Başım qarışdı, bu dəli fikirlərin içində qarışıram
Cismimə dəymə, yerdən qopmuşam, ruhumla alışıram
Soyuq divarlar, tənha otaqda özümlə danışıram
Ömür yarışdır, mən bu yarışda ölümlə dalaşıram
Gələ-gələ, gedə-gedə
Yenə-yenə, pillə-pillə gedə-gedə
Gəlir mənə elə-belə bu həyat
Görə-görə, gedə-gedə...
Yağış olmuşam, yağıb dolmuşam göylərdən yerə
Leysan olmuşam, sel aparmışam gözlərdən yerə
Xəyala dalmışam, güzgüyə baxdım
Nə hala qalmışam, çox qocalmışam...
Mən bu canımı borca almışam göylərdən yerə
Nə olar məni də özünlə apar,
Qoyma bu dünyada mən tənha qalım.
Nə olar məni də özünlə apar,
Qoyma bu dünyada mən tənha qalım.
Məni də kədərin əlindən qurtar,
Səninlə dünyanın sevincin dadım.
Məni də kədərin əlindən qurtar,
Səninlə dünyanın sevincin dadım.
Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar.
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar.
Dünya nə gözəldir, xəyaldan gözəl,
Sevincdən gözlərim dolmaq istəyir.
Dünya nə gözəldir, xəyaldan gözəl,
Sevincdən gözlərim dolmaq istəyir.
Ürəyim uşaqtək öyrəşib sənə,
Həmişə səninlə qalmaq istəyir...
Ürəyim uşaqtək öyrəşib sənə,
Həmişə səninlə qalmaq istəyir...
Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar.
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar.
Sevgilim sən məndən ayrılıb getsən
Apar bu ürəyimi, özünlə apar.
Olsan da dünyanın harasında sən
Səni məhəbbətim axtarıb tapar...
Ölüm bu dünyanın o üzündədir,
Bu üzü dünyanın güldür, çiçəkdir.
Ölüm bu dünyanın o üzündədir,
Bu üzü dünyanın güldür, çiçəkdir.
Ölməzlik məhəbbət zirvəsindədir,
Məhəbbət əbədi ömür deməkdir.
Ölməzlik məhəbbət zirvəsindədir,
Məhəbbət əbədi ömür deməkdir.
Məhəbbət əbədi ömür deməkdir.
Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindir.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindir.
Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrümü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.
Ömrümü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.
Xəyanət əliylə güllələnibdir.
Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindir.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindir.
Bu dünya əzabına dözənlərindir.
Dözənlərindir... dözənlərindir...
Payız gəlir, sən hardasan?
Xəzan alır yaşıl bağları
Bahar gəlir, sən hardasan?
Duman alır uca dağları
Yaz qayıtdı, niyə sən gəlmədin?
De, hardasan, əzizim?
Durnalar qayıtdı, niyə sən gəlmədin?
De, hardasan, əzizim?
Yağış yağır göz yaşları
Selə dönür yağır yollara
Söylə görüm sən hardasan
İki gözüm baxır yollara
Yaz qayıtdı, niyə sən gəlmədin?
De, hardasan, əzizim?
Durnalar qayıtdı, niyə sən gəlmədin?
De, hardasan, əzizim?