Татарский переводчик Узбекские песни

Песня «Bəli» исполнителя MadTeen. Скачать или слушать онлайн

Текст песни:

Bəli
Bütün ağlamaqlar keçəndir
Sevirik qəlb incidəni
Həyat səhvdən dərs götürənindir
Çönüb gedənindir
Ürək döyünməyəndəndir
Hirsim deyilməyəndəndir
Bəlkə də gec anlaşılıb hər şey
Bir azca avam güvəndəndir
Bir səndən, bir məndəndir
Mən səndən, sən məndən de
O qədər qəlb qıran mərhələdir
Bir səbəbin də özündən de
Bəlkə də hər şey xeyrinədir
Bu mahnı bir ton səhvdəndir
Bu səhər mənimçün dözməkdirsə
Səninçün getməklərdəndir
Mən sənin əllərindən tutmaq istədim
Qalmaq istəməyən üçün də heç nə düzəlmir
Sındırıb qürurumu getmə söylədim
Qalmaq istəməyən heç bir səbəb söyləmir
Mən sənin gözlərindən səbəb istədim
Nədir sənin dərdin, axı yoxmu səbəbin?
Sındırıb qürurumu getmə söylədim
Qalmaq istəməyən heç bir səbəb söyləmir
O qədər söz yazdım mən xəlvət gecələr
Düşündüm, əlbət, keçər
Qəlbim qal deyir, beynim alma vecə
Bilməm, hansın seçəm?
Neçə il göz yaşı var
Dərdimlə tək başına
Könlümə yaraları vuran sən
Yalana ehtiyac yox, bu açıq-aşkar
Gəlmədi, artıq seçib öz yolun
Baxma yollarına gözləri yorub
Olanları unutmaq olmur
Onun adı gələndə gözüm dolur
Nə olar gəl gecə yuxularıma!
Ölə bilmirəm ətrini qoxlamadan
Mən aşiqəm o qara saçlarına
Sənə olan hisslərim toxunulmaz
Mən sənin əllərindən tutmaq istədim
Qalmaq istəməyən üçün də heç nə düzəlmir
Sındırıb qürurumu getmə söylədim
Qalmaq istəməyən heç bir səbəb söyləmir
Mən sənin gözlərindən səbəb istədim
Nədir sənin dərdin, axı yoxmu səbəbin?
Sındırıb qürurumu, getmə söylədim
Qalmaq istəməyən heç bir səbəb söyləmir

Другие песни исполнителя:

  • İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Məni bəsdir üzmə, xatırladırsan qəsdən Alışdırıb gözlərinə alırsan mənim gücümü Sən çox gözəl bilirsən, olmur yaşamaq sözlə Qəlbim döyünür sənin üçün, ayaqlar qaçır səndən Məni bilirsən ki, bir gün açsan qapını gələrəm Səhərin qoxusundan öpərəm səni, qalaram sənlə Məni bilirsən ki, dəliyəm, edərəm dedimsə, edərəm Alaram saçlarını ovucuma, qoxlaram dərindən İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Baxışında həsrət görürəm gülən üzündə Ən az mənim qədər çökürsən sətirlərimdə Və olur ki, bəzən gecə yaman düşür xətrimə Zəng edib yuxuma gəlmə demək bəhanəsiylə Gözlərim axtarır səni şəhərin hər küçəsində Hər uğuru paylaşmaq üçün dərdlərimlə bölüşmək Sən məni dinləyirsən FM 106.3də Bilirsən mahnıları əzbər, gizlin gəlirsən konsertə ("Yoxdur Dözümüm" səslənsin sizlər üçün) Bəyənmədiyin mən indi durmuşam səhnədə Əzbər oxuyursan, qəhərlənib necə içdən İnanmırdın mənə, gözlərin şöhrət gəzəndə İndi sən məndən ayrı bu çoxluğun içində İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
  • Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Hər ötən gün sənsiz keçən zülmətin içindəyəm Nə olardı, qayıdardıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Olmaz artıq bizdən nəsə Biz sənlə qopduq ürəkdən Unutmuşam təbəssümün Ətrin qaçıbdır beynimdən Nə olardı, qayıtsaydıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Görəsən nə qədər cəzam qalıb çəkilməyən? Cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki Görəsən hansı söz qalıb deyilməyən? Bütün şeirlərimi döndərdim əlvidaya Bircə sənə dodağım heç vaxt tərpənmədi Bütün doğmalardan qaçmışam qaranlığa Bircə gözlərindən heç vaxt gizlənmədim Mən istədim, səndən ayrı qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır əzizim, alınmır Uzaq qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən ayrı qalım Alınmır əzizim Alınmır
  • Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində (Yorğunam əslində) Mən bilirəm, necə olur bu cür filmin sonu Sən güc yığırsan təkliyindən çətin rolun Kim dostundu, kim yaxınındı bilmək olmur Kürəyini söykədiyin adamlar bir gün olmur Böyük həyatda böyük addımlar gərək olur Kəskin olmasan önündəki prestij qoyur Necə axmaq yerinə adamı axmaqlar qoyur Kürəyini söykədiyin adamlar düşmən olur Çəkil kənara, ürəyin səsini dinlə Sənin güzgündəki ən sadiq insan sənə Öz prinsiplərini, qaydalarını qur yenidən Ən qiymətli insan özünsən özünə Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində (Yorğunam əslində) Mən öz öfkəmə, öz iradəmə borcluyam Öz duruşuma, öz kölgəmə borcluyam Öz gücümə, öz dizlərimə borcluyam Öz adıma və etibarıma borcluyam Qorxularıma enən ruhuma borcluyam Kəlməmə, hər sətrimə sənə borcluyam Rəssamı tanıdan Elvinə borcluyam Xoş anlarımı viran edənlərə borcluyam Mən çox böyüdüm, bəlkə də hədsiz doluyam Romantizm, dramatizm qurmalıyam Bu səhnələri çox yaşadım, çox canlıyam Anladığım tək şey var, özüm haqlıyam Soyuğam əslində Gülürəm hirsimdən Mən gah güclüyəm, gah fikirliyəm Yorğunam əslində İtirəm gözlərdən Saxta üzlərdən Mən çox güclüyəm təkliyimdə Yorğunam əslində
  • Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Qismət yarışır bizimlə xəbəri olmadan Gəldik, hansı quyuya düşdük səbəbi olmadan? Biz sevərdik, biz uçardıq qanad çalmadan Səbir edərdik, bağışlardıq heç nə qırmadan Çox sevmək də bəzən çox tükədir Çox gəlmək, çox gedmək, ruhu çox tükədir Can vermək, can almaq kimi pis vərdişlər Bizim ruhumuzu, ikiyə təslim edir... Mən çox düşünərdim, sonumuzu səninlə Mən çox öyünərdim, sənə olan sevgimlə Bir sevinərdik, biz üzülərdik bir... Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Hiss edirdik özümüzü sanki nağılda Sən çox gözəl, bəli, mənsə bədheybət Lakin hər nağıl kimi bitdi, puç oldu Həmişə olduğu kimi, yenə də zülmət Aparır bizi uçuruma Biz nə oldu ki, gəldik bu duruma? Sönüb mənim ayım, günəşim Bu nağlımız bizim çatıb sona Mən çox düşünərdim, sonumuzu səninlə Mən çox öyünərdim, sənə olan sevgimlə Bir sevinərdik, biz üzülərdik bir... Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən