Татарский переводчик Узбекские песни

Песня «Bakı Göz Yaşlarına İnanmır»
исполнителя Murad Arif.
Скачать или слушать онлайн

Текст песни:

[Bənd 1]
İnsanlar müəmma
İnsanlar sirli qutu
Sevgiyə oxşadı
Sən demə, oyundur

Tərəddüd çoxaldı
Xəyallar su oldu
İnamda alışdıq
Yalanda soyudu

[Nəqərat]
Bakı gözyaşlarına inanmır daha
Üzrü qəbahətindən xeyli baha
Ayrılırıqsa saxlamayaq sabaha
İşin sonu bəllidir

Bakı gözyaşlarına inanmır daha
Ayrılıqlar adiləşib, hər şey rahat
Mənə qalan yoldur, sürürəm uzağa
Gerisi təsəllidir

[Bənd 2]
Vüsaldan həsrətə
İşıqdan zülmətə
Sevgidən nifrətə
Bir addım yetər

[Nəqərat]
Bakı gözyaşlarına inanmır daha
Üzrü qəbahətindən xeyli baha
Ayrılırıqsa saxlamayaq sabaha
İşin sonu bəllidir

Bakı gözyaşlarına inanmır daha
Ayrılıqlar adiləşib, hər şey rahat
Mənə qalan yoldur, sürürəm uzağa
Gerisi təsəllidir

Bakı gözyaşlarına inanmır daha
Ayrılıqlar adiləşib, hər şey rahat
Mənə qalan yoldur, sürürəm uzağa
Gerisi təsəllidir

Другие песни исполнителя:

  • Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! El qızları düzüm-düzüm Kür qırağında Min gül açır Gəncəmizin hər budağında Dost elləri Qarabağın dağ vüqarlıdır Gen çölləri bu torpağın xoş baharlıdır Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! Hər damlası layla çalan göy Xəzərin var Hər ulduzu nəğmə olan min şəhərin var Keçdim yenə çiçək-çiçək hər mahalından Öz yurdumun doymaz ürək yüz vüsalından Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan!
  • Mənimlə ulduzların barışsa Mənlə danışsan Bir söz yetəcək Məni anlayacaqsan! Bu sevgi bir bəladır, alışsan Ağıllı olsan Eşqimdən göylərdə uçacaqsan Yumru-yumru-yumru dünyada! Sevgi axtaran yalqız adam Romantik, günəşli bir ada Vursun nağara, davul, baraban! Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Üzündəki nur da ay parası Qız, qadan alaram, sənin qadan alaram! Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Sən nə müsibət qızsan axı Ah, qadan alaram, sənin qadan alaram! Ah, qadan alaram, sənin qadan alaram! Qadan alaram, sənin qadan alaram! Hisslərinə bir gün təslim olsan Romantik olsan Bilirəm, çox məmnun qalacaqsan Bu sevgi bir bəladır, alışsan Ağıllı olsan Eşqimdən göylərdə uçacaqsan Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Üzündəki nur da ay parası Qız, qadan alaram, sənin qadan alaram! Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Sən nə müsibət qızsan axı Ah, qadan alaram, sənin qadan alaram! Qadan alaram, sənin qadan alaram! Bax, bax, bax, bax, bax Bax, əgər səni özümə tuturamsa tay Demək, bəxtimə gəlib düşüb bu olay Yum gözünü, say, arzular taybatay Qapını açıb deyər "Welcome to the Beautiful Night" Dedim, dedim, bəli, karta enir babat pul Sənə qada-bəla mənə gəlir, rahat ol İri kainat ol, səp üstümə dünyalar Yetər ki, bil ki, bu dünyada sənin sevənin var Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Üzündəki nur da ay parası Qız, qadan alaram, sənin qadan alaram! Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Sən nə müsibət qızsan axı Ah, qadan alaram, sənin qadan alaram! Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Üzündəki nur da ay parası Qız, qadan alaram, sənin qadan alaram! Ağlı başında adam balası Səni ovucum içində saxlayaram Sən nə müsibət qızsan axı Ah, qadan alaram, sənin qadan alaram!
  • Ayrılıqlarına immunitet yaranıb Dözümüm daha vardır sənə Səbəb olmasa da bir bəhanə tapıb Yollanırsan atanın evinə Çamadanları toplamısan Yenə taksini çağırmısan Didərək, üzərək, qanımı içərək Mənə yenə qayıdırsan Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi dondurma Ayrılıqlarına immunitet yaranıb Dözümüm daha vardır sənə Səbəb olmasa da bir bəhanə tapıb Yollanırsan atanın evinə Çamadanları toplamısan Yenə taksini çağırmısan Didərək, üzərək, qanımı içərək Mənə yenə qayıdırsan Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi dondurma Hadi yoluna Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi, buz kimi dondurma Başqa günəşlərdə əriyirsən, çox səbəb axtarma Başqa adamlara tez inanırsan, beynimi qızdırma Başqalaşıb mənə naz-qoz atırsan, eşqimi dondurma Tərk edəcəksən, tək yeyəcəksən buz kimi, buz kimi dondurma
  • [Bənd 1] Yeganə arzumdur ki Bu sevgini sənlə yaşayım Yeganə istəyimdir Bir ömrü mən səninlə paylaşım [Keçid] Həyat özü başdan-başa bir möcüzə Qoy gülsün səadət bizim üzümüzə Yollar açıq olsun sevgimizə Sevgimizə, sevgimizə... [Nəqərat] Sən mənim ən əlçatmaz xəyallarım Sən mənim günəş dolu sabahlarım Nə olsun çox insan var bu həyatda? Sən mənim yeganəmsən dünyada Sən mənim ən əlçatmaz xəyallarım Sən mənim günəş dolu sabahlarım Nə olsun çox insan var bu həyatda? Sən mənim yeganəmsən dünyada [Bənd 2] İlk sevgi, bu hisslər Yalnız sənin adınla bağlıdır Unutma hər zaman Səni sevən insan yanındadır [Keçid] Həyat özü başdan-başa bir möcüzə Qoy gülsün səadət bizim üzümüzə Yollar açıq olsun sevgimizə Sevgimizə, sevgimizə... [Nəqərat] Sən mənim ən əlçatmaz xəyallarım Sən mənim günəş dolu sabahlarım Nə olsun çox insan var bu həyatda? Sən mənim yeganəmsən dünyada Sən mənim ən əlçatmaz xəyallarım Sən mənim günəş dolu sabahlarım Nə olsun çox insan var bu həyatda? Bir tək sən yeganəmsən dünyada Sən mənim... Sən mənim... Nə olsun çox insan var bu həyatda? Bir tək sən... Sən mənim ən əlçatmaz xəyallarım Sən mənim günəş dolu sabahlarım Nə olsun çox insan var bu həyatda? Sən mənim yeganəmsən dünyada