Татарский переводчик Узбекские песни

Песня «Neyləyim»
исполнителя Faiq Ağayev.
Скачать или слушать онлайн

Текст песни:

Hicran atəşində alışdı sevgi
Məhv olub, torpağa qarışdı sevgi
Bəlkə də ömrümdə yanlışdır sevgi?
Unuda bilmirəm, axı neyləyim?
Hicran atəşində alışdı sevgi
Məhv olub, torpağa qarışdı sevgi
Bəlkə də bəxtimdə yanlışdır sevgi?
Unuda bilmirəm, axı neyləyim?
Ayrılıb getmisən, izin qalmayıb
Qəlbi ovutmağa sözün qalmayıb
Bilirəm, dönməyə üzün qalmayıb
Neyləyim, bilmirəm neyləyim?
Unuda bilmirəm, neyləyim?
Sənsizəm, yalqızam neyləyim?
Həsrət üzdü məni, niyə gəlmədin?
Axan göz yaşımı silə bilmədim
Mənimlə ağlayıb, gülə bilmədin
Unuda bilmirəm, axı neyləyim?
Həsrət üzdü məni, niyə gəlmədin?
Axan göz yaşımı silə bilmədim
Mənimlə ağlayıb, gülə bilmədin
Unuda bilmirəm, axı neyləyim?
Ayrılıb getmisən, izin qalmayıb
Qəlbi ovutmağa sözün qalmayıb
Bilirəm, dönməyə üzün qalmayıb
Neyləyim, bilmirəm neyləyim?
Unuda bilmirəm, neyləyim?
Sənsizəm, yalqızam neyləyim?
Neyləyim, bilmirəm neyləyim?

Другие песни исполнителя:

  • Gözlərində açılır bu millətin səhəri Sənin adınla bağlı bu xalqin hər zəfəri Qədəmin dəyən yerdə səhralar da gül açır Gülüstana çevrilir yurdun kəndi, şəhəri Günəş doğur elə bil, harda çəkilir adın Dosta fəxarət gəlir, gözü kor olur yadın "Azərbaycan" deyəndə səni düşünürük biz Azadlığı, inamı xalqa sən bağışladın Sən elə bir zirvəsən Küləklər neyləyəcək? Dünənim, bu günümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər - xalqım deyəcək Xalq - Heydər söyləyəcək! Heydər - xalqım deyəcək Xalq - Heydər söyləyəcək! Sən bu çətin zamanda - gücümüz-qüvvətimiz Sən bizim bu dünyada ən böyük sərvətimiz! Millətin imzası var imzaların içində Sənə halaldır, halal, ülvi məhəbbətimiz! Sən elə bir zirvəsən Küləklər neyləyəcək? Dünənim, bu günümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər - xalqım deyəcək Xalq - Heydər söyləyəcək! Heydər - xalqım deyəcək Xalq - Heydər söyləyəcək! Sən elə bir zirvəsən Küləklər neyləyəcək? Dünənim, bu günümsən Səninlədir gələcək Nə qədər Azərbaycan Nə qədər bu millət var Heydər - xalqım deyəcək Xalq - Heydər söyləyəcək! Heydər - xalqım deyəcək Xalq - Heydər söyləyəcək! Heydər - xalqım deyəcək Xalq - Heydər söyləyəcək!
  • Ayrılığa fərman verib Eşq evimi niyə yıxdın? Bu möhnəti rəva bilib Bəs ardımca niyə baxdın? Ayrılığa fərman verib Eşq evimi niyə yıxdın? Bu möhnəti rəva bilib Bəs ardımca niyə baxdın? Könül verib könülə sən Məni niyə unutdun bəs? Məgər, özün bilməyrəsən? İlk eşqini itirən kəs Bir də elə sevə bilməz! İtirdin! Bu saf məhəbbəti necə itirdin? Eşqi, sədaqəti – necə itirdin? İtirdin məni İtirdin! Bu saf məhəbbəti necə itirdin? Eşqi, sədaqəti – necə itirdin? İtirdin məni Neçə illik sevgini sən Düşünmədən qəfil atdın Məndən üzün döndü nədən? De, kimlərə məni satdın? Niyə pozdun əhd-peymanı Nə qazandın, nə itirdin? O xoşbəxt günlərin hanı? Eşq evində - qəm bitirdin Könül verib könülə sən Məni niyə unutdun bəs? Məgər, özün bilməyirəsən? İlk eşqini itirən kəs Bir də elə sevə bilməz! İtirdin! Bu saf məhəbbəti necə itirdin? Eşqi, sədaqəti – necə itirdin? İtirdin məni İtirdin! Bu saf məhəbbəti necə itirdin? Eşqi, sədaqəti – necə itirdin? İtirdin məni İtirdin məni İtirdin məni
  • Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər Sənə elə gəlir amma Məni belə xatırlama Səbir edib çataq kama Olar dəniz dama – dama Məni bilə - bilə belə oda salma Olub keçənləri yada salma Ah, bilə - bilə belə oda salma Səni sevən adam axı yada qalmaz Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər Bu gün nə sən, dünən nə sən Bu gündəyəm, dünəndə sən Qulaq verib gülən səsə Üzüm gülür güləndə sən Məni bilə - bilə belə oda salma Olub keçənləri yada salma Ah, bilə - bilə belə oda salma Səni sevən adam axı yada qalmaz Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm Bu günlərdə yorğunam deyə Bunu özümə qorxuram deyəm O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər O gözlərinə vurğunam deyə Sevən sevənə doğrular deyər