Татарский переводчик Узбекские песни

Песня «Yarımdı O»
исполнителя Aygün Kazımova.
Скачать или слушать онлайн

Текст песни:

Gəldi zəif nöqtəmi tutdu
Ruhumu əzbərlədi sevgi
Qəlbimi təmkinlə ovutdu
Köksümü xəncərlədi sevgi

O bunu bildi bilmədi yarımdı o
Üzümə güldü gülmədi yarımdı o
Mən onu həyatım boyu gözləyəcəyəm
Yanıma gəldi gəlmədi yarımdı o

O məni atdı atmadı yarımdı o
Xəbəri çatdı çatmadı yarımdı o
Söz verib artıq mənə yar olmağa
Sözünü tutdu tutmadı yarımdı o

Mən hara getsəmdə o getməz
Ətrini ismarladı sevgi
Onu axı heç kim əvəz etməz
Hər dəfə təkrarladı sevgi
Aygünü heç kim əvəz etməz
Hər dəfə təkrarladı sevgi

O bunu bildi bilmədi yarımdı o
Üzümə güldü gülmədi yarımdı o
Mən onu həyatım boyu gözləyəcəyəm
Yanıma gəldi gəlmədi yarımdı o

O məni atdı atmadı yarımdı o
Xəbəri çatdı çatmadı yarımdı o
Söz verib artıq mənə yar olmağa
Sözünü tutdu tutmadı yarımdı o

Ruhuma bir can kimi lazımdı o
Xəyalıma ünvan kimi lazımdı o
Mən axı onsuz gecələr boğuluram
Nəfəsimə dərman kimi lazımdı o

Другие песни исполнителя:

  • Tənha qadın bircə addım Tənha qadın bircə addım Qoy dünyana yaxın gəlim Tənha qadın, susma danış Tənha qadın, susma danış Ömür yolun mənə tanış Söylə görüm bu həyatda Söylə görüm bu həyatda Nələr çəkdin, nələr gördün Sınaqlardan necə keçdin Sınaqlardan necə keçdin Nələr gördün, nələr çəkdin Bilirəm ki, buz ocağın Bilirəm ki, buz ocağın Nəfəsindən qızınmadın İllər ötür, bu illərdə İllər ötür, bu illərdə Tənhalığın bircə damla azalmadı… Uzun zülmət gecələr də Uzaq-uzaq ulduzlara Taleyindən söz açdınmı Səssizliyə dözmək çətin Baş götürüb bu boşluqdan Hara gəldi, necə gəldi Heç qaçdınmı Hara gəldi, necə gəldi Heç qaçdınmı Hara gəldi, necə gəldi Heç qaçdınmı Tənha qadın Sənin adın miskin qüssə Arzuların sınıq-sınıq Qol-qanadın qırıq-qırıq Susma danış… Susma danış… Susma danış… Susma… Susma… Susma…
  • Eşqinlə çağlayan illərə Saçına düzdüyüm güllərə Bu gündən, sevgilim, dünyaya Əlvida deyir əlvida Bir zaman, çarpan ürəkdik Bir zaman, çaxan şimşəkdik Bir zaman, həyata gərəkdik O nurlu günəş idin, sönmüsən Əlçatmaz xəyala dönmüsən Günahkar gəzməyə dünyaya Əlvida, sevgilim, əlvida Əlvida... Bir zaman, çarpan ürəkdik Bir zaman, çaxan şimşəkdik Bir zaman, həyata gərəkdik Əlvida... əlvida... əlvida...
  • Bəlkə də eşidib utanacaqsan Qaranlıq dünyadan oyanacaqsan Baxıb gözlərimə onda inanacaqsan Mən artıq sevməyə başladım səni Özüm də bilmədən Xəyanət elədim dostluğumuza bu gün Mənim sənə ehtiyacım, ehtiyacım var Mənim sevgiyə ehtiyacım, ehtiyacım var Mənim duyğuya ehtiyacım, ehtiyacım var Mən də bir qadınam, qadınlar kimi Qadınlar kimi... Göz yaşım gizlənib təbəssümümdə Mən səni yaşatdım özüm özümdə Mənə xatirələr olub kömək, dözüm də İlləri illərə caladım sənsiz, həsrətlə gözlədim Mənə bu həyatı sevdir yenidən bu gün... Mənim sənə ehtiyacım, ehtiyacım var Mənim sevgiyə ehtiyacım, ehtiyacım var Mənim duyğuya ehtiyacım, ehtiyacım var Mən də bir qadınam, qadınlar kimi Qadınlar kimi..
  • Nə olar məni də özünlə apar, Qoyma bu dünyada mən tənha qalım. Nə olar məni də özünlə apar, Qoyma bu dünyada mən tənha qalım. Məni də kədərin əlindən qurtar, Səninlə dünyanın sevincin dadım. Məni də kədərin əlindən qurtar, Səninlə dünyanın sevincin dadım. Sevgilim sən məndən ayrılıb getsən Apar bu ürəyimi, özünlə apar. Olsan da dünyanın harasında sən Səni məhəbbətim axtarıb tapar. Dünya nə gözəldir, xəyaldan gözəl, Sevincdən gözlərim dolmaq istəyir. Dünya nə gözəldir, xəyaldan gözəl, Sevincdən gözlərim dolmaq istəyir. Ürəyim uşaqtək öyrəşib sənə, Həmişə səninlə qalmaq istəyir... Ürəyim uşaqtək öyrəşib sənə, Həmişə səninlə qalmaq istəyir... Sevgilim sən məndən ayrılıb getsən Apar bu ürəyimi, özünlə apar. Olsan da dünyanın harasında sən Səni məhəbbətim axtarıb tapar. Sevgilim sən məndən ayrılıb getsən Apar bu ürəyimi, özünlə apar. Olsan da dünyanın harasında sən Səni məhəbbətim axtarıb tapar...
  • Çağıranda yerim-göyüm, yerim-göyüm Günəşim ulduzum denən, ulduzum denən Çağıranda yerim-göyüm, yerim-göyüm Günəşim ulduzum denən, ulduzum denən Gözlərinə göz demə heç, göz demə heç İki gilə üzüm denən, üzüm denən Gözlərinə göz demə heç, göz demə heç İki gilə üzüm denən, üzüm denən İki gilə üzüm denən, üzüm denən Bizim qızlar, bizim qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri burma-burma, burma-burma Bizim qızlar, bizim qızlar Hörükləri yosun qızlar, yosun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri ətir qızlar, ətir qızlar Yanağına yanaq demə, yanaq demə Budağların çiçəyidir. çiçəyidir Yanağına yanaq demə, yanaq demə Budağların çiçəyidir. çiçəyidir Dodağına dodaq demə, dodaq demə Bu çiçəyin ləçəyidir, ləçəyidir Dodağına dodaq demə, dodaq demə Bu çiçəyin ləçəyidir, ləçəyidir Bu çiçəyin ləçəyidir, ləçəyidir Bizim qızlar, bizim qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri burma-burma, burma-burma Bizim qızlar, bizim qızlar Hörükləri yosun qızlar, yosun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri ətir qızlar, ətir qızlar Hörükləri ətir qızlar, ətir qızlar Bizim qızlar, bizim qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri burma-burma, burma-burma Bizim qızlar, bizim qızlar Hörükləri yosun qızlar, yosun qızlar Bizim qızlar, bizim qızlar Hörükləri ətir qızlar, ətir qızlar Hörükləri yosun qızlar, yosun qızlar Hörükləri uzun qızlar, uzun qızlar Bizim qızlar...