Татарский переводчик Узбекские песни

Песня «Söylə» исполнителя Elnarə Xəlilova. Скачать или слушать онлайн

Текст песни:

Əvvəl yaz, sonra poz
Əvvəl ağ, sonra boz
Əvvəl qum, sonra toz
Bax belə dəyişir istək
Əvvəl al, sonra qur
Əvvəl öp, sonra vur
Əvvəl sus, sonra dur
Tərk et buraları tək
Elə bil
Sən gün görməyən soyuq dağ kimi
Mən içdə hönkürürdüm uşaq kimi
Üzdə çarəsiz hal, gözlər quru
Ağlımda hələ dediyin sözlər durur
Ki, bu illər oldu mövcud məcburi
Nə yazıq sorağı qulağı gec burur
Nəyisə dəyişmir ayrılıq xoşluqla
Axı nəticə təklik və boşluqdur
Əvvəl depressiya əlacı soyuq "rom"
Dərdi soyudub, sonra da soyundum
Fikir dolu başım çalışır yatmağa
Səhər hələ də dünənki axmağam
Sanki çat veribdir divar hördüyüm
Bezdirib hər dəfə irəli sürdüyün
O təklif hansı "düyünü kəs" deyir
Elə bil danışmayıb atırsan dəstəyi
Əsən ruzigarın qanadına ruh kimi qonaq
Bir dünya quraq, la-la-la-la
Sonra hər şeyə od vurub birdən yandıraq
İndi ayrılaq, la-la-la-la
Həyatımın qəmli nəğməsi
Denən, dünən neyləsin, denən, ürək neyləsin?
Söylə
Bu, həyatımın qəmli nəğməsi
Denən, ürək neyləsin, denən, Uran neyləsin?
Söylə
Söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur)
Söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu)
Söylə ki, sevgi vardı, gəldi və uçdu
(Gəldi və uçdu, gəldi və uçdu)
Elə-belə, ya belə-elə - qərar var
Fikir tar-mar
Xəyallar evimə dolubdur zəhrimar
Dibinə doğru aparır bu nərdivan
Sussam da, oxunur ki, dərdim var
Sanki ailə albomunun "outro"su
Xatırladır həyatımın "Metro"sun
And olsun ki, düşünürəm arada
Bəlkə taleyimi yazıram hər mövzuda
Obrazlarımdan sevgisini tapan varmı?
Bu paranoyya məni uzağa apararmı?
Şüur bloklanıb, beyinə qapaq dardır
İmkan olsaydı, bu başı qoparardım
İndi haradan başlayım, sıfırlanım?
Təklik qayıdır yenə fırlanıb
Tapır məni, qapımdadır gerçək
Tənhalıq küləyi, məndən əl çək

Əsən ruzigarın qanadına ruh kimi qonaq
Bir dünya quraq, la-la-la-la
Sonra hər şeyə od vurub birdən yandıraq
İndi ayrılaq, la-la-la-la
Həyatımın qəmli nəğməsi
Denən, dünən neyləsin, denən, ürək neyləsin?
Söylə
Bu, həyatımın qəmli nəğməsi
Denən, ürək neyləsin, denən, Uran neyləsin?
Söylə
Söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur)
Söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu)
Söylə ki, sеvgi vardı, gəldi və uçdu
(Gəldi və uçdu, gəldi və uçdu)
Elə-belə, ya belə-elə - qərar var
Qərar var
Dağılışaq
Mən tək
Sənlə uşaq
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Bu ayrılıq qoymadi ki, üz gülə Qara saçlar yerin verdi ağ telə Xatirələr qəlbi sızladır hələ Səndən sonra sevə bilmir bu ürək Gözləməkdən saralıb gözlərim Qaldı sənə deyiləsi sözlərim Talehimə həkk olunub izlərin Səndən sonra sevə bilmir bu ürək Dincliyini sən ki, mənlə tapardın Nəyim vardı sən özünlə apardın Ürəyimin tellərini qopardın Səndən sonra sevə bilmir bu ürək Sən ki, yoxsan, həyat zülmət görünür Yer də, göy də bu zülmətə bürünür Nə olsun ki, dayanmayıb, döyünür Səndən sonra sevə bilmir bu ürək Sənsizlikdə danışmıram, gülmürəm Kədərimi bir kimsə ilə bölmürəm Bu nə sirdir heç özüm də bilmirəm Səndən sonra sevə bilmir bu ürək Kipriklərim gecə gündüz yaş olur Bahar çağım payız olur, qış olur Sənsizliyim ürəyimə daş olur Səndən sonra sevə bilmir bu ürək Dincliyini sən ki, mənlə tapardın Nəyim vardı sən özünlə apardın Ürəyimin tellərini qopardın Səndən sonra sevə bilmir bu ürək Sən ki, yoxsan, həyat zülmət görünür Yer də, göy də bu zülmətə bürünür Nə olsun ki, dayanmayıb, döyünür Səndən sonra sevə bilmir bu ürək
  • Gəl, bir yerdə oxuyaq Bir möcüzə yaradaq Arzuları yaşadaq Yeni ilə qovuşaq Gəl, bir yerdə oxuyaq Bir möcüzə yaradaq Arzuları yaşadaq Yeni ilə qovuşaq Yeni il qonaq gəlsin Hər bir evə Yeni il bu nəğməni Sən də dinlə Yeni il oxuyaq biz sevə-sevə Yeni il, Yeni il qonaq gəlsin Hər bir evə Na-na-na-na-na-na Na-na-na-na-na-na-na Yeni il Na-na-na-na-na-na Na-na-na-na-na-na-na Yağsın bəyaz, soyuq qar Belə başlar nağıllar Hər günün öz sirri var Qanadlansın arzular Yağsın bəyaz, soyuq qar Belə başlar nağıllar Hər günün öz sirri var Qanadlansın arzular Yeni il qonaq gəlsin Hər bir evə Yeni il bu nəğməni Sən də dinlə Yeni il oxuyaq biz sevə-sevə Yeni il, Yeni il qonaq gəlsin Hər bir evə Na-na-na-na-na-na Na-na-na-na-na-na-na Yeni il Na-na-na-na-na-na Na-na-na-na-na-na-na
  • Məni ağlayan gözləriniz olaydı Məni sevən ürəyiniz Mən də elə sizəm, siz Bir az yaxşı baxsanız, görərsiniz üzünüzdə Bir az yaxşı sevsəniz, dönərsiniz özünüz də (Kimə, kimə) Bir az yaxşı baxsanız, görərsiniz üzünüzdə Bir az yaxşı sevsəniz, dönərsiniz özünüz də Başqa ürəyimlə, başqa qayğımla Başqa diləyimlə, başqa ağlımla Mən elə sizəm, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz Başqa ürəyimlə, başqa qayğımla Başqa diləyimlə, başqa ağlımla Mən elə sizəm (Mən elə sizəm) Mən elə sizəm (Mən elə sizəm) Mən elə sizəm, elə sizəm, siz Ağacların arasında durmuşdum (Harda, harda?) Ağacların arasında durmuşdum (Ağacların...) Bəlkə elə ağaca oxşatdınız məni (Məni, məni...) Bəlkə elə siz özünüz ağacsınız (Yeriyən ağac?) Bəlkə elə biz hamımız ağaclarıq (Torpaqdan dikələn) Bəlkə elə siz özünüz ağacsınız (Əcəb işdir) Bəlkə elə biz hamımız ağaclarıq Bəlkə elə siz də, elə mən də Ağac deyilik, bir parça göyük Bir ovuc torpaq, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz Bəlkə elə siz də, elə mən də Ağac deyilik, bir parça göyük Bir ovuc torpaq, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz (İnanmırsınız?) Bir ovuc torpaq, mən elə sizəm Mən elə sizəm, elə sizəm, siz Elə sizəm, siz Elə sizəm, siz
  • Yandım həsrət əlindən Gecələr çox amansız Axı niyə gəlmirsən Ay insafsız, imansız Gəl ərisin həsrət qarı Günəş olum, sən yandır Çoxdan yatmış duyğuları Yuxusundan oyandır Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım, sirdaşım Əgər dönsən geriyə Sevgi gələr səninlə Həsrət gedər uzağa Ömürüm gülər səninlə Gəl ərisin həsrət qarı Günəş olum, sən yandır Çoxdan yatmış duyğuları Yuxusundan oyandır Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım, sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Çaxan şimşək ürək ağrım Yağan yağış göz yaşım Bu təklikdən yandı bağrım Xatirələr sirdaşım Xatirələr sirdaşım Xatirələr sirdaşım, sirdaşım
  • Vətənin layiqli övladı Sən oldun millətin darda dayağı Ucaltdın göylərə zəfər bayrağın Səninlə fəxr edir Azərbaycan Ucaltdın göylərə zəfər bayrağın Səninlə fəxr edir Azərbaycan Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Ona qurban olsun canımız Tanıtdı dünyaya vətəni Qovubdur torpaqdan xain düşməni Yenilməz ordunun ali rəhbəri Sizinlə fəxr edir Azərbaycan Yenilməz ordunun ali rəhbəri Sizinlə fəxr edir Azərbaycan Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Vətəndir müqəddəs andımız Ona qurban olsun canımız Ona qurban olsun canımız Ona qurban olsun canımız

Похожие исполнители