Татарский переводчик Узбекские песни

Песня «Mənim Deyil»
исполнителя Aygün Kazımova.
Скачать или слушать онлайн

Текст песни:

Nədir hicran, bu ürək bilməzdi
Düşünürdüm, bu sevgi ölməzdi
Mənə göstərdiyin o hiylə, kələk
Heç mənim ağlıma da gəlməzdi
Mənə göstərdiyin o hiylə, kələk
Heç mənim ağlıma da gəlməzdi

Könül verib inandığım
Dövrəsində dolandığım
Kölgəsində dayandığım
O budaqlar mənim deyil
Könül verib inandığım
Dövrəsində dolandığım
Kölgəsində dayandığım
O budaqlar mənim deyil

Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil

Bu sevgidə qədər səhv etdim
Sənin hər nöqsanını əhv etdim
Bu sənin xasiyyətindir, beləsən
Çox heyf, özüm-özümü məhv etdim
Bu sənin xasiyyətindir, beləsən
Çox heyf, özüm-özümü məhv etdim

Elə etmişdim etibar
Düşünürdüm, dayağım var
Qəflətən yağdı bəyaz qar
Daha dağlar mənim deyil
Elə etmişdim etibar
Düşünürdüm, dayağım var
Qəflətən yağdı bəyaz qar
Daha dağlar mənim deyil

Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil

Mənə bu sevgi daha məhbəsdir
Səsin artıq, duyuram, yad səsdir
Gedirəm, məcbur edirsən, gedirəm
Bu qədər səbr elədim mən, bəsdir
Gedirəm, məcbur edirsən, gedirəm
Bu qədər səbr elədim mən, bəsdir

Çox demişdim: "məni dərk et"
Sevirəm, imdadıma yet
Ürəyin versə qərar, get
Bu ayaqlar mənim deyil
Çox demişdim: "məni dərk et"
Sevirəm, imdadıma yet
Ürəyin versə qərar, get
Bu ayaqlar mənim deyil

Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil
Öpə bilmərəm bir daha
O yanaqlar mənim deyil
Bir zaman şirin sandığım
O dodaqlar mənim deyil

Другие песни исполнителя:

  • Qara gözlü badam o dedi Yox yox yox yox Mənə gəlsin qadan Yox yox yox yox Dedim ay qız dayan Dedim olsun həyan, səndən yar olmaz mənə Düz dolan düz otur, ay kişi Yaş ötüb deyəsən 70-i Bir dənə ağzında yox dişi Bir utan qızına aşıq olarmı adam Bir utan qızına aşıq olarmı adam Sənə qurban Hacı o dedi Yox yox yox yox Hacı yar möhtacı o dedi Yox yox yox yox Dedim insaf elə Dedim gülə gülə səndən yar olmaz mənə Düz dolan düz otur, ay kişi Yaş ötüb deyəsən 70-i Bir dənə ağzında yox dişi Bir utan qızına aşıq olarmı adam Bir utan qızına aşıq olarmı adam Gəl girək qol qola o dedi Yox yox yox yox A quzum gəl yola o dedi Yox yox yox yox Dedim ay qız insaf elə Dedim olsun həyan, səndən yar olmaz mənə Düz dolan düz otur, ay kişi Yaş ötüb deyəsən 70-i Bir dənə ağzında yox dişi Bir utan qızına aşıq olarmı adam Bir utan qızına aşıq olarmı adam
  • Payız gəlir, sən hardasan? Xəzan alır yaşıl bağları Bahar gəlir, sən hardasan? Duman alır uca dağları Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Yağış yağır göz yaşları Selə dönür yağır yollara Söylə görüm sən hardasan İki gözüm baxır yollara Yaz qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim? Durnalar qayıtdı, niyə sən gəlmədin? De, hardasan, əzizim?
  • İcazə ver Səni elə sevim ki Bir deyəndə olmasın, iki İşarə ver Səni elə sevim ki Olasan əbədi mənimki İcazə var Mənə cəza olar Qarşına əgər susaramsa İşarəsiz böyük qəza olar Hisslərimiz qovuşmazsa Gecələri alışıb iki dəli Biz ruhları qarışıq sərsəri Göz təmaslarımız ifadəli Münasibətimiz icazəli Biz sevgini belə elədik icad Yox! Ayrılmam hər kəsə inad Tam sərhədsiz və hədsiz Çünki sevgimiz icazəli İcazə ver Səni elə sevim ki, içində olsun hər fəsillər İdarə et Ola sonsuz bu sevgi Silinməz olsun bu hisslər İcazə var Bu qəlb sənindir bil ki Qopsa belə toz-dumanlar İradəsiz Bu eşq bitər gedər Qeyb olar boz buludlarda Gecələri alışıb iki dəli Biz ruhları qarışıq sərsəri Göz təmaslarımız ifadəli Münasibətimiz icazəli Biz sevgini belə elədik icad Yox! Ayrılmam hər kəsə inad Tam sərhədsiz və hədsiz Çünki sevgimiz icazəli İcazə ver Elə bir söz deyim ki Boz olsun sevginin rəngi
  • Bir baxışdan zülmətlərə nur boyanar Oyanar qəlblərdən ən gizli, sirli duyğularımız Hər görüşdən ürəklərdə bir xatirə iz salar Kövrələr həsrətli gözlər, tənha gecələr Ondan mənə hər dəfə yazılan son sevgi məktubunda Oxuyub gözlər ağlar yenə əlvida Toxunub dəyib əllər özgə birinə Kimi əzizləyib o mənim yerimə? Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi Ən çox o belə deyirdi Güya ki mən yox, o məni sevirdi Yalana bax... Amma günah bu, elə günah Mən yox, bu yolu o seçdi Bu dəfə o çox, amma çox gecikdi Özü günahkar qürura yenildi Özü günahkar yalanı sevirdi
  • Mən istərəm ki, açasan sən ürəyini Mən istərəm ki, açasan sən ürəyini Səninlə görüşəndə, ah, necə sərbəst oluram Bəlkə də anlamıram, özüm-özümə qəsd oluram Atıram iş-gücümü, qollarında məst oluram Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Çox şeyi danışmıram qaraltmamaq üçün qanını Sən bilirsən, sevirəm canımdan artıq canını Elə hallar da olur ki, görürəm nöqsanını Danışım, danışmayım, içimdə alışıb yanıram Danışım, danışmayım, içimdə alışıb yanıram Mənim əməllərimi nöqsan hesab eyləmisən Amma bu böylə deyil, hey yanıram, odlanıram Amma bu böylə deyil, hey yanıram, odlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Mən istərəm, sən hər an məni anlayasan Mən istərəm, sən hər an məni anlayasan Yağışın damlasının pıçıltısını izləyirəm O deyir: "Yar gələn yolları təmizləyirəm" Gecikirsən görüşə, səbr eləyib gözləyirəm Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Talayır, parçalayır köksümü süzgün baxışın Sonra bir yarə qoyur üstə acı davranışın Təki yağdırmayasan başıma hicran yağışın Mənə xoşdur; hələ bu göz yaşımda islanıram Mənə xoşdur; hələ bu göz yaşımda islanıram Aşiqə səbr eləmək, cananasa naz yaraşır Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Mən istərəm, sən sevgimizə inanasan Mən istərəm, sən sevgimizə inanasan Elə bir vaxt gələcək ki, xoş həyat görsənəcək Çağıranda yarımı, "can" deyərək dillənəcək Hələ bilmir nədir sevmək, sevəcək, öyrənəcək Düşünüb, özüm-özümü aldadıram, aldanıram Düşünüb, özüm-özümü aldadıram, aldanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram Bəlkə mən düz eləmirəm