Татарский переводчик Узбекские песни

Песня «Sən Yanımda Olanda»
исполнителя MadTeen.
Скачать или слушать онлайн

Текст песни:

Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda
Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda!
Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa
Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa?

Sənsiz həyat yoxdur mənə
Heç olmasını da istəmirəm
Düşsün ulduzlar, arzuları
Xəyal edib uçaq göyə
İstərəm səni görüm yenə
Toxunsun əllərin əlimə
Buraxaq səmaya çərpələngi
Arzu tutub açaq göyə
Sənsiz həyat yoxdur mənə
Heç olmasını da istəmirəm
Düşsün ulduzlar, arzuları
Xəyal edib uçaq göyə
İstərəm səni görüm yenə
Toxunsun əllərin əlimə
Buraxaq səmaya çərpələngi
Arzu tutub açaq göyə
Sənə doymur gözlərim, gözəlim, təbəssümlə baxanda
Qəm çəkmək nədir, ey gözəlim, sən yanımda olanda!
Fərhad kimi dağları bölərəm, yad gözlər baxarsa
Mən sənsiz bu dünyanı neylərəm, sənsiz həyat yoxsa?

Другие песни исполнителя:

  • Səni sıxsa bu şəhər, çıxaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Aç qanad, uçaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Bu boş şəhərcikdə gözlərin Necə gözəl sevir məni Qorxular ürəyimdə İnadım rahat buraxmır məni Yad gözlər önündə Necə əllərimi uzadım sənə? Sənin sözlərinlə Qəlbim isinir sənin sözlərinlə Birdəfəlik gedək uzağa Ruhum bu sevgiyə qoyur qadağa Söz ver mənə, bu sevgi qala Birdəfəlik gedək buradan uzağa Birdəfəlik gedək uzağa Ruhum bu sevgiyə qoyur qadağa Söz ver mənə, bu sevgi qala Birdəfəlik gedək buradan uzağa Sən mənə özəl, sən mənə gözəl Elə darıxıram ki, saçlarına bürünəm Soyuyub havalar, dəyişib fəsillər Sən sanki möcüzəsən soyuqda da isidən Sən sanki kainatın mənə olan əsərisən Sən əbədisən, mənim güzgümsən, əksimsən Mənimlə hazır ol hər şeyə, aparım uzaq Bu hekayə qəhrəmanı ikimiz olaq Aç, Əfəndi, pəncərəni Görə bilim qara gözlərini Qoxun gətirdi qapına sənin Gəl, əl-ələ gəzək Bakı küçələrini Aç, Əfəndi, pəncərəni Görə bilim qara gözlərini Qoxun gətirdi qapına sənin Gəl, əl-ələ gəzək Bakı küçələrini Səni sıxsa bu şəhər, çıxaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada Aç qanad, uçaq buradan Lap qaçaq uzaq yurda Qoy axtarsınlar onlar Bir sən, bir mən orada
  • Güvən mənə, heçkəs yanında olmasa Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Güvən mənə, hər nə olsa da Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Necə gözəlsən, sənə təbəssüm yaraşır Sənlə ulduzların altındakı rəqsdən danışım Elə özəlsən, hərdən dilim dolaşır Bilmirəm qışqırım dünyaya səni, yoxsa savaşım Bəlkə gizlədim səni, əllərim toxuna bilməsin Zərif varlığın məndən heç vaxt ziyan görməsin Hərdən sevgimdən qorxuram, hədər etməsin Qədərindən artıq içiləndə ziyan verməsin Güvən mənə, heçkəs yanında olmasa Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Güvən mənə, hər nə olsa da Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Anladım səni görəndən Bu həyatım bənzəmir heçnəyə Qəlbdən sevməyi öyrətdin Sonsuz dəyərlisən mənə Dünyamı rəngləmisən mənim Və həyatım bənzəmir əvvələ Qəlbdən sevməyi öyrəndim Sonsuz borcluyam sənə Güvən mənə, heçkəs yanında olmasa Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam Güvən mənə, hər nə olsa da Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam
  • Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Qismət yarışır bizimlə xəbəri olmadan Gəldik, hansı quyuya düşdük səbəbi olmadan? Biz sevərdik, biz uçardıq qanad çalmadan Səbir edərdik, bağışlardıq heç nə qırmadan Çox sevmək də bəzən çox tükədir Çox gəlmək, çox gedmək, ruhu çox tükədir Can vermək, can almaq kimi pis vərdişlər Bizim ruhumuzu, ikiyə təslim edir... Mən çox düşünərdim, sonumuzu səninlə Mən çox öyünərdim, sənə olan sevgimlə Bir sevinərdik, biz üzülərdik bir... Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən Hiss edirdik özümüzü sanki nağılda Sən çox gözəl, bəli, mənsə bədheybət Lakin hər nağıl kimi bitdi, puç oldu Həmişə olduğu kimi, yenə də zülmət Aparır bizi uçuruma Biz nə oldu ki, gəldik bu duruma? Sönüb mənim ayım, günəşim Bu nağlımız bizim çatıb sona Mən çox düşünərdim, sonumuzu səninlə Mən çox öyünərdim, sənə olan sevgimlə Bir sevinərdik, biz üzülərdik bir... Sən yoxsan artıq, biz sona çatdıq, bizə olan sevgidən Sildim könlümdən səni, keçdim bəxtimdən Ayıldım ki, söz bitdi, bitdi sevgi də... Soldu, getdi gül kimi, işıq gözlərdən Ruhum bezdi, qaçdı, çıxdı, getdi cismimdən
  • Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Hər ötən gün sənsiz keçən zülmətin içindəyəm Nə olardı, qayıdardıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Olmaz artıq bizdən nəsə Biz sənlə qopduq ürəkdən Unutmuşam təbəssümün Ətrin qaçıbdır beynimdən Nə olardı, qayıtsaydıq o dəyərli günlərə? Ürəyim qaçır sənə, bir səs var, deyir mənə Mən istədim, səndən ayrı qalım Alınmır, əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır, əzizim, alınmır Pəncərədə ötür illər, mən həmin fəsildəyəm Görəsən nə qədər cəzam qalıb çəkilməyən? Cırıb atılmır ki, keçmiş adi bir şeir deyil ki Görəsən hansı söz qalıb deyilməyən? Bütün şeirlərimi döndərdim əlvidaya Bircə sənə dodağım heç vaxt tərpənmədi Bütün doğmalardan qaçmışam qaranlığa Bircə gözlərindən heç vaxt gizlənmədim Mən istədim, səndən ayrı qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən uzaq qalım Alınmır əzizim, alınmır Uzaq qalım Alınmır əzizim, alınmır Mən istədim, bizdən ayrı qalım Alınmır əzizim Alınmır
  • Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Baxıram qaranlıq, küləkli Bakı pəncərəsindən Səndən qopan ruhum yapışmır artıq bədənimə Sən mənim bağçamı bərbad edən bir xəstəliksən Ziyansan, hər dəfəsində heyifsən xatirəmə Sonuncu baxışların, o səsin titrəməsi Yalan etdi andları "gedirəm" söyləməsi Sakitcə baxıb ona qəribə gülümsədim Bu sənin qərarındır, kimlərinsə düşüncəsi? Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Səndən aldığım nəfəs qoy bu mahnıda tükənsin Elə etinatsizam ki xatirələrimə deyirəm, cəhhənnəm olsun getsin! Dəli şeytan deyir ki, yığ ovcuna hər şeyi, bitsin Elə dərs vermişəm ki özümə, gedənə afərin desin Bir soyuq külək, gözlərimdəki buz Bitmədimsə gəl, öldürənəcən sus Getmək istəyən qaçır, bəhanələr sonsuz Mən göy üzündəki ay, sən ən pis yuxu Bir soyuq külək, gözlərimdəki buz Bitmədimsə gəl, öldürənəcən sus Getmək istəyən qaçır, bəhanələr sonsuz Mən göy üzündəki ay, sən ən pis yuxu Yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə Dəymə, dəymə, dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub yaralara dəymə Sınıb sevən ürəyim, yuxuma da gəlmə Ürəyimə ox olub, sancıb mənim qəlbimi yaralara dəymə