Татарский переводчик Узбекские песни

Песня «Do Re Mi»
исполнителя Tomris.
Скачать или слушать онлайн

Текст песни:

Yada salır o evi
Ağlımdadır do-re-mi
Ruhumu tək o sevir
Onun adı musiqi
Tək qalıb uçuram
5 dilin üçü ağ
Eşq odu saçıram
Eşq dolu saçım ağ

Hm
Hm
Hm
Hm
Huu
Huu
Huu
Huu
Qələm olub kağıza ürək açaram
Evim olmasa, mikrofondur çarəm
Hələ neçələri küçədə biçarə
Mahnılar olaq, ruhumuza açaq ev
Tək gəzirsən, qulağında mən
Neçə boş ürəyin tək qonağıyam mən?!
Olsa da bir ömür uzun bircə mahnıdan
Ömür bitəcək, amma mahnılar
Hm
Hm
Hm
Hm
Huu
Huu
Huu
Huu

Huu
Huu
Huu
Huu

Другие песни исполнителя:

  • Sabahın xeyir, Nil, bu gün hava 10 dәrәcә Sәmadan bir-iki damcı sevgi vә yağış yağır Bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә Dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq Gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk Parıltılar içindә işıq saçan incә biri İnsanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk Od vurub gözlәdilәr, amma biz alışmadıq Sabahın xeyir, Nil, Bakıda sәrt külәklәr әsir Payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik Ayırmaq istәsәlәr dә, qәlbin parçalarını Biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik Yatağın istidir yәqin, üstünü sevgiylә örtüb Qorudum yadlardan, әtrafında sevgilәr hördüm Sәnlә hәr zaman susub heç vaxt danışmasaq da Sәn mәni anlayırsan, mәn sәni anlamasam da Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Sabahın xeyir, Nil, bütün Bakı duyur әtrini İslanmış prospektdәn keçib yәqin dәrdli bir kәs Bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini Radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs Mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq Biz dünya boyda olsaq da heç vaxt öyünmәdik Qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq Biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik Axşamın xeyir, Nil, yәqin ki, tanıdın mәni Tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq Mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni Hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın İsidir sevgini bәzәn, soyuqdan donmuş әllәr Deyәsәn qanadını әzdin sәmalardan düşәndә Bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan Mәn sәni anlamasam da, sәn mәni anlayırsan Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni Nil, ötür ömrün illәri Sәnin ürәyin yaşadır mәni O günahsız barmaqların Gecәlәr toxunur, oyadır mәni
  • Külək məni haralara aparır? Heç bilmirəm, heç bilmirəm Tək istəyim uzaqlaşmaqdır Küləklərdən də, lap özümdən də Niyə? Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Yenə sənsən, yenə köhnə ümid Heç bilmirəm, heç bilmirəm Düşünürəm, hələ yaxınımdasan Hiss etmirəm, hiss etmirəm Niyə? Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Heç heyfin gəlmədimi? Səhvlərinlə itirdin bu sevgini Bu sevgini Niyə?
  • Göy səmada ağ qanadları Pambıq kimi bulud ağları Keçib gəldin sən bu dağları Kəsən kəsibdir budaqları Göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram, uçuram Yuxum çin Səmadadır göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram Yuxularım olur çin Bax, dünya dəyişir Söz kəsir atəşi Sülh sənin əl işin Xoş olur gəlişin Bax, dünya dəyişir Söz kəsir atəşi Sülh sənin əl işin Xoş olur gəlişin Göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram, uçuram Yuxum çin Səmadadır göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram Yuxularım olur çin (Uça-uça-uça) Uçuram yerdən göyə Uçuram birdən-birə Uçuram hərdən belə Uçuram göyərçin kimi Göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram, uçuram Yuxum çin Səmadadır göyərçin Ol mənə bələdçi Uçuram, uçuram, uçuram Yuxularım olur çin
  • Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Daha bir neçə gün Daha bir neçə gül Sənin hədiyyə etmədiyin Mənə vermədiyin ömür Daha bir neçə an Bir gecə tam bitəcək, ən son saatlar Bu gün burdayıq, amma Bura yox daha sabahdan Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Ver əlini Ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini