Татарский переводчик Узбекские песни

Песня «Bizim Deyilmi»
исполнителя Brilliant Dadaşova.
Скачать или слушать онлайн

Текст песни:

Sənindir, mənimdir bu gül, bu çiçək
Birləşsin güc-qüvvət, birləşsin istək
Kəsək düşmənlərin kökünü, kəsək
Qoruyaq vətəni, bizim deyilmi?
Deyilmi?
Yaxşılı-yamanlı bu dünyamızın
Yaxşısı, yamanı bizim deyilmi?
İkiyə bölünən Azərbaycanımın
O tayı, bu tayı bizim deyilmi?
İkiyə bölünən Azərbaycanımın
O tayı, bu tayı bizim deyilmi?
Deyilmi?

Sular təmiz olsun, səma zəngin
Yer üzü həkimlə, loğmanla zəngin
İnsana tuşlanan topun, tüfəngin
Tapılsa dərmanı, bizim deyilmi?
Deyilmi?
Yaxşılı-yamanlı bu dünyamızın
Yaxşısı, yamanı bizim deyilmi?
İkiyə bölünən Azərbaycanımın
O tayı, bu tayı bizim deyilmi?
İkiyə bölünən Azərbaycanımın
O tayı, bu tayı bizim deyilmi?
Deyilmi?

Əsiri olanda kefin, nəşənin
Qeydinə qalmırıq gözəl guşənin
Sinəsi baltalı yaşıl meşənin
Turacı, ceyranı bizim deyilmi?
Deyilmi?
Yaxşılı-yamanlı bu dünyamızın
Yaxşısı, yamanı bizim deyilmi?
İkiyə bölünən Azərbaycanımın
O tayı, bu tayı bizim deyilmi?
İkiyə bölünən Azərbaycanımın
O tayı, bu tayı bizim deyilmi?
Deyilmi?
Yar, yar əman, əman
Ay can

Другие песни исполнителя:

  • Əlvida, sevgilim, mən gedirəm Sabaha ümidlər bəsləmə Özüm də bilmirəm nə edirəm Sən məni bir daha səsləmə Səni mən bir daha görməsəm də Taleyin hökmü ilə barışma Geriyə, yanına dönməsəm də Mənsiz olmağına alışma Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm Nigaran, nigaran baxışlarla Mən gedən yolları izləmə Taleyin vurduğu naxışlarla Bəzənmiş həyatı pisləmə Əlvida, sevgilim, mən gedirəm Kaş səninlə qalmaq olaydı! Səni yox, özümü tərk edirəm Kaş səninlə həyat dolaydı Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm Əlvida, sevgilim, gedirəm Həsrətin mənə vermir aman Yaşanmış günlərin nisgili Artacaq hər zaman Əlvida, sevgilim, gedirəm Körpüsüz sahilə dönmüşəm Kim bilir başına gələni? Bəxtimdən küsmüşəm
  • Sənə sözlərimin ən gözəlini Nədən deməmişəm bu vaxta qədər? Bir əlim səndədir, biri qapıda Ürəyim saxlayar, ayağım gedər Bir əlim səndədir, biri qapıda Ürəyim saxlayar, ürəyim saxlayar Ayağım gedər, ayağım gedər Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Axtarma uzaqda o göyərçini Hər gün lələyindən arzu toxuyur Hələ yazmadığım məktubları da Məndən icazəsiz sənə oxuyur Hələ yazmadığım məktubları da Məndən icazəsiz, məndən icasəsiz Sənə oxuyur, sənə oxuyur Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Sənsə taleyimin nadinc uşağı Dünən qapımızı döyüb qaçmısan Göyərçin gözləyən məktublarımı Havadan qoparıb, alıb açmısan Havadan qoparıb, alıb açmısan Alıb açmısan
  • Sən gəldin, ruhumun qidası mənim Göylərdən enmisən, bəyaz mələyim Allahın lütfüdür, mənə bəxş edib Səni gözlərinlə mənə sevdirib Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu Nə xoş bir təsadüf, unudulmaz an Çıxardı qarşıma səni Yaradan Gəl, sarıl, rəqs edək. Bir deyib gülək Ömürdən qaranlıq günləri silək Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu Yaşayaq hər anı biz doya-doya Sığınaq səmaya, Günəşə, Aya Qorusun mələklər bu sevgimizi Ucaldaq zirvəyə bir-birimizi Buraxma əlimi, sevgilim mənim Önümdə sən parla, ulduzum mənim Alışan qəlbinlə isit ruhumu Eşqin aydınlatsın gedən yolumu