Татарский переводчик Узбекские песни

Песня «Sizə Noolub?»
исполнителя Okaber.
Скачать или слушать онлайн

Текст песни:

Текст песни не найден. Добавить?
Мы платим за добавление текста. Вам нужно авторизоваться, чтобы мы смогли вам заплатить
Отмена

Другие песни исполнителя:

  • Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl İçərişəhər bizim idi ser, indi sizin Yəni şəhər bizimdi, amma içərisi ingilisin İndi Qəddafiyə çökdü, əvvəl Səddamın İraqına Qorxuram sonra girər bizim maşının da bakına 70 il çaşdıq qaldıq, bizə niyə kommunist deyirlər Əvvəl müsəlman idik, indi terrorist deyirlər Özümüzü öyürük, deyəndə risovka bəyənirik biz Əvvəl namaz qılırdıq, indi maska geyinirik biz Əvvəl inanmadıqlarımıza indi inandırırlar Əvvəl Quran oxuyurdular, indi yandırırlar Əvvəl sələm götürürdük, indi kredit götürürük Özü də bankdan faizlə çeşid-çeşid götürürük Əvvəl bazarlıq eləyirdik, indi shopping eləyirik Əvvəl idman, indi çox vaxt doping eləyirik Əvvəl adətlər var idi, indi toylar efirdə Yatar, durar, içər, vurar hətta soyunar efirdə Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl Cavid Məlikməmməd, Coni oxuyurdu Piter Pen İndi Aşot Məlikməmməd, Cavid oxuyur Piter Pen Sarı gəlini apardılar, biz blondinka axtarırıq Ayka, Nurka, Narka, Simka, Cinkə axtarırıq Əvvəlki adımız bəs idi, indi lazımdı CV Əvvəl "Спокойной ночи малыши", indi REN TV Əvvəl kinoteatrda "anşlaq" gələndə təzə kino İndi kinoteatr, çayxana, hər gün çay, domino Əvvəl düz danışmalıydın, düz yaşamalısan İndi düz yaşamaq üçün yalan danışmalısan Özü də gəldi-gəlmədi, yalan adətən danışırıq İnsanın gözünün içinə baxıb bədahətən danışırıq Bu gün varsan, sabah yox, qərb bu fikrə yaxındır Əvvəl Ben Laden lazım idi, indi qələmi sındı Yaşadığımız kainat eyni zamanda qazamatdır Ben Laden də anlamadı bu sadəcə həyatdır Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim inandım, gördüm inanmadım Bu sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən
  • Günahkar gözlərin var, səsin gəlir çox həzin Bu melodiyalarda zərif düşüncə gəzir, məni işgəncə əzir Ümidlər sona çatmaqdan, arzular gözləməkdən Məncə, bezir Nə sənin kaprizin, nə intihar cəhdlərin Heç nə qalmadı, yenə mənim indi var səhvlərim Zaman pozar vədləri, qalar məzar yerləri Yazar bəndləri Yenə qəlbim səni soruşar yağışa Xəstə ruhum danışa-danışa səni soruşar Bir az gülər, ağlayar, yenə barışar Ürəyim yanar, alışar Günahkar gözlərin var, bu məndəki paranoya Mənə lazım deyildi şan-şöhrət, eyforiya Həzin "Ave Maria" Mən dəlixana divarlarından bağırardım Səni çağırardım, sən isə ağlayardın bərkdən Lap ürəkdən gələn sözlər kimi Qəlbimdə yaşatdı, əlimdən qopardı səni Ən bədbəxt günlər tapardı səni, atardı səni Gözlərin sən yalan danışanda satardı səni Günahkar gözlərin var, məni yaşadan gözlərin Mənim kobudluğum və sənin yaşaran gözlərin Yadımda yenə soyuq noyabr, yağışlar Bağışla, əzizim, nifrətimə görə bağışla Bizi ayırır sətirlər, qatarlar ayırır Dəli olmuş şairlərin dövrü bitmiş sayılır Axtarma, bizə rekviyem həsr olundu Onun yazdığı dramalarda bizdən bəhs olundu Sevgi məhz onundur, onun adı ayrılıq Biz isə hər zaman xatirələrə qayıdırıq Və hər şərait yaradırıq ki, sadəcə unudaq Və sonunda Unuduruq... (Unuduruq...)
  • Buranın havası mənfilərdə, barmaq tətikdədir Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir Nə ümidlərim vardı, hədəfə qoyub güllələyirəm Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm Sanki nədən yorğunluq, bəlkə bədən yorğun Əsl hakimin gələcəyi məhkəmədən qorxun Aciz olan insanlar, bir də cümlələrdir Ətraf mafiya, çirkab, çirkin zümrələrdir Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın! Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Yerinə oturub danışma heçnə bacarmadan Azadlıqdan, həbsdən və bir də kazarmadan Səsiniz gəlir Biz haqqın yolçuları Biz susmayan Karabin! Tülkü, çaqqal ovçuları Kimin ki, borcu qalıb torpağımızı qorumağa Biz əlindən tutarıq, qoymarıq yorulmağa Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz sətirlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu kinonun İzlədiyin ucuz filmlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz mahnı deyil! Nə bilim ala!?