Татарский переводчик Узбекские песни

Песня «Eshqim»
исполнителя Roya.
Скачать или слушать онлайн

Текст песни:

Yaz gecəsiydi
Getdin göz qırpımında, eşqim
Getdin arzularımla, röyalarımla, nağıllarımla
Əyildi qəddim
Soldum bir bənövşətək, eşqim
Uçdun mələklərimlə, diləklərimlə, istəklərimlə

Söndü həyat, dayandı aləm
Tükəndi qüvvəm, susdumu naləm?
Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda
Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim
İndi öz-özümlə mən tək bacarmıram, eşqim

Açılmır səhər
Sənsiz ömür bir kədər, eşqim
Uçsuz ləpələr sonsuz, səma ulduzsuz
Bulaqlar susuz qalıb sızlayır
Könlüm od alovlayır, eşqim
Leyli məhəbbəti üçün, hər zərrəsi üçün, öz Məcnunu üçün

Söndü həyat, dayandı aləm
Tükəndi qüvvəm, susdumu naləm?
Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda
Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim
İndi öz-özümlə mən tək bacarmıram, eşqim
Söndü həyat, dayandı aləm
Tükəndi qüvvəm, susdumu naləm?
Dondun dodaqlarımda, hülyalarımda, duyğularımda
Bir bulud olub, donub qalıb, kövrəlmişəm mən, eşqim
İndi
İndi öz-özümlə bacarmıram
Bacarmıram
Tək bacarmıram
Kövrəlmişəm mən
Bacarmıram

Другие песни исполнителя:

  • Kuplet Gül tək solacam, nə qədər tək qalacam, Özümü aldadacam hara qədər? Tənha bir adam, düşünür tək bir adamı, Ona yad hər bir adamı yola verər. Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim yolunu gic kimi. Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi. Nəqarət Dərdim dərin, dərinlik əzab mənə. Sualım çox, amma yox kimsə cavab verə. O şirin keçmişi unutmaq nahaq yerə, Əvvəki kimi gəl gecə yuxularıma qonaq. Kuplet Gül tək soluram, nə qədər tək oluram Bu ara soyuğam, əsəbiyəm sənə. Söz çox özü yox, sevirəm mən gözü kor, Ümüd edirəm hələdə qayıdar gələr. Ürəyi yox, gözü görmür heç kimi. Gözlədim yolunu gic kimi. Ürəyi yox, gözü görmür heç kimi. Gözlədim yolunu gic kimi. Nəqarət Dərdim dərin, dərinlik əzab mənə. Sualım çox, amma yox kimsə cavab verə. O şirin keçmişi unutmaq nahaq yerə, Əvvəlki kimi gəl gecə yuxularıma qonaq.
  • Mən səni ən saf və ən təmiz ən pak və ən ülvi hisslərlə sevdim Mən səni isti davranışdan, adi bir baxışdan, gözlərlə sevdim Mən səni dünyalar qədər hər kəsdən fərqli sevdikcə sevdim Mən səni çox incə incə çox illər öncə gizlincə sevdim Necə sevdimsə mən sevgilim Qarışıb ağlım, quruyub dilim Səninlə bir ömrü paylaşıb Bəxtəvərəm ömrüm Elə sevdimki mən sevgilim Sənə tərəf uzanıb açılıb əlim Mən istərəm sonsuz sevgimi Tək səninlə bölüm Mən səni yağışlar payızı, dalğalar dənizi sevən tək sevdim Mən səni məhz olduğun kimi, olduqca mehriban həm kövrək sevdim Mən səni dünya yaranandan, aya həsrət qalan gün kimi sevdim Mən səni əlbət ki sevgidən, dağları bürümüş çən kimi sevdim
  • Mənə bir ümid ver Min əzaba dözərəm Nəfəsini duysam Külək olub əsərəm (2) Yer üzünü gəzərəm Səni tapa bilərəm Gözlərimi yumaram Uğrunda ölərəm yar Gəl yenə həyatıma Günəşim ol Sevgimə nur saç Bədənimə dol Yalvarıram mən Axtarıram mən Varmı o qəlbinə yol (2) Anlaya bilsən Nə olar ki, Mələyim Yalnız səni istər Sevgi dolu ürəyim (2) Olmasan da köməyim Sənsən mənim gərəyim Həsrətin boğur məni Söylə indi neyləyim yar Gəl yenə həyatıma Günəşim ol Sevgimə nur saç Bədənimə dol Yalvarıram mən Axtarıram mən Varmı o qəlbinə yol (6)
  • Bir anlıq istəmədən xəyallara dalıram Mənə həsr eyləyən illərə boylanıram Sanki yuxu görürəm qəflətən oyanıram Taleyimə yazılan ey günahsız günahım Zülmətə əsir olan sabahımsan Kədərə sevincimə ortağımsan Ürəyimdə yaramsan fəryadımsan Unutma. Bu qəlbimdə ümidsiz duyğular üsyan edir Çarəsizəm bir ömür üz tutub hara gedir Düşünməki yaxşıyam acın məni məhv edir Taleyimə yazılan ey günahsız günahım Zülmətə əsir olan sabahımsan Kədərə sevincimə ortağımsan Ürəyimdə yaramsan fəryadımsan Unutma.