Татарский переводчик Узбекские песни

Песня «Laçın»
исполнителя Sevda Ələkbərzadə.
Скачать или слушать онлайн

Текст песни:

Araz axar su ilə,
Dəstə-dəstə gül ilə,
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə

Ay Lacın, can Lacın,
Mən sənə qurban Lacın...

Bağçaların barı gül,
Yarı göncə, yarı gül,
Gec acldın, tez soldun,
Açmayaydın barı gül,

Ay Lacın, can Lacın,
Mən sənə qurban Lacın...

Yeri-yeri küsən yar,
Yeni eşqə düşən yar,
Elçiləri qırılmış...
Özü elçi düşən yar!

Ay Lacın, can Lacin,
Mən sənə qurban Lacın...

Другие песни исполнителя:

  • Bilməm, bu nazənin kimin istəkli yarıdır? Bilməm, bu nazənin kimin istəkli yarıdır? Ya hansı bəxtiyarların bəxtiyarıdır Açdıqca gül cəmalını, ellər fərəhlənir Guya gözəllik aləminin novbaharıdır Dünya bu nazənin mələyin həsrətin çəkir Dünya bu nazənin mələyin həsrətin çəkir Xəlqin sevimli afəti, həm şəhriyarıdır Qan etmə, saqi, bağrımızı, badə tez gətir Qan etmə, saqi, bağrımızı, badə tez gətir Götür, qədəhləri gecəmiz keçdi yaridən Hər kim deyirsə, sevmə bu rəna gözəlləri Hər kim deyirsə, sevmə bu rəna gözəlləri Bilmir ki, sevgi aləmi biixtiyarıdır Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər Biçarə Vahidin bu qəzəl yadigarıdır
  • Ah, ürəyim daş oldu Şər mənə qardaş oldu Sən ki, gəlmədin Kədər, qəm mənə yoldaş oldu Gözlərim gözyaşı oldu Ürəkdə savaş oldu İstədim bir unudam Min cürə yaddaş oldum Gəl, qayıt, qurban olum Açılsın əlim qolum Yenidən bu dünyada Ən xoşbəxt qadın olum Keşməkeşli yol idi Döngələrlə bol idi Birində döndüm sağa Sən demə, sol idi Yaxşı axtaran tapar Öz muradına çatar Sevda çətin olsa da Birdi Koroğlu, Nigar Qayıtdın, qurban olum Açıldı əlim qolum Yenidən bu dünyada Ən xoşbəxt qadın oldum Qayıtdın, qurban olum Açıldı əlim qolum Ən xoşbəxt qadın oldum
  • Dedim: "Ey gül, böylə sallanma Burda belə yaxşı var, yaman var" Dedim: "Ey gül, qadan mən allam" Dedi: "Səbr eylə, zaman var, ay zalım" Dedi: "Səbr eylə, zaman var, ay zalım" Gözəllər bağı gəzərlər Ömrümü-günümü üzərlər Bir o yandan, bir bu yandan Burda belə bir qaşı-kaman var, ay zalım Burda belə bir qaşı-kaman var, ay zalım
  • Külək əsir nə amansız! Yalanları üzə vuraraq Üzülməyim çox mənasız Qayalardan möhkəm olaram Ürəyimdə qəm-kədər keçib gedər Olacam möhkəm, gələr, gedər Gözlərimdə qəm-kədər keçib gedər Səhərə qədər keçib gedər Yağış dayanmır dünəndən Gün çıxacaq yenidən mütləq Xəbər verib ürəyimdən Yaşayacam yeni ümidlə Ürəyimdə qəm-kədər keçib gedər Olacam möhkəm, gələr, gedər Gözlərimdə qəm-kədər keçib gedər Səhərə qədər keçib gedər Ürəyimdə qəm-kədər keçib gedər Olacam möhkəm, gələr, gedər Gözlərimdə qəm-kədər keçib gedər Səhərə qədər keçib gedər