Татарский переводчик Узбекские песни

Песня «Doğma Mahnılar»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Yenə də sıxır şəhər, hər yeni nəfəsiylə
Təəccübləndirir qoca yaşamaq həvəsiylə
Cizgilər niə cavan qalsın ruh qocalıbsa
Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa
Bağlanıbsa üzümə qapılar pəncərələr
Sevgilər qalır burda, tərk edir öncə illər
Sən zəng elədin mən donub qaldım
Sən əlimi istədin mən qanad çaldım
Ruh bədəndən bezir, adını ölüm qoyurlar
Gözünü açıb yumursan, adını ömür qoyurlar
Sənin zamanıvı xərclərib səninlə vaxt keçirirlər
Həyatına daxil olurlar, hələ bir şah seçilirlər
Dağılacaq mı arzular, əgər dağılsa dünya
Yatmamışdan öncə danışılan nağılsa dünya
Oyanmaq istəmirəm, gəl qalaq duyğularda
Sevgini xoşbəxtliyi, gəl tapaq mahnılarda
Hər səhər mən gözləyirəm
Bir bulud tək, ağlaram, hardasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən.
Mən sevirəm mahnılarda.
2-ciİllər keçsə də, sənə hisslərim eyni qalır
Məni tərk etdiyin gündən bu günə sehir qalıb
Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm
Mahnılar həyatdısa gör nə qədər həyat gəzmişəm
Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir
Burdakı həyata çəkirəm xətt şəfəqdən iti
Qərb tərəfimdə qəlbdi mən geridə qalmışam
Həyat davam edir gedir, mənsə hələdə qalmışam
Suallar da artıq yox ki səbəbkar sayılsın
Necə səs salım hisslərmin bəlkə yarsı ayılsın
Addığım səhv addımların, kaş ki hər izi yayılsın
Geriyə dönsəm bir gün yadıma düşməyəsən
Bir neçə söz bir neçə not və gözəldi dünya
Bir neçə milyon insandan bezərdi dünya
Bir neçə sevdiyin insanla qal duyğularda
Yaxşı ki başqa cürdü həyat doğma mahnılarda

Другие песни исполнителя:

  • Mən söz vermişdim bir gün böyüyəcəm Hamı kimi olub hamıdan da seçiləcəm İki uşaq atası, sevimli ər olacam Evdə axşam, işdə hər səhər olacam Məktəbimi bitirəcəm hamısı "beş"lə İnstituta gedəcəm altımda "X5"lə Tələbə həyatı, dost tanış hər dəfə Həftədə bir dəfə gələcəm gec evə Beləcə həyatım keçəcəy plana uyğun Dərdsiz, problemsiz, ama durğun Yaxşı iş, əsl kişilərə uyğun Anam deyirdi vaxt gələr ki, eşidərəm uğurun Buna doğru gedirdi hər şey, dörd sinif əlaçı Yolu açıq bu uşağın həmişə Cəmiyyətə qoşulub gedim normal həyat yolunu Və məni incitməz heç vaxt həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı İllər keçdi, zərbələr gəldi dalbadal Yollarımı dəyişdim hədəfimə çatmadan Bir insan kimi, yaşamağ istədim Amma həyat itələdi həqiqətə varmadan Yüksək balla qəbul oldum, amma nə fayda Müəllimlər rüşvət istəyirsə əgər hər ayda Kimsə gəlir dərsə şoferiylə, mən metroyla Ədalət oyuncaq imiş, əlivə götür oyna Dərsdən çıxıb işə gedirdim, işdən isə studya Tanışım yoxsa deməli yaxşı peşə bir illüziya Sevgili tapmaqla problem tapmaq eynidi Smslər bahalı hədiyyənin yerini vermirdi Xoşbəxtlik sevmirdi varlı olmayanları Həyat sevirdi ancaq bu həyatdan doymayanları Cəmiyyət tapdaladı normal həyat yolunu Və məni sildi hesabdan bu həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam Qaydalarımı başqası yox, mən qoymuşam Cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq Keçdi vaxt, indi bax, Orxan yox Aid olmuşam Yaxşı ki, doğulmamışam milyoner ailəsində Alın təriylə nəyisə qazanmaq nədir bilməzdim Yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində Gecə maraqçün qəbirstanlığa gedə bilməzdim Universitetə əgər getsəydim şoferimlə Metronun qabağında o qızı o gün görməyəcəydim Ərköyün böyüyüb, yıxılmaq nədi bilməsəydim Qalmağın çətin, amma zövqlü olduğunu bilməyəcəydim Qalstuk taxıb əgər ciddi işdə işləsəydim Kapüşon taxıb konsert vermək nədi bilməyəcəkdim Cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu Mənim xeyrimə bitməzdi onda həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı
  • AiD, HOST Production, Beat Pro Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Yox olur güc, yox olur pul, yox olur varın-dövlətin Yox olur əldə olunanlar, yox olur bir skandalla Yox olur düz, yox olur səhv, yox olur sevgi, nifrətin Yox olur danışma haqqın əlindəki qandalla Yox olur ictimai rahatlığın bir saqqalla Yox olur göz yaşın da, hansı ki, axır fontanla Yox olur şöhrətin də, hansı ki, satılır pulla Çoxunun gözündə kral olmaq olar bir neçə qulla Qoy cibinə "paçka" dollar, vidalaş suallarla Doğrunu boş ver, sən qabağa get yalanlarla Düşüncələr ballada, qəhrəmanlar gizli Bizim həyatımız muzeydir, sizinki isə Estrada Hamının əməlləri asılıdır rentabeldən Kimsə namaz qılır çiyin-çiyinə Ben Ladenlə Sən bəlkə də məşhursan, hardasa Qrenlandiyada Burda isə bizik kral, bura bizim "HOSTlandiya"dır Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Hər gün yeni tərzdə, hər gün yeni ampluada Bizdən çıxan qan da muzeyə gedir kapsulada Dəyirmi masa sistemi, mərkəzdə pentaqramma Bu masa arxasında söz keçirməz Drakula da Dilimdə stiqmata, sözlər axır öz başına Vurulun sözlərimə, vurulmayın göz-qaşıma Kim deyir, 1 nəfər olmasa H.O.S.Tun gücü azalır!? Niyəsə boş zalda konsert gəlmir yaddaşıma Sistem kor gözsə, biz onun görmədiyi düz yol Baş verdi laxtalanma, amma itirilmədi control Özümüzə planet qurduq, fırlanırıq oksigenlə Siz sanki volframda, udduğunuz təkcə karbon HOSTed şəbəkəsində tracklərimiz antenadır Bizim sözlərimiz qan, sizinkilər qanqrenadır Dalımıza düşsəniz də, qabağımıza çıxsanız da Toqquşa bilmərik, çünki H.O.S.T ayrı bir sferadır Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – sanki qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz Rap – ciddi təhlükə, sənə düşmən kəsilib Rap – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib Rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz Hər səhv addım atdıqca, çəkilir tətiklərimiz
  • Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq Qələmin pıçıltısını bəyaz kağıza qatmaq Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək? Görəsən mən qabağa getdikcə dala kim gedəcək? İlk dəfə danışmaq həyatını tanımadığın birinə Onsuz da tanıyanlar da başa düşmədən dinləyir Tərbiyə etmək həqiqətdən qorumadığın dilini İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir 11-ci mərtəbədən dumanlı, bəyaz şəhər İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər Soyuqla mən dostam, bir günlük sən də dost ol İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolu Bu gözlər hərdən boz olur hərdənsə öz rəngi Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə Xoşbəxtlik 1 saatdır qapıda dayanıb vurur zəngi İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara İlk dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər Gəzmək yağış altda son damla yağana qədər Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy Durmadan səmaya baxmaq, ilk şimşək çaxana qədər Son dəfə mahnı yazmaq, ilk dəfə şən notlarla Hayat klassik bir musiqi - dəyişən notlarla Son dəfə dərddən danışmayıb sevinək bəlkə? Yaralar körpü yaradıb dost və yadlarla Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı Bir neçə söz ki, əbədi qalacaq sən getsən bir gün Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək İşığı söndür və səsimi dinlə gecə vaxtı Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra Görəsən doğrudanmı ən güclülər güləcək sonda? Hər gün yeni hadisələr hər gün yeni tanışlar Küləyi buraxım otağa son dəfə əssin orda Son dəfə bağışlamaq hər kəsi və göz yummaq Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq Dünyanın talehin bircə günlük düşünmədən Səmadan ulduz axanda son dəfə arzu tutmaq Son dəfə sevmək Həyatdan bixəbər Unudaraq hər şeyi Uçuram ulduzlara Son dəfə sevmək Həyatdan bi xəbər Unudaraq hər şeyi Uçuram ulduzlara
  • Bu səhnələr aman nədir bilmir Açılır pərdələr, alın təri kəsilmir Mikrofon əllərdə, sözlərimiz dillərdə Üzümüz az tanınır, verse-lərimiz əzbərdə Bu səhnələr aman nədir bilmir Açılır pərdələr, alın təri kəsilmir Mikrofon əllərdə, sözlərimiz dillərdə Üzümüz az tanınır, verse-lərimiz əzbərdə Düz məsafə mikrofonla, qoy olsun hər zaman arada Demə ki, rep yazmaq baxmır nə ağıla, nə biliyə, savada Qulağın məndə, indi burada, amma ki, beynin hələ də havada Dəyirman production, HOST tərkibi tənqid dilimizdə hətta yatanda Bu beat bizi fəth etdi, bizi belə dəli hərdən dirilən dərd etdi Siz çox zamanı yalanın tavanından asıb dediniz - bizi mərd etdi Biz həm sərt, həm yumuşaq mətn, beyinlər qurban, tracklər qətl Kim düz sözə görə bizi sevdi, kimə çox girdi ki, nifrət etdi Lütlən gəz, damara narko, bura Avropa, bizə embarqo Düz stil qalstuk, kostyum Lacoste, beyinə gəlir ağıl - via kargo Kim çılğın, kim özünü gözə soxur, kim "ağıllı uşaq" daim sözə baxır Kim iylənib, çox-çox pis qoxur, içindəki zibil burnundan axır Kim söz üstdə, kim səhv üstdə, kim qatil, kim cəmiyyət üstdə Kim haqq-ədalət, kim şər üstdə, kim var-dövlət, kim pul istər Yarımçıq fikirlər arxasında qalan həqiqətlər mənə doğmadır Amma mənim özümə güvənim mənim ümidimi dar günümdə də tək buraxmadı Bu səhnələr aman nədir bilmir Açılır pərdələr, alın təri kəsilmir Mikrofon əllərdə, sözlərimiz dillərdə Üzümüz az tanınır, verse-lərimiz əzbərdə Bu səhnələr aman nədir bilmir Açılır pərdələr, alın təri kəsilmir Mikrofon əllərdə, sözlərimiz dillərdə Üzümüz az tanınır, verse-lərimiz əzbərdə Üç il staj, yüzdən çox track, çox sayda görüş, bir neçə konsert Ətrafda yüzdən çox HOST-çu vaxt keçdikcə üzə çıxdı Kütlə arasından dolğun baxışlar seçilir lap min nəfər olsa da Bataqlıqdan da yer üzünə çağırışlar hədəfə çatdı yaxadan tutsa da çoxu Bu izahatdır, deyil fəxriyyə, istədiyimiz düz tərbiyə Səhv beyinlər səhv yerə yozdu, bir neçə düz beyin vardı fərqinə Hater-lərə biz çox fora verdik, uşaq-muşaqları daim yola verdik Düşmənlərlə qol-qola verdik, onların içini yaxından bilməkçün Kütləmizdən istifadə, ağlınızdan belə keçirtməyin "HOST gəncliyinin sayı azalıb?!" bunu arzulamaqdan belə vaz keçin Bizə gərəkdir sağlam ruhlu gənc, mütaliə, mənəvi inkişaf Keçmişində olubsa belə iyrənc yol, bağışlanar etsə etiraf Tap paradoks bizim sətirdə, öldür vaxtını bizim mətndə Sən yerində say, biz gedək irəliyə, xırdala keçmişi, biz - yol gələcəyə Sən qoy tərəziyə - sağ yolu, sol yolu, hesabla hardadır mənfəət Qaradaqirmizi.com - "Track sözləri". Bax bil ki, ordadır səltənət Bu səhnələr aman nədir bilmir Açılır pərdələr, alın təri kəsilmir Mikrofon əllərdə, sözlərimiz dillərdə Üzümüz az tanınır, verse-lərimiz əzbərdə Bu səhnələr aman nədir bilmir Açılır pərdələr, alın təri kəsilmir Mikrofon əllərdə, sözlərimiz dillərdə Üzümüz az tanınır, verse-lərimiz əzbərdə Bu səhnələr aman nədir bilmir Mikrofon əllərdə Üzümüz az tanınır, verse-lərimiz əzbərdə
  • Are you really here or am I dreaming I can't tell dreams from truth For it's been so long since I have seen you I can hardly remember your face anymore Üzün yadımda deyil artıq, yəqin illər keçdikcə Bu şəhər səni də alıb içinə, sən artıq adi sakin Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat Nə qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin Bu xaraba yarımadanın tarix olmuş küçələrində Bir gün divarlar sökülür, bir gün arzular Üzünün birgə cizgisini yadıma salsalar Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar Əlimizdən tutub bizi keçmişə aparsalar Deyərəm sən get, mən gəldim bəlkə keçmişdəki mənlə Xoşbəxt ol, mənsə olum gələcək səhv Deyərsən "zamanı aldatdıq", birdən soruşsalar Səsin yadımda deyil artıq, bir gün zəng etsən Adını de sonra sus, coxluqda itə bilərsən Ya da ki, fərq etməz birdən özünə dərd etsən Adın yadımda deyil artıq adını deməyə də bilərsən If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me Unudulur ilk öpüş, unudulur etiraflar Unudulur ilk görüş, görüş yeri və məkanlar "Yaddan çıxmaz doğmalar" - deyirdik bir vaxtlar Unudulmuş gör nəqədər insan var ətrafda Unudulub titrəyən səs artıq o səs əsmir Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir Unudulur yaxşılıqlar, unudulur "çox sağ ol"lar İnanmazdım nə vaxtsa yaddan çıxacaq sığallar Unudulur unutmaqçün atılan addımlar da Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda Unudulur verilən sözlər, ilk gün kimi Sönür gеdir hisslər, solub gedən ilk gül kimi Və məndən heç nə gözləməyin Qələm də həminki deyil artıq Hansı mahnı, kimə yazılıb Yadımda dеyil artıq (deyil artıq) If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me If you want me satisfy me