Татарский переводчик Узбекские песни

Aygün Kazımova.
 Слушать песни исполнителя и скачать онлайн

Aygün Kazımova

  • Bir baxışdan zülmətlərə nur boyanar Oyanar qəlblərdən ən gizli, sirli duyğularımız Hər görüşdən ürəklərdə bir xatirə iz salar Kövrələr həsrətli gözlər, tənha gecələr Ondan mənə hər dəfə yazılan son sevgi məktubunda Oxuyub gözlər ağlar yenə əlvida Toxunub dəyib əllər özgə birinə Kimi əzizləyib o mənim yerimə? Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi Ən çox o belə deyirdi Guya ki mən yox, o məni sevirdi Yalana bax Amma günah bu, elə günah Bir baxışdan zülmətlərə nur boyanar Oyanar qəlblərdən ən gizli, sirli duyğularımız Hər görüşdən ürəklərdə bir xatirə iz salar Kövrələr həsrətli gözlər, tənha gecələr Ondan mənə hər dəfə yazılan son sevgi məktubunda Oxuyub gözlər ağlar yenə əlvida Toxunub dəyib əllər özgə birinə Kimi əzizləyib o mənim yerimə? Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi Ən çox o belə deyirdi Guya ki mən yox, o məni sevirdi Yalana bax Amma günah bu, elə günah
  • Bu dünya sevincim mənim, heç nəyin fərqi yoxdur Bir kimsə könlümcə deyil, arxamca sürünən çoxdur Bu gecə unutdum səni, gəl unut sən də məni Kədərinlə ağlatma sən, bu gecə nəşəli gecə. Gizlədib göz yaşımı Kədərə sirdaş olub Ağlayır köhnə yaram. Dərd əlindən içirəm Görənlər nə bilsin ki Özüm-özümü aldadıram. Kaş ki, içə biləydim mən bu sevginin şərabını Unuda bilmirəm axı mən sənin günahını Bu dünya kədərə dəyməz, bu sevgi geri dönməz Dərd ölər, məhəbbət ölməz, bu gecə nəşəli gecə Gizlədib göz yaşımı Kədərə sirdaş olub Ağlayır köhnə yaram. Dərd əlindən içirəm Görənlər nə bilsin Özüm-özümü aldadıram. Off... Gizlədib göz yaşımı... Özümü aldadıram...
  • Mən istərəm ki, açasan sən ürəyini Mən istərəm ki, açasan sən ürəyini Səninlə görüşəndə, ah, necə sərbəst oluram Bəlkə də anlamıram, özüm-özümə qəsd oluram Atıram iş-gücümü, qollarında məst oluram Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Çox şeyi danışmıram qaraltmamaq üçün qanını Sən bilirsən, sevirəm canımdan artıq canını Elə hallar da olur ki, görürəm nöqsanını Danışım, danışmayım, içimdə alışıb yanıram Danışım, danışmayım, içimdə alışıb yanıram Mənim əməllərimi nöqsan hesab eyləmisən Amma bu böylə deyil, hey yanıram, odlanıram Amma bu böylə deyil, hey yanıram, odlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Mən istərəm, sən hər an məni anlayasan Mən istərəm, sən hər an məni anlayasan Yağışın damlasının pıçıltısını izləyirəm O deyir: "Yar gələn yolları təmizləyirəm" Gecikirsən görüşə, səbr eləyib gözləyirəm Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Talayır, parçalayır köksümü süzgün baxışın Sonra bir yarə qoyur üstə acı davranışın Təki yağdırmayasan başıma hicran yağışın Mənə xoşdur; hələ bu göz yaşımda islanıram Mənə xoşdur; hələ bu göz yaşımda islanıram Aşiqə səbr eləmək, cananasa naz yaraşır Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Mən istərəm, sən sevgimizə inanasan Mən istərəm, sən sevgimizə inanasan Elə bir vaxt gələcək ki, xoş həyat görsənəcək Çağıranda yarımı, "can" deyərək dillənəcək Hələ bilmir nədir sevmək, sevəcək, öyrənəcək Düşünüb, özüm-özümü aldadıram, aldanıram Düşünüb, özüm-özümü aldadıram, aldanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Bəlkə mən düz eləmirəm
  • Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Dilin lal olub indi Gözlərin dolub indi İndi yalvaran kimdir? Al apar o gecəni O gecələr sənindir Al apar o gecəni O gecələr sənindir Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə, yenə Kölgə ol, köləyə dönmə Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə,yenə Kölgə ol, köləyə dönmə Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Səninlə görüşüb, günü gecəyə qatıb bir aləm yaratmışdıq Bu yerdən ayrılıb iki can bir bədəndə, bir kölgə yaratmışdıq Dilin lal olub indi Gözlərin dolub indi İndi yalvaran kimdir? Al apar o gecəni O gecələr sənindir Al apar o gecəni O gecələr sənindir Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə, yenə Kölgə ol, köləyə dönmə Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə,yenə Kölgə ol, köləyə dönmə Mircamal Haşımov Kölgə ol, amma sürünmə Kölgə ol Kölgə ol, gözə görünmə Kölgə ol Kölgə ol, köləyə dönmə Kölgə ol Kölgə ol, gözə görünmə Kölgə ol Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə, yenə Kölgə ol, köləyə dönmə Kölgə ol, amma sürünmə Kölgə ol, gözə görünmə Ürək çırpınsa belə,yenə Kölgə ol, köləyə dönmə Kölgə ol
  • Sənli günlərimi aparma, gülüm Onlara bir daha dönməyəcəyəm Sənli günlərimi aparma, gülüm Onlara bir daha dönməyəcəyəm Sevgini qəlbimdən qoparma, gülüm Bir daha yenidən sevməyəcəyəm Sevgini qəlbimdən qoparma, gülüm Bir daha yenidən sevməyəcəyəm Qara gözlərinə doyunca baxım Onları bir daha görməyəcəyəm Saçlarını baxışımla oxşayım Onları bir daha öpməyəcəyəm Saçlarını baxışımla oxşayım Onları bir daha öpməyəcəyəm Onları bir daha öpməyəcəyəm Həsrətlə yollarda qoyma gözümü Onsuz o yollardan keçməyəcəyəm Həsrətlə yollarda qoyma gözümüm Onsuz o yollardan keçməyəcəyəm Qaytar dünənimə mənim özümü Sənin xəyalına sevinəcəyəm Qaytar dünənimə mənim özümü Sənin xəyalına sevinəcəyəm Qara gözlərinə doyunca baxım Onları bir daha görməyəcəyəm Saçlarını baxışımla oxşayım Onları bir daha öpməyəcəyəm Saçlarını baxışımla oxşayım Onları bir daha öpməyəcəyəm Onları bir daha öpməyəcəyəm
  • Hərdən başımız qarışır Dilimiz çox sərt danışır O küsür sonra tez barışır Hərdən başımız qarışır Dilimiz çox sərt danışır O küsür sonra tez barışır Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Nə ruhu, var nə cismi Gözümə görünür rəsmi Dilimdən düşmür onun ismi Nə ruhu, var nə cismi Gözümə görünür rəsmi Dilimdən düşmür onun ismi Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Bu gecə yenə tek Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tek Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tək...
  • Mən sənə könül verib inandım Bu məhəbbəti həqiqi sandım Sən demə sevməmisən heç məni Çox heyif ki, yaman gec oyandım (gec oyandım) Mən sənə könül verib inandım Bu məhəbbəti həqiqi sandım Mən sənə könül verib inandım Bu məhəbbəti həqiqi sandım Sən demə sevməmisən heç məni Çox heyif ki, yaman gec oyandım Sən demə sevməmisən heç məni Çox heyif ki, yaman gec oyandım Bəlkə sən səsimə mənim səs verəsən Arada varlığını bildirəsən Bəlkə sən səsimə mənim səs verəsən Arada varlığını bildirəsən Neçə vaxtdır ki, xəbər yox səndən Yoxa çıxmadın birdən birə sən Neçə vaxtdır ki, xəbər yox səndən Yoxa çıxmadın birdən birə sən Gecələr xəyalınla danışıram Niyə küskünsən axı soruşuram? Gecələr xəyalınla danışıram Niyə küskünsən axı soruşuram? Qəflətən günəş çıxır itirsən Mən sənin yoxluğunla barışıram Qəflətən günəş çıxır itirsən Mən sənin yoxluğunla barışıram Zözq alardım bu sözü deməkdən Sən gözəlsən gözəlim mələkdən Zözq alardım bu sözü deməkdən Sən gözəlsən gözəlim mələkdən Bir yerdə günlərimiz xoş olsun Bunu arzu etmişdim ürəkdən Bir yerdə günlərimiz xoş olsun Bunu arzu etmişdim ürəkdən Nə biləydim dönəcəksən xəyala? Salacaqsan məni axır bu hala Nə biləydim dönəcəksən xəyala? Salacaqsan məni axır bu hala Səbr edib nazını çəkdikcə mənim Düşünürdüm yetərəm mən vüsala Səbr edib nazını çəkdikcə mənim Düşünürdüm yetərəm mən vüsala Gecələr xəyalınla danışıram Niyə küskünsən axı soruşuram? Gecələr xəyalınla danışıram Niyə küskünsən axı soruşuram? Qəflətən günəş çıxır itirsən Mən sənin yoxluğunla barışıram Qəflətən günəş çıxır itirsən Mən sənin yoxluğunla barışıram Bəlkə sən səsimə mənim səs verəsən Arada varlığını bildirəsən Bəlkə sən səsimə mənim səs verəsən Arada varlığını bildirəsən Neçə vaxtdır ki, xəbər yox səndən Yoxa çıxmadın birdən birə sən Neçə vaxtdır ki, xəbər yox səndən Yoxa çıxmadın birdən birə sən Gecələr xəyalınla danışıram Halını-əhvalını soruşuram Gecələr xəyalınla danışıram Niyə küskünsən axı soruşuram? Qəflətən günəş çıxır itirsən Mən sənin yoxluğunla barışıram Qəflətən günəş çıxır itirsən Mən sənin yoxluğunla barışıram Mən sənin yoxluğunla barışıram Mən sənin yoxluğunla barışıram
  • Bu yolu sən seçmişdin Ürəyimə köçmüşdün Məni danırsan indi Axı sən and içmişdin Mən öz sevgimi danmıram Səndən ayrı dolanmıram Hazıram bəyan eləyim Səni sevirəm, utanmıram De eşitsin bütün aləm, "Sevirəm" Səni hər dəm, sevirəm Daha mən həm sevilib, həm sevirəm Səni möhkəm sevirəm De eşitsin bütün aləm, "Sevirəm" Səni hər dəm, sevirəm Daha mən həm sevilib, həm sevirəm Səni möhkəm sevirəm Elə möhkəm sevirəm Əbədi olaq əlbət Saf olsa, bu məhəbbət Çalışaq həsrət qalsın Bu sevgimizə həsrət Bundan sonra gəzək qoşa Məhəbbətlə dolaq yaşa Sevgi dolu ömrümüzü Sədaqətlə vuraq başa De eşitsin bütün aləm, "Sevirəm" Səni hər dəm, sevirəm Daha mən həm sevilib, həm sevirəm Səni möhkəm sevirəm De eşitsin bütün aləm, "Sevirəm" Səni hər dəm, sevirəm Daha mən həm sevilib, həm sevirəm Səni möhkəm sevirəm Elə möhkəm sevirəm Mən səni möhkəm sevirəm!!!
  • Ölüm bu dünyanın o üzündədir, Bu üzü dünyanın güldür, çiçəkdir. Ölüm bu dünyanın o üzündədir, Bu üzü dünyanın güldür, çiçəkdir. Ölməzlik məhəbbət zirvəsindədir, Məhəbbət əbədi ömür deməkdir. Ölməzlik məhəbbət zirvəsindədir, Məhəbbət əbədi ömür deməkdir. Məhəbbət əbədi ömür deməkdir. Sızlama ürəyim, sən dözümlü ol, Bu dünya həm acı, həm də şirindir. Bir gözlə sən ağla, bir gözünlə gül, Bu dünya əzabına dözənlərindir. Hicranın yolları bitməz, tükənməz, Vüsal yollarına qar ələnibdir. Hicranın yolları bitməz, tükənməz, Vüsal yollarına qar ələnibdir. Ömrümü eşqinə qurban deyən kəs, Xəyanət əliylə güllələnibdir. Ömrümü eşqinə qurban deyən kəs, Xəyanət əliylə güllələnibdir. Xəyanət əliylə güllələnibdir. Sızlama ürəyim, sən dözümlü ol, Bu dünya həm acı, həm də şirindir. Bir gözlə sən ağla, bir gözünlə gül, Bu dünya əzabına dözənlərindir. Bu dünya əzabına dözənlərindir. Dözənlərindir... dözənlərindir...
  • Bu ürəkdə ağlayır eşq romanı Bax yolumu bağlayır eşq dumanı Geri qaytara bilək biz zamanı Gecə yuxumda gündüzlər uzaqda Necə də aciz edir eşq insanı Çəkilsin yollardan qoy eşq dumanı Geri qaytara bilək biz zamanı Gecə yuxumda gündüzlər uzaqda Səslərəm səni gözlərəm səni hələ İncitmə məni gözlətmə məni belə Harda sevgilim o baxışlar Baxsa qəlbimə nur bağışlar Bəzən günahlar acı yalanlar Məni sənsiz edər Düşün məni, düşün səni düşündüyüm qədər Düşün məni, düşün ömrün keçməyəcək hədər Səni düşünəcəm dünyam məhv olsada belə mən
  • Çağıranda yerim-göyüm, yerim-göyüm Günəşim ulduzum denən, ulduzum denən Çağıranda yerim-göyüm, yerim-göyüm Günəşim ulduzum denən, ulduzum denən Gözlərinə göz demə heç, göz demə heç İki gilə üzüm denən, üzüm denən Gözlərinə göz demə heç, göz demə heç İki gilə üzüm denən, üzüm denən İki gilə üzüm denən, üzüm denən Bizim qızlar, bizim qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri burma-burma, burma-burma Bizim qızlar, bizim qızlar Hörükləri yosun qızlar, yosun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri ətir qızlar, ətir qızlar Yanağına yanaq demə, yanaq demə Budağların çiçəyidir. çiçəyidir Yanağına yanaq demə, yanaq demə Budağların çiçəyidir. çiçəyidir Dodağına dodaq demə, dodaq demə Bu çiçəyin ləçəyidir, ləçəyidir Dodağına dodaq demə, dodaq demə Bu çiçəyin ləçəyidir, ləçəyidir Bu çiçəyin ləçəyidir, ləçəyidir Bizim qızlar, bizim qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri burma-burma, burma-burma Bizim qızlar, bizim qızlar Hörükləri yosun qızlar, yosun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri ətir qızlar, ətir qızlar Hörükləri ətir qızlar, ətir qızlar Bizim qızlar, bizim qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri burma-burma, burma-burma Bizim qızlar, bizim qızlar Hörükləri yosun qızlar, yosun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri ətir qızlar, ətir qızlar Hörükləri yosun qızlar, yosun qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar...
  • Hər tərəfdən gələn bir qəm desə Sevgi məhəbbətindən danış nəsə De ki, o bizim sirli xəzinəmizdir Bizdən başqa aid deyil heç kəsə De ki, o bizim sirli xəzinəmizdir Bizdən başqa aid deyil heç kəsə Sən danışırsan çoxalır dedi-qodu Sən danışırsan çoxalır dedi-qodu Sən danışırsan çoxalır dedi-qodu Sən danışırsan çoxalır dedi-qodu Yığışdır bu qaş-qabağı Səsini bir az sal aşağı Səbirli ol, yavaş danış Yerində var qulağı Səni məndən ayırmasın dedi-qodu Qoyma bizi yandıra hicran odu Səni məndən ayırmasın dedi-qodu Qoyma bizi yandıra hicran odu Haqqında qonşularda söz salırsan Yalan yalan məlumatlar alırsan Çöldə dinlədiklərin azmış kimi Evdə də telefondan asılı qalırsan Çöldə dinlədiklərin azmış kimi Evdə də telefondan asılı qalırsan Səndə şübhələr yaradır dedi-qodu Səndə şübhələr yaradır dedi-qodu Hər işimiz yaxşı gedir, tək bu məni narahat edir Sənin həyəcanlanmağının anlamıram səbəbi nədir Sənin həyəcanlanmağının anlamıram səbəbi nədir Səni məndən ayırmasın dedi-qodu Qoyma bizi yandıra hicran odu Səni məndən ayırmasın dedi-qodu Qoyma bizi yandıra hicran odu Bəd fikirlər əgər qalsa başında, Ömrü verərsən bada gənc yaşında Pis danışan yaxşılıq üçün danışmaz, Dinləsəndə saxlama yaddaşında Pis danışan yaxşılıq üçün danışmaz, Dinləsəndə saxlama yaddaşında Sevgimiz artdıqca artsın dedi-qodu Sevgimiz artdıqca artsın dedi-qodu Artsada söz-söhbətimiz Amma da birdir niyyətimiz Həm sevilib, həm sevirik Əbədidir məhəbbətimiz Həm sevilib, həm sevirik Əbədidir məhəbbətimiz Səni məndən ayırmasın dedi-qodu Qoyma bizi yandıra hicran odu Səni məndən ayırmasın dedi-qodu Qoyma bizi yandıra hicran odu
  • Çox heyif mən pis yanılmışam İllərdir yerimdə sayırmışam Sənlə olan şəkilləri ayırmışam Al, saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Onsuz da güclə dözürəm Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Onsuz da güclə dözürəm Mənim ürəyimdə payız baharla əhatələnibdir dörd divarla Sevgi və nifrəti eyni anda yaşayıram sənə qarşı Daxili yadsansa yadda qalma Yoxsan artıq burdayam mən amma Gözləyənin var sənin get, dayanma Amma saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Onsuz da güclə dözürəm Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Onsuz da güclə dözürəm İstərdim zamanı dayandırıb Sonuncu qatarı yubandırım Əlim də gəlmir ki, yandırım Al, saxla şəkilləri özündə Şık, şık, şık, şık şəkillər Çık, çık, çık, çık çəkirlər Çəkilənlər çəkilsinlər Çəkilməyənlər çəkinməsinlər Saçını düzəlt, ya da papaq tax Düz dayan, ya da ora-bura bax Bezmişəm məsləhətdən Şəklimi çəkə-çəkə hərdən Gözlər, məni daha gözləmə Buz olan ürəyimi Yadında saxla İkimizin şəklini Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Onsuz da güclə dözürəm Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Saxla şəkilləri özündə Onsuz da güclə dözürəm
  • O qədər çox gözlədim Gələcək bir gün dedim Tanışlar dönməz dedi Amma mən gözlədim Ömürdən keçir günlər Hər yanda xatirələr Dedilər keçib gedər Olmasa necə keçər Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Geriyə bağlı yollar Önümdə qaranlıqlar Gedəni axı kim qaytarar? Qayıtmaz o qayıtmaz Ömürdən keçir günlər Önümdə xatirələr Dedilər keçib gedər Olmasa necə keçər Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Sevgimiz səssiz sinema Bir az ağ, bir az da qara Silinir bütün kadrlar Qayıtmır yaşananlar... Qayıtmır yaşananlar... Qayıtmır yaşananlar... Qayıtmır...
  • Bax səndən bəhs edir gecələr ay Qəlbimin səsinə, gəl sən, ver haray Qurdun ümidlərdən büllur saray Gəl gözəlləşdir, xəyallarımı Gəl gerçəkləşdir yuxularımı Bu kəlmələr küskün, bu kəlmələr kövrək... Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz? Bax səndən bəhs edir gecələr ay Qəlbimin səsinə, gəl sən, ver haray Qurdun ümidlərdən büllur saray Gəl gözəlləşdir, xəyallarımı Gəl gerçəkləşdir yuxularımı Bu kəlmələr küskün, bu nəğmələr kövrək... Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz? Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz? Mən sənsiz dəli rüzgar Ülvi duyğularım, coşmaz ki, sevgisiz Xəyalın ruhuma əziz Bəs necə yaşarsan, söylə ki, sən mənsiz?
  • Görəsən, sevgilim indi neyləyir? Onun üçün burnumun ucu göynəyir Bir dəli darıxmaq gəlir ki, hərdən Lap istəyirəm köçüm, gedim şəhərdən Bir dəli darıxmaq gəlir ki, hərdən Lap istəyirəm köçüm, gedim şəhərdən Bu şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Bu şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Bu şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Lap istəyirəm köçüm, gedim şəhərdən Nəyimə gərəkdi, sən olmayan yer Lap mənə cahanı, bu dünyanı ver Sənə də çətindir, mənsiz o yerlər Mən də boş gələr, sənsiz o yerlər Sənə də çətindir, mənsiz o yerlər Mən də boş gələr, sənsiz o yerlər Şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Bu şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Bu şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Lap istəyirəm köçüm, gedim şəhərdən Sən mənim dərdimi, fikrimi çəkmə Çəkərsən dərdimi düşərsən eşqə Sən də bu aşiqin sözünə yaxşı bax Sənə qurban olaram özünə yaxşı bax Sən də bu aşiqin sözünə yaxşı bax Sənə qurban olaram özünə yaxşı bax Şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Bu şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Bu şəhərdən, şəhərdən Köçüm gedim şəhərdən Gəl gedək şəhərdən Dur gedək şəhərdən Əl-ələ verək biz Bir gedək şəhərdən Şəhərdən Köçüm gedim şəhərdən Bu şəhərdən, şəhərdən...
  • Şirin-şirin söhbət etdik Nə vardırsa, xəyal etdik Məni dərdlə qoyub getdin Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni Yaz olsada bulaq donub Həsrətindən güllər solub Keçən keçib, olan-olub Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni Bu dünyaya biz baxmasaq Sevgimizə biz çatmasaq Arzumuza qovuşmasaq Aylar, illər boğar məni Gəl özünlə apar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gündüzümü gecə getdin Heç bilmədim necə etdin Məni niyə əsir etdin? Bu dərdlərdən qurtar məni Gəl özünlə apar məni
  • Seni gözlemirdim sen hardan geldin Çevrildi heyatın altı-üstüne Ruhumu yerinden Oynadan etrin Qelbimi yandırdı durdu qesdin Deyişdi ömrümün ağ-qara fesli Açıldı sabahlar kirpiklerimde Eşqimin deyeri duyğumun esli Oyandı yatdığı derinliklerden Gözüm yox dünya malında Birce zerre isteyem Yalnız sen vurğun ürek Ancaq sene xesteyem Dermanımı ellrinde Yorulmadan gözleyen Çarem seni sevmek deye Ancaq sene xesteyem
  • Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Tənhalıq hər zaman qəlbimi sıxdı Mənasız ömürdən ürək darıxdı Sən demə Allahın bəlasıdır bu Bir mələk cildində qarşıma çıxdı Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Mən onun, mən onun yanında qalmaq istədim Mən onun, mən onun könlünü almaq istədim O məni, o məni kəməndə salmaq istədi O məni, o məni kölə kimi almaq istədi Bilmədim nə oldu, sevdim, inandım Qoymadım tək qala, halına yandım Dərdimin üstünə dərd gətiribdir Mən onu taleyin qisməti sandım Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Mən onun, mən onun yanında qalmaq istədim Mən onun, mən onun könlünü almaq istədim O məni, o məni kəməndə salmaq istədi O məni, o məni kölə kimi almaq istədi Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim Mən onun, mən onun yanında qalmaq istədim Mən onun, mən onun könlünü almaq istədim O məni, o məni kəməndə salmaq istədi O məni, o məni kölə kimi almaq istədi Qara gözünə, qaşına baxıb Gözlərinin yaşına baxıb Dözmədi qəlbim
  • Gözlərimdən anla bu sevincimi Nəhayət xoşbəxtəm səninlə təkcə Qanad açıb ürəyimdə quş kimi Xəyalına qondum sənin gizlicə Ömrüm günüm, olmasın sənsiz bir an Ömrüm günüm, qoy olsun sənə qurban Ömrüm günüm, çəkdirsin mənə hicran Ömrüm günüm, təki sən mənim yanımda qalasan Yana şamı söndürmə ürəyimdə Qoymaram ki, məhv olsun çırağımız Parlayıb bir anda eşqin gözündə Qorx alışıb yanmasın bu sevdamız Ömrüm günüm, olmasın sənsiz bir an Ömrüm günüm, qoy olsun sənə qurban Ömrüm günüm, çəkdirsin mənə hicran Ömrüm günüm, təki sən mənim yanımda qalasan
  • Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi cumhuriyyət Azərbaycan Türkiyə Hər ikisi cumhuriyyət Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Bir ananın iki oğlu Bir ağacın iki qolu Bir ananın iki oğlu Bir ağacın iki qolu O da ulu, bu da ulu Azərbaycan Türkiyə O da ulu, bu da ulu Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdda yuva qurdum Ata yurda könül verdim Ana yurdum, Ata yurdum Azərbaycan Türkiyə Ana yurdum, Ata yurdum Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Birdir bizim hər halımız Diləyimiz, amalımız Birdir bizim hər halımız Diləyimiz, amalımız Bayraqlarda hilalımız Azərbaycan Türkiyə Bayraqlarda hilalımız Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Dinimiz bir, dilimiz bir Ayımız bir, ilimiz bir Eşqimiz bir, yolumuz bir Azərbaycan Türkiyə Eşqimiz bir, yolumuz bir Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə Azərbaycan Türkiyə
  • De! Kimim var ki, səndən başqa? Axı kimim var?! Sən qismətim, mənim taleyim Dünyada mənim, mənim hər şeyim Daha sənə, sənə nə deyim De kimim var ki, səndən başqa Sən vüqarım, bəxtim taxt-taçım Dərdimə dərmanım, çarəm, əlaçım Gedim kimə? axı, kimə əl açım? De! kimim var ki, səndən başqa Səninlə bir döyünür vurur bu ürək Kaş sənə qıymasın, qıymasın bu fələk Gəl atma məni oda, məni oda Satma dosta-yada sən, dosta-yada Yalqızam bu dünyada, bu dünyada Hərdən məni sən sal yada, bir sal yada Dizimə baş qoyanım, ağlayanım Dar günündə mənə bel bağlayanım Dar günündə mənə bel bağlayanım Sənsən qolum qanadım, qolum qanadım Hər yerdə səni, səni sınadım Ömrüm, günüm günüm həyatım De! kimim var ki, səndən başqa Sən dalğalı dəryam, dənizim Dilimdəki adın, ən şirin sözüm Canım, gözüm, doğmam, əzizim De! kimim var ki, səndən başqa Səninlə bir döyünür vurur bu ürək Kaş sənə qıymasın, qıymasın bu fələk Gəl atma məni oda, məni oda Satma dosta-yada sən, dosta-yada Yalqızam bu dünyada, bu dünyada Hərdən məni sən sal yada, bir sal yada Dizimə baş qoyanım, ağlayanım Dar günündə mənə bel bağlayanım Dar günündə mənə bel bağlayanım
  • Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən ki, mənə belə yaxınsan Yaxşı ki, ağlımı sən almırsan Gəl bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Gəl bax gör bir nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən sus ki, dodaqların danışsın Sən bax ki, gözlər sənə alışsın Fikirlər istəyinə qarışsın Qolların qucağına çağırsın Sən ki, mənə belə yaxınsan Yaxşı ki, ağlımı sən almırsan Gəl bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Gəl bir bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm Gəl bir bax … Şəklinə … İnan heç … Niyə o … Gəl bir bax gör nələr edirəm Şəklinə baxıb hey gülürəm İnan heç özümdə bilmirəm Niyə o gündən mən beləyəm…
  • Sənə bir nəğmə qoşdum mən Adı da lya lya fa Hələ səbr et təkrar dinlə sözləri Bir məna var sonda Yenə eyni tək tənhayıq Gur yağış altında İkimizdən başqa kimsə qalmamış Bir çətrin altında Eşq olub bitmişdi Vaxt ötüb keçmişdi Səndən Məndən Səni yandıra-yandıra dinlədiyin mahnı Artıqdır sözdən Bir dinlə Ay qəzəblənmişdi Gün səni silmişdi Göydən Yerdən Məni ağlada-ağlada sevgimi öldürdün Çox şey öyrəndim səndən Gecdir daha sevmək hicran fəslində Əslində Gecdir daha sevmək Bir də öyrən nədir bax gör vicdan dərsindən Əslində Olacaq sənə qəlbimin ayrıca alqışı Gecdir daha sevmək hicran fəslində Əslində Gecdir daha sevmək Bir də öyrən nədir bax gör vicdan dərsindən Əslində Olacaq sənə qəlbimin ayrıca alqışı Eşq olub bitmişdi Vaxt ötüb keçmişdi səndən məndən Səni yandıra-yandıra dinlədiyin mahnı Artıqdır sözdən Bir dinlə Ay qəzəblənmişdi Gün səni silmişdi Göydən Yerdən Məni ağlada-ağlada sevgimi öldürdün Çox şey öyrəndim səndən
  • Bilirəm dönəcəksən ömrümə, ya bu gün ya sabah Amma dönməsən, sən gəl həyatımdakı yasa bax Bilirəm dönəcəksən ömrümə, ya bu gün ya sabah Amma dönməsən, sən gəl həyatımdakı yasa bax Üzülür canım Hüznlü halım Məni gözləri ilə Necə süzürdü zalım Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Bəlkə aradan qaldıraq aramızdakı mübahisəni Qorxmursanmı tutar bir gün bu bəndənin ahı səni Bəlkə aradan qaldıraq aramızdakı mübahisəni Qorxmursanmı tutar bir gün bu bəndənin ahı səni Üzülür canım Hüznlü halım Məni gözləri ilə Necə süzürdü zalım Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli Qorxuram ki, dəyər birdən o əllərə yad əli Ölərəm, yarılar bağrım, mən olaram ya dəli
  • Novruz gəlib yaz gəlib Bir əlində saz gəlib Bir əlində xoncası Açıb gülün qönçəsi Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib... Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib... Kosa səndə gəlsənə Gəlib Salam versənə O torbanı ver görək Yumurtalar rəngbərəng Hər biri can dərmanı Ver dolduraq torbanı... Hər biri can dərmanı Ver dolduraq torbanı... Novruza bax, yaza bax O əriyən buza bax Sellər axır şırhaşır Çöllər olur yamyaşıl Ot bitir yemlik bitir Keçəl başa tük bitir... Ot bitir yemlik bitir Keçəl başa tük bitir... Keçəl başın yağlasın Dəsmal verək bağlasın Məclis quraq oynasın Çırdıq vuraq oynasın Əl çalaq alqışlayaq Bu məclisi başlayaq... Əl çalaq alqışlayaq Bu məclisi başlayaq... Novruz gəlib, yaz gəlib Bir əlində saz gəlib Bir əlində xoncası Açıb gülün qönçəsi Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib... Bülbülə avaz gəlib Novruz gəlib, yaz gəlib...
  • Nədir hicran, bu ürək bilməzdi Düşünürdüm, bu sevgi ölməzdi Mənə göstərdiyin o hiylə, kələk Heç mənim ağlıma da gəlməzdi Mənə göstərdiyin o hiylə, kələk Heç mənim ağlıma da gəlməzdi Könül verib inandığım Dövrəsində dolandığım Kölgəsində dayandığım O budaqlar mənim deyil Könül verib inandığım Dövrəsində dolandığım Kölgəsində dayandığım O budaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Bu sevgidə nə qədər səhv etdim Sənin hər nöqsanını əhv etdim Bu sənin xasiyyətindir, beləsən Çox heyf, özüm-özümü məhv etdim Bu sənin xasiyyətindir, beləsən Çox heyf, özüm-özümü məhv etdim Elə etmişdim etibar Düşünürdüm, dayağım var Qəflətən yağdı bəyaz qar Daha dağlar mənim deyil Elə etmişdim etibar Düşünürdüm, dayağım var Qəflətən yağdı bəyaz qar Daha dağlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Mənə bu sevgi daha məhbəsdir Səsin artıq, duyuram, yad səsdir Gedirəm, məcbur edirsən, gedirəm Bu qədər səbr elədim mən, bəsdir Gedirəm, məcbur edirsən, gedirəm Bu qədər səbr elədim mən, bəsdir Çox demişdim: "məni dərk et" Sevirəm, imdadıma yet Ürəyin versə qərar, get Bu ayaqlar mənim deyil Çox demişdim: "məni dərk et" Sevirəm, imdadıma yet Ürəyin versə qərar, get Bu ayaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil
  • Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Həyəcanlandır, dəli ol arada Monotonluqdan bezir hər bir adam Gəl oyun çıxaraq, soyuq olma daha Sənə yalvarıram! Coş, çağır, bağır! Səbəb ol marağa Nəsə hərəkət elə! Qoyma darıxmağa! Mənə uyğunlaş azacıq Axı sel kimi çağlayıram! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Həyəcanlandır, dəli ol arada Monotonluqdan bezir hər bir adam Gəl oyun çıxaraq, soyuq olma daha Sənə yalvarıram! Coş, çağır, bağır! Səbəb ol marağa Nəsə hərəkət elə! Qoyma darıxmağa! Mənə uyğunlaş azacıq Axı sel kimi çağlayıram! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Aç mənə ürəyini Danış gizlinlərini Düşünmə hər nə olsa Kimsə nə deyər Gizlətmə hisslərini Duyuram atəşini İçək eşqin şərbətini Sonuna qədər Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?! Şəkərini qat, buzunu da at Sonra çalxala-çalxala sevgimizi Bir az həyəcan Göyə uçacam Necə qanadlandırdı sevgi bizi?!
  • Dönmə, dönmə artıq çox gecdir Bu dünyada sevgi heçdir Anladım ki yaşadıqlarımız artıq yalan Sevgi bir öyrəşməkdir Boşuna ümid verməkdir Dəyişməyir ki, heç nəyi zaman Aaa… Yalan, hər şey yalan Aaa… Sevgi dünyam talan Aaa… Yalan, hər şey yalan Aaa… Sevgi dünyam talan Öyrəşmişdim sənə yaman Nə biləyimdim ki, nankorsan Bu həyatı sən yaşasanda Mənim üçün artıq heç yoxsan Öyrəşmişdim sənə yaman Nə biləyimdim ki, nankorsan Bu həyatı sən yaşasanda Mənim üçün artıq heç yoxsan Sən həyatın özü kimi nankorsan Sən həyatın özü kimi nankorsan Hey… Dönmə, dönmə artıq çox gecdir Bu dünyada sevgi heçdir Anladım ki yaşadıqlarımız artıq yalan Sevgi bir öyrəşməkdir Boşuna ümid verməkdir Dəyişməyir ki, heç nəyi zaman Aaa… Yalan, hər şey yalan Aaa… Sevgi dünyam talan Aaa… Yalan, hər şey yalan Aaa… Sevgi dünyam talan Öyrəşmişdim sənə yaman Nə biləyimdim ki, nankorsan Bu həyatı sən yaşasanda Mənim üçün artıq heç yoxsan Öyrəşmişdim sənə yaman Nə biləyimdim ki, nankorsan Bu həyatı sən yaşasanda Mənim üçün artıq heç yoxsan Sən həyatın özü kimi nankorsan Sən həyatın özü kimi nankorsan Sən həyatın özü kimi nankorsan Sən həyatın özü kimi nankorsan