Татарский переводчик Узбекские песни

Песня «Aşiq Olmuşam»
исполнителя MadTeen.
Скачать или слушать онлайн

Текст песни:

Aşiq olmuşam!
Sənin qara gözlərinə
Baxışına yerişinə
Aşiq olmuşam mən!
Aşiq olmuşam mən!
Aşiq olmuşam!

Aşiq olmuşam!
Sənin nazlı gülüşünə
Hiss edirəm, yoxsa sən
Aşiq olmusan sən!
Aşiq olmusan sən!
Aşiq olmusan!

Gəl bir sirr açım mən sənə
Çoxdan demək istəyirdim, necə
Qəlbim çırpınır görüncə səni
Necə gözəl görünürsən yenə
Bir nəğmə bəstələdim sevgimdən
Hər cümləm rəqs edir hisslərimlə
Qoy baxım doyunca gözlərinə
Bircə işarə ver təbəssümlə

Yenə axşam düşdü, pəcərənə gəldim
Sənin aşiqinə yazığın heç gəlmir
Bu bir adi hiss deyil, necə ki saqi
Süzüm şərabıma, edim bunu cahil
Yenə axşam düşdü, pəcərənə gəldim
Sənin aşiqinə yazığın heç gəlmir
Bu bir adi hiss deyil, necə ki saqi
Süzüm şərabıma, edim bunu cahil

Aşiq olmuşam!
Sənin qara gözlərinə
Baxışına yerişinə
Aşiq olmuşam mən!
Aşiq olmuşam mən!
Aşiq olmuşam!

Aşiq olmuşam!
Sənin nazlı gülüşünə
Hiss edirəm, yoxsa sən
Aşiq olmusan sən!
Aşiq olmusan sən!
Aşiq olmusan!

Qəlbimdə, Qəlbimdə
Qəlbimdəsən, dərindəsən
Sevincimsən, tükənməzsən
Sən güclümsən, ən güclüsən
Ovsunlayan məni təksən
Xəyal etdiyim kimi sən
Hər kəsdən gizlindəsən
Bir röyasan, dejavusan
Səni tapdım göylərdən

Qəlbimdəsən, dərindəsən
Sevincimsən, tükənməzsən
Sən güclümsən, ən güclüsən
Ovsunlayan məni təksən
Xəyal etdiyim kimi sən
Hər kəsdən gizlindəsən
Bir röyasan, dejavusan
Səni tapdım göylərdən

Yenə axşam düşdü, pəcərənə gəldim
Sənin aşiqinə yazığın heç gəlmir
Bu bir adi hiss deyil, necə ki saqi
Süzüm şərabıma, edim bunu cahil
Yenə axşam düşdü, pəcərənə gəldim
Sənin aşiqinə yazığın heç gəlmir
Bu bir adi hiss deyil, necə ki saqi
Süzüm şərabıma, edim bunu cahil

Aşiq olmuşam!
Sənin qara gözlərinə
Baxışına yerişinə
Aşiq olmuşam mən!
Aşiq olmuşam mən!
Aşiq olmuşam!

Aşiq olmuşam!
Sənin nazlı gülüşünə
Hiss edirəm, yoxsa sən
Aşiq olmusan sən!
Aşiq olmusan sən!
Aşiq olmusan!

Другие песни исполнителя:

  • İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Məni bəsdir üzmə, xatırladırsan qəsdən Alışdırıb gözlərinə alırsan mənim gücümü Sən çox gözəl bilirsən, olmur yaşamaq sözlə Qəlbim döyünür sənin üçün, ayaqlar qaçır səndən Məni bilirsən ki, bir gün açsan qapını gələrəm Səhərin qoxusundan öpərəm səni, qalaram sənlə Məni bilirsən ki, dəliyəm, edərəm dedimsə, edərəm Alaram saçlarını ovucuma, qoxlaram dərindən İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Baxışında həsrət görürəm gülən üzündə Ən az mənim qədər çökürsən sətirlərimdə Və olur ki, bəzən gecə yaman düşür xətrimə Zəng edib yuxuma gəlmə demək bəhanəsiylə Gözlərim axtarır səni şəhərin hər küçəsində Hər uğuru paylaşmaq üçün dərdlərimlə bölüşmək Sən məni dinləyirsən FM 106.3də Bilirsən mahnıları əzbər, gizlin gəlirsən konsertə ("Yoxdur Dözümüm" səslənsin sizlər üçün) Bəyənmədiyin mən indi durmuşam səhnədə Əzbər oxuyursan, qəhərlənib necə içdən İnanmırdın mənə, gözlərin şöhrət gəzəndə İndi sən məndən ayrı bu çoxluğun içində İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm İndi mən darmadağın, salma yada özünü Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm Alışdırırsan özünə betər etmək üçün, düzmü? Ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
  • Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda! Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa? Sənsiz həyat yoxdur mənə Heç olmasını da istəmirəm Düşsün ulduzlar, arzuları Xəyal edib uçaq göyə İstərəm səni görüm yenə Toxunsun əllərin əlimə Buraxaq səmaya çərpələngi Arzu tutub açaq göyə Sənsiz həyat yoxdur mənə Heç olmasını da istəmirəm Düşsün ulduzlar, arzuları Xəyal edib uçaq göyə İstərəm səni görüm yenə Toxunsun əllərin əlimə Buraxaq səmaya çərpələngi Arzu tutub açaq göyə Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda! Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa?
  • Əzizim, səni hər şeydən qoruyardım Bu hissləri həyat bahasına qaytarardım Yadındamı necə gülüb, necə sayrışardıq? Mən ruhumu qorumuşam, bizə qayıt artıq Gözlərim yol çəkir, fəsillər can çəkir Əzizim uzaqda məndən, qəlbimə dağ çəkir Bir qəmzədədir sirri bəlkə, nəfəsim ah çəkir Aradan xeyli vaxt keçib, ümidlər vaz keçir Aradan söz keçib, dağ boyda söz verib Nə mən dağ oldum sözlərə, nə də sən bələdçi Qoxun hopub bədənimə, həsrətin keçmir İtirməsən anlamaq olmur, sənsiz heçdir Əzizim, səni hər şeydən qoruyardım Bu hissləri həyat bahasına qaytarardım Yadındamı necə gülüb, necə sayrışardıq? Mən ruhumu qorumuşam, bizə qayıt artıq Həmin küçələr bizim yaddaşımızda Hər döngəsi, insanları mənə doğma O hüzuru tapmıram artıq heç bir andan Elə qayıdardım hər şeyi atıb ora Zamanla düzəlmir, üstündən keçdi çox Şəkildəki gözlərin xəstəsiyəm çox Əllərim zəng edir, beynim deyir ki, "yox" Olmaz artıq bizdən, nəsə çox gecdir, çox Əzizim, səni hər şeydən qoruyardım Bu hissləri həyat bahasına qaytarardım Yadındamı necə gülüb, necə sayrışardıq? Mən ruhumu qorumuşam, bizə qayıt artıq
  • Bəli Bütün ağlamaqlar keçəndir Sevirik qəlb incidəni Həyat səhvdən dərs götürənindir Çönüb gedənindir Ürək döyünməyəndəndir Hirsim deyilməyəndəndir Bəlkə də gec anlaşılıb hər şey Bir azca avam güvəndəndir Bir səndən, bir məndəndir Mən səndən, sən məndən de O qədər qəlb qıran mərhələdir Bir səbəbin də özündən de Bəlkə də hər şey xeyrinədir Bu mahnı bir ton səhvdəndir Bu səhər mənimçün dözməkdirsə Səninçün getməklərdəndir Mən sənin əllərindən tutmaq istədim Qalmaq istəməyən üçün də heç nə düzəlmir Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir Mən sənin gözlərindən səbəb istədim Nədir sənin dərdin, axı yoxmu səbəbin? Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir O qədər söz yazdım mən xəlvət gecələr Düşündüm, əlbət, keçər Qəlbim qal deyir, beynim alma vecə Bilməm, hansın seçəm? Neçə il göz yaşı var Dərdimlə tək başına Könlümə yaraları vuran sən Yalana ehtiyac yox, bu açıq-aşkar Gəlmədi, artıq seçib öz yolun Baxma yollarına gözləri yorub Olanları unutmaq olmur Onun adı gələndə gözüm dolur Nə olar gəl gecə yuxularıma! Ölə bilmirəm ətrini qoxlamadan Mən aşiqəm o qara saçlarına Sənə olan hisslərim toxunulmaz Mən sənin əllərindən tutmaq istədim Qalmaq istəməyən üçün də heç nə düzəlmir Sındırıb qürurumu getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir Mən sənin gözlərindən səbəb istədim Nədir sənin dərdin, axı yoxmu səbəbin? Sındırıb qürurumu, getmə söylədim Qalmaq istəməyən heç bir səbəb söyləmir