Татарский переводчик Узбекские песни

Песня «Gəlincik»
исполнителя Camal Qurbanov.
Скачать или слушать онлайн

Текст песни:

Gərək yoxdur getmək üçün
Yalanlara, bəhanələrə
Düşünmə ki, "qal" deyəcəm
Bənzəmirəm divanələrə
Sevdim səni çox, yetmədimi?
Aldın canımı, bəs etmədimi?
Açıqdır qapılar, gedəni saxlamaq olmaz
Başqası tapılar, sanma ki, yerin dolmaz
Yoxluğa insan alışır onsuz, gec-tez
Mənə yaşatdığın sənin yanına qalmaz
Yoxluğa insan alışır onsuz, gec-tez
Mənə yaşatdığın sənin yanına qalmaz
Getməyinə yox bir sözüm
Qorxmuram ki, sənsizlikdən
Uşaq belə çox tez bezir
Oynadığı gəlincikdən
Söylə, bu oyun bitmədimi?
Aldın həvəsini, bəs etmədimi?
Açıqdır qapılar, gedəni saxlamaq olmaz
Başqası tapılar, sanma ki, yerin dolmaz
Yoxluğa insan alışır onsuz, gec-tez
Mənə yaşatdığın sənin yanına qalmaz
Yoxluğa insan alışır onsuz, gec-tez
Mənə yaşatdığın sənin yanına qalmaz

Другие песни исполнителя:

  • Vurdum, dibinə qədər içdim Olub bitən hər şeyi keçdim zamanla Mənə dərdi öz əlinlə verdin Qurtum-qurtum içdim aramla Mənə ondan danışma, azdır Ürəyim xəstədir, nasazdır sayəndə İçərimdə dərin bir yara var Çoxu istəyən azdan da olar, ey bəndə Necə olub bilmirəm özüm də Səni çox böyütmüşəm gözümdə Yağsın yağış, qalmasın izim də Sənə yazdığım bu son sətirdir Köynəyim sən qoxan ətirdir Dərs olsun mənə, sevmərəm bir də Necə olub bilmirəm özüm də Çox böyütmüşəm gözümdə Yağsın yağış, qalmasın izim də Sənə yazdığım bu son sətirdir Köynəyim sən qoxan ətirdir Dərs olsun mənə, sevmərəm bir də Sənə kim desə "sevirəm", inanma Hər donan adamın oduna yanma, amandır Mənim ovcuma tökülən yaşlar Sənə olan özgüvənimdən deyil, inamdır Hiss etdik sevməyi, daddıq Yetim əzmiş kimi bağladıq, ziyandır Saçları gecədən də qaranlıq Mənim ürəyim suları bulanıq limandır Necə olub bilmirəm özüm də Səni çox böyütmüşəm gözümdə Yağsın yağış, qalmasın izim də Sənə yazdığım bu son sətirdir Köynəyim sən qoxan ətirdir Dərs olsun mənə, sevmərəm bir də Necə olub bilmirəm özüm də Çox böyütmüşəm gözümdə Yağsın yağış, qalmasın izim də Sənə yazdığım bu son sətirdir Köynəyim sən qoxan ətirdir Dərs olsun mənə, sevmərəm bir də Sevmərəm bir də
  • Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan Arif olan nakam getməz Bu dünyadan, bu dünyadan Arif olan nakam getməz Bu dünyadan, bu dünyadan Hər dövranda bir gərdiş var Min rəng çalır bu ruzigar Hər dövranda bir gərdiş var Min rəng çalır bu ruzigar Hünər göstər – bir şey apar Bu dünyadan, bu dünyadan Hünər göstər – bir şey apar Bu dünyadan, bu dünyadan
  • Sən çiçəksən tər-təzə Bənzəmirsən bir kəsə Ömür-günümü bəzə Gül ki, gül ki, ürəyim gülsün Gülsün, gülsün, ürəyim gülsün Sayrışanda ulduzlar Görməsə, ürək sızlar Qəlbim səni arzular Gül ki, gül ki, ürəyim gülsün Gülsün, gülsün, ürəyim gülsün Gül naxışı izlərin Qəlbə məlhəm sözlərin Göy dənizdir gözlərin Gül ki, ürəyim gülsün Gülsün, gülsün, ürəyim gülsün Ah... ah Ah... ah Gül ki, gül ki, gül ki, ürəyim gülsün Ürəyim gülsün
  • Görüşünə gəlmişəm Sən ey gözü bənövşə Gözü nəmli dayanma, ey Belə qəmli dayanma... Görüşünə gəlmişəm Sən ey gözü bənövşə Gözü nəmli dayanma, ah Belə qəmli dayanma... Səninlə dindi dünya Belə qəmli dayanma Sevənlərindir dünya, eh Belə qəmli dayanma Səninlə dindi dünya, dünya Belə qəmli dayanma Sevənlərindir dünya Belə qəmli dayanma Çiçək açsın üzündə Belə qəmli dayanma Bir sevinc tap özündə Belə qəmli dayanma Çiçək açsın üzündə Belə qəmli dayanma Bir sevinc tap özündə Belə qəmli dayanma Səninlə dindi dünya Belə qəmli dayanma Sevənlərindir dünya, ey Belə qəmli dayanma Səninlə dindi dünya, dünya Belə qəmli dayanma Sevənlərindir dünya Belə qəmli dayanma