gecə qəfil oyanmış yuxudan ağlayaraq
Ki şəhid dostu gəlib yuxuda şəhidnən görüşüb
Çəkilin qazi gəlir
Bir vaxtı ayağ yalın yurdunu o tərk eləyib
Ruhunu lay-lay yox güllə səsinnən bələyib
Qayıdıb yerlə göyü nərəsiylə silkələyib
Səsi haqdır harayınnan quran avazı gəlir
Bu həmin qazidir ki, atəş onda sovuşmuyub
Vətənin dar günündə lazımammı soruşmuyub
O nə tərif nə mükafatlar üçün vuruşmuyub
Beşiyinnən ona sancılmış alın yazı gəlir
Çəkilin qazi gəlir
Çəkilin qazi gəlir,üstündə vətən torpağı
O həmin torpağın üstündə bitən bir çiçəkdir
Sağlığını verdiyi torpağda vətən bayrağı var
Qazilər keçmişdir,bu gün ki gündür,gələcəkdir
Çəkilin qazi gəlir,yolunda çiçək səpin
Aldığı güllə yarası bu millətin ürək dağıdır
O sarğılar ki bağlanıbdır onun yaralarına
Həmin ol qanlı sarğılar qeyrət bayrağıdır
Çəkilin qazi gəlir
Mübarizin Poladın yerni yağıya verməyəcək
Qulağında Xudayarın səsi səsi var getməyəcək
Bəlkədə günəş nuru birdə gözü görməyəcək
Xarı-Bülbül gülünün xəyalında nazı gəlir
Vətən uğrunda ölənlər ölü olmaz,diridir
Çün şəhadet kişinin qeyrətinin təsiridir
Qarabağ məmləkəti,möcüzələrdən biridir
Görməyənlər daha görmekçün o ecazi gəlir
Çəkilin qazi gəlir