Татарский переводчик Узбекские песни

Песня «Afrodit» исполнителя Ceyhun Qala. Скачать или слушать онлайн

Текст песни:

Arım-balım, çıxaq, gedək buralardan
Bir yer var oralarda
Sevgimiz ağ limanlarda

İnanmaz heç kim sevginin ilkinə
Uçaq qalxırdı göylərin dikinə
Afrodit yazdı məni qəlbinə
Kim qalib gələ bilər sevgimə?
Arım-balım, gedək buralardan
Adını yazdırım qumsallarda
Təki sənin könlün xoş olsun
Açılan hər bir sabahlarda
Arım-balım, çıxaq, gedək buralardan
Bir yer var oralarda
Sevgimiz ağ limanlarda
Arım-balım, çıxaq, gedək buralardan
Sevən sormaz haralarda
Gözləyir ağ limanlar da

Hamı getdi, limanlar qaldı
Sevgilimlə bircə mən qaldım
Bu həyatın bitmədi sirləri
Gəl gedək, arım-balım
Hamı getdi, limanlar qaldı
Sevgilimlə bircə mən qaldım
Bu həyatın bitmədi sirləri
Gəl gedək, arım-balım

Arım-balım, çıxaq, gedək buralardan
Bir yer var oralarda
Sevgimiz ağ limanlarda
Arım-balım, çıxaq, gedək buralardan
Sevən sormaz haralarda
Gözləyir ağ limanlar da
Port Bakuda bir "shopping" sonrası
Yaraşır bizə "first class" sədası
"Rolex"siz istirahət havası
Gəzək, əylənək "shopping" sonrası
Hay, ay, ay, ay
Arım-balım, çıxaq, gedək buralardan
Bir yer var oralarda
Sevgimiz ağ limanlarda
Arım-balım, çıxaq, gedək buralardan
Sevən sormaz haralarda
Gözləyir ağ limanlar da
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Eh, bu gənclər bilmir ki, bir vaxt mənim də bir sevgilim vardı Nə oldu? Bilmirəm, qoruya bilmədim sevgimi... Vaxt keçdi, məhəbbət məndən uzaqlaşdı Amma ayrılığın səbəbini indi də anlamıram... Ayaqyalın günlərim yadıma düşdü Ürəyim bir gözəlin oduna düşdü Vaxt keçdi, mənim saçıma da dən düşdü Artıq gecdir, sevgi keçdi Göyə uçan çərpələngin Gözlərinə düşər rəngi Arzu uçar, ümid uçar Ay aman... Qorumasaq sevgimizi Tənha qoyar ikimizi Səndən qaçar Məndən qaçar Qorumasaq sevgimizi Tənha qoyar ikimizi Səndən qaçar Məndən qaçar Ayaqyalın günlərim yadıma düşdü Ürəyim bir gözəlin oduna düşdü Vaxt keçdi, mənim saçıma da dən düşdü Artıq gecdir, sevgi keçdi "Gözlə" deyir, "tezdir" yarım Gözlər deyir: "Vaxtdır canım" Naz eyləyir Naz eyləyir Yarım bilmədi qədrimi Qəmə salıb ürəyimi Naz eyləyir Naz eyləyir Yarım bilmədi qədrimi Qəmə salıb ürəyimi Naz eyləyir Naz eyləyir Saçlarımda baxışların Tək səninəm, mənim yarım Qəm eyləmə Qəm eyləmə, ay aman! Bu gənc yaşda vurulmuşam Öz sevgimə qul olmuşam Gözlərimə "gözlə" demə Bu gənc yaşda vurulmuşam Öz sevgimə qul olmuşam Gözlərimə "gözlə" demə Ayaqyalın günlərim yadıma düşdü Ürəyim bir gözəlin oduna düşdü Vaxt keçdi, mənim saçıma da dən düşdü Artıq gecdir, sevgi keçdi Ayaqyalın günlərim yadıma düşdü Ürəyim bir gözəlin oduna düşdü Vaxt keçdi, mənim saçıma da dən düşdü Artıq gecdir, sevgi keçdi Artıq..., sevgi keçdi
  • 〈Bənd 1〉 Ey həyatım, ayılıb gec də olsa qəflətdən Anladım, günlərimin qiymətini bilməmişəm Qırılıbdır ürəyim doğma dediyim hər kəsdən Gözümün önünə gəlir mən nələri görməmişəm 〈Keçid〉 Allahın əmrinə üsyan eləyir, qul danışır Susdurub vicdanı hər yerdə böyük pul danışır 〈Nəqərat〉 Qarışıb haqqı – halal Tez gələ sorğu - sual Baxa insan özünə O da ki tapsa macal Elə vaxtdır bu saat Yerində qalmır həyat Gedir ömrün axarı Deyərək ‘’sağ – salamat’’ 〈Bənd 2〉 Olsa idi hamının içində vicdan – imanı Belə bir – birinə qırılmazdı ki insan gümanı Vaxtında qiymətini bilmədim ömrün, nə edim? Gec də olsa, bağışla, kaş çəkə bilsəm zamanı 〈Keçid〉 Allahın əmrinə üsyan eyləyir, qul danışır Susdurub vicdanı hər yerdə böyük pul danışır 〈Nəqərat〉 Qarışıb haqqı – halal Tez gələ sorğu - sual Baxa insan özünə O da ki tapsa macal Elə vaxtdır bu saat Yerində qalmır həyat Gedir ömrün axarı Deyərək ‘’sağ – salamat’’ Qarışıb haqqı – halal Tez gələ sorğu - sual Baxa insan özünə O da ki tapsa macal Elə vaxtdır bu saat Yerində qalmır həyat Gedir ömrün axarı Deyərək ‘’sağ – salamat’’
  • Sevgim ilahidir nefse satmisan, Sevgim goylerde idi yere salmisan. Sevgim donub nifrete mektubunda yazmisan, Sevgiye bax derde bax... Agla gozum nursuz qalmisan, Agla urek eshqiz qalmisan. Agla ruhum onsuz qalmisan, Sevgiye bax derde bax... Sene sevgim yaxin idi uzaqlara atmisan, Sene sozler agir idi fikrinden atmisan. Sene canim qurban idi qurbetlere atmisan, Sevgiye bax derde bax... Agla gozum nursuz qalmisan, Agla urek eshqiz qalmisan. Agla ruhum onsuz qalmisan, Sevgiye bax derde bax..

Похожие исполнители