Татарский переводчик Узбекские песни

Песня «İtkin Gəlin» исполнителя Aygün Kazımova. Скачать или слушать онлайн

Текст песни:

Ölüm bu dünyanın o üzündədir,
Bu üzü dünyanın güldür, çiçəkdir.

Ölüm bu dünyanın o üzündədir,
Bu üzü dünyanın güldür, çiçəkdir.

Ölməzlik məhəbbət zirvəsindədir,
Məhəbbət əbədi ömür deməkdir.

Ölməzlik məhəbbət zirvəsindədir,
Məhəbbət əbədi ömür deməkdir.
Məhəbbət əbədi ömür deməkdir.

Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindir.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindir.

Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.

Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.

Ömrümü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.

Ömrümü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.
Xəyanət əliylə güllələnibdir.

Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindir.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindir.

Bu dünya əzabına dözənlərindir.
Dözənlərindir... dözənlərindir...
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Nə olar məni də özünlə apar, Qoyma bu dünyada mən tənha qalım. Nə olar məni də özünlə apar, Qoyma bu dünyada mən tənha qalım. Məni də kədərin əlindən qurtar, Səninlə dünyanın sevincin dadım. Məni də kədərin əlindən qurtar, Səninlə dünyanın sevincin dadım. Sevgilim sən məndən ayrılıb getsən Apar bu ürəyimi, özünlə apar. Olsan da dünyanın harasında sən Səni məhəbbətim axtarıb tapar. Dünya nə gözəldir, xəyaldan gözəl, Sevincdən gözlərim dolmaq istəyir. Dünya nə gözəldir, xəyaldan gözəl, Sevincdən gözlərim dolmaq istəyir. Ürəyim uşaqtək öyrəşib sənə, Həmişə səninlə qalmaq istəyir... Ürəyim uşaqtək öyrəşib sənə, Həmişə səninlə qalmaq istəyir... Sevgilim sən məndən ayrılıb getsən Apar bu ürəyimi, özünlə apar. Olsan da dünyanın harasında sən Səni məhəbbətim axtarıb tapar. Sevgilim sən məndən ayrılıb getsən Apar bu ürəyimi, özünlə apar. Olsan da dünyanın harasında sən Səni məhəbbətim axtarıb tapar...
  • Axdı göz yaşlarım bulağa döndü Sonuncu ümidim şam kimi söndü Hayana boylandım əksin göründü Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir Gözlərim yollara boylanıb qalıb Əllərim bəxt camını əlimdən salıb Ayrılıq canımı, canımdan alıb Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Bu necə taledir, bu necə bəxtdir Elə bil bu payız, yarım ömrümə əsdi Ayrılıq yürüyüb, canım yolumu kəsdi Məni öldürməyə zalım bu nə həvəsdir Bu necə taledir, bu necə bəxtdir
  • Gözlərimdən anla bu sevincimi Nəhayət xoşbəxtəm səninlə təkcə Qanad açıb ürəyimdə quş kimi Xəyalına qondum sənin gizlicə Ömrüm günüm, olmasın sənsiz bir an Ömrüm günüm, qoy olsun sənə qurban Ömrüm günüm, çəkdirsin mənə hicran Ömrüm günüm, təki sən mənim yanımda qalasan Yana şamı söndürmə ürəyimdə Qoymaram ki, məhv olsun çırağımız Parlayıb bir anda eşqin gözündə Qorx alışıb yanmasın bu sevdamız Ömrüm günüm, olmasın sənsiz bir an Ömrüm günüm, qoy olsun sənə qurban Ömrüm günüm, çəkdirsin mənə hicran Ömrüm günüm, təki sən mənim yanımda qalasan
  • Hər kəsə bir yazı var Hər ömrün bir yazı var Sevginin tacı vüsal Hicranın ayazı var... Hər kəsə bir yazı var Hər ömrün bir yazı var Sevginin tacı vüsal Hicranın ayazı var... Bu eşqimin yarıdır İki sevən yarıdır Öz eşqindən kam alan Görən kimin yarıdır? Bu yalan ya düzdümü? Yad nəfəs, yad üzdümü? O bağçanın qönçəsin Gecikdim, yad üzdümü? Bu yalan ya düzdümü? Yad nəfəs, yad üzdümü? O bağçanın qönçəsin Gecikdim, yad üzdümü? Pərvanə oda yandı Araz tək o da yandı Həsrətdən oda yandım Pərvanə oda yandı Araz tək o da yandı Həsrətdən oda yandım Hicran mənə pay düşdü Çox gözlədim gəlmədin Ürəyimə qar düşdü... Bu yalan ya düzdümü? Yad nəfəs, yad üzdümü? O bağçanın qönçəsin Gecikdim, yad üzdümü? Bu yalan ya düzdümü? Yad nəfəs, yad üzdümü? O bağçanın qönçəsin Gecikdim, yad üzdümü? Hicran mənə pay düşdü Çox gözlədim gəlmədin Ürəyimə qar düşdü... Bu yalan ya düzdümü? Yad nəfəs, yad üzdümü? O bağçanın qönçəsin Gecikdim, yad üzdümü? Bu yalan ya düzdümü? Yad nəfəs, yad üzdümü? O bağçanın qönçəsin Gecikdim, yad üzdümü?
  • Hərdən başımız qarışır Dilimiz çox sərt danışır O küsür sonra tez barışır Hərdən başımız qarışır Dilimiz çox sərt danışır O küsür sonra tez barışır Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Nə ruhu, var nə cismi Gözümə görünür rəsmi Dilimdən düşmür onun ismi Nə ruhu, var nə cismi Gözümə görünür rəsmi Dilimdən düşmür onun ismi Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tək Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Amma ki, bu dəfə danışıb ciddi Qapını çırpıb getdi Bilirəm geriyə dönməyəcək Bu gecə yenə tek Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tek Döyünür bu ürək Düşünür həmdəmi gəlməyəcək Bu gecə yenə tək...

Похожие исполнители