Татарский переводчик Узбекские песни

Песня «Qocalmısan»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında
Mən qocalırdım, sən isə cavan idin xəyalımda
Uzun telli, ağ bədənli, incə belli
Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında
Mən qocalırdım, sən isə cavan idin xəyalımda
Uzun telli, ağ bədənli, incə belli
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim, qocalmısan
Yaralardan axan qanını saxlamır məhrəba
Çox zəhərlidir nə süd, nə kəhrəba
Boz səhrada şeytanı yəhərləmək
İnsanı zəhərləmək kimi idi sənsizlik
Tozlu akvarel, quaş, Rembrandt
Bir növ xrizantem, rododendron
Xatirələrə qərənfillər əkərdin
Hündürlükdən qorxmasaydın, çox çəkərdin
Mənə deməmişdin, amma yaz bunu
Sən əvvəllər "yaz yağmuru"
Ölməyə tələsirdin, amma yubandın
Sular bulandığı gün ürək də bulandı
Sən axı bütün arzuları devirdin
Sən axı tək yatmağı sevirdin
Heç kəsə demirdin dərin dərdlərini
Gizlətdin yatağı cırmaqlayan əllərini
Qırmızı dodaq, qırmızı filtr, tüstülər
Bədən soyuqdan dona bilərmiş istidə
Tənhalıq, depressiya, vahimə, soyuq tər
Xatirələr, köhnə məktublar, bəd xəbər
Alkoqol, narkotik, lirika, preparatlar
Radioda "Vals Boston", qarışıq həyatlar
Qarışıq saçlar, geyim, qarışıq işlərin
Və pritona ayaq basan növbəti müştərin
Süni gülüşlərin, qısa öpüşlərin
Sənə pul qazandıran saatla görüşlərin
Hər gün görürəm səni nə qədər alçalmısan
Qırışıb əllərin, sən demə, qocalmısan!
(Mən dəhşətə gəlmişəm)
Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
Sən ki, gənc qalmışdın yaddaşımda 17 yaşında
Mən qocalırdım, sən isə cavan idin xəyalımda
Uzun telli, ağ bədənli, incə belli
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən də
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim
Qocalmısan, gözəlim

Другие песни исполнителя:

  • Yadına düşəcəm Bir gün yenə Olacam göz yaşın, Ya da bir gülüş Çiyninə toxunum, Səni səsləyim İstərsənmi?! İstərsənmi?! Çiyninə toxunum, Səni səsləyim İstərsənmi?! İstərsənmi?! İstərsənmi?! Özümü aldadım Sənsizliyimə hər gecə sən qatım Ölüm kimi gəl ömrümə ey qadın İstərsənmi?! Özümü aldadım Sənsizliyimə hər gecə sən qatım Ölüm kimi gəl ömrümə ey qadın İstərsənmi?! Yolumu azmadan Mən çatım sənə Andını pozmadan And ver sən mənə Dediyin yalana Qəlbdən güvənim İstərsənmi?! İstərsənmi?! Dediyin yalana Qəlbdən güvənim İstərsənmi?! İstərsənmi?! İstərsənmi?! Özümü aldadım Sənsizliyimə hər gecə sən qatım Ölüm kimi gəl ömrümə ey qadın İstərsənmi?!
  • əyatı cənnət sayanlara ölüm cəhənnəmdi Ölüm fast-food, xərçəng ya da sətəlcəmdi Ölüm ulduz xəstəliyi və ya plastik əməliyyatdı Həyat '37, renesans ya da klassik ədəbiyyatdı Bura lövbəri salanlar üçün növbədi Mənim üçün kişi kimi söz vermək elə tövbədi Kimsə gedir şəxsiyyət olur, kim isə gəlir olur Dəli-dolu həyatınızın içində dəli dolu Karabin kimi qafiyələr ruha toxuna ya da vura cin kimi Zirzəmidən yol axtarıram qaranlıq otaqlara Nağılları kabus elədim qırmızı papaqlara Saman altından yeriyən həmin suyu kəs Ölüm intihar ola bilər ya da sui-qəsd Deyilərsə içmə, deyil bu badə rəva Geyinərsə nə badə, məbada, məba Mərhaba, ətrafa səs yayıldı Məclisdə xaç atası, sən, bir də Əzrayıldı Daimi əzablar içində vətən xaini Xarabada diz çöküb oxuyar sonuncu ayini Ciyərlərinə tüstü dolar Qadının kişidən yalnız əxlaqı üstün olar Okaberin mətni cinayət, sətri qandı Sarkazm, kinayə və ya qətliyamdı Mənə gələn hər fikir, təbimdən düzülər mətnlərə Qəlbimdən süzülər sətirlərə, gətir mənə! Ən odlu silahı gətir mənə! Cümlələr mərmidi, elə bil ətraf dərmə-deşik Sözlərimə qulaq as, Adəm almanı dərmə eşit! 6 nəfər 70-lərdən şahiddi hərivə 5-i Kəlmə eşir beyinləri, karabin zərbə deşir Laxladı qəlpələrim, rəqiblər nakautda Tanıyan bilir məni MadHouse'dan, RapOut'dan Vuraraq son akkordları ölümün gözünə baxın İnsan ölümə yaxın olanda ruhu önünə axır
  • Heç nə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə Son ümidlərim də batdı azadlığım batan gəmidə Hər gün qətliam, nə isə, mən yenə təxirə salınmışam Səhər-axşam eyni işgəncə, eyni əzab, yox inam Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq Onun qurbanları biz, hər kəs bizdən narazı Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü Şəhidlər vətən xaini kimi tanındı, görüldü Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü Mən sürgündəyəm, dost Mənim üçün də hökm verildi Səbəbini bilirsən, yazdıqlarım və yazmadıqlarım Bu məktubu da yandır, haqqında heç nə yazma bunların Katorqada rejim ağır, dərd üstünə yığır dərd Biz buralara nabələd, şaxta kəsir sərt Hətta yağır dərd yağışlarla Bağışla da, yazdıqlarım yıxır qəlbi, dağıdır Sıxır qəlbi, ağrıdır Repressiya qəribə mühitə bağlıdır, inan ki Burada olmayıb dostluq və sevgi Nə musiqi, nə şeiriyyat Nə də həyat olmayıb sanki (sanki)