Татарский переводчик Узбекские песни

Песня «Nərgizim»
исполнителя Eldar Mansurov.
Скачать или слушать онлайн

Текст песни:

Səninlə bəzənir baharım, yazım
Gözünə baxmaqdan doymayır gözüm
Sənin həsrətinə qalmayıb dözüm
Bağımın ən gözəl gülü - Nərgizim
Biz iki insanıq eyni ürəkdə
Eyni arzudayıq, eyni diləkdə
Əbədi bir gül ol, solma fələkdə
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Sevdanın taleyi sənin əlində
Nədir ürəyində, nədir dilində
İstəsən ölərəm sənin yolunda
Bağımın ən gözəl gülü - Nərgizim
Bilirəm, sevginə sədaqətlisən
Əslində Leylidən məhəbbətlisən
Açmamış qönçətək təravətlisən
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Gəl, sənin gəldiyin yoluna qurban
Əlin ver əlimə, əlinə qurban
Mənə "can-can" deyən dilinə qurban
Bağımın ən gözəl gülü - Nərgizim
Bağımın ən gözəl gülü - Nərgizim
Bağımın ən gözəl gülü - Nərgizim

Другие песни исполнителя:

  • Yar gəlməyi gumana qalar Ümid dağda dumana qalar Biz gedərik zəmanə qalar Biz gedərik sevgi qalar Biri eşqin dadına uyar Biri gözəl adına uyar Biri eşqin özünü duyar Hər göz yaşı bir məhəbbət Hər çiçəyin sözünə uyma Hər gözəli yaxına qoyma Taleyimlə belə oynama Həyatımla belə oynama Bu həyatın bir üzü kindir Qəlbi qara, üzü çirkindir Ürəyinin hakimi kimdir Ürəyimi belə sınama Bir yasəmən budağı yan gəl Bir ayrılıq yarpağı yan gəl Bir xatirə bulağı yan gəl Yara möhtac bir ürəyəm Bu xəbərdən xəbərin varmı Məni gözün heç axtarırmı Bu ilk bahar, son baharmı Mən heç bunu bilmirəm yar Hər çiçəyin sözünə uyma Hər gözəli yaxına qoyma Taleyimlə belə oynama Həyatımla belə oynama Bu həyatın bir üzü kindir Qəlbi qara, üzü çirkindir Ürəyinin hakimi kimdir Ürəyimi belə sınama
  • Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Kədərli axmayaydı Göz yaşım axmayaydı Yad baxmağı bir yana Yar yada baxmayaydı Ürəyimdə ayaz var Nə qış gedib, nə yaz var Oyatma bənövşəni Kol dibində ayaz var Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Qalanın daşı oldum Gözümün yaşı oldum Dünyada gün görmədim Sevəndə naşı oldum Bu dünya çətin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payıza çətin qala Yenə də axşam oldu Gün keçdi axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum Yanımda qal birazda Gözyaşı var arazda Yar yuxusun danışıb Şəkli qalib arazda Yenə də axşam oldu Gün geçti axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum