Татарский переводчик Узбекские песни

Песня «365 Gün»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

İlk baxışlardan artıq illər keçir
Fərqi yoxdur kimsən sən, fərqi yox nəçi
Kimlər özünə əyləncə, kimlər həyat seçir
Kənardan parlaq görünür, amma boşdur içi
Arada ömür fərqi, bir neçə yaş fərqi
Bir neçə dəqiqə keçdi, vurdu qəlb zəngi
Oldu qəlb zəngin sevgiylə dolub daşan
Əzab versə də sonradan başlanğıcı unudasan
Əl-ələ verib gəzdilər dünyanı kiçildərək
Bəzən qaçıb gizlənərək, bəzən əylənərək
Ya sevgi almışdı ağlı, ya yox idi əvvəldən
Bu eşqi yaşayırdı hər hüceyrəsiylə bədən
Onların hekayəsi macərayla dolu hər gün
Soyuda bilmirdi nə payız, nə də qış qəlbi
Dəyişdi hər şey eşidiləndə bir gün
"Sabahın xeyir, Nil, dünyaya xoş gəldin"
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sabahın xeyir, Nil, soyuq səhərlər geridə
Bu bahar daha isti, bu bahar tək deyilsən artıq
Yaşananlar sadəcə xatirə
Bir neçə səhv addım və dəydi arzular yerə
Ayırır böyük şəhərləri kiçik vaqonlar
Ayırır böyük sevgiləri bəzən poqonlar
Birgə qurulan ev tək qorunmaz heç vaxt
O elə bilirdi qəlb sevgidən yorulmaz heç vaxt
Yadında hava limanı, yadında qandallar
Göz yaşı ilə oxuduğu məktubları yandırmaq
Dünyaya qarşı çıxmaq saf hisslərdən ötrü
Gözləriylə qəhrəmanın təslim olmağın gördü
O bilir tərk edən bəzən ən çox sevdiklərindir
Bu həyat qapını vaxtında çırpıb gedə bilənindir
Çətin sağalda mahnılar yaralar çox dərin
Dünya artıq onların deyil, dünya təkcə Nilindir
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən saçlarınla gizlə məni
Ölümə getsən də səslə məni
Unudacaqsansa sevmə məni
Qoy tək qalım əbədi
Sən günəşdən
Gizlə məni, gizlə məni
Səslə məni
Sevmə məni
Sən günəşdən
Gizlə məni, gizlə məni
Səslə məni, səslə məni
Sevmə məni, sevmə məni

Другие песни исполнителя:

  • Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq?! Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?! Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?! Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?! Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında bacarsan düz dur Həyat verir, alır, elədiklərin qayıdır bu düstur Səhnələr satılıb artıq, qələmə kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras, itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost vitrində, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub, niyə pisə çevrilirik axırlarda? Görəsən, peşamandırmı yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?! Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə
  • H.O.S.T, H.O.S.T Bir daş altda, bir daş üstdə Qabağa getmək üçün denən "Baş üstə!" Fərq eləməz günahlı, günahsız Quru altda yanacaq bu ocaqda yaş üstdə Elə hey deyilir "Biz belə görmüşük" Amma kimdən? Bilinmir Küçələrə dağılan zir-zibilin, küləyin də Səbəbkarı mənim dilimdir Nə qədər dərddən, sərdən yazacaq bu qələm?! Yazılanlar da silinmir Gecə səhərəcən yuxusuz qal, otur Yaz, sonra təzədən yaz Çox dərindir, çox dərin getmə, gələr vadalaz Biz saf, təmiz, ləkə yaramaz Nə günah var balansımızda Nə də ki, düzgün ibadət və namaz Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Sənətdən pul çıxsın deyə, gərək ki, dal yelləsin Ya da ki, neqr tərzi iynə beyinə mal göndərsin Sevimli iş hobbi, vəzifə zəhlə tökən Bu gündən mən də adminəm, ləqəbim isə Əttökən Tısbağa pul qazandı, birdən oldu bərkgedən Kimlərdir başını yellədən? Kimdir dərk edən? Beyinə həkk edən, sovet düşüncələrinə Addımlarına əminlik qat, əl çək bu bəlkədən! Çıx bu kölgədən, qır divarları! Tapdaq altda qaldı beyin barları! Yatdı qaldı, qalxdı guya faydadır And-aman, çoxunun beyni tumandadır Haraya addım atasan ki, qaldıranda iy götürməsin?! Bu küçələr izini bizə ötürməsin! Fəth et, get Himalay dağların Bizi hirsləndirməkdən daha asan Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Yenə də duy məni, repeat-ə qoy məni Takta düş, repi tut sonra duy məni! Stereo səs, bass! Tape-də qur məni! Şprisə doldurub, damara vur məni! Hətta iliyimin içində nifrətim Kəllə sümüyünü sözümlə tərpədim Kütlə küt yoxsa ağıllı, var fərqi?! Beynivi qafiyələrlə kirlədim Şəhərdə onundan beşi - Kurtlar Vadisi tipi Vidi, görünüşü, kostyumu xarici Duruş, baxış sanki dünyanın sahibi Biz kölə, amma yazırıq tarixi Düz yol itir, döngələr qalır Yenə kölgədə bölgələr qalır Hər yer tüstü, bütün şəhər yanır Bütün qızlar, oğlanlar yanır Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart! Qaşını düzəlt, gözünü çıxart! Astara var, sən üzünü çıxart! Biz deyə bilmirik duraq qıraqda Sən gəl bura layiq sözünü çıxart!
  • Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır (Nə isə) Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda Gələcəyi üçün insan keçmişini körpüdən atır Bir gün ölkədən qaçıb, azmaq idi arzum Elə bilmə səni yaddaşdan pozmaq idi arzum Artıq donub əlləri, güclə dayanıb Cek İstəmədim batan gəmidə çalım violonçel Ömrü bizim ömrümüzdən uzun bəstələrim var Dərinlikdən qaça bilməzsən qayıqla ancaq Zaman tunelində ilişib qalanlara pis xəbərim var! Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq Həyat gedir dediyin anda birdən vaxt sancar Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan Dinlə bu gecə təkcə məni Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək Qalacan rəflərdə özünəməxsus yerdə Özünəməxsus tərzdə hərdən yada salıb Bakı, sənin xislətin bizi bir birimizə baha satır Xatirəsi ağ qara şəkillər olan son nəsil bizik "Happy End"lə bitməyən hər bir son əzir bizi Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır Dünən qibləmiz manat idi, bu gün dollar artıq Mən səni tərk etmədim (yox, yox), seçim etdim Artıq illərdir ki, bu yarımadada həyat dustaq Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi Doğum yeri qalır eyni, necə gözlərimin rəngi Yollarını əzbər bilsən də yolunu azdıran şəhər Mənə, məni "mən" etmiş mahnılarımı yazdıran şəhər Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm Kaş, gözlərdən axan yaş olaydın Kaş, getməyəydin birgə yaşlanardıq Son kəs bu döngələr səni səslər Gəl, gözləyərəm Gözləyərəm Gözləyərəm
  • Əziz atam və anam, sağ olun ki, böyütdünüz məni Mən ola bilərdim indi küçədə dilənənlərdən biri Döşəməsi soyuq mərmərdən yığılan kobud şəhərdə Deyiləm sevinənlərdən ki, növbəti gün oyanıb diri Mənim uşaqlığım keçdi də müharibə illərində Həyətdə oynayanda valideynlər çörək növbələrində Susuz günlər çevrilirdi su daşıma əyləncəsinə Ala biləcəyim hər dərdə göstərdiniz hamıdan öncə sinə Əziz atam və anam, siz bəzən dalaşırdınız Gözümü yumub, qorxub istəyirdim evdən qaçmaq Siz mənə bilmədən bəlkə də göstərdiniz həyatın üzün Mən hələ də bilmirəm nədir spirtli içkinin qapağını açmaq "Böyüyüb soyuq biri olacam" - deyib bərk qucaqlamaq Uşaqlığa qayıtmaq bir neçə dəqiqəlik heç olmasa Həyatda qırdığın qəlbləri geri qaytarmaq ki, sonra Başdaşını qucaqlayıb "Bağışla" demək gec olmasın Əziz atam və anam, sizə deyiləcək sözüm çox Mənim uşaqlıqda az olub oyuncağım, amma gözüm tox Çətin vəziyyətlərdə düzgün addım atmağı öyrətdiniz Mənə görə təvəllüd göstərmir insanın böyüklüyünü İçimə qapandım illərlə, azaldı səsim, küyüm Alışıb yansam, bu torpağa istəmərəm tökülsün külüm Məni isidərsən, gülüm, mahnılar olmayanda Bu şəhər yaman boş görünür insanlıq olmayandan Əziz atam və anam, siz günahkar deyilsiniz Bir dənə çirkli yağışa görə buludlar ola bilməz cavabdeh Bir qurtum su istəyəndə bir okean verirsiniz Dilənçi yaxşı görər sevgi hərdən isitməz, əzab verir Həqiqət qorumaqdırsa ailəni, vətəni, evi Gənclik vəfasız quş kimi əylənib, tükənib gedir Qalır təkcə insanlıq qışda sadiq sərçətək O heç vaxt uçmayacaq, gəl bir ömürlük mərc edək
  • Mən söz vermişdim bir gün böyüyəcəm Hamı kimi olub hamıdan da seçiləcəm İki uşaq atası, sevimli ər olacam Evdə axşam, işdə hər səhər olacam Məktəbimi bitirəcəm hamısı "beş"lə İnstituta gedəcəm altımda "X5"lə Tələbə həyatı, dost tanış hər dəfə Həftədə bir dəfə gələcəm gec evə Beləcə həyatım keçəcəy plana uyğun Dərdsiz, problemsiz, ama durğun Yaxşı iş, əsl kişilərə uyğun Anam deyirdi vaxt gələr ki, eşidərəm uğurun Buna doğru gedirdi hər şey, dörd sinif əlaçı Yolu açıq bu uşağın həmişə Cəmiyyətə qoşulub gedim normal həyat yolunu Və məni incitməz heç vaxt həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı İllər keçdi, zərbələr gəldi dalbadal Yollarımı dəyişdim hədəfimə çatmadan Bir insan kimi, yaşamağ istədim Amma həyat itələdi həqiqətə varmadan Yüksək balla qəbul oldum, amma nə fayda Müəllimlər rüşvət istəyirsə əgər hər ayda Kimsə gəlir dərsə şoferiylə, mən metroyla Ədalət oyuncaq imiş, əlivə götür oyna Dərsdən çıxıb işə gedirdim, işdən isə studya Tanışım yoxsa deməli yaxşı peşə bir illüziya Sevgili tapmaqla problem tapmaq eynidi Smslər bahalı hədiyyənin yerini vermirdi Xoşbəxtlik sevmirdi varlı olmayanları Həyat sevirdi ancaq bu həyatdan doymayanları Cəmiyyət tapdaladı normal həyat yolunu Və məni sildi hesabdan bu həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam Qaydalarımı başqası yox, mən qoymuşam Cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq Keçdi vaxt, indi bax, Orxan yox Aid olmuşam Yaxşı ki, doğulmamışam milyoner ailəsində Alın təriylə nəyisə qazanmaq nədir bilməzdim Yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində Gecə maraqçün qəbirstanlığa gedə bilməzdim Universitetə əgər getsəydim şoferimlə Metronun qabağında o qızı o gün görməyəcəydim Ərköyün böyüyüb, yıxılmaq nədi bilməsəydim Qalmağın çətin, amma zövqlü olduğunu bilməyəcəydim Qalstuk taxıb əgər ciddi işdə işləsəydim Kapüşon taxıb konsert vermək nədi bilməyəcəkdim Cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu Mənim xeyrimə bitməzdi onda həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı