Qızım, sənsiz olmasın bir günüm
Əzablarla dolar ömür
Sənsən mənim ətirli gülüm
Qızım, yer üzündə gözəllər çox
Sənə bənzər bir gözəl yox, bir mələk yox
Qızım, qurban olaram səsinə
Qulaq asım nəfəsinə
Sil gözünü, ay üzünü, gül üzünü
Nəqərat
Sən nə qədər böyüsən də
Mənim gözümdə hər zaman
Uşaq kimi qalacaqsan
Məni başa düşəcəksən
Nə vaxt ki sən özün övlad sahibi olacaqsan
Qızım, sən atanın dünyasısan
Həyatımın mənasısan
Hər gecəmin şirin röyasısan
Sənə hər an Allahım olsun yar
Ürəkdə arzularım var, diləyim var
Səni aylar, illər ötüşəcək,
Bu gün yadına düşəcək,
Xatirələr görüşəcək
Nəqərat
Sən nə qədər böyüsən də
Mənim gözümdə hər zaman
Uşaq kimi qalacaqsan
Məni başa düşəcəksən
Nə vaxt ki sən özün övlad sahibi olacaqsan
Aylar ötər, illər keçər
Və elə bir gün gələr ki
Yanında mən olmaram
Dualarını eşidib
Yuxularına gələrəm
Səndən nigaran qalmaram
Nəqərat
Sən nə qədər böyüsən də
Mənim gözümdə hər zaman
Uşaq kimi qalacaqsan
Məni başa düşəcəksən
Nə vaxt ki sən özün övlad sahibi olacaqsan
Bəlkə də indi sən məni dinləyib gülümsəyirsən
Atam yenə kövrəlib deyə düşünürsən
Amma bir gün sən də övlad sahibi olacaqsan
Bax o zaman məni anlayacaqsan qızım
Qızım, unutma ki sənə canını fəda edəcək qədər çox sevən bir ailən var