Татарский переводчик Узбекские песни

Песня «Payız Gəldi»
исполнителя Tomris.
Скачать или слушать онлайн

Текст песни:

Gözlərim hər axşam axtarır səni
Ürəyim yollardan qayıtmır evə
Sənsiz dalğalar da tanımır məni
Neyləyim, ürəyim heç yatmır evə
Yenə payız gəldi, yağdı yağışlar
Sən getdin, uçdu getdi quşlar
Payız gəldi, yağdı yağışlar
Sən getdin, uçdu getdi quşlar

Döngələr, küçələr izindən qalır
Yarpaq pıçıltısı sənin səsindir
Biz olmasaq da bir, sənlə yaşaram
Bu şirin xəyallar mənim bəsimdir
Yenə payız gəldi, yağdı yağışlar
Sən getdin, uçdu getdi quşlar
Payız gəldi, yağdı yağışlar
Sən getdin, uçdu getdi quşlar
Yenə payız gəldi, yağdı yağışlar
Sən getdin, uçdu getdi quşlar
Payız gəldi, yağdı yağışlar
Sən getdin, uçdu getdi quşlar

Другие песни исполнителя:

  • Bizi ayırdı ağ-göy təyyarə Səni apardı məndən uzağa Qalxıb ağ buludlardan yuxarı Məni döndərdin kövrək uşağa Bilsəm belə geri gələcəksən Saxlaya bilmirəm yaşları gözümdə Enib o tərəfdə zəng edəcəksən "Güclü ol!" Güc tapmıram özümdə Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Qəm içindəyəm Gəl xilas elə Sən mənim üçün Hər kəsdən öndəsən Dön geriyə gəl, gəl Sar belimi sar, sar Hər bir saniyə (Sənsiz dəli azar) Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Yorur məni bu get-gəl oyunu Heç yerə ayrılma, qal yanımda Qovur sənli anları əqrəblər Hər gedişin ağrıdı canımda Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Dəyişirəm ölkələri mən geyimtək Hər dəfə yenisini çətin geyinmək Uçuram, açaraq yeni üfüqlər Gedirəm, itirsən yenə üfüqdən Səsləyir uzaqlar, ürəyim yanında Tək sənsən gecələr yuxularımda Sənin yanın - mənim evim, ocağım Gözlə, bu gün gəlirəm buraxıb uzağı Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Tut əllərimi, bax gözlərimə Sar belimi çək içi-içi-içinə Bax gözlərimə, içi-içi-içinə Bax gözlərimə, içi-içi-içinə
  • Gəl, al apar bu ümidləri Yanan ürəyin qalıb közləri Anla məni, səhv özümdədir Son sözüm mənim – sevirəm səni Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi, sevgi istədim Sadəcə sevgi Sadəcə sevgi Sözlərim var, ünvansız Sahillər də limansız Toxunur qüruruma Bağlansam da ruhuna Gözlərimdə qorxu var Dözərəm hər gün buna Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim Səndən bir səs gəlmədi mənə Susdum, könlümdə gizlədim Keçsə 100 il də, dəyişməz hisslər Sadəcə sevgi istədim
  • Görəsən vicdanım vurarmı bir gün üzümə şillə? Görəsən necə bu cür vecsizliyimə dözmüş illər? Görəsən doğmalarım bir gün atıb gedəcəkmi? Görəsən harda enər sürdüyüm həyatda sərnişinlər? Alagöz fahişələrə, şirin söz və nəvazişlər Müştəri hüzurunda süni gülüş bəyaz dişlər Doğmalar dözər bağışlayar, onsuz öyrəşiblər Hər soyuq addımımı qəbul edib başa düşüblər Görəsən xoş sözlərə aldanıb ulduzmu oldum? Cəmiyətə yem uzatdım, dişlədi quduzmu oldum? Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum? Dünən evin idim, bu gün masavın üstündə tozmu oldum? Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə Ya bir gün doğurdan böyüyüb, doğurdan düzəldimsə?! Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə Son dəfə bərk yapış əgər tutduğun düz əldimsə Gedəcək Həyatımdan dəqiqələr Nə qədər uzaq qaçsam da tapacaq məni sevgilər 2-ci verse: Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım Babamın qəbri üstündə doyunca ağlamağım Yadımda deyil nə vaxt demişəm bacıma sevdiyimi Atam heç bilirmi görəsən, onu çox istəməyimi Məni doğurdan sevənlər qalır həmişə diqqətdən kənar Mən gərək qəbul edim gələn hər bir dərddən qərar Mən gərək məğlub edim, içimi çürüdən mənləri Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin İllərlə paylamaq sətirləri, kimə görə?, nəyə görə? Ən pis gündə səni atıb gedən sevgiliyə görə?! Və bir gün çıxır qabağıva əsl eşq və dərdin azalır Budurmu ədalət ondan sonra sevgidən sətrin azalır Budurmu insanlıq ki, onu incidirsən hər addımda Onu göz yaşı içində küçədə qoyub getmək Əslindəysə ona görə dəyər hər şeyi atıb getmək Nə vaxt ki çıxdı nəhayət bir mələk həyatında Onunla cənnətə uçmaqdansa qanadın qırdın Sahilə çatmamış niyə dərinlərə dalğalandın O can verən sevgini xilas edən son damla qandın Uçdun, etibar etdiyin insanlığa aldandın Doğmalar tərk edir bir bir, gəl çıx, harda qaldın? Nəqarət Gedəcək Həyatımdan dəqiqələr Nə qədər uzaq qaçsam da tapacaq məni sevgilər
  • Yada salır o evi Ağlımdadır do-re-mi Ruhumu tək o sevir Onun adı musiqi Tək qalıb uçuram 5 dilin üçü ağ Eşq odu saçıram Eşq dolu saçım ağ Hm Hm Hm Hm Huu Huu Huu Huu Qələm olub kağıza ürək açaram Evim olmasa, mikrofondur çarəm Hələ neçələri küçədə biçarə Mahnılar olaq, ruhumuza açaq ev Tək gəzirsən, qulağında mən Neçə boş ürəyin tək qonağıyam mən?! Olsa da bir ömür uzun bircə mahnıdan Ömür bitəcək, amma mahnılar Hm Hm Hm Hm Huu Huu Huu Huu Huu Huu Huu Huu