Татарский переводчик Узбекские песни

Песня «Mozalan»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Canavarın bozunaki
Nike'larımın tozunaki
Binanın boss'unaki
Elşadın Xos'unaki
Elşadın Xos'unaki
Məcburən deyilir
Belə e yoo
Məchula xeyrin
Sənə game over
Bəs buna neynim?
Yenə gay bol
Məcnuna Leyli
Mənə Lay Low
A! Qarşında Machintosh
Araşdırdım lakin boş
Fuckin' Trump, fuckin' Bush
Mənə 2PAC ya Rakim qoş
Yenə izləmədə tribunal
Mama, I'm a criminal
Kimə donuz, kimə mal
Aaa! Kim haram? Kim halal?
(A!) Eləmərəm deyən elədi
Eləyərəm deyən eləmədi
Eləyərəm deyən eləmədi
Eləmərəm deyən elədi
Eləmərəm deyən elədi
Eləyərəm deyən eləmədi
Eləyərəm deyən eləmədi
Eləmərəm deyən elədi
Black and orange məndə
Kimdə black and yellow (alo, alo)
Okaber'ə acapella (alo, alo)
Dənizə caravella (alo, alo)
USA'ə Rockfeller
Ağıllısı da boş
Buranın gici də boş
Markası Bosch soyuducunun
İçi də boş
Fahişəsi fahişədən olan
Bici də boş
Gündüz, gecə də boş
Tezi, geci də boş
West Side, East Side
Hansı side tutur səni?
Dahiləri təhqir edib
Bundan hype tutursan
Fikirləşirəm beynin neçə megabyte tutur?
Sənin atan verlişdə üzr istəyir
Sən kayf tutursan
Sən ən uzağı toylarda söz alan
Mənəm hər sətirdə üzünə bozaran
Sənə qoz qoymur cibində qoz olan
Sancın var, sancır səni mozalan
Eləmərəm deyən elədi
Eləyərəm deyən eləmədi
Eləyərəm deyən eləmədi
Eləmərəm deyən elədi
Eləmərəm deyən elədi
Eləyərəm deyən eləmədi
Eləyərəm deyən eləmədi
Eləmərəm deyən elədi

Другие песни исполнителя:

  • Yandırın mənim leşimi Mənim torpağımın ehtiyacı yox daha o murdarlığına Xoşbəxtlik, görəsən, neçə kisə qızıladır Adəm oğlunun Mənim gülüşlərim daha çox sən idin halbuki Bəs bu necə, bəsdir edamıma? Günəş parıldayaraq işıq saçır Mən doğumumdan bu yana sevgi və günah saçıram Batır məni, Allah Mənim anam mənə axıtdığı göz yaşları ilə Dar ağacımı yetişdirirdi Atam ölüb gedərkən bilinməyən bir Tanrının yanına Adımın o tərəfinə bir soyadı hədiyyə edirdi Və amma hər səhər yalnız oyanıram Mən hər şeirdən sonra ağlayıram Axıb gedirəm hər dəfə, sanki yağışam Gözlərimin kədərini gizlətsin Tanrı gülüşlərlə Qaranlıq deyiləm mən, Tanrı, itmirəm hər çıxan Günəşinlə Ruzi niyaz içində olaram, ruhum deyil sakit İnkar etsəm də, Tanrıya inanıram, lakin Tükənmiş səbrimin lüğətsizliyi lal edir Və dilimin iki şeirlik halı var tükənmədən əvvəl Tanrı yaratdıqlarını sevir, həqiqət idi bu Amma məni yaratmamışdan əvvəl Mən bir həqiqətəm, məni kafirlər silmir Amma saçım saqqalıma qarışıb, buna maneə ola bilmir Gəlir ən gözəl qadın, qoynuna girir Sevir səni, sənə sevmək öyrədir Nolsun? Bir gün rədd olub gedir Bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər Gecələr qan ağlayanda açılmır səhərlər O mövzulara qayıtmağını istəmirəm, dost Həyatdan küs, fikirlərim alt-üst Ruhuma əzab verilirdi, döyülürdü Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm Evtanaziyadan sonra canlanmıram Sizin inandığınız Allahlara inanmıram Əbədiyyətə qovuşmaq üçün tapıram izlərini Mən Tanrını sevirəm, o isə alır əzizlərimi İnsanla adam arasında böyük fərqi anladım Amma nə insanlar anladı məni, nə adamlar Səhər səhv addıma görə gecələr özümü danladım Amma nə gündüzlər anladı məni, nə axşamlar Sənə kim dedi ki, mən ağıllıyam? Bitməz daha üsyan Amma heç bir vəziyyətdə olmayıb Allaha üsyanım Dəmir eyvanlardan baxır katorqa heyvanları Qeyd anları aparılır qanlı meydanların Şairlərə fars damğası vurub öldürdülər onları Bizdə isə hər il Kərbəla titrədir regionları Sünni, şiə, terror qışqırır media, bazar Hər cümə namazından sonra mərdimazar Mənim qəlbim azar tutub yazar dərdi, yazar Mənim sətrim üzər səni, qazar qəbri, qazar Biz nə dar ağacında rastlaşdıq səninlə, nə də sürgündə Biz nə eyni qadını sevdik səninlə, nə də güllə yaramız var Biz heç bir yerdə erməni başı belə kəsməmişik Biz heç qışqırmamışıq səngərdə Söyməmişik düşmənin var-yoxunu Biz heç bir yerdə namaz qılmamışıq Alnımız möhürə dəyməyib Asacaqlar şairi, kafir damğası vuracaqlar Asacaqlar bizləri, Allahın verdiyi canı onlar alacaqlar Asacaqlar bizi, bizə yaraşdırmayacaqlar getməyi Asacaqlar səni də, dostum, kafirlə dostluq ucbatından Taxta oyuncaqlar asacaqlar Xəzərin qatilləri adından Bir-iki şeir yazmadığım üçün qafiyələrimin xətrinə bağışla Oyunu bitib qutuya qoyarkən oyunçuları Tanrı Bir-iki oyunçuyuq qutunun arxasında unudulan Bir-iki mürtəd var qarşımda halbuki Anlamadıqları üçün üstün bilər səndən Ey Tanrı, sən ki ədalət, nur içində haqlarını payladın Axı bəs mən? Cümləsini cümləsinə bağırdıq deyə inkarı Adımızı qoymaq olarmı kafir? Əgər bir iki şairdirsə dahi yalnızca Gəl tanış olaq: "Salam, mən dəli"
  • Aradan illər keçir, amma sən pillə keç Təmiz ol qaralanma (Qaralanma) Nə də yaralanma (Yaralanma) Hər sətrim qadağandır Hər sətrim "qanqa" və "qara mamba" Üz döndərib yaradan da (Üz döndərib yaradan da) Ən acı günlərimin müsafiriydin Məndən biri idin Qara mərmərlərə yazdım adını Qara dəftərlərə də (Qara dəftərlərə də) Ölü yox, diri idin Təki sən gəl deyə mən hər gün təngənəfəs Mənim ürəyim son zəngində Yenə o şəhər boz rəngində Əbədi adımı poz qəlbindən Hamıda ürək varsa məndə qəfəs Yenə o dəniz sahillərindən Bu qədər yorğun illərimdən Məndə ömür qalmadı, səndə həvəs Aradan illər keçir Amma sən pillə keç təmiz ol qaralanma (Qaralanma) Nə də yaralanma (Yaralanma) Qara qəlblər içində qəlbim ən qara, (ən qara) Qapqara qaralanda Şeyriyyatla bol qeyd xarabamda! İnsanlar məni dəli, qəddar etdi Ya da həyat belə rəftar etdi (rəftar etdi) Səhvlər etdim (səhvlər etdim) Səni bu qədər dəyişkən qızıl Gümüş, bər-bəzəklər, paltar etdi Səhvlər etdin (Səhvlər etdin) Boyadım qara rənglərə boz şəhəri (Boz şəhəri) Hər tərəfi (Hər tərəfi) Hər səhəri (Hər səhəri) Dayanaq intiharın bir addımında (Bir addımında) Güllə vurum beynimə (Beynimə) Sən zəhər iç (Acı olsa da birtəhər iç) Aradan illər keçir, amma sən pillə keç təmiz ol Qaralanma (Qaralanma) Nə də yaralanma Hər sətrim qadağandır Hər sətrim "qanqa" və "qara mamba" Üz döndərib yaradan da (Üz döndərib yaradan da) Ən acı günlərimin müsafiriydin (Gəl yenə qonaq) Mənnən biri idin (Yox səndən soraq) Qara mərmərlərə yazdım adını Qara dəftərlərə də (Qara dəftərlərə də) Ölü yox diri idin Təki sən gəl deyə mən hər gün təngənəfəs Aradan illər keçir Hər adam dinləmir heç son mahnıları, ağrıları Aradan illər keçir Hər adam dinləmir heç son mahnıları, qorxuları
  • Okaber mədəni ədib, Karabin jarqon gedir Səninsə beyninə oksigen əvəzinə karbon gedir "Basdıqca iyi çıxır", - deyirdik və qoxunu çıxardız Sovetin epoxasının da artıq poxunu çıxardız Separatizm'ə qarşı "on üç"lər məxfi koddur Millətimi təhqir edən deputat da mı təxribatdır? Sabunsuz girənlərin görəcəyi hər iş bəllimi? Gərək fronta göndərərdik bizim Cəbiş müəllimi Reallıq haqq sayılır, sayılır sürreal batil Sizə donuz gülləsi lazım, ya da serial qatil Chikatilo, Theodore Bundy ya da Ramirez Gəbərtsin sizi tez, hansı tez bacarır, tez! Düşürəm depressiyaya, düşür "круг"a o da Bu nə cür yaşam tərzi "бля", bu nə "шлюха" moda Bizdə underground'da üzdə dəstə var 13-cü palatada 13 nəfər xəstə var "Mic"da likantropdu, səsim "grand beat" Bu Tupac "type hit", "shit" ya da xroniki bronxit Bunların nəslini kəsib, tüpürəsən lombaynan Hater qanına qarışdırıb, içirəm "Long Island" İşiniz "ломка"ynan, danışmaq marixuanadan Instagram'a şəkillər "Eleven"dan, "Mari Vanna"dan Hər kəs gözləyirmi, yenə maraqlı qafiyə? Karabin - daraqlı faciə Bu nə ab-havadı, bu nə havadır, bu nə abdır Nadir 200 ildir bu sənətdədir, elə bil "Baobab"dır Mənsə psixopat, bütün şərtləri riskə atıram Dəlixanadan yazıram bro, dəftərim "psycho note" Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm bax Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm Qara Yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idealogiyaların intihası mənəm Qara yazı mənəm Hər birinizdən narazı özümdən razı mənəm Sözün illüziyası, rep sehrbazı mənəm Yürüyən idеalogiyaların intihası mənəm
  • Belə də, davam edirəm, davam edirsən, ey həyat Günlərimin yarısı bitkisəl, yarısı heyvanat Yenədə eyni dalanlar, nə olar eyni əs külək Yenədə eyni mənzil, eyni tüstülər, eyni öskürək Bədənim burdadı, ruhum başqa diyarlarda Bizə azadlıq verən yatır Fəxri Xiyabanda Ona görə axtarma azadlığı, ölüm gəlirsə Sən elə bil qəhər kimisiən boğaza düyünlənirsən Əridib məsafələri, varmaq istəmirsən Dərimin məsamələri, barmaq izlərimsəm Əllərini buraxmaqmı cinayətdi hələ görən?! Dünyanın nüfuzu bizdən ibarətdi mənə görə Saatın əqrəblərini zamandan ayırarsan Get... Dəli olanda qayıdarsan! Getmişdin, aparardın əzablarımı da Aparardın tütünlərimi, şərablarımı Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Məni də çağır gəlim Gəlim, söylə yanına gəlim arzularla (Məni də çağır gəlim) Mən ağıllı deyiləm, mən ən dəli! Hörəcəm qəlb evinə daş hasarlar Sən sadəcə mənimsən Darasın külək saçlarını Ətir qoxar bu şəhər sənin kimi (Sənin kimi) Tək təsəllim olar bəlkə mənim (Məni də çağır gəlim) Söylə yanına gəlim arzularla Mən ağıllı deyiləm, mən ən dəli! Məni də çağır gəlim Hərkəsə tüpür, rədd elə, arxamca bağır gəlim Daşıdığım dərd yükləri dizlərimə ağır gəlir (Çağır gəlim) Darasın külək saçlarını Ətir qorxar bu şəhər sənin kimi (Çağır gəlim) Tək təsəllim olar bəlkə mənim Məni də çağır gəlim Məni də çağır gəlim Gəlim