Hanı o alışıb-yanan gözlərin?
Qarmı vaxtsız yağıb dondurdu səni?
Dolaşıq düşübdür yaman sözlərin
Çaşıbmı qalmısan gördükdə məni?
Baxa da bilmirsən indi üzümə
Ayıra bilməzdin gözünü məndən
Soyuq bir ifadə qonub gözümə
Haraya gizlədim özümü səndən?
Haraya gizlədim özümü səndən?
Neyləyək, bu şəhər ikimizindir
Hərdən bir üz-üzə gəlməliyik biz
Göylərə çəkilib bircə söz indi
Bu sözü tapmasaq dözməliyik biz.
Dayanıb baxırsan gah sağa-sola
Bəlkə yad baxışım çaşdırıb səni
Yalqız bir yer olsa düşərəm yola
Üz-üzə gəlməkdən xilas et məni
Demirəm dünyadan qopub get indi
Sənin öz yolun var, mənim öz yolum
Bu dəniz mənimdir, bu göy sənindir
Üstümə yağırsan buluda dolub
Üstümə yağırsan buluda dolub
Neyləyək, bu şəhər ikimizindir
Hərdən bir üz-üzə gəlməliyik biz
Göylərə çəkilib bircə söz indi
Bu sözü tapmasaq dözməliyik biz.
Bu dəniz mənimdir, bu göy sənindir
Üstümə yağırsan buluda dolub
Üstümə yağırsan buluda dolub
Neyləyək, bu şəhər ikimizindir
Hərdən bir üz-üzə gəlməliyik biz
Göylərə çəkilib bircə söz indi
Bu sözü tapmasaq dözməliyik biz.