Ürəyimin içində gizli sevgi bəslədim
Günlərin bir günündə o sevgini səslədim
Əl uzatdım, gəlmədi, ürəyimi bilmədi
Gizli eşqim ağladı, qara bəxtim gülmədi
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Dünya mənim olsa da, ürəyimi ovutmaz
Xəyallar qayıtsa da, ötən anlar qayıtmaz
Aləm mənim olsa da, ürəyimi ovutmaz
Gözümdə eşqin qəmi zülmət edər aləmi
Gecə-gündüz axtarar itirdiyi həmdəmi
Hər kəsin öz vaxtı var, hər kəsin öz bəxti var
Gecikməyin sevməyə, nə də ki, sevilməyə