Татарский переводчик Узбекские песни

Песня «Məkr»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Sağ göstərib sol vururam
Şərq göstərib qərb aparıram
Nə qədər qəlb aparıram
Bir o qədər də özümü qəribə aparıram
Oxuyur xanəndələr, eşitmirəm
Eşidirəm daha mən nələr
Dar məngənədə var bəndələr ki
Hamısı Çələbi, hamısı Danəndələrdir
Necə olur həmrəylik?!
Güvəndiyin insanlar sürüyür cəmdəyini
Kimdə balta, kimdə mişar, kimdə rəndə idi
Və təkcə büdrəməyinin günahı səndə idi
Cavab gəlmir axmaqdan (axmaqdan)
Kor olmuşuq baxmaqdan (baxmaqdan)
Soruşun bədbəxtlərdən
Niyə yuyulmurdu qan ləkələri metlaxlardan

Hərəkətə qiymət
Dərə-təpə qeybət
Bərəkətə hiylə
Mənə görə, siğə elə zinadır
Yenə öz boyunlarına günahı
Belə yazmır din axı
Belə yazmır din ağır

Bədənlərdə məkr
Ruhlarda çirkab, gözlərdə intizar tapdım
Evini itirən başını vurmağa divar tapmır
Hər gün xəbərlərdə hər cürə intihar tapılır
Getdim sonsuzluğa, gördüm, görüb gəldim
Ölüb dirildim, dirilib ölüb gəldim
Sən çevrəndəki insanları görmürsən
Mən cəhənnəmin çevrəsini dönüb gəldim
Kimin əvvəlidir, kimin axırı
Kimin əvvəli, kimin axırı
Kimə axırı, kimə əvvəli
Kimə əvvəli, kimə axırı
Kimin əvvəlidir, kimin axırı
Kimin əvvəli, kimin axırı
Kimə axırı, kimə əvvəli
Kimə əvvəli, kimə axırı

Другие песни исполнителя:

  • Atasan bu dənizə özünü, o qədər boğulasanki Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni Ancaq yuxularda gələsən görüşlərə Yada ki, içdiyin zəhrimarlar qurutsun səni Atasan bu dənizə özünü (O qədər boğulasanki) Fəryadın, qovuşsun haraylara Son dəfə həsrətlə baxasan qağayılara Atasan bu dənizə özünü, çırpılasan qayalara Yazdığım bütün şeirləri də yırtıb aparasan Bu yarımadanın bağrından natamam qalan Bütün sevgiləri də dartıb aparasan! Atasan bu dənizə özünü, heçkəslə barışmadan Güvəndiyin dağların qarı dumana qarışmadan Varlı-kasıb yarışmadan çıxartmadan təmizə düzünü Siqareti yarım çəkib, atasan bu dənizə özünü Mavilərdən iyrənib, dostuna çevriləsən mavi ləpələrin Görəsənki, mavi dalğalar necə səpələnir Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı Pıçıldayasan bu cümləni Sən varsan varam Sən yoxsan yoxam! -Necə də gülməli Atasan bu dənizə özünü, qürura toxunmadan Onsuzda yox olmusan, daha da yox olmadan Dostlarla da artıq getməyəsən çiyin-çiyinə Bir də, həmin saçların ətrini dəyişəsən dəniz iyinə Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi Onunla mən: Məkkə və Mədinə, Dəclə və Fərat kimi Onsuzda əbədiyyət heç vaxt sevməmişdi Əbədiləri! (Heç vaxt) Bizimsə dualarımız açıq havalardan Titrədirdi müqəddəs sayılan məbədləri Atasan bu dənizə özünü, heç kəs oyanmadan Sübh namazından öncə, azan dayanmadan Yağış yağmadan, ya da yağış əvəzinə, daş yağmadan Qurunun oduna yaş yanmadan Yalanlarla baş aldadan Cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü Sevgilər də saxlayasan salam-sağollarda Əlvidalara çatmamış saxlayasan yarı yollarda Mən isə darıxdım, səslədim səni Yemək sırasını səbrsiz gözləyən Kimsəsiz uşaq kimi səbrsiz gözlədim səni (Atasan bu dənizə özünü)
  • Mən sənin varlığına o qədər alışmışam ki Heç yoxluğunda bu qədər yanıb alışmamışdım (Sənsiz) Saçlarına boğulub batıb elə qarışmışam ki Heç bəni-adəm çürüyüb torpağa belə qarışmamışdı Laxta qanların əvəzinə saxta qanlar İllərin bəd xəbəri səbrimi dartıb geniş Və sənə varmaq üçün başqa yollar axtaranda Ozan Arif "başqa yol yox artıq" demiş (Başqa yol yox artıq) Sən əzbərimdəsən, mənim adım kimisən! İlk baxışdan sevdiyim qadın kimisən! Sən ölüm kimi, sən yaşam kimisən! Əbədi xilaskar — Nuru Paşam kimisən! Düz eliyib də ayırdıq düzü yüz eyibdən Necə ki həmin dağlar ilham alır Üzeyirdən Azan səsinə açılıb nəfəsi minarənin Şahidi müharibənin, afərin, Xüdafərin Mənim ruhum o dağlara qanadlanar Mən xəzinəmə görə narahat Cavad xanam Necə ki cana bəsrət taxt-tacına şah Qacarın Axtarıb tapdıracaq, tapdayacaq, saplayacaq (Dibinə kimi) Gözəlliyinin aşiqiyəm, dünyaya səs salıram Şəhriyarın "qasid"iyəm, Müşfiqin "rəssam"ıyam Qafiyəm misri, sətrim ozan mizrabıdı Yezidin dəstəmaz almağı belə, su israfıdı Boz Qurd səni elə sevmişdi, Tatar qızı Heç Timuçin Börtəni belə sevməmişdi Perronda qarşıladıq birinci qatarımızı (Növbəti stansiya Xankəndi) Yəni ev demişdik
  • Gərək hər dəfə gedəndə gəlişimi artırardım Amma bu şəhər daxiləndə zahirəndə dəyişib artıq Səni əvvəldən bilirəm sən cənnətin mənzərəsisən Səni əvvəldən sevirəm sevgilimin pəncərəsisən Nəfəsimiz benzin qoxur bizim çörəyimiz pak dadır Payız gəldi uçmadı quşlar hələdə Bakıdadır Mən insan dərisi geyinmiş Qurdam dağa gedərdim Köhnə erməni qəbirsanlığı indi daha betərdir Hərdən görürsənki çoşub daşır gəlir qaza key adam Danışır "gangsta life"dan geyinir "Mothercare"dən Sən nə vaxtdan at oynadan olmusan? Qanım qaynıyır Sənin axı it oynadan vaxtların yadımdaydı Mən killer-billerlərin soxacam başın məzara Sizə görə yaşıl bazarın adı olmalıydı yaşıl bazarı Yazdığım atalar sözləridi gəzər-gəzər dildən düşməz Müharibə davam edir bu silah əldən düşməz Yeriviz belə yumuşağ ona görə yad qalmısız Karabin bu gün şah hamıvız mat qalmısız Yeriviz belə yumuşağ ona görə yad qalmısız Karabin bu gün şah hamıvız mat qalmısız Qəlbimiz qaralandan atmamışıq biz ürək daşını "I am not rhyme machine" ən sevdiyim maşın çörək maşınıdı Bilik yarışı deyil bu ov zamanıdır bilək yarışıdır Kişiyə ürək dostluğa kürək bayrağa külək yaraşır