Татарский переводчик Узбекские песни

Песня «Get-Gəl Oyunu»
исполнителя Tomris.
Скачать или слушать онлайн

Текст песни:

Bizi ayırdı ağ-göy təyyarə
Səni apardı məndən uzağa
Qalxıb ağ buludlardan yuxarı
Məni döndərdin kövrək uşağa
Bilsəm belə geri gələcəksən
Saxlaya bilmirəm yaşları gözümdə
Enib o tərəfdə zəng edəcəksən
"Güclü ol!" Güc tapmıram özümdə
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Qəm içindəyəm
Gəl xilas elə
Sən mənim üçün
Hər kəsdən öndəsən
Dön geriyə gəl, gəl
Sar belimi sar, sar
Hər bir saniyə
(Sənsiz dəli azar)
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Yorur məni bu get-gəl oyunu
Heç yerə ayrılma, qal yanımda
Qovur sənli anları əqrəblər
Hər gedişin ağrıdı canımda
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Dəyişirəm ölkələri mən geyimtək
Hər dəfə yenisini çətin geyinmək
Uçuram, açaraq yeni üfüqlər
Gedirəm, itirsən yenə üfüqdən
Səsləyir uzaqlar, ürəyim yanında
Tək sənsən gecələr yuxularımda
Sənin yanın - mənim evim, ocağım
Gözlə, bu gün gəlirəm buraxıb uzağı
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Tut əllərimi, bax gözlərimə
Sar belimi çək içi-içi-içinə
Bax gözlərimə, içi-içi-içinə
Bax gözlərimə, içi-içi-içinə

Другие песни исполнителя:

  • Sanki tutmaz əlimi uzatsam Xəbəri vardır duyğularımdan Gözlərini qaçırır baxdığım an "Həyəcanlı deyiləm" deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Bəlkə, söylər səhər olmadan Gün nur saçar sevgi bağından Gözlərini qaçırır baxdığım an "Həyəcanlı deyiləm" deyir yalandan İstəyirəm hissləri küləklə paylaşam Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Sözlər uçuşdu, titrədi səsim Gözlərim bağlı sevdim Çağırdı göylər, güldü çiçəklər Daha sevməyək bu gündən Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan Uzaqdan...
  • Oyanıb ayrı şəhərlərdə Yazarıq bir-birimizə hərdən Reallıqdan uzaq cütlük Düşünüb ayrılarıq yerdən Qısa SMS-lərdəki hərflərlə təmas edərik Zənglə darıxmaqdan da xilas edərik Hər kəsi, hər kəsi silib həyatımızdan Onu ən əsas edərik Cüt yataqda bir yeri ona ayırıb Dar-darısqal yatmaqdır bu Daxili səsinə çevirib səsini Heç kim olmayanda da danışmaqdır bu Bacarmadığın işləri yenidən başlayıb Öz-özünlə yarışmaqdır bu Həyat adlanan qısa oyunda Eşq adlanan alovla alışmaqdır bu İki kəs birləşir, yəni bir olur Hər şey dəyişir rəngini Ürəklər də vurur ayrı ritmlə Nəfəs də dəyişir ahəngini İki kəs birləşir yəni bir olur Hər şey dəyişir rəngini Ürəklər də vurur ayrı ritmlə Gözləyirəm zəngini Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Düşünüb hər dəfə yenidən Cızıb beyində görüş məqamını Bilirəm görüşəndə unudub hər şeyi Sarılacam qucağına Məni dəli edir xəyalların Xəyalların uzaqdan-uzağa Səni düşünə-düşünə Düşmən kəsilmişəm yatağa Yat-qalx, ətrin ağlımda Sənə yazacağım sətrim ağlımda İstə, istədiyini gətirim ağlımla Təki yanımda ol, toxuna bilim Mənə demə, istəyirsən məni fiziki Biz çoxdan bir ruh, bədənimiz iki Ağlıma hakim kəsilib bu fikir Kaş qucağında yox ola bilim Gəl, kəsilir nəfəsim, daralır otağım, uzun günlər Mən özümü itirmişəm, səni, səni fikirləşərkən Sən tək mənasısan həyatın Həyatım həyatından asılı Və bu sətirlər Tək sənə yazılır Oxuduğum nəğmələrsən sən Cızılar şəklin sətirlərimlə Mənə güllər bağışlayırdın Səni tapıram ətirlərində Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Hər bir saniyə Sən uzaqsansa Yoxdur maneə Gəl Şəhərləri aşıb qovuşarıq
  • Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Daha bir neçə gün Daha bir neçə gül Sənin hədiyyə etmədiyin Mənə vermədiyin ömür Daha bir neçə an Bir gecə tam bitəcək, ən son saatlar Bu gün burdayıq, amma Bura yox daha sabahdan Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Bax, necə boz dəniz quru Bax, necə gözlərim dolub Yaxın gəl (mənə), yaxın gəl (mənə) Yanaqdan axaq gəl Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini Ver əlini Ver əlini Uçurumlar üstündən Uçur qumlar üstümə Bir dəniz, bir sən və mən Ver əlini, ver əlini
  • Məni atdın, ay qız, ay qız, atəşə Məni atdın, ay qız, ay qız, atəşə Ağlamaqdır hər zaman, inan, peşəm Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu, yar? Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu yar? Söylə, söylə, sənə belə noldu, yar? Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu, yar? Atacaqdın, məni sevdin, söylə, bəs neyçin? Doldur eşqin şərbətini, ver, içim Söylə, söylə, sənə belə noldu yar? Söylə, söylə, sənə belə noldu, yar? Gözü yolda qaldım, qaldım, ay gözəl Gözü yolda qaldım, qaldım, ay gözəl Bahar ötdü, yarpaqlar oldu xəzəl Yollarına baxa-baxa qaldı gözlərim Sənə çatsın ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Yollarına baxa-baxa qaldı gözlərim Sənə yetsin ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Söylə, söylə, sənə belə noldu, yar? Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Çağırıram, gəl Haralarda qalmısan? Məni incitmə Yalvarıram, yar Məni atma, tərk etmə Yollarına baxa-baxa qaldı gözlərim Sənə çatsın ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Yollarına baxa-baxa qaldı gözlərim Sənə yetsin ürəyimdəki sözlərim Söylə, söylə, sənə belə noldu, yar? Söylə, söylə, sənə belə noldu, yar? Söylə, söylə
  • Otağımın qapısı üzünə açıq bu gün Ürəyimdən fərqli, ürəyimdən fərqli Gəl otur içəridə, bax pəncərədən çölə Təzə qonşu qız gəlib Təzə qonşu qız gəlib Hiss et özünü öz evində Telefon bir əlində Danış kimlə istəsən Danış nə qədər istəsən Səhv axtarma sözümdə Yox, çıxmamışam özümdən Oxuduqca qaçır dadın Dünən "inbox"un açıq qalıb Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Otağımın qapısı üzünə bağlı bu gün Ürəyimdən gəlmir, səni sevmək gəlmir Get otur iç arada Soruş özündən niyə? Sənə sevgim az gəlir Sənə sevgim az gəlir Hiss et özünü öz evində Həyatın öz əlində Yaşa kimlə istəsən Yaşa nə qədər istəsən Hiss et özünü öz evində Həyatın öz əlində Yaşa kimlə istəsən Ya da nə qədər istəsən Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir (Bilirəm ki, səhvim böyükdür, amma sevgimizdən böyük deyil Bu gün axşam yenə səni gözləyəcəm, o adamın üstündə...) Damla-damla damlar Gözdən adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir Damla-damla damlar Yaş yox adamlar Çıx get, qapı sol tərəfdədir Yeni yol hədəfdədir