Cavanlığım, getmə dayan bir, sənə sözüm var
Gəl insaf et, gör nə qədər gözəllərdə gözüm var
Aman vermə illərim hədər getsin heç yerə
Cavanlığım gülsün ömrümə
Ömür keçir, kimsələri gözləmir
Zaman gedir, bircə nəfər səsləmir
Tələsmə, tələsmə gəncliyim
Şəkillərdə qaldı köhnə günlərim
Həyat eşqi hey döyünür ürəkdə
Ətrafımda dövrə vurur fələk də
Tələsmə, tələsmə gəncliyim
Uzaqlarda tənha qalıb sevgilim