Татарский переводчик Узбекские песни

Популярные азербайджанские песни.
Страница 106

Pop

Pop (популярная музыка) — область массовой культуры, охватывающая различные формы, жанры и стили развлекательной и прикладной музыки
  • Gözlərim hələ də yola baxar Getdiyin diyarlar mənə yad Səni külək hara aparsa da Bir gün yenə mənə qaytarar Sevgim sonsuz, sevgim bir yadigar Hər an mənimləsən, getsən də Desəm axtarmıram, yalan olar Bu ürəyin bir yarı səndə Ətrafımda nə sevgin, nə sevinc qaldı Xəyalımda nə cismin, nə səsin qaldı Ürəyimdə nə ümid, nə həsrət qaldı Geri dönsən, bir anlıq yenə sevərəm Ətrafımda nə sevgin, nə sevinc qaldı Xəyalımda nə ismin, nə sözün qaldı Sen getdin, ürəyimdə kədərin qaldı Geri dönsən, bir anlıq yenə sevərəm Başqa həyatda, ayrı zamanda Daha xoşbəxt olardıq bəlkə Söylə, nədən sən yoxsan yanımda? Səni hər an gözləyirəm, gəl Gözlərim hələ də yola baxar Getdiyin diyarlar mənə yad Səni külək hara aparsa da Bir gün yenə mənə qaytarar You might also like Sual Var AISEL X My Heart AISEL Is It Over Now? (Taylor’s Version) [From The Vault] Taylor Swift Ətrafımda nə sevgin, nə sevinc qaldı Xəyalımda nə cismin, nə səsin qaldı Ürəyimdə nə ümid, nə həsrət qaldı Geri dönsən, bir anlıq yenə sevərəm Ətrafımda nə sevgin, nə sevinc qaldı Xəyalımda nə ismin, nə sözün qaldı Sən getdin, ürəyimdə kədərin qaldı Geri dönsən, bir anlıq yenə sevərəm Yenə sevərəm Yenə sevərəm Yenə sevərəm Yenə sevərəm
  • Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində Könül, günəş kimi parla yerində Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman Ümmanı sarsıdır bir acı tufan Bəyaz köpükləri bir çiçək yapan Şairdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çıraqbanıdır Bulud xəyalımın karıvanıdır Səma ki, hissimin aşiyanıdır Böylə bir səmadan necə əl çəkim?
  • [Bənd] Ulu xalqım, mübarəkdir qələbən Dağıldı zirvələrindən bu duman, bu çən Sevincindən göz yaşına bürünən Qərib qalmış ocaqların isindi Azərbaycan, bu qələb ə сəниндир! Azərbaycan, bu qələbə sənindir! Qarabağın şikəstəsi həzindir Doğma yurdum gül-çiçəyə bəzəndi Vətən oğlu, bu qələbə sənindir Xankəndinin qalaları qədimdir Qarabağın şikəstəsi həzindir [ Nəqərat] Tarixinə tarix yazan Zəfərlərə zəfər qatan Öz xalqıyla haqqa çatan sərkərdə Tarixinə tarix yazan Zəfərlərə zəfər qatan Öz xalqıyla haqqa çatan sərkərdə Xoş xəbərsən hər şəhərə , hər kəndə Tarixinə tarix yazan Zəfərlərə zəfər qatan Öz xalqıyla haqqa çatan sərkərdə Tarixinə tarix yazan Zəfərlərə zəfər qatan Öz xalqıyla haqqa çatan sərkərdə [Keçid] İlhamından güc alan Bir yumruqsan, ey xalqım Odlar yurdu vətənim! Шанлы Азербайджаным! İlhamından güc alan Bir yumruqsan, ey xalqım Odlar yurdu vətənim! Шанлы Азербайджаным! [Nəqərat] Tarixinə tarix yazan Zəfərlərə zəfər qatan Öz xalqıyla haqqa çatan sərkərdə Xoş xəbərsən hər şəhərə, hər kəndə Öz xalqıyla haqq çatan sərkərdə
  • [Bənd 1] Sən gəldin, payızım O sarı yarpaqlar düşüb, üşüyüb Gecələr kainat düşünür Səhəri nə rəngə boyasın Sən gəldin, payızım Qəlbimdə külək əsdi Qəlbimdən yarpaq düşür [Nəqərat] Baharım olub mənim Bir gözəl səhər çağı Qəlbimdə eşqin dağı Çöllərdən güllər üzə-üzə Yollardan çələng düzə-düzə Yenə də gələcək baharı Bax, düşüb yarpaqlar Ömrümün gülləri kimi Tökülür, saralıb budaqda ölür Günəşin üzü dönür [Bənd 2] Sən gəldin, payızım Qəlbimdə külək əsdi Qəlbimdən yarpaq düşür [Nəqərat] Baharım olub mənim Bir gözəl səhər çağı Qəlbimdə eşqin dağı Çöllərdən güllər üzə-üzə Yollardan çələng düzə-düzə Yenə də gələcək baharı Yenə də gələcək baharı [Çıxış] Sən gəldin...
  • İstanbul yağışı sel kimi yağdı Düşən o damlalar sanki nağıldır Yolların içində əks olan göylər İslanmış küçələr başqa dünyadır İstanbul yağışı sel kimi yağdı Düşən o damlalar sanki nağıldır Yolların içində əks olan göylər İslanmış küçələr başqa dünyadır Qəlbimdə kədəri silməyə gəldim Mən özüm özümü tapmağa gəldim İstanbul yağışı, eşit səsimi Sənə öz sirrimi açmağa gəldim Qəlbimdə kədəri silməyə gəldim Mən özüm özümü tapmağa gəldim İstanbul yağışı, eşit səsimi Sənə öz sirrimi açmağa gəldim Sənə öz sirrimi açmağa gəldim Pəncərəmə düşən incə damlalar Elə bil şəhərin rəsmini çəkir Uzaqdan görünən tutqun işıqlar Damlatək parlayır, ətrafı çəkir Pəncərəmə düşən incə damlalar Elə bil şəhərin rəsmini çəkir Uzaqdan görünən tutqun işıqlar Damlatək parlayır, ətrafı gəzir Qəlbimdən kədəri silməyə gəldim Mən özüm özümü tapmağa gəldim İstanbul yağışı, eşit səsimi Sənə öz sirrimi açmağa gəldim Qəlbimdən kədəri silməyə gəldim Mən özüm özümü tapmağa gəldim İstanbul yağışı, eşit səsimi Sənə öz sirrimi açmağa gəldim Sənə öz sirrimi... İstanbul yağışı... Ah İstanbul...
  • Bu gün mən görüşə tələsirəm Yağma, yağış, yağma, yağış Bu gün mən görüşə tələsirəm Yağma, yağış, yağma, yağış Yarım məni çoxdan gözləyir Yağma, yağış, yağma, yağış Yarım məni çoxdan gözləyir Yağma, yağış, yağma, yağış Yağış yağır, inanmıram Yarım gözləyər məni Əgər yarım vəfalıdır Yəqin gözləyər məni Yağış yağır, inanmıram Yarım gözləyər məni Əgər yarım vəfalıdır Yəqin gözləyər məni Yəqin gözləyər məni Yarım gözləyər məni
  • Ömrün hər ilinə bir ümman dedim Niyə uzaq saldı bu illər bizi? Bir az sən geciksən, mən tələsəydim Bəlkə ayırmazdı bu illər bizi Yaxın bir sevginin uzaq nidası Ürəyi şimşəktək odlayıb keçir Ayrı sahillərin eyni dalğası Doğma qəlbimizdən adlayıb keçir Gecə şirin-şirin mürgüləyəndə Seyr edər ay səni, kəhkəşan səni Mən səhər küləyə "əsmə" deyəndə Kim isə oyadar yuxudan səni Keçirsən, quş olub qanadlanıram Amma ucalmağa üfüq çatmayır Səni mələklərə mələk sanıram O isə qanuni bir arvad sayır Qoşa keçərsiniz, yaxın gəlmərəm Mən yoxam yanında, nə zaman o var Gözümü qaldırıb baxa bilmərəm O isə istəsə, əl də qaldırar Baxar, qibtə eyləmir sizi hər görən Ya dinər yer ilə səma da birgə Birgə döyünməyən ürəklər görən Necə addımlayır dünyada birgə? Gecikmiş arzular aşıb-daşanda Baxaram, könlümdən al qanlar axar Qanunsuz bir nigah qanunlaşanda Qanuni məhəbbət kənardan baxar
  • Bu gecə gəlmişdim yanına qonaq Bu gecə çıxmışdım seyrinə sənin Elə şirin yatmışdın, doğma şəhərim Yatmışdı evlərin, pəncərələrin Damlarla bacalar uyub yatmışdı Səhərdən yatmayan bir qəmli çinar Lirik küləklərlə vals yaratmışdı Lirik küləklərlə vals yaratmışdı Həzin bir meh əsdi, yarpaq qırıldı Gecənin rəngləri açıb duruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Asta-asta yeridim, ayılmayasan Xəzərdən istədim, qorusun səni Günəşlə danışdım səhər çıxanda Oyatsın o yatmış kölgələrini İndi isə yat, Bakı, gecən xeyrə Qoy yatsın parkların, Bulvarın yatsın Yatsın ki, sübhdən oyanan zaman Özüylə bir yeni səhər oyatsın Həzin bir meh əsdi, yarpaq qırıldı Gecənin rəngləri açıb duruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Həzin bir meh əsdi, yarpaq qırıldı Gecənin rəngləri açıb duruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu Bakının nəbziylə vurdu ürəyim Bir yatmış gözələ könlüm vuruldu
  • [Bənd 1] Mən əziz Bakımın həsrətiylə yandım Ürəyimlə sevdim vətəni Ölkələr, şəhərlər çox gəzib dolandım Söylədim bu gözəl nəğməni [N əqərat] Anam Xəzər Əziz şəhər Sevirəm mən səni Ürəyim qədər Eşqim mənim Sən hardasan? Mən bilirəm Yəqin buradasan... [Bənd 2] Hər zaman səslədim Qəlbimdə bəslədim Canımdan əziz ellərimi mən Gəzərəm hər yanı O gözəl Ceyranı Taparam Bakıda Dilbərimi m ən [Nəqərat] Anam Xəzər Əziz şəhər Sevirəm mən səni Ürəyim qədər Eşqim mənim Sən hardasan? Mən bilirəm Yəqin buradasan...
  • Nə deyim, sözlərimə inan, gülüm Sənsən ömrüm-günüm Könlüm, inan ki, dözməyir sənsiz Qaldım bax çarəsiz Sənli günlərimə (günlərimə) Dönsəm yenə (dönsəm yenə) Ürəyimin səsini duy Anla, anla məni (anla məni) Sənə olan hisslərimi Gülə-gülə gəl sən dilə Üzmə məni bilə-bilə Ay, gülə-gülə gəl sən dilə Üzmə məni bilə-bilə Nə deyim, sözlərimə inan, gülüm Sənsən ömrüm-günüm Könlüm, inan ki, dözməyir sənsiz Qaldım bax çarəsiz Sənli günlərimə (günlərimə) Dönsəm yenə (dönsəm yenə) Ürəyimin səsini duy Anla, anla məni (anla məni) Sənə olan hisslərimi Gülə-gülə gəl sən dilə Üzmə məni bilə-bilə Ay, gülə-gülə gəl sən dilə Üzmə məni bilə-bilə Gülə-gülə gəl sən dilə Üzmə məni bilə-bilə Gülə-gülə gəl sən dilə Üzmə məni bilə-bilə
  • Kitablardan oxuyardım sevgimi Anlamazdım məhəbbətin sirrini Düşünməzdim məni sevən kimsəni O zaman yox idin yanımda mənim Kitablardan oxuyardım sevgimi Anlamazdım məhəbbətin sirrini Düşünməzdim məni sevən kimsəni O zaman yox idin yanımda mənim Sevənlər sevgiylə yaşayan zaman Mən bu sənsizliyə düçar olmuşam Dostlarım dərdimi dinləyən zaman O zaman yox idin yanımda mənim Sevənlər sevgiylə yaşayan zaman Mən bu sənsizliyə düçar olmuşam Dostlarım dərdimi dinləyən zaman O zaman yox idin yanımda mənim Şirin xəyallarla dolmuşdu qəlbim Bayram günlərini tək keçirərdim Gələcəksən deyə səni gözlərdim O zaman yox idin yanımda mənim İndi qayıtmısan, niyə qayıtdın? Keçmiş günlərimi artıq unutdum Mən səni əvvəllər çox axtarardım O zaman yox idin yanımda mənim Sevənlər sevgiylə yaşayan zaman Mən bu sənsizliyə düçar olmuşam Dostlarım dərdimi dinləyən zaman O zaman yox idin yanımda mənim Sevənlər sevgiylə yaşayan zaman Mən bu sənsizliyə düçar olmuşam Dostlarım dərdimi dinləyən zaman O zaman yox idin yanımda mənim Sevənlər sevgiylə yaşayan zaman Mən bu sənsizliyə düçar olmuşam Dostlarım dərdimi dinləyən zaman O zaman yox idin yanımda mənim Sevənlər sevgiylə yaşayan zaman Mən bu sənsizliyə düçar olmuşam Dostlarım dərdimi dinləyən zaman O zaman yox idin yanımda mənim
  • Sevgilim, sevirəm səni Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Aşkım, sevirəm səni mən Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Gecələr yuxularımda Səhərlər xəyallarımda Ümidim, diləyim Sənsən, yar Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi İncitmə gəl qəlbimi Sevirəm səni Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Aşkım, sevirəm səni mən Yaralama sən bu ürəyimi Söylə mənə sən iki kəlməni "Sevirəm səni" Gecələr yuxularımda Səhərlər xəyallarımda Ümidim, diləyim Sənsən, yar Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi İncitmə gəl qəlbimi Gecələr (yuxularımda) Səhərlər (xəyallarımda) Ümidim, diləyim Sənsən, yar Gəl, gülüm Gəl, incitmə Bu ürəyim Gəl, gülüm Gəl, incitmə Bu ürəyim Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi Gəl, gülüm, sevirəm səni Gəl sən incitmə qəlbimi Bu ürəyim ürəyinə qurban İncitmə gəl qəlbimi İncitmə gəl qəlbimi
  • 〈Bənd 1〉 Məni ovsunlayıb, hər gün mənimçün Xoşbəxt gələcəyə yollar açıqdır Səndən gözləməzdim, axı nə üçün Sevgiyə inamı alıb qaçırdın Sən şirin yuxumun qəhrəmanıydın Məni öz dünyana aparmalıydın Xaritələr indi mənim təsəllim Qəlbimin hakimi sən olmalıydın Sən şirin yuxumun qəhrəmanıydın Məni öz dünyana aparmalıydın Xaritələr indi mənim təsəllim Qəlbimin hakimi sən olmalıydın 〈Nəqərat〉 Həyatın elə bir anı olur ki Onunla barışmaq mümkün olmayır Sənlə ötən günlər olmayıb sanki Adın çəkiləndən sevgim ağlayır Həyatın elə bir anı olur ki Onunla barışmaq mümkün olmayır Sənlə ötən günlər olmayıb sanki Adın çəkiləndən sevgim ağlayır 〈Bənd 2〉 Sən mənim ümidim, sabahım idin Sənsiz zülmətlərə yoldaş olmuşam Sən tale yolunda pənahım idin Görüşüb ayrıldıq bir aylı axşam Son görüş zamanı mənə söylədin Sən xoşbəxt olmağa layiqsən - dedin Axı özgəsini mən necə sevim? O ötən günləri unutmaq çətin Son görüş zamanı mənə söylədin Sən xoşbəxt olmağa layiqsən - dedin Axı özgəsini mən necə sevim? O ötən günləri unutmaq çətin 〈Nəqərat〉 Həyatın elə bir anı olur ki Onunla barışmaq mümkün olmayır Sənlə ötən günlər olmayıb sanki Adın çəkiləndən sevgim ağlayır Həyatın elə bir anı olur ki Onunla barışmaq mümkün olmayır Sənlə ötən günlər olmayıb sanki Adın çəkiləndən sevgim ağlayır Həyatın elə bir anı olur ki Onunla barışmaq mümkün olmayır Sənlə ötən günlər olmayıb sanki Adın çəkiləndən sevgim ağlayır Həyatın elə bir anı olur ki Onunla barışmaq mümkün olmayır Sənlə ötən günlər olmayıb sanki Adın çəkiləndən sevgim ağlayır
  • Qapıda son dəfə ilk dəfə kimi Boynunu bükərək durmusan yazıq Məndən uzaqlaşdın cavanlıq kimi Ömrümə qayıtmaz olmusan artıq Əllərin əlimi bir daha sıxmaz İsti nəfəsini son dəfə duydum Gözlərin gözümə baxaraq dolmaz Soyuq baxışını görərək susdum Soyuq baxışını görərək susdum Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Aparırdı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Aparırdı sirrini rəhmsiz zaman Xəyalın qəlbimi hər an yaracaq Beləcə qapıda düşərsən yada Dünyaya sığılmaz kədərə qalacaq Nə asan dəyişdin doğmanı yada Ömrümün ən gözəl çağını aldın Demədin nə üçün məni atırsan Min dəfə "bağışla" deyərək qaldın Atılmış qalmaqdan yoxsa qorxursan? Atılmış qalmaqdan yoxsa qorxursan? Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman Kimdir səni xəyanətə çəkən vəfasız? Məndənmi gözəldir, məndənmi cavan? Bu sual dilimdə qaldı cavabsız Apardı sirrini rəhmsiz zaman
  • Günəş açsa da hər gün bizə Parlamaz ki sən olan yerdə! Nur qızım, canım, iki gözüm Həm sultanım, həm şahzadəm Günəş açsa da hər gün bizə Parlamaz ki sən olan yerdə! Nur qızım, canım, iki gözüm Həm sultanım, həm şahzadəm Atanın, ananın tək nuru Açıq olsun bəxtinin yolu Nağılsan, yoxsa bir möcüzə? Xoşbəxtlik yaşadırsan bizə Atanın, ananın tək nuru Açıq olsun bəxtinin yolu Nağılsan, yoxsa bir möcüzə? Xoşbəxtlik yaşadırsan bizə Sən mənim üçün hədiyyəsən Mənim evimin bəzəyisən Gülüşünə qurban olduğum Bir dənəm, mənim tək varlığım Sən mənim üçün hədiyyəsən Mənim evimin bəzəyisən Gülüşünə qurban olduğum Bir dənəm, mənim tək varlığım Atanın, ananın tək nuru Açıq olsun bəxtinin yolu Nağılsan, yoxsa bir möcüzə? Xoşbəxtlik yaşadırsan bizə Atanın, ananın tək nuru Açıq olsun bəxtinin yolu Nağılsan, yoxsa bir möcüzə? Xoşbəxtlik yaşadırsan bizə Atanın, ananın tək nuru Açıq olsun bəxtinin yolu Nağılsan, yoxsa bir möcüzə? Xoşbəxtlik yaşadırsan bizə Atanın, ananın tək nuru Açıq olsun bəxtinin yolu Nağılsan, yoxsa bir möcüzə? Xoşbəxtlik yaşadırsan bizə Xoşbəxtlik yaşadırsan bizə Nur qızım, canım, iki gözüm..
  • [Nəqərat] Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən... Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey vətən... [Bənd 2] Tarixlərdən adın ulu Ağ günlərin nəğmə dolu, ey vətən Sənin gülən məhəbbətin [Nəqərat] Çəməninə qonan şehdən Dağlarından əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən...
  • [Bənd 1] Günəş güldü üzə yenidən Qışı döndü yaza anidən Qara buludların qovdu Ağdamın Ağ günlərin hələ çoxdur, Ağdamım Şahbulağın su dəvası var Çay evinin çay s əfası var Buralarda xoş zəfər havası var Tayın-bərabərin yoxdur, Ağdamım [Nəqərat] Vəfa edib əhdimizə, qovuşduq sənə Abadlaşar nur ocağın yenə-yenə Elə çoxdur ürəklərdə sözümüz sənə Əziz Ağdam, xoş qayıtdıq biz sənə Vəfa edib əhdimizə, qovuşduq sən ə Abadlaşar nur ocağın yenə-yenə Elə çoxdur ürəklərdə sözümüz sənə Əziz Ağdam, xoş qayıtdıq biz sənə
  • Kölgəsini görsəm Sarılaram Yanında mən Onun uca dağam Mənim ən sarsılmaz Dayağımdır Ümidim, güvənim Mənim atam O, mənim ən böyük Qəhrəmanımdır İlk addımımdan Əlimi tutanım Ata, nəfəsin hər An yanımda olsun Ata, hər yaşda Ehtiyacım var sənə Ata, yaxşı ki sən Varsan bu həyatda Ata hər zaman Arxamda dağ Olsun mənə Ata, nəfəsin hər An yanımda olsun Ata, hər yaşda Ehtiyacım var sənə Ata, yaxşı ki sən Varsan bu həyatda Ata hər zaman Arxamda dağ Olsun mənə Sözlər yetməz ki Onu anlatmağa Böyük ürəyi İşıqdır mənə Sən mənim üçün Ən böyük Bir zirvəsən Sənin varlığın Qüvvətdir mənə O, mənim ən Böyük qəhrəmanımdır İlk addımımdan Əlimi tutanım Ata, nəfəsin hər An yanımda olsun Ata, hər yaşda Ehtiyacım var sənə Ata, yaxşı ki sən Varsan bu həyatda Ata hər zaman Arxamda dağ Olsun mənə Ata, nəfəsin hər An yanımda olsun Ata, hər yaşda Ehtiyacım var sənə Ata, yaxşı ki sən Varsan bu həyatda Ata hər zaman Arxamda dağ Olsun mənə Ata, nəfəsin hər An yanımda olsun Ata, hər yaşda Ehtiyacım var sənə Ata, yaxşı ki sən Varsan bu həyatda Ata hər zaman Arxamda bir dağ Olsun mənə Ata, nəfəsin hər An yanımda olsun Ata, hər yaşda Ehtiyacım var sənə Ata, yaxşı ki sən Varsan bu həyatda Ata hər zaman Arxamda dağ Olsun mənə Yaxşı ki varsan Mənim atam Atam
  • Yanar qəlbimiz atəşi-eşqdən Nə qədər gözümüzdən yaş axacaq? Ümidim hələ var, yaşayacaq Onu gəl birlikdə qoruyaq Nədir kölgə salan üzümüzdə? Soruşanlara yox sözümüz də Hələ tapmamışıq özümüz də Bu hissin adın nə qoyaq? Sən varsan deyə mən varam Olmasan, çox darıxaram Gülüm, mən səni tək buraxaram? Yox, yox, yox Dəyərlisən hər anımdan Heç yerdə getmə yanımdan Sevgilim, səni sevirəm öz canımdan Çox, çox, çox Ürəyim sənə qarşı çıxmaz Qürurum axı sevgimi yıxmaz Gözlərim səndən özgəyə baxmaz Sevinər görəndə səni Bu sevgi bizə gəldi qonaqtək Qəlbim alışır bir ocaqtək Həyəcanlanıram körpə uşaqtək Görəndə mən də səni Sən varsan deyə mən varam Olmasan, çox darıxaram Mən səni tək buraxmaram Yox, yox, yox Dəyərlisən hər anımdan Heç yerdə getmə yanımdan Səni sevirəm öz canımdan Çox, çox, çox Sən varsan deyə mən varam Olmasan, çox darıxaram Mən səni tək buraxmaram Yox, yox, yox Dəyərlisən hər anımdan Heç yerdə getmə yanımdan Səni sevirəm öz canımdan Çox, çox, çox Sən varsan deyə mən varam
  • Tənhalıq bildiyin kimi deyil Belə gündən-günə ölmək çətin, inan Hər gün əzablar üst-üstə gəlir İnan, keçib getməz heç zaman Sən getdin, ətrafım bomboş qaldı Uzaqsan, sənə çatmır əllərim Səndən başqa kimsəni sevmədim Qiymətimi heç bilmədin Səndən başqa kimsəni sevmədim Niyə belə, söylə sən... Bir yuxu kimi gözlərin Yalan oldu mənə sözlərin Qəlbimi sənə bağladım, gəl Qəlbimə qayıdar dedim Olmadı, yenə gözlədim Könlümü sənə saxladım, gəl Sən məni sona saxladın, gəl Həyatda kim uduzar kim udar Səadət açarı tapmaq çətin, inan Hər gün insan bir ümid gözləyir Amma sabaha yoxdur güman Sevgidən mənə düşən bu həsrət Yandırar tənha qalan qəlbimi Gözə gəldi sevgi bilmədən biz Sən bilmədin dəyərimi Gözə gəldi sevgi bilmədən biz Niyə belə, söylə sən... Bir yuxu kimi gözlərin Yalan oldu mənə sözlərin Qəlbimi sənə bağladım, gəl Qəlbimə qayıdar dedim Olmadı, yenə gözlədim Könlümü sənə saxladım, gəl Sən məni sona saxladın, gəl Bir yuxu kimi gözlərin Yalan oldu mənə sözlərin Qəlbimi sənə bağladım, gəl Qəlbimə qayıdar dedim Olmadı, yenə gözlədim Könlümü sənə saxladım, gəl Sən məni sona saxladın Bir yuxu kimi gözlərin Yalan oldu mənə sözlərin Qəlbimi sənə bağladım, gəl Qəlbimə qayıdar dedim Olmadı, yenə gözlədim Könlümü sənə saxladım, gəl Sən məni sona saxladın
  • Əllərim titrəyir Baxanda gözlərinə Ürəyimi ovsunladın İnandım sözlərinə Ümidimi al, yaşayım Kədərini ver, daşıyım Sənə yaraşır gülmək Gül bir az Axı sənə neyləmişəm? Ürəyinə dəyməmişəm Gəl barışaq, ömrüm Belə olmaz Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm Əllərim titrəyir Baxanda gözlərinə Ürəyimi ovsunladın İnandım sözlərinə Ümidimi al, yaşayım Kədərini ver, daşıyım Sənə yaraşır gülmək Gül bir az Axı sənə neyləmişəm? Ürəyinə dəyməmişəm Gəl barışaq, ömrüm Belə olmaz Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm Çox dedilər, qayıt bu yoldan Dedim ki, ayrılmaram ondan Mən səninlə nəfəs alar kimiyəm, kimiyəm İnan, o qədər səmimiyəm
  • [Bənd 1] Səndən mənə bir ömürlük xatirə Məndən sənə nə qalacaq, bilmirəm... Səndən mənə bir ömürlük xatirə Məndən sənə nə qalacaq, bilmirəm... Çətin ki, bir daş üstə daş bitirəm Niyə uçdu bu qalaçıq, bilmirəm... Çətin ki, bir daş üstə daş bitirəm Niyə uçdu bu qalaçıq, bilmirəm... [Nəqərat] Günlər mənə gün yazmağı unutdu Gülüm, günün güllərimi qurutdu Günlər mənə gün yazmağı unutdu Gülüm, günün güllərimi qurutdu Bu sevgidə kim uduzdu, kim uddu? Peşmanı kim olacaq, bilmirəm... Bu sevgidə kim uduzdu, kim uddu? Peşmanı kim olacaq, bilmirəm... [Bənd 2] Mən Arazam, səsim tutqun Arazdır Ha çağırdım, ha yüyürdüm, ha yazdım Mən Arazam, səsim tutqun Arazdır Ha çağırdım, ha yüyürdüm, ha yazdım İndi daha qaynar təbim ayazdır İsinərmi bu od-ocaq, bilmirəm... İndi daha qaynar təbim ayazdır İsinərmi bu od-ocaq, bilmirəm... [Nəqərat] Günlər mənə gün yazmağı unutdu Gülüm, günün güllərimi qurutdu Günlər mənə gün yazmağı unutdu Gülüm, günün güllərimi qurutdu [Nəqərat] Günlər mənə gün yazmağı unutdu Gülüm, günün güllərimi qurutdu Günlər mənə gün yazmağı unutdu Bu sevgidə kim uduzdu, kim uddu? Peşmanı kim olacaq, bilmirəm... Bu sevgidə kim uduzdu, kim uddu? Peşmanı kim olacaq, bilmirəm...
  • [Keçid] Gülərüzlüm, şirinsözlüm Alagözlüm, dön, bəri bax İnsaf elə, bundan belə Daha məndən düşmə uzaq Gülərüzlüm, şirinsözlüm Alagözlüm, dön, bəri bax İnsaf elə, bundan belə Daha məndən düşmə uzaq [Nəqərat] Qəlbimin parasısan, dərdimin çarasısan Gözümün qarasısan, gəl Arzumsan, diləyimsən, həmişə gərəyimsən<wbr>Döyünən ürəyimsən, gəl Qəlbimin parasısan, dərdimin çarasısan Gözümün qarasısan, gəl Arzumsan, diləyimsən, həmişə gərəyimsən Döyünən ürəyimsən, gəl
  • Günbəgün artır adınla sənin Dillər əzbərim, Azərbaycanım Gözəlləşirsən sən, böyüyürsən Yeni nəsilin gələcəyisən Azərbaycanımın İlham oğlu var Ölkəmin adını göyə ucaldar Xalqına sevgisi qəlbində yaşar Sevirik həm onu, həm səni, vətən! Azərbaycanımın İlham oğlu var Ölkəmin adını göyə ucaldar Xalqına sevgisi qəlbində yaşar Sevirik həm onu, həm səni, vətən! Zəfərin artsın, uğurun bol olsun Üç rəngli bayraq qoy dalğalansın Hər addım güclən, əzəmətli ol Qarabağımız bizimlə qalsın Azərbaycanımın İlham oğlu var Ölkəmin adını göyə ucaldar Xalqına sevgisi qəlbində yaşar Sevirik həm onu, həm səni, vətən! Azərbaycanımın İlham oğlu var Ölkəmin adını göyə ucaldar Xalqına sevgisi qəlbində yaşar Sevirik həm onu, həm səni, vətən! Hər bir insan üçün onun milli mənsubiyyəti Onun qürur mənbəyidir Mən həmişə fəxr etmişəm Bu gün də fəxr edirəm ki Mən Azərbaycanlıyam Azərbaycan Respublikası prezidentinin Səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının konstitusiyasına Əməl edəcəyimə Dövlətin müstəqilliyini Və ərazi bütövlüyünü qoruyacağıma Xalqa ləyaqətlə xidmət edəcəyimə And içirəm! Azərbaycanımın İlham oğlu var Ölkəmin adını göyə ucaldar Xalqına sevgisi qəlbində yaşar Sevirik həm onu, həm səni, vətən! Azərbaycanımın İlham oğlu var Ölkəmin adını göyə ucaldar Xalqına sevgisi qəlbində yaşar Sevirik həm onu, həm səni, vətən! Vətən... Azərbaycan
  • Sevgi şirin nəğmə, sevgi bir aləm Birgə ömür sürək - sevgi, sən və mən Ulduz gözlərinçün vallah ölürəm Canımdan da artıq səni sevirəm Sevgi şirin nəğmə, sevgi bir aləm Birgə ömür sürək - sevgi, sən və mən Ulduz gözlərinçün vallah ölürəm Canımdan da artıq səni sevirəm Ay ömrüm, həyatım, səninlə mən varam Xoşbəxt bir sabaha aparır bu yol Bu gözəl həyatda tək sənin olaram Sən mənim hər zaman yanımda ol Sən mənim hər zaman sevgilim ol Sevgilim ol Əllərin əlimdə, gözüm gözündə Biztək xoşbəxt varmı görən yer üzündə? Dünya gözəlsə mənim gözümdə Bilirəm, sevirsən məni özün də Əllərin əlimdə, gözüm gözündə Biztək xoşbəxt varmı görən yer üzündə? Dünyaya dəyərsən mənim gözümdə Bilirəm, sevirsən məni özün də Ay ömrüm, həyatım, səninlə mən varam Xoşbəxt bir sabaha aparır bu yol Bu bir ömür boyunca səninlə olaram Sən mənim hər zaman yanımda ol Sən mənim hər zaman sevgilim ol Sevgilim ol Sevgilim ol Yanımda ol Yanımda ol Sən mənim hər zaman sevgilim ol Sevgilim ol Yanımda ol Sevgilim ol Sevgilim ol Bir ömür boyu sən mənimlə ol Sevgilim ol Sevgilim ol Sevdiyim ol Sevdiyim ol Sən mənim (sən mənim) hər zaman sevgilim ol Sevgilim ol Sevgilim ol Sevgilim ol Sən mənim (sən mənim) bir ömür boyu yanımda ol Yanımda ol
  • [Bənd 1] Vianada bir qız var Yaz ətirli çiçəkdir Qara göz, qara qaşlı Göz oxşayan göyçəkdir Vianada bir qız var Yaz ətirli çiçəkdir Qara göz, qara qaşlı Göz oxşayan göyçəkdir [Nəqərat] Bal dodaqlı gözəlim Sözləri də bal Dadır Məni tanıyırsınız Onun adı Leyladır Bal dodaqlı gözəlim Sözləri də bal Dadır Məni tanıyırsınız Onun adı Leyladır Onun adı Leyladır [Bənd 2] Nağıllı bir dünyadır Şirindir xəyal kimi Bu gözəllik önündə Dayanıram lal kimi Düşünürəm gözəllik Sevgi, istək, məhəbbət İnsanların yoluna Nur saçır hilal kimi [Nəqərat] Bal dodaqlı gözəlim Sözləri də bal Dadır Məni tanıyırsınız Onun adı Leyladır Bal dodaqlı g özəlim Sözləri də bal Dadır Məni tanıyırsınız Onun adı Leyladır Onun adı Leyladır Bal dodaqlı gözəlim Sözləri də bal Dadır Məni tanıyırsınız Onun and Leyladır Bal dodaqlı gözəlim Sözləri də bal daır Məni tanıyırsınız Onun and Leyladır Onun adı Leyladır Onun adı Leyladır
  • Azərbaycan! Azərbaycan! Yurdumun səsinə səs versin ellər Vətəndən çəkilsin yad olan əllər Düşmənin gözünü kor etsin əsgər Hər zaman yaşasın Azərbaycanım Sənsən şanım-şöhrətim Mənim varım-dövlətim İlhamlı gələcəyim, Azərbaycanım Həm ruzi bərəkətim Dilimdə həmsöhbətim Adın ürəyimdədir, Azərbaycanım! Yaşayır ulu öndər, yaşayır qəlbimizdə Əminli əllərdədir Azərbaycanım İlhamlı səhərlərin doğruldur ümidləri Gəl ona olaq dəstək, Azərbaycanım Ən böyük zəfərlər Qarabağdadır Xalqımın adını İlham ucaldır Gənclərə dəstəyi bizi yaşadır Bizimlədir qələbə, ey Azərbaycan! Sənsən şanım-şöhrətim Mənim varım-dövlətim İlhamlı gələcəyim, Azərbaycanım Həm ruzi-bərəkətim Dilimdə həmsöhbətim Adın ürəyimdədir, Azərbaycanım! Yaşayır ulu öndər, yaşayır qəlbimizdə Əminli əllərdədir Azərbaycanım İlhamlı səhərlərin doğruldur ümidləri Gəl ona olaq dəstək, Azərbaycanım Yaşayır ulu öndər, yaşayır qəlbimizdə Əminli əllərdədir Azərbaycanım İlhamlı səhərlərin doğruldur ümidləri Gəl ona olaq dəstək, Azərbaycanım Ay, gəl ona olaq dəstək, Azərbaycanım
  • Bilərsənmi... De, qaytara bilərsənmi? Sənli günlərimi De, qaytara bilərsənmi? Bilərsənmi... Bilərsənmi... Özümdən çox sevdiyim Niyə dönük çıxdın sən? De, hansı gözlər ilə Başqa gözə baxdın sən Həyatımı, ömrümü Arzumu puç eylədin Ürəyindən nə keçdi? Niyə hiylə geyindin? Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Təmiz, ülvi eşqimi Ucuz tutdun nə qədər Uddu səni hiylələr Yedi məni şübhələr Təmiz, ülvi eşqimi Ucuz tutdun nə qədər Uddu səni hiylələr Yedi məni şübhələr Amma üzə vurmadım Dedim, bəlkə ayıldın Bilmədin ki, günbəgün Mən içimdə oyuldum Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Bilərsənmi, bilərsənmi? Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Bilərsənmi, bilərsənmi? De, qaytara bilərsənmi? Sənli günlərimi Bilərsənmi...