[Bənd 1]
Küləyin dalğaları saçlarımda tərpənir
Gözyaşların həsrəti kirpiklərdə gizlənir
Dənizin dalğaları yuyur bütün izləri
Sənli xatirələrim yaddaşımda gizlənir
[Nəqərat]
Yox olum, gedim ən dərinə
Yoluxum yenə hisslərinə
Toxunum yenə nəfəsinə
Başqa birini istəmirəm
[Keçid]
Leysan yağış ol, yağ kədər
Saysan, dərdlərim dağ qədər
Bax mənə, bax mənə
Heç nə sağaltmır vaxt qədər
Leysan yağış ol, yağ kədər
Saysan, dərdlərim dağ qədər
Şübhələr hissləri ləkələr
Bəlkə mən, bəlkə də, bəlkələr
[Nəqərat]
Yox olum, gedim ən dərinə
Yoluxum yenə hisslərinə
Toxunum yenə nəfəsinə
Başqa birini istəmirəm
[Keçid]
Leysan yağış ol, yağ kədər
Saysan, dərdlərim dağ qədər
Bax mənə, bax mənə
Heç nə sağaltmır vaxt qədər
Leysan yağış ol yağ kədər
Saysan dərdlərim dağ qədər
Şübhələr hissləri ləkələr
Bəlkə mən, bəlkə də, bəlkələr
[Nəqərat]
Yox olum gedim ən dərinə
Yoluxum yenə hisslərinə
Toxunum yenə nəfəsinə
Başqa birini istəmirəm
Mən səni gözlədim hər gün, hər gecə
Qəlbimdə ağlayan məhəbbət ilə
Mən səni gözlədim hər an beləcə
İçimdə üşüyən bir həsrət ilə
Gözümdə saralan qəmli eşqimi
Sənin baxışların əlimdən aldı
İçimdə hönkürən duyğularımı
Bir dəli məhəbbət tilsimə saldı
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Mən səni gözlədim sonsuz səhrada
Ürəyim od tutub yanana qədər
Mən səni gözlədim qarlı baharda
Bu həsrət bir vüsal olana qədər
Həsrətim gözümün gölündə üzdü
Dənizdə çırpınan dalğalar kimi
Ləpələr eşqimi sahilə düzdü
Yarpaqdan asılan damlalar kimi
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Olana qədər
Mən səni gözlədim yol ayrıcında
Küləklər könlümü alana qədər
Mən səni gözlədim sevən qəlbimdə
Məhəbbət bir nəğmə olana qədər
Külək əsir nə amansız!
Yalanları üzə vuraraq
Üzülməyim çox mənasız
Qayalardan möhkəm olaram
Ürəyimdə qəm-kədər keçib gedər
Olacam möhkəm, gələr, gedər
Gözlərimdə qəm-kədər keçib gedər
Səhərə qədər keçib gedər
Yağış dayanmır dünəndən
Gün çıxacaq yenidən mütləq
Xəbər verib ürəyimdən
Yaşayacam yeni ümidlə
Ürəyimdə qəm-kədər keçib gedər
Olacam möhkəm, gələr, gedər
Gözlərimdə qəm-kədər keçib gedər
Səhərə qədər keçib gedər
Ürəyimdə qəm-kədər keçib gedər
Olacam möhkəm, gələr, gedər
Gözlərimdə qəm-kədər keçib gedər
Səhərə qədər keçib gedər