Татарский переводчик Узбекские песни

Песня «Qızım»
исполнителя Murad Arif.
Скачать или слушать онлайн

Текст песни:

Yolunu necə həyəcan ilə gözləyirdik, şirinim
Bəsləyirdik dualar ilə gəlişini, gözəlim
Mənim şirin səsli gül balam
Gülüşünə qurban olaram
Xoşbəxt bir qız olmağını
Sənə mən arzularam
Xoşbəxt bir qız olmağını
Sənə mən arzularam
Sən Allahın bizlərə hədiyyəsisən
Ananın, atanın birdənəsisən
Çiçəklərin içində ən gözəlisən
Qızım - mənim nəfəsim
Sən Allahın bizlərə hədiyyəsisən
Ananın, atanın birdənəsisən
Çiçəklərin içində ən gözəlisən
Qızım - mənim nəfəsim
Gözəl dünyamıza xoş gəldin, şirin balaca adam
Sənin ilə dünya necə gözəldir?! Şükür sənə, Yaradan!
Mənim şirin səsli gül balam
Gülüşünə qurban olaram
Yanaqlarından, əllərindən
Öpərəm doymayaram!
Yanaqlarından, əllərindən
Öpərəm doymayaram!
Sən Allahın bizlərə hədiyyəsisən
Ananın, atanın birdənəsisən
Çiçəklərin içində ən gözəlisən
Qızım - mənim nəfəsim
Sən Allahın bizlərə hədiyyəsisən
Ananın, atanın birdənəsisən
Çiçəklərin içində ən gözəlisən
Qızım - mənim nəfəsim
Sən Allahın bizlərə hədiyyəsisən
Ananın, atanın birdənəsisən
Çiçəklərin içində ən gözəlisən
Qızım - mənim nəfəsim
Sən Allahın bizlərə hədiyyəsisən
Ananın, atanın birdənəsisən
Çiçəklərin içində ən gözəlisən
Qızım - mənim nəfəsim
Ay, quzum mənim, nəfəsim
Qızım - mənim nəfəsim

Другие песни исполнителя:

  • O tutduğum arzudan daha gözəl Yaradan onu xəlq edib mənə özəl Dünyadakı eşqlərin cəmindən böyük eşqim var Mənim eşqim sığmaz şeirə, sözə O necə möhtəşəm, həmişə xoş və şən Baxışı tapmaca, gülüşü çox qəşəng Bu gecə möhtəşəm, bu gecə sevgi şərt Yanına uça-uça görüşə gəlmişəm O necə möhtəşəm, həmişə xoş və şən Baxışı tapmaca, gülüşü çox qəşəng Bu gecə möhtəşəm, bu gecə sevgi şərt Yanına uça-uça görüşə gəlmişəm Fürsətdir, dəyərləndirməliyəm Sahilində sevgi adlı gəmiyəm Dalğalarda itmədik, qovuşduq bir-birimizə, yar Hara getsəm, yenə sənə dönməliyəm O necə möhtəşəm, həmişə xoş və şən Baxışı tapmaca, gülüşü çox qəşəng Bu gecə möhtəşəm, bu gecə sevgi şərt Yanına uça-uça görüşə gəlmişəm O necə möhtəşəm, həmişə xoş və şən Baxışı tapmaca, gülüşü çox qəşəng Bu gecə möhtəşəm, bu gecə sevgi şərt Yanına uça-uça görüşə gəlmişəm O necə möhtəşəm, həmişə xoş və şən Baxışı tapmaca, gülüşü çox qəşəng Bu gecə möhtəşəm, bu gecə sevgi şərt Yanına uça-uça, uça-uça gəlmişəm O necə möhtəşəm, həmişə xoş və şən Baxışı tapmaca, gülüşü çox qəşəng Bu gecə möhtəşəm, bu gecə sevgi şərt Yanına uça-uça, uça-uça gəlmişəm Bu gecə möhtəşəm
  • Gözləmək bir igid ömrünü yaşayaraqdan Gözləmək bütün yaralarını sıxaraqdan İstəmək ürəkdən, cani-dildən Arzulardan dönməmək! Arzudan dönməməkdir bu Zirvələrin qartalları Yurdun qəhrəmanları Anaların duaları Çatar Tanrıya Şuşam, heyranam dumanlı dağlarına Şuşam, qurbanam o qanlı qayalarına Şuşam darıxmışdı türkün addımına Şuşam qucaq açdı igid balalarına Şuşam, heyranam dumanlı dağlarına Şuşam, qurbanam o qanlı qayalarına Şuşam darıxmışdı türkün addımına Şuşam qucaq açdı igid balalarına Qaraldı İşıqlı günlərimiz illər öncə qaraldı Millətin sülh seçimi əllərindən alındı Onların başqa yolu qalmamamışdı Daşaltı! Çıxış yolumuz Daşaltı! Zirvələrin qartalları Yurdun qəhrəmanları Anaların duaları Çatar Tanrıya Şuşam, heyranam dumanlı dağlarına Şuşam, qurbanam o qanlı qayalarına Şuşam darıxmışdı türkün addımına Şuşam qucaq açdı igid balalarına Şuşam, heyranam dumanlı dağlarına Şuşam, qurbanam o qanlı qayalarına Şuşam darıxmışdı türkün addımına Şuşam qucaq açdı igid balalarına Pənah Əli xan, Xəlil İbi xan Bir tərəf qan, bir tərəf can Qayalar alır duman, qopur tufan, tufan Vermirik aman, qayıdırıq evə Qayalarla dırnaq-dırnaq Burada rəhm ummaq olmaz axı Natəvan axır, 40 ilimiz baxır Çapılır atımız Cıdır düzündə Axılır qanımız vətən üzündə Amma buradayıq - zirvə gözündə 10386 gün dözümdə Vuraraq dağı dağa gəldik axır Qarabağa Xarıbülbül torpağı yadlarla nə bitər, nə bitirər Gün gələr, hər satqın ya itər, ya itilər Şuşam, heyranam dumanlı dağlarına Şuşam, qurbanam o qanlı qayalarına Şuşam darıxmışdı türkün addımına Şuşam qucaq açdı igid balalarına, ey...! Şuşam, heyranam dumanlı dağlarına Şuşam, qurbanam o qanlı qayalarına Şuşam darıxmışdı türkün addımına Şuşam qucaq açdı igid balalarına Şuşam qucaq açdı igid balalarına
  • Yaşamalı... Acısıyla, şiriniylə dadmalı Həyat hər gün yenidir, anlamalı Bəzən gülməli olur Bəzən isə ağlamalı... Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı... Bu gözlərdən təbəssüm yağacaq hələ İlk baharda güllərin açacaq hələ Günəş bir gün səninçün doğacaq hələ... Dəniz coşub qayalara çırpınanda Göylər bezib ildırımlarla çaxanda Sonuncu gün ümid qalır bu dünyada Son ümid var bu dünyada İnan ki, sən nə ilk, nə son dərdli adam Həyat budur, yorulsan da, yola davam O sinəndə ürək vurursa durmadan Bezmək olmaz yaşamaqdan Yaşamalı... Yağış hərdən şəhəri islatmalı Hərdən yaxınlardan uzaqlaşmalı Soyuq bir dünyada şamtək yanmağı Bacarmalı... Yaşamalı...
  • İki dəqiqənin içində Keçmiş geri döndü İndiki sevinclərim Bir anlıq söndü Sadə bir fotoşəkil Amma ki, anlamı çox Darıxdığım bir adam Boğazımda düyündür Sanki bu şəhərdə Bütün işıqlar söndü Şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Radioda – "Damlalar" Səni mənə xatırladar Ürəyimdə suallar İzlərindir Saralmış xatirələr Göndərilməmiş məktublar Kim bilir daha nələr Ola bilərdi İndi və bizə qalan Bu şəkillərdir... Şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var... Şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə Dəli kimi sevən iki adamın İndi bir-birindən uzaq olanın Heç zaman unudulmayanın Xatirəsi var şəkillərdə
  • Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Qoy mən yenə söhbət açım ilk baharımdan Nəğməm ilə bir də keçim öz diyarımdan Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! El qızları düzüm-düzüm Kür qırağında Min gül açır Gəncəmizin hər budağında Dost elləri Qarabağın dağ vüqarlıdır Gen çölləri bu torpağın xoş baharlıdır Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! Hər damlası layla çalan göy Xəzərin var Hər ulduzu nəğmə olan min şəhərin var Keçdim yenə çiçək-çiçək hər mahalından Öz yurdumun doymaz ürək yüz vüsalından Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü Gəl-gəl deyir şən Azərbaycan Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan! Hər yanı gülşən Azərbaycan!