Татарский переводчик Узбекские песни

Песня «Ayrı Rənglər feat. Tomris»
исполнителя Tomris.
Скачать или слушать онлайн

Текст песни:

Oyanıb ayrı şəhərlərdə
Yazarıq bir-birimizə hərdən
Reallıqdan uzaq cütlük
Düşünüb ayrılarıq yerdən
Qısa SMS-lərdəki hərflərlə təmas edərik
Zənglə darıxmaqdan da xilas edərik
Hər kəsi, hər kəsi silib həyatımızdan
Onu ən əsas edərik
Cüt yataqda bir yeri ona ayırıb
Dar-darısqal yatmaqdır bu
Daxili səsinə çevirib səsini
Heç kim olmayanda da danışmaqdır bu
Bacarmadığın işləri yenidən başlayıb
Öz-özünlə yarışmaqdır bu
Həyat adlanan qısa oyunda
Eşq adlanan alovla alışmaqdır bu
İki kəs birləşir, yəni bir olur
Hər şey dəyişir rəngini
Ürəklər də vurur ayrı ritmlə
Nəfəs də dəyişir ahəngini
İki kəs birləşir yəni bir olur
Hər şey dəyişir rəngini
Ürəklər də vurur ayrı ritmlə
Gözləyirəm zəngini
Hər bir saniyə il kimi
Sən uzaqsansa
Mesajlarla duymaq olmur ətrini
Yoxdur maneə, biz ikimiz
Şəhərləri aşıb qovuşarıq
Gəl, həsrət bitirməmiş məni
Hər bir saniyə il kimi
Sən uzaqsansa
Mesajlarla duymaq olmur ətrini
Yoxdur maneə, biz ikimiz
Şəhərləri aşıb qovuşarıq
Gəl, həsrət bitirməmiş məni
Düşünüb hər dəfə yenidən
Cızıb beyində görüş məqamını
Bilirəm görüşəndə unudub hər şeyi
Sarılacam qucağına
Məni dəli edir xəyalların
Xəyalların uzaqdan-uzağa
Səni düşünə-düşünə
Düşmən kəsilmişəm yatağa
Yat-qalx, ətrin ağlımda
Sənə yazacağım sətrim ağlımda
İstə, istədiyini gətirim ağlımla
Təki yanımda ol, toxuna bilim
Mənə demə, istəyirsən məni fiziki
Biz çoxdan bir ruh, bədənimiz iki
Ağlıma hakim kəsilib bu fikir
Kaş qucağında yox ola bilim
Gəl, kəsilir nəfəsim, daralır otağım, uzun günlər
Mən özümü itirmişəm, səni, səni fikirləşərkən
Sən tək mənasısan həyatın
Həyatım həyatından asılı
Və bu sətirlər
Tək sənə yazılır
Oxuduğum nəğmələrsən sən
Cızılar şəklin sətirlərimlə
Mənə güllər bağışlayırdın
Səni tapıram ətirlərində
Hər bir saniyə il kimi
Sən uzaqsansa
Mesajlarla duymaq olmur ətrini
Yoxdur maneə, biz ikimiz
Şəhərləri aşıb qovuşarıq
Gəl, həsrət bitirməmiş məni
Hər bir saniyə il kimi
Sən uzaqsansa
Mesajlarla duymaq olmur ətrini
Yoxdur maneə, biz ikimiz
Şəhərləri aşıb qovuşarıq
Gəl, həsrət bitirməmiş məni
Hər bir saniyə
Sən uzaqsansa
Yoxdur maneə
Gəl
Şəhərləri aşıb qovuşarıq

Другие песни исполнителя:

  • Çox şükür olsun sənə, Yaradan Bizi götürmədiyin üçün hələ aradan İllər uçur, unudulur köhnə yaralar Bilmirik, nə gözləyir bizi, harada Qaradan çıxa bilmirik, problemlər var Getdikcə insanlar dəyişkən, qəlblər dar Sən kömək ol, göstər nəyi necədir İstəsən, edərsən gündüz gecəni Nə edim mən, azalsın suallar? İçəridə artan sayda sual var Bilsəydim, Rövşən gələcək yanına Bir-iki sualı yollardım onunla Amma gecdir, həmişəki kimi gecdir Yoxdur yanımızda canımızdan biri İtirsək də, bu cür bütün ətrafımızı Şükür edirik görüb ayağımız altda yeri Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə İnam ağıl kimidir, işlətməkdicə paslanır Cəhənnəm mənzərəsiylə cənnətin terasları İnsan ömrü Tanrıdan şeytana şərtli alimentdir Həyat bir üzü qara, bir üzü transparan qradiyentdir Toxunmasa da olar, böyründən ötsün küləyi ölümün Adam qorxur istər-istəməz, bükür kürəyin Anlamırıq, nə qədər dəyəri var ki, hər nəfəsin Nə qədər itki olsa da, azaltmır yaşam həvəsin Bəyaz ebruli kağız üstə naxış içindəyəm Eşq səmada qara buluddur, mənsə yağış içindəyəm Anlayanda yazıram alın yazımı, özümə güvənim artdı Mən işlədikcə Tanrı önümə çoxlu yollar açdı 4 yolun da hər birində çıxılmaz 4 dalan Həyat faytonunda çapır ayqır atların 4 nala Tiranlara da qalmadısa dünya, kiməsə qalmaz Bu dünyanın ahı o dünyaya qalmaz Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə Nələri qazanmaqçün nələri itirmək gərək? Başı çiyin üstündə haralaracan gətirmək gərək? Mənikimilər bir az lənətlənmiş kimilərdir Fərqli fikirli boz məhlul, fərqli ritmli ürək Yerə dəyənəcən kürək həyatla burun-burun Gecələr yuxularda kimlərdir qonağı şüurun? Nə qədər çətinlik var, gələrik öhdəsindən Çətini yuxudan oyanmaqdır, üzümə bir az su vurun Onsuz da həyat vurduğun vurub, tükənməkdə güc ehtiyatım Və mən bir yer axtarıram ki, başımı atıb yatım 36 yaşında sanki keçib 70 il Baxmıram, sol qolumda sadə bəzəkdir saatım Tanıdım bu illərdə həyatın hər üzün Və mənimçün artıq itki deyil hüzn Uzağı görmək çətinləşir ildən-ilə Mənanı görmək öyrənir bu cüt gözüm Yaşayıram həyatın İlin, ayın, saatın Dəyərini bilərək Bilirəm ki, bitəcək Ulu Tanrı, güc ver dizimə Çətin asan görünür gözümə Keçilməzləri keçirəm, illərdir İnanıb sənə və özümə
  • Görəsən vicdanım vurarmı bir gün üzümə şillə? Görəsən necə bu cür vecsizliyimə dözmüş illər? Görəsən doğmalarım bir gün atıb gedəcəkmi? Görəsən harda enər sürdüyüm həyatda sərnişinlər? Alagöz fahişələrə, şirin söz və nəvazişlər Müştəri hüzurunda süni gülüş bəyaz dişlər Doğmalar dözər bağışlayar, onsuz öyrəşiblər Hər soyuq addımımı qəbul edib başa düşüblər Görəsən xoş sözlərə aldanıb ulduzmu oldum? Cəmiyətə yem uzatdım, dişlədi quduzmu oldum? Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum? Dünən evin idim, bu gün masavın üstündə tozmu oldum? Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə Ya bir gün doğurdan böyüyüb, doğurdan düzəldimsə?! Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə Son dəfə bərk yapış əgər tutduğun düz əldimsə Gedəcək Həyatımdan dəqiqələr Nə qədər uzaq qaçsam da tapacaq məni sevgilər 2-ci verse: Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım Babamın qəbri üstündə doyunca ağlamağım Yadımda deyil nə vaxt demişəm bacıma sevdiyimi Atam heç bilirmi görəsən, onu çox istəməyimi Məni doğurdan sevənlər qalır həmişə diqqətdən kənar Mən gərək qəbul edim gələn hər bir dərddən qərar Mən gərək məğlub edim, içimi çürüdən mənləri Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin İllərlə paylamaq sətirləri, kimə görə?, nəyə görə? Ən pis gündə səni atıb gedən sevgiliyə görə?! Və bir gün çıxır qabağıva əsl eşq və dərdin azalır Budurmu ədalət ondan sonra sevgidən sətrin azalır Budurmu insanlıq ki, onu incidirsən hər addımda Onu göz yaşı içində küçədə qoyub getmək Əslindəysə ona görə dəyər hər şeyi atıb getmək Nə vaxt ki çıxdı nəhayət bir mələk həyatında Onunla cənnətə uçmaqdansa qanadın qırdın Sahilə çatmamış niyə dərinlərə dalğalandın O can verən sevgini xilas edən son damla qandın Uçdun, etibar etdiyin insanlığa aldandın Doğmalar tərk edir bir bir, gəl çıx, harda qaldın? Nəqarət Gedəcək Həyatımdan dəqiqələr Nə qədər uzaq qaçsam da tapacaq məni sevgilər
  • Sanki tutmaz əlimi uzatsam Xəbəri vardır duyğularımdan Gözlərini qaçırır baxdığım an "Həyəcanlı deyiləm" deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Bəlkə, söylər səhər olmadan Gün nur saçar sevgi bağından Gözlərini qaçırır baxdığım an "Həyəcanlı deyiləm" deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Sözlər uçuşdu, titrədi səsim Gözlərim bağlı sevdim Çağırdı göylər, güldü çiçəklər Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan...
  • Gözlərim hər axşam axtarır səni Ürəyim yollardan qayıtmır evə Sənsiz dalğalar da tanımır məni Neyləyim, ürəyim heç yatmır evə Yenə payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Döngələr, küçələr izindən qalır Yarpaq pıçıltısı sənin səsindir Biz olmasaq da bir, sənlə yaşaram Bu şirin xəyallar mənim bəsimdir Yenə payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Yenə payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar Payız gəldi, yağdı yağışlar Sən də getdin, uçdu getdi quşlar
  • Gəl, al apar bu ümidləri Yanan ürəyin qalıb közləri Anla məni, səhv özümdədir Son sözüm mənim – sevirəm səni Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi, sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi Sözlərim var, ünvansız Sahillər də limansız Toxunur qüruruma Bağlansam da ruhuna Gözlərimdə qorxu var Dözərəm hər gün buna Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim