Татарский переводчик Узбекские песни

Песня «Nil»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә
Sәmadan bir-iki damcı sevgi vә yağış yağır
Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә
Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq
Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk
Parıltılar içindә işıq saçan incә biri
İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk
Od vurub gözlәdilәr, amma biz alışmadıq
Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir
Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik
Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını
Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik
Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb
Qorudum yadlardan, әtrafında sevgilәr hördüm
Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da
Sәn mәni anlayırsan, mәn sәni anlamasam da
Nil, ötür ömrün illәri
Sәnin ürәyin yaşadır mәni
O günahsız barmaqların
Gecәlәr toxunur, oyadır mәni
Nil, ötür ömrün illәri
Sәnin ürәyin yaşadır mәni
O günahsız barmaqların
Gecәlәr toxunur, oyadır mәni
Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini
İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs
Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini
Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs
Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq
Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik
Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq
Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik
Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni
Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq
Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni
Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın
İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr
Deyәsәn qanadını әzdin sәmalardan düşәndә
Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan
Mәn sәni anlamasam da, sәn mәni anlayırsan
Nil, ötür ömrün illәri
Sәnin ürәyin yaşadır mәni
O günahsız barmaqların
Gecәlәr toxunur, oyadır mәni
Nil, ötür ömrün illәri
Sәnin ürәyin yaşadır mәni
O günahsız barmaqların
Gecәlәr toxunur, oyadır mәni

Другие песни исполнителя:

  • Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Bir qurtum su, həyatın dadı Bitməsin deyə son günə saxla Mən artıq doydum, bu sevgi odu Sönməsin deyə küləyi saxla Damcılar... sevgin kimi tez-tez gedir Amma ki, iz qoyur Dalğalar... rəqsin kimi Səliqəsiz sahilə briz qoyur Sadəlövh ümiddin Əlində yenə danışılmış nağıllar Sən qəlbimi tərk etsən də Tərk etməz tanış olmuş ağrılar Biz həyatı sevmək istəsək də Cənnəti görmək istəsək də Ölmədən getmək istəsək də Buraxmaz günahlar bizi Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Yenə durğun günlər kimi Tək-tənha güllər kimi Tez bitir, tez solur, amma qəlbimdə İz qoyurdu ötən illər kimi Bəzən bir fikir kimi Beyində dünən olub, amma bu gün yox Son ümid olan günəş kimi Üfüqdə sabah çıxar, amma bu gün yox Talehin artıq kobud olub əlləri Daşlamaqdan həyatımın günlərin İçindəyəm qara-qura vərəqlərin Sevməməkdə məni yox səbəblərin Günah məndəmi bitmirsə dərdlərin? Üzülmə çıxanda boşa sevgi cəhdlərin Bütün bu səhvlərin çevrilər düzə Çıxanda ürəyinin içindəki üzə Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış Əllərimi burax, ondansa ürəyimdən yapış Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış
  • 2003-cü ilin dekabrı - tanışlıq vaxtları Gözlərimiz bir-birimizdə tanışlıq axtarır Bir az cəsarətsizlik, yəqin bir az uşaqlıq İlk gündə sadəcə baxışlarla özümü saxladım Göndərdim məktub, cavab gələrmi görəsən? Düşünürdüm necə yazım ki, dərhal sevəsən Amma o vaxt indikitək dolğun yazmırdım heç Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec Uşaqlıq, şirin günlər, beləcə keçir illər Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər Bayramları gözləmək və hədiyyələr toplusu Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu İlk sevgi etirafı... Yadımda dünənkitək Cavabı gec verdin, yəqin dözər deyirdin Bilsəydim necə sənlə dayanardım həminkitək Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Səni sevərdim əbədi ölüm olmasaydı Amma əbədilik xoşbəxtliyə vermir zəmanət Dünyanı tanımazdım doğum günüm olmasaydı Həyatın bəxş etdiyi hər saniyə mənə əmanət Noyabr, 2006 - ömürlük yadda qaldı Həyatı dərk etmək bəhanəsi ilə edilən səhv Uzaqlaşdıq bir-birimizdən, əriyən aysberq tək Sonra barışanda ayrılmamağa verirdi vəd İçimdə o dövrdə yaradıcılıq yarandı Dostlarla yığışmaq, ev, rep, H.O.S.T yarandı Problem yaranırdı, səbəb buna pis baxmağın Yadımda YUG-da əlimdən tutub səhnəyə çıxmağın "Bir HOSTçunun həyatı"nda bəzi sözlər sənə tanış 2009, fevral, 21-i, soyuq qış Hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə Mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış Yenə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Yеnə sən getdin Yenə tək qaldım Sənə olan sevgimdən bu gün son Mahnını yazdım Çoxu bilmir "track"lərimin hansı sənə aiddir Nə də ki, bilmirdilər AiD o vaxt kimə aiddir Hərdən bağışlamıram sənə o addımını Tulladığın məktublar uşaqlığımıza aiddir Vaxt kеçdikcə münasibətlər ciddiləşdi Mentalitet araya girdi, hər şey sadələşdi Amma səni həm də buna görə çox sevirdim ki Mənalı şeyləri mənasızdan ayırırdın 2010-a birgə girdik, o sevgi dolu səhərlə Yadıma düşdükcə içim dolur qəhərlə Niyə axı hər saniyəmiz keçmirdi bizim o cür Niyə axı böyüdükcə mən, dilim dolur zəhərlə?! Layiqli soyuqluğunu gizlətdi mərhəmətin Düşündüm, ayrı qalsaq artar məhəbbətin Amma ki, səni uzağa aparan o təyyarə Yəqin ki, əsas səbəbkarı indiki söhbətin Bəlkə bu ritualdır - ayrılıqdan yazmaq Axı çox insan bu cür mahnılarla nəfəs alır Gözünün yaşını sil, istəmirəm kefini pozmaq Yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır Sevgi okeanında artıq sən adlı gəmim yox Bil ki, sevgim olar xatirə, qəmim yox Çətin yox, çox sadədir sonu bu əsərin Sadəcə bir qız atdı bir əsgəri
  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...
  • Yenə 10 yaşındayam, 5 iyun yığılmışıq parkda Baxıram kənardan öz ad gününü qeyd eləyən Orxana asta Asta baxıram ki, tanımasın, birdən tanıyar, qorxar Necə saf cizgilərin var imiş, niyə belə dəyişdin, Orxan? Yenə 13 yaşındayam, iyunun sonu, Mərkəzi Univermaq Dostumuza hədiyyə seçirik, bu qədər dost, bu qədər doğma Bu qədər şən, zarafatcıl, dosta görə can yandıran oğlan Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan? Yenə 15 yaşındayam məktəbin damında səhərə yaxın İllər keçəcək, amma bir də olmayacan Allaha bu qədər yaxın 20 yaşındayam, gözlərim yol çəkir, inanıram çox sevənim var Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan? Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində Bu soyuq körpüdə həyat hönkürər, həyat bəhs edər ölümün əksinə Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum Əlimdə son damla cəsarət və ilk vida məktubu Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla silə bilər) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü... Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər Məni xatırla... Mahnılarım silinməsin qoy yaddaşından Məni xatırla... İstəməzdim bəlkə bu qədər erkən daş olmaq Kim dedi bu qədər günahı bir “bağışla” silər? (Bağışla) Məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər (Bağışla) Məni xatırla...
  • Gəl gedək, ulduzlar rəqs edər bizim üçün orda Gəl gedək, ayaqyalın mavi dəniz sahilində Gəl gedək, orda insanlar yoxdur, deməli yoxdur dərd Gəl gedək, əlimdən bərk yapış, gəl gedək Gəl gedək, orda çiçəklər və göyərçinlər Gəl gedək, sərin sulu bulaq, yaşıl çəmənliklər Gəl gedək, at bu qaranlıq şəhəri birdəfəlik Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək Gəl gedək, əbədi yaz küləklər ilə bizə qonaq gələr Günəş saçar saçaqlarıyla saçlarını darar, hörər Bəyaz atlar isti qumlarda gəzdilər bizi Sonsuz meşə, öz içində azdırar bizi Gözləyər bizi sərin kölgəsilə uca çinar Gəl gedək, meyvə bağlarında ağaclarda bar Gəl gedək, orda qayaqlarda ceyranlar qaçır Hava təmiz, hər tərəf işıq, səma açıq Gəl gedək, orda yoxdur yorulmaq və ağrımaq İstəsən də bacarmazsan orda ağlamaq Gəl gedək, buludlar töksün hərdən şirin yağış Sanki rəssam əlilə çəkilib orda hər qarış Saatlarda dinləyək dalğaların səsini Sahildə bizdən başqa ayaq izi yox heç kəsin Yuxu kimi hər bağça doldu əlvan ətirlərlə Gəl gedək, gəzdirim səni sehirli nağıllarda Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara Qaranlığıma xoş gəldin, şəhərə qış gəldi Vəhşilər yarımadası büründü əbədi zülmətə Hər küçənin öz ağrısı var, gözünə yaş gəldi Daş binalar heç oxşamır rəngarəng cənnətə Burda sevgi imkansız Azadlıq zindansız mümkün olmur burda Çünki insanlar çox vicdansız Hər baxış da sərt baxışdır Hamının içini qurd yeyir Çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız Gəl gedək, yaxşılar ölkəsində, orda yoxdur dərd Gəl gedək, varlı, kasıb eyni, heç kəs olmur pərt Gəl gedək, buludların içində tapaq o ölkəni Gəl gedək, canım, gəl gedək, gözüm, gəl gedək Gəl gedək, orda insanlar yalan danışmır Hər kəs öz işində, heç kəs heç kəsin işinə qarışmır Yoxdur padşahlar, yoxdur nökərlər, yoxdur cinayət Gəl gedək, orda yox rüşvət və xəyanət Danışır eyni dildə hamı, yoxdur millətlər Hər kəs eyni, yoxdur fərqli dinlər Heç kəs orda tutmaz səndə eybi Yoxdur paxıllıq və oğurluq, yoxdur içkilər Yox qumar, yox söyüş, zəhərli bitkilər Gəl gedək, qaranlıq şəhərin tüstülərində Boğulmaqdansa yataq Cənnət istilərində Körpə uşaqlar kimi, zərif, incə sətirlərdə Gəl gedək, gəzdirim səni sehirli nağıllarda Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara Apar məni Sıxır bu qara şəhər məni Sahilə çırpınır dalğalar Bezmişəm canım, apar buralardan məni uzaqlara Qar məni yandırır, titrədir ocaqlar Qapısı bağlı boş otaqda Qalmışam, canım, apar buralardan məni uzaqlara