Татарский переводчик Узбекские песни

Песня «Evtanaziya»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Mən hər gün meditasiyada, sən mənə ateist deyirsən
Fikirlərim maraqsız, sən Jan Batist deyilsən
Əsərlərimə kağız, qələm, gülüm, bir də öz dünyam lazımdır
Karabin obrazına RG, Okaberə Əli Xəyyam lazımdır
İnsanlar yazdığım sətirlərdə nədənsə nifrət axtarırdılar
Əlamət axtarırdılar, bayquşda lənət axtarırdılar
Həyatın rəngini soruşdum, boz, bir də qara dedi
"Пропорция"sı təyin olunmamış müharibə davam edir
Sənə kim dedi ki, qorxma? Gözlərin bərəldi, qorx
Yalan satıblar sənə, Əzrailin əlində kərənti yox
Və mənə kafir deyən övliyalar şərab içib öləndə güldüm
Dünyaya müqəddəs gələn də öldü, gəlməyən də öldü
Məzar da zövqə görə olur, dostum, özün seç, bax
Salam, qonaq gəlmisən?
Ölməyə hər cür şərait var
Keç, bax (keç, bax, keç, bax, keç, bax)

Bu sadəcə həyatdır, bu həyatın həyatları var
Məsih, Nazaretli, Yehovanın övladları var
Dəvələrin qanadları, binaların bərbadları var
Pulları, maşınları, fahişə arvadları var
Fiquru insanlardan ibarət olan şahmatları var
"Kim daha çox qan içə bilər?" deyə zarafatları var
Vətən sataraq yüksələn biznesmen adları var
Erməni kirvələrinin soyqırım fəryadları var
Mavi ekranlarda yetimlərə imdadları var
İnsanı kütləşdirə biləcək qədər savadları var
Zəhərin dadları var müxtəlif, özün iç, bax
Salam, qonaq gəlmisən?
Ölməyə hər cür şərait var
Keç, bax (keç, bax, keç, bax, keç, bax)

Keçmişdə düşən ulduzlarla insanların öldüyünə inanırdım
Evtanaziya əsrlərlə davam edirdi və canlanırdı
İlk dəfə bir ruhani danışanda anladım, batildir
Kürəyimdən güllə dəyəndə bildim, dostum qatildir
Mən də peşmanam indi, hətta qalmadı xatirələr
Bütlərin arasında sındı necə mansarda pəncərələr
Biz fironları mumiyaladıq və modern günümüzə gətirdik
Və hələ də fironlar var, Tanrımızı itirdik
Hər ürəkdə bir Allah varsa, hər canda bir ürək
Dilənçilərdən dərs alaq, bir miqdar azadlıq dilənək
O tanınmır nə görünüşdən, nə də ki holoqramlardan
O görünməz efirlərdə və çıxmaz şou-proqramlardan
Bu yolda mən varam və yanımda bir neçə dəli şair
Yolumuzdan döndərmir qara qeyb və tağı yalan şayiə
Qeyrətsiz keçmişi qeyrətli gələcək almır heç vaxt
Salam, qonaq gəlmisən?
Ölməyə hər cür şərait var
Keç, bax (keç, bax, keç, bax, keç, bax)
Salam, qonaq gəlmisən?
Ölməyə hər cür şərait var
Keç, bax (keç, bax, keç, bax, keç, bax)
(Keç, bax, keç, bax, keç, bax)

Другие песни исполнителя:

  • (R, O, C, R, Rap out Clan, O, C, Okaber, R, O, C) (Qarnizon) Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Kömək etməz sənə şeytana prototip ikonalar Və nə qədər cibdə pul olar və portatifdə pornolar Kamuflyaj ekipirovkada, bu tipdə formalar Kömək etməz ideyalogiya, prinsip və normalar Yorulmadan yazıram, qanadım yox uçmağa Nifrətim yetəri qədərdi bu mövzunu açmağa Çoxdu "Rusiyət"ə qaçmağa, paqona dolan millətim qədər Bilirsən, çoxdur mənim paqona olan nifrətim qədər Nə qədər çağırdılar, mən səs vermədim səsinə Özünə inanmır, lazım day-day, qohum, beləsinə Soxum beləsinə, sözlərimi bəlkə başa düşsün Yıxılsın, dursun, ilişsin, bəlkə boşa düşsün Bizimki şərəfimiz, dırnaqarası yolumuz var Zəifləri vurmağa qüvvətimiz, qolumuz var Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik Halbuki Macarıstanı alacaq qədər pulumuz var Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu İntizam taborunda yarım sutka haupt vaxtda Fərqi yox ki, torpaqda fərqi yox tabut taxta Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an Ümidimi vurdu şaxta, yan keçmədi O təkcə qan içmədi Burdan insan keçmədi, buralar qarnizondu Nə qədər istəyirsən qışqır, sonsuz diapazondu Onsuz da itirmisən, ağlama ötən üçün Nə gözəldir ölmək bizə sevgili vətən üçün Bu mənim kəşfiyyatım, məni insanlar qınayır Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır Qurun konslagerlər, qaytarın repressiyanı Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı Nə qədər gec deyil, yazılarımı tapın, yandırın Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın Bizi tanıyan tanıyır, müharibə davam edir Davam edir müharibə! Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu Bəlkə də gəlib artıq, bəlkə də sondu bu Dünən 10 nəfər idilər, indi milyondu bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondu bu (Ələ keçirmə yarımqrupundayam) (Şok atəşindən sonra ölüm bölgəsinə girərək) (Əsir, sənət, silah nümunələri götürüb geri çəkilirəm)
  • Demədi demə, küçələr bomboş Yandıracaq tənhalıq səni Demədi demə, ömrümüzə Leysandan sonra səhralıq gəlir Demədi demə, hər yatan adam Hər batan adam bataqlığa girir Demədi demə, məzluma qan udduran Gecə iblisin yatağına girir Demədi demə Mən beyinləri yuyuram çirkabdan, açılır çakra Kommunistlər Lenin olacaq başımıza Feministlər Kleopatra Demədi demə Zəhrimara qarışan ömrümüz dadır bal kimi Kaş bir abbasını tələb etməyə Cəsarətimiz olardı hambal kimi! Demədi demə, Don Karabin qayıdıb Güllələyin tez, həbs lazım deyil O bizə tərs, lazım deyil, necə ki Oxumağa səs lazım deyil Borc və günahdan başqa heçnəyimiz yox ki (Demədi demə) Qorx ki, az olanımız gözə girər, görsənər çox kimi Demədi demə, sənin sarı saçlarına Qurban olsun bütün vətən xainləri Mən özüm kəsəcəm başlarını Oxuyacam bildiyim ayinləri! (Sarı gəlin) Demədi demə Hər şey əlində, bu qədər yaran dərində Hər şey əlində, bu qədər yaran dərində Hər şey əlində, bu qədər yaran dərində Hər şey əlində, bu qədər yaran dərində Demədi demə, demədi demə Demədi demə, demədi demə Demədi demə, demədi demə
  • Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Qaqa, mən bu gün Parij, sabah Praqa Sən Mokoka, "Waka Flocka", aç plakat "Tipo rap"də "brak"am, "сука", "Pont"unuza yadam Düzünü desəm, sən siyəndə bloka Məndə "Prado" və ya "Prada" Bu arada, bilirəm canavar büdrəyəndə yığılır neçə "шакал" Amma salamatam, ehtiyac yoxdur salavata RG 20-ci kalibr, ya da AKA Mənəm "G-Coast", mənəm "AKA HOST", "motherfucker" Taktda "Baraka", "фатал атака", "fatality", "knockout saga" "Rap"i bir növ yoqa, atır "block"a "Hook"am, dözə bilmir heç bir "капа" Və "flow" dilimdə sanki "Bruce Lee"nin əlində "nunchaku" Çapa-çapa dağıdıram "beat"i Bu onunla on altıncı "feat"im Bir dəfə də yazmamışam "социалка" Bu "расклад"a, baxır Oka Yazdığı ruhumun dərmanı kimi "Bars"ım gülməli olar yumurta fərmanı kimi Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə Fikirlərim formaldır, Okaber anormaldır Mənim tərəfdarlarım yox, fanatım olan "mal"dır Mənim canavarlarım çox, hamısı alınır qeyd Xroniki yazılarım mənim qanlı "chroma key"də Bir, beş, on, yüz, milyondur bu Tikanlı məftillərlə bağlı qarnizondur bu Biz bəlli millətlərə, siyasətə, parlamentlərə "Rapper"lərə, "rocker"lərə, "biker" və "skinhead"lərə Hər təbəqə tanıyır bizi, adımız olub tarix Qara qüvvələr ştrix, yenə də oluram "psix" Karabin doldurulub, "Joker"də sonuncu kart Okaber sürüb ötdü, sən yerində "ручной"u dart "Rapper"lər silib gedir, adımı bilib gedir "Шпана" gəlib-gedir, mimikam gülüb gedir Bizim səsimiz çatır maksimum ulamağa Sizdə quyruq bulamağa gələn hürüb gedir Günbəgün izləyir bizi ölüm Sağım, solum, çürüyübdür ömrüm Xoş gün, boş gün, nə gün gördüm mən Bu günə kədərlə dünənimə güldüm Yaşamaq dəbdir, ya-ya-ya dəb deyil Kim deyə bilər ki, həyat məktəb deyil Həb deyil heç nə dərdə Dərd üstündən çək pərdə
  • Bu drama qanla qumdu "Spaethe" sonuncu sonata, son məktubumdu Tərk edilmək, atılmış evlərdə qalmaq Sanki danmaq, sənsizlik od zəbundu Ən ağır mənzərədi Ölən müridlər partlayan mədrəsədi Zəkat, xüms oğurlanan sədəqədi Sənsizlik pərt olmaq və məsxərədi Ölmə deyən olmur, qapını döy gələndə Günəş Ay kimi görünür yerə göy gələndə Ağrı göynədəndə ürəyin istifadə tarixi bitir Sənsizlik yıxılmaqdı göydələndən Səbəbsiz təbəssümlə səni elə təsvir edim ki, ağlın çaşsın tərənnümdən Pozdum sən gedən gündən gəlişini Yazırdım, sən gələn gündən bu günə kimi idi axı sənsizlik İnsan olmaqdı günahda boğulmaq üçün Mələk olmaqdı sirləri gizlətmək üçün Şeytan olmaqdı cənnətdən qovulmaq üçün Şair olmaqdı dünyanı sənə bənzətmək üçün Doğrularla, yanlışlarla məni bağışlama Mən bağışlamadım özümü, sən də bağışlama Göz yaşın yağışlardı Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan Məni bağışlama Mən bağışlamadım özümü, sən də bağışlama Göz yaşın yağışlardı Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan
  • Okaber mədəni ədib, Karabin jarqon gedir Səninsə beyninə oksigen əvəzinə karbon gedir "Basdıqca iyi çıxır", - deyirdik və qoxunu çıxardız Sovetin epoxasının da artıq poxunu çıxardız Separatizm'ə qarşı "on üç"lər məxfi koddur Millətimi təhqir edən deputat da mı təxribatdır? Sabunsuz girənlərin görəcəyi hər iş bəllimi? Gərək fronta göndərərdik bizim Cəbiş müəllimi Reallıq haqq sayılır, sayılır sürreal batil Sizə donuz gülləsi lazım, ya da serial qatil Chikatilo, Theodore Bundy ya da Ramirez Gəbərtsin sizi tez, hansı tez bacarır, tez! Düşürəm depressiyaya, düşür "круг"a o da Bu nə cür yaşam tərzi "бля", bu nə "шлюха" moda Bizdə underground'da üzdə dəstə var 13-cü palatada 13 nəfər xəstə var "Mic"da likantropdu, səsim "grand beat" Bu Tupac "type hit", "shit" ya da xroniki bronxit Bunların nəslini kəsib, tüpürəsən lombaynan Hater qanına qarışdırıb, içirəm "Long Island" İşiniz "ломка"ynan, danışmaq marixuanadan Instagram'a şəkillər "Eleven"dan, "Mari Vanna"dan Hər kəs gözləyirmi, yenə maraqlı qafiyə? Karabin - daraqlı faciə Bu nə ab-havadı, bu nə havadır, bu nə abdır Nadir 200 ildir bu sənətdədir, elə bil "Baobab"dır Mənsə psixopat, bütün şərtləri riskə atıram Dəlixanadan yazıram bro, dəftərim "psycho note" Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm bax Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm Qara yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idеalogiyaların intihası mənəm