Татарский переводчик Узбекские песни

Песня «Ürəyimin Səsi»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

[Bənd 1]
Bir gün vurulursan, həyatın dəyişir
Ağlın tərk edincə qalır hər işin yarımçıq
Bir həyat, bir oyun, bir dərs...
Davamlı üzüntü gəlir, sevgi tez bitərsə

Və hər səhər səvərsən yazıb, oyadıb
Payız xəzanı rənginə yazı boyadıb
Dəyişirsən hər günün adını o daşıyır
Gülüşünə hər gün inadın “yoldaş” deyir

Qaçacaqsansa ilk görüşdən
Sevgi qaçar açıb qanadlarını
Sən hünər toplayıb ona getməsən
Günəş önündən çəkməz buludlarını...

Bu həyat başqa cürdür, sən anla artıq!
Cavabsız qalan sevgi hər anla artır
Ver ürəyini, qoy ona qovuşsun
Azalsa da sevgin, təki var olsun

[Nəqərat]
Sevmə, yenə tərk edəcək səni
Getmə ona tərəf bir addım da
Olma yenə doğma
Bir günün içində tanımadığın bir insana...

Hiss et, necə aldadır gözləri
Bil ki, ancaq dildədir sözləri
Sənsə bir əsərsən
Hansının ki, sonunda qırılır ürəklər

[Bənd 2]
Bakının bir küçəsində səhərədək
Oyaq qalıb, şirin yuxunu biz zəhər edək
Gəl səfər edək yağış bərk yağan yərdə
Tək adam olaq, islanaq gedək

Kimsə də bizim kimi, sevə-sevə səhv edir
Rahat həyatın qanadını qırıb məhv edir
Kimin ki, qəlbi qırılıb o bələddir
Amma ki, bu gün hisslərim sənə tərəfdir

Mən qaçmayacam ürəyim “qaç” dedikcə
Sevgi böyük dərdlər arxasında gizləndikcə
Və hər dəfə yazdıqca mən qəmli mahnı
Tək olduğumu anlayıram, kədərim sevildikcə

Son gülüş ağrılıdır, yüz göz yaşından
Dünənlər yadımdan çıxmır düz 4 yaşımdan
Xatirələr qəmdən başqa nə verir ki?
Hər şey yaxşıdır, amma ürəyimin səsi deyir ki
[Nəqərat]
Sevmə, yenə tərk edəcək səni
Getmə ona tərəf bir addım da
Olma yenə doğma
Bir günün içində tanımadığın bir insana...

Hiss et, necə aldadır gözləri
Bil ki, ancaq dildədir sözləri
Sənsə bir əsərsən
Hansının ki, sonunda qırılır ürəklər

[Bənd 3]
Payız borc verir sən alırsan, utanmadan
Sevgi “gəl” deyəndə qaçırsan dayanmadan
Yuxunu danışa bilsəydin mənə oyanmadan
Şirin olardı hər söhbət, hər yan, hər an...

Sənin üçün sevgi hisslərdən yorulmaqdır
Əslində isə sevgi hisslərlə doğulmaqdır
Yəqin ki, təqvimində “mən”li günlərin çatmır
Sevgim həyat kitabında sadəcə mündəricatdır

Artıq əlim çatmır, sözlər çox yuxarıdadır
İlham pərimi görsən, soruş gör hardadır?
Bir azdan şər qarışacaq xеyri xilas edək
Sevgini atmaqdansa kiməsə miras edək
Bitən sətirlərə baxıb anladıqca mən
Yеnə hisslər, yenə sevgi yazıram ancaq mən
Həyatın hissəsidir, tək qələmin səsi deyil ki
Sevgidən öncə dinlə, ürəyimin səsi deyir ki...

[Nəqərat]
Sevmə, yenə tərk edəcək səni
Getmə ona tərəf bir addım da
Olma yenə doğma
Bir günün içində tanımadığın bir insana...

Hiss et, necə aldadır gözləri
Bil ki, ancaq dildədir sözləri
Sənsə bir əsərsən
Hansının ki, sonunda qırılır ürəklər

Другие песни исполнителя:

  • Daha neçə uşaq aclıqdan öləcək şəkil naminə? Nə qədər insan batacaq ki, gündəm dəyişsin? Dünyanın alın yazısı yazılıb qan ilə Biz ruhumuzu endirdikcə baş barmaq qalxır göyə Hələ çox quyular qazılacaq səngər deyə Çox güllə atılacaq kimsə igid olsun deyə Ədalət mücərrəd məvhum və əlçatmaz Yüz dəfə diz çökdüm bircə dəfə sən gəl deyə Zirvəyə çevrilir ən alçaq dərələr Hələ çox güləcək bizə qəbirdən ölülər Yoxdur artıq kiçik günah, var ancaq irilər Getsə də köhnə zalımlar, gələcək yenilər Küləklə döyüşdükcə ümidsiz gəmilər Batdıqca canlar dibə yeni ləpələr dirilər Yuyulduqca sahillər, dağılar qum saraylar Şahlar can verər, öz xislətində boğulub ağlar Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Kimsə çəkir yerə, kimsə çəkir yenə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə Əllər açılır göyə, əllər açılır göyə Bəlkə göz gec qırpınanda kimsə görər deyə Əllər açılır göyə, əllər açılır göyə Günahlar yaddaş kimi, buraxmır heç yerə Mən yalançıyam, sən ədalətsizsən Mən çarəsiz olduqca sən səssizsən Nə qədər zirvəyə qalxsaq da sənə toxunmaqçün Sonda ölüm qravitasiyası səni çəkir yerə
  • Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşır boynunda “Chanel” Yay boyu J’Lo, sonra qış Adele Mənə yaraşır 2Pac, yo Hip-hop mütləq, bro 6 il keçib və Bakı deyir Welcome back home Mənə yaraşır Ronnie, ya da Messi Sevgi rock 'n' roll’dursa, mən Elvis Presley Sənə yaraşır Rihanna Baxışında drama Həyatım davam edər sönsə də fonoqrama, yo! Bəkə bəsdir səsli mesajlara? Mən “Coachella”, sənsə əsl “Jara” Sadə insanam, amma self made star’am Qiymətim fərq atar yüz min majora Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Sənə yaraşıram, səndən gəlir hər cür hiss Səsindən sülh yağır, baxışınsa dangerous Gözlərin “Miami”dir, gülüşün Los Angeles Yenə bağlamısan üzümə eşqin pəncərəsin Ondansa pay ver, gülləri sən atma Qulağımda “My Way”, old man Sinatra Çayımız soyumamış gəl oturaq, içək onu Mənə qarşı deyilən bütün fikirlərə milçək qonur Zəngə cavab ver də, mənlə əylənir o Səsim olsa oxuyardım, “I can be your hero”nu Həyat “casino”dur, gel “Blackjack”də bir oyun Həyat “casino”dur, baş toldayam De Niroyam Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan Nə yaxşı ki varsan Yanan ocaqsan Mən qaram, sən dağsan Mən varam, sən varsan
  • Mən həmişə istəmişdim qızım olsun Körpə gülüşlərində həyatı tapdığımdandır yəqin ki Musiqini dinləyəndə deməyə daim sözüm olsun Heç olmasa okean sahillərindən olum dərin Albomun bir parçası, həyatın bir parçasıdır Səmimiyyətin ən bol olduğu yer Mahnı və uşaq bağçasıdır Bax qulaq asır yəqin indi yaşlılar da Kaş ki, hər sözüm bir iz qoyaydı yaxşılarda Gözlərinsə arxasında sevgilər və hisslər durur (Biz neçə evin bərk damı...) Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür Hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost Bəlkə günəş batmıyıb və çökməyib hələ qaranlıq Quşların azadlığı səma, mənimsə musiqi Əlini ver, uçaq biz əsl sevgilərdən yarandıq Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi İndiysə gözə qədər kepka, unudulmuş dalanlarla Cangüdənlərin məni qorumağı çox gülünc idi Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla Zarafat etmə çox, deyib-gülmə, danışma çox Özünü qabağa atma həyat adlı yarışda çox Ama dostların və dinləyicilərin bilmədiyi bir şey "Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir" Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol Mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur Amma ki, bu gün bu qəlbin ortasında tək qalmışam Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam Cavabsız məktublar və cavabsız zənglərlə Bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam Tortda "23" yazmışam, deyəsən doğrudan böyümüşəm Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq Yaxın dur, qulağını aç, hələ ki, bitməyib sözüm Yoruldum, qolumu aç və özünü qucaqla bərkdən Denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm Mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən Mənimlə doğmasan "Karusel"imə minmisənsə Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə Və "Bəlkə" əkmisənsə nə vaxtsa həmin "Güllər"i Mənimlə eynidir yəqin sənin sevimli günlərin Yaş üstə yaş gəlir Yönəlib həyatın mənə ciddi baxışları Hisslərimə də qış gəlir Atacaq baharın yenə ürəyimə daşları Gözlərimdən, hər sözümdən bilinir Təklikdən üşüdüm artıq Uşaqlığ illərin əməllərindən Doymadan tərslikdən böyüdüm artıq
  • Səninlə günəşin arasında dayanıb arzu tutdum Ki, günəş batmasın heç vaxt İki saat sonra arzum puç oldu Sən demə aldadıblar, belə asan deyilmiş İki eyni ad arasında dayanmaqla alınan deyil iş Günəş uzaq, sən yaxın, buludam mən, sən yağış Məndə yazmaq yaxşı alınır, susum, sən danış Bu aralar səssizsən İşləri qaydasına salaram, təki işimə sən qarış Yenə çəkirəm ətrini sinəmə Yenə mənə qalan olur mahnı, sənə qəm Qayıdaram yenidən, nəyim olmasa da, qəlbim var Axı bilməliydin ki, mənim mən olmaq kimi bir dərdim var Anladım ki, mahnılarım bəzən son çarəm "Məni Xatırla" trekiylə tavana taxanda bir ip Aramızdan vaxtsız getdi - dediyimiz dostlar Bəlkə gecikən bizik ki, onlar elə vaxtında gedib Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hisslərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heç kim olsam da Sən mənimçün hamısan axı Yazmaq istəyirəm hərdən, qələm üzümə baxıb deyir - həvəs hanı? Yazdıqlarımı unutmağımdırmı oların əbəs yanı? Dünyanın işi qəribədir, göyərçini xilas edirsən Sağalan kimi qanadın uzadıb deyir - qəfəs hanı? 2016-cı il 15 may, yadıma hər qış-yay Gəlir son çıxış, son alqışlar Bəlkə də dinləyiciyə bunu demədən Getməyim haqsızlıq idi Nə isə çıx səhnəyə gözləyir, tələs hamı Həsr etdim hər hissə söz, hər bir hərfə cümlə Tükənib hər səhv edəndə qoyduğum əlfəcinlər Dedilər böyü artıq, uşaqlığın gələr ziyanı Xalqın gözü tərəzidir! Hansı xalq? Tərəzi hanı?! Çoxunda sevgi saxta, ilk fürsətdə ələ salır Bir gözdən sevgi, birindən qərəz yağır Çoxu istəmir xoşbəxtliyini Elə deyir - yaz "Hekayəm 2" Axı çox insan bu cür mahnılarla nəfəs alır Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hisslərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heç kim olsam da Sən mənimçün hamısan axı Yenə soyuq əllərimdə İsidə bilmir o günlər Hisslərimiz dərində Geri baxmır o gözlər Məni yenə yada sal axı Yenə yada sal axı Səninçün heç kim olsam da Sən mənimçün hamısan axı
  • Sözümü tut, bəlkə tapdın özünü orda Gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda Gizlənim, düş dalımca həyat prinsipində qalib cəmiyyət Hisslərim içində sevgi indi dönüb olub nifrət Parçala və hökm sür - adi fəlsəfə Demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə Qulaqlar açıqda şayiələr, hər kəs həvəskar Bir gün eşitməzsə şayiə, qorxur qulaq olar kar Boş cəmiyyət, dol bi raz, xoş gəldik, gül bir az Sən hələ yat, avaralan, boş arzular qur bir az Biz hələ ki, çox ilişəcəyik və ilişdikcə zövq alırıq Sənsə say öz yerində, öz əlinlə gorunu qaz Sizin həyata baxıb nifrət edirəm mən kainata Nə qədər olar?! "Ev-iş, iş-ev-çayxana" Ciblərdə pul artdıqca xərcləyirsiniz sağa-sola İnflyasiya! Tək çıxış yolunuz qumarxana Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala Tərbiyəli qız meyl edir tərbiyəsiz paltara Tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni Bu otağa səhv girmisiniz, burda keçir HOST-un əmri İsti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli Kimin dərdi, sanki dəvədir, kimin dərdi sətirlərdir HOST-un hədəfi şillə vurub, sırğa olmaq qulaqlarda Qeyrət üstdə dava düşür, tərbiyəsiz disko barda Ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir Əvvəlcə gizlənir biraz keçir iylənir Üstü açılır hər zibilin sonra da gileylənir Şardır cəmiyyət, içi də boşdur, HOST batıracaq iynəni Biz gəlirik dəyişməyə, bunu eşidib qorxdunuz Çox vaxt bizi səhv başa düşüb, əməlləri də yozdunuz Yüz maneə qursanız da, HOST dəhlizi sonsuz Tərbiyəli bir cəmiyyət var idi (Onu da siz pozdunuz!) Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Hummer-də gəzən də indi deyingəndir zəmanədən Ən öndə gedən də indi tez-tez dönür əqidədən Əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq Guya ki, bizdən açıq çıxdınız plakatlarımızı cıraraq Biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda İnsanların sancarıq biz döyünməyən ürəyindən Kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə Dünya əlini üzməyibdir HOST adlı köməyindən Nəfəs alma, saxla gözlərində qalsın eyni an Pərdə qəribə mənzələri gizlədibdir, budur yandıran Həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan Misralarımız ürək bağçasında zəhərli bir tikan Dağıt yuvanı, dünəni qatla yaddaşında zamanı atla Acı həqiqəti de zarafatla, öz yolunda döngə ol Ya sən bugünkü gün dərdlərinin bir düşməni Ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə