Татарский переводчик Узбекские песни

Песня «Söz Bitdi»
исполнителя MadTeen.
Скачать или слушать онлайн

Текст песни:

Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də...
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
Qismət yarışır bizimlə xəbəri olmadan
Gəldik, hansı quyuya düşdük səbəbi olmadan?
Biz sevərdik, biz uçardıq qanad çalmadan
Səbir edərdik, bağışlardıq heç nə qırmadan
Çox sevmək də bəzən çox tükədir
Çox gəlmək, çox gedmək, ruhu çox tükədir
Can vermək, can almaq kimi pis vərdişlər
Bizim ruhumuzu, ikiyə təslim edir...
Mən çox düşünərdim, sonumuzu səninlə
Mən çox öyünərdim, sənə olan sevgimlə
Bir sevinərdik, biz üzülərdik bir...
Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən
Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də...
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
Hiss edirdik özümüzü sanki nağılda
Sən çox gözəl, bəli, mənsə bədheybət
Lakin hər nağıl kimi bitdi, puç oldu
Həmişə olduğu kimi, yenə də zülmət
Aparır bizi uçuruma
Biz nə oldu ki, gəldik bu duruma?
Sönüb mənim ayım, günəşim
Bu nağlımız bizim çatıb sona
Mən çox düşünərdim, sonumuzu səninlə
Mən çox öyünərdim, sənə olan sevgimlə
Bir sevinərdik, biz üzülərdik bir...
Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən
Sildim könlümdən səni, keçdim bəxtimdən
Ayıldım ki, söz bitdi, bitdi sevgi də...
Soldu, getdi gül kimi, işıq gözlərdən
Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən

Другие песни исполнителя:

  • İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Məni bəsdir üzmə, xatırladırsan qəsdən Alışdırıb gözlərinə alırsan mənim gücümü Sən çox gözəl bilirsən, olmur yaşamaq sözlə Qəlbim döyünür sənin üçün, ayaqlar qaçır səndən Məni bilirsən ki, bir gün açsan qapını gələrəm Səhərin qoxusundan öpərəm səni, qalaram sənlə Məni bilirsən ki, dəliyəm, edərəm dedimsə, edərəm Alaram saçlarını ovucuma, qoxlaram dərindən İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Baxışında həsrət görürəm gülən üzündə Ən az mənim qədər çökürsən sətirlərimdə Və olur ki, bəzən gecə yaman düşür xətrimə Zəng edib yuxuma gəlmə demək bəhanəsiylə Gözlərim axtarır səni şəhərin hər küçəsində Hər uğuru paylaşmaq üçün dərdlərimlə bölüşmək Sən məni dinləyirsən FM 106.3də Bilirsən mahnıları əzbər, gizlin gəlirsən konsertə ("Yoxdur Dözümüm" səslənsin sizlər üçün) Bəyənmədiyin mən indi durmuşam səhnədə Əzbər oxuyursan, qəhərlənib necə içdən İnanmırdın mənə, gözlərin şöhrət gəzəndə İndi sən məndən ayrı bu çoxluğun içində İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
  • Bu sevgidə qaldı mənə xatirələrin Bir-iki şəkillərdə gülən gözlərin Dilin acı, yolun açıq olsun sənin Sözüm qəti, qəti olsun gedişlərin Bu sevgidə qaldı mənə xatirələrin Bir-iki şəkillərdə gülən gözlərin Dilin acı, yolun açıq olsun sənin Sözüm qəti, qəti olsun gedişlərin Bu sevgidə qaldı mənə xatirələrin Bir-iki şəkillərdə gülən gözlərin Dilin acı, yolun açıq olsun sənin Sözüm qəti, qəti olsun gedişlərin Bu sevgidə qaldı mənə xatirələrin Bir-iki şəkillərdə gülən gözlərin Dilin acı, yolun açıq olsun sənin Sözüm qəti, qəti olsun gedişlərin Dözürəm, susuram ki, dinməyim Boğulur kin, ölür hisslərim Balın dadır zəhər kimi Sənə isti hisslərim olub buz kimi Gəl Bilirəm dönüşü yox gedişin Sənə çətin, mənə çətin Bitir bizim hekayəmiz, gözəlim Kitab kimi, roman kimi Mən düşünərdim, biri od, biri su olar Əqidəmiz dağılmaz, bir dağ olar Evimiz qala olar, bağ olar Baxçanın gülü olar, cənnət olar Həyatda bir şans, bir səhv olar Deyilən sözlər boş arx olar Çıxıb getmək necə axı düz olar? Demişdik ən doğma sirdaş olaq Bu sevgidə qaldı mənə xatirələrin Bir-iki şəkillərdə gülən gözlərin Dilin acı, yolun açıq olsun sənin Sözüm qəti, qəti olsun gedişlərin Bu sevgidə qaldı mənə xatirələrin Bir-iki şəkillərdə gülən gözlərin Dilin acı, yolun açıq olsun sənin Sözüm qəti, qəti olsun gedişlərin
  • Bəli Bütün ağlamaqlar keçəndir Sevirik qəlb incidəni Həyat səhvdən dərs götürənindir Çönüb gedənindir Ürək döyünməyəndəndir Hirsim deyilməyəndəndir Bəlkə də gec anlaşılıb hər şey Bir azca avam güvəndəndir Bir səndən, bir məndəndir Mən səndən, sən məndən de O qədər qəlb qıran mərhələdir Bir səbəbin də özündən de Bəlkə də hər şey xeyrinədir Bu mahnı bir ton səhvdəndir Bu səhər mənimçün dözməkdirsə Səninçün getməklərdəndir Mən sənin əllərindən tutmaq istədim Qalmaq istəməyən üçün də heç nə düzəlmir Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir Mən sənin gözlərindən səbəb istədim Nədir sənin dərdin, axı yoxmu səbəbin? Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir O qədər söz yazdım mən xəlvət gecələr Düşündüm, əlbət, keçər Qəlbim qal deyir, beynim alma vecə Bilməm, hansın seçəm? Neçə il göz yaşı var Dərdimlə tək başına Könlümə yaraları vuran sən Yalana ehtiyac yox, bu açıq-aşkar Gəlmədi, artıq seçib öz yolun Baxma yollarına gözləri yorub Olanları unutmaq olmur Onun adı gələndə gözüm dolur Nə olar gəl gecə yuxularıma! Ölə bilmirəm ətrini qoxlamadan Mən aşiqəm o qara saçlarına Sənə olan hisslərim toxunulmaz Mən sənin əllərindən tutmaq istədim Qalmaq istəməyən üçün də heç nə düzəlmir Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir Mən sənin gözlərindən səbəb istədim Nədir sənin dərdin, axı yoxmu səbəbin? Sındırıb qürurumu, getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir
  • Güvən mənə, heçkəs yanında olmasa Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Güvən mənə, hər nə olsa da Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Necə gözəlsən, sənə təbəssüm yaraşır Sənlə ulduzların altındakı rəqsdən danışım Elə özəlsən, hərdən dilim dolaşır Bilmirəm qışqırım dünyaya səni, yoxsa savaşım Bəlkə gizlədim səni, əllərim toxuna bilməsin Zərif varlığın məndən heç vaxt ziyan görməsin Hərdən sevgimdən qorxuram, hədər etməsin Qədərindən artıq içiləndə ziyan verməsin Güvən mənə, heçkəs yanında olmasa Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Güvən mənə, hər nə olsa da Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Anladım səni görəndən Bu həyatım bənzəmir heçnəyə Qəlbdən sevməyi öyrətdin Sonsuz dəyərlisən mənə Dünyamı rəngləmisən mənim Və həyatım bənzəmir əvvələ Qəlbdən sevməyi öyrəndim Sonsuz borcluyam sənə Güvən mənə, heçkəs yanında olmasa Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Güvən mənə, hər nə olsa da Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam
  • Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda! Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa? Sənsiz həyat yoxdur mənə Heç olmasını da istəmirəm Düşsün ulduzlar, arzuları Xəyal edib uçaq göyə İstərəm səni görüm yenə Toxunsun əllərin əlimə Buraxaq səmaya çərpələngi Arzu tutub açaq göyə Sənsiz həyat yoxdur mənə Heç olmasını da istəmirəm Düşsün ulduzlar, arzuları Xəyal edib uçaq göyə İstərəm səni görüm yenə Toxunsun əllərin əlimə Buraxaq səmaya çərpələngi Arzu tutub açaq göyə Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda! Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa?