Татарский переводчик Узбекские песни

Песня «Sevirəm Səni»
исполнителя Zülfiyyə Xanbabayeva.
Скачать или слушать онлайн

Текст песни:

Tanıyanlar bilir mənim
Öz dünyam var, öz aləmim
Mən bilərəm, qəlbim bilər
Qarışmasın gərək özgələr
Sevə-sevə ayrılmışıq
Yolumuzda sönüb işıq
Hər ikimiz günahkarıq
İçimizdə indi yanırıq
Mən sevirəm təkcə səni
Əllərinin istisini
Sevda dolu nəfəsini
Təkcə səni, səni sevirəm
Mən sevirəm təkcə səni
Əllərinin istisini
Sevda dolu nəfəsini
Təkcə səni, səni sevirəm
Gözəl günlər köçüb getdi
Eşq nağılı sona yetdi
Xatirələr son yadigar
Xəzan olub sevdalı bahar
Uzun çəkdi bu əzablar
Çəkdiyimiz iztirablar
Yuxum qaçıb gözlərimdən
Səni hər bir an gözlərəm mən
Mən sevirəm təkcə səni
Əllərinin istisini
Sevda dolu nəfəsini
Təkcə səni, səni sevirəm
Mən sevirəm təkcə səni
Əllərinin istisini
Sevda dolu nəfəsini
Təkcə səni, səni sevirəm
Mən sevirəm təkcə səni
Əllərinin istisini
Sevda dolu nəfəsini
Təkcə səni, səni sevirəm
Mən sevirəm təkcə səni
Əllərinin istisini
Sevda dolu nəfəsini
Təkcə səni, səni sevirəm
Mən sevirəm təkcə səni
Əllərinin istisini
Sevda dolu nəfəsini
Təkcə səni, səni sevirəm
Mən sevirəm təkcə səni
Əllərinin istisini…

Другие песни исполнителя:

  • Çökdü yollarıma taleyin çəni Sənli günlərimdə itirdim səni Özün - “get” demisən, bağışla məni Son dəfə yolundan mən çıxıb gedirəm Demirəm, qəlbində gözüm qalacaq Demirəm, dilimdə sözüm qalacaq Gülüm, gözlərində gözüm qalacaq Özüm öz könlümü yıxıb gedirəm mən Demirəm, qəlbində gözüm qalacaq Demirəm, dilimdə sözüm qalacaq Gülüm, gözlərində gözüm qalacaq Gedirəm… Könlüm çoxdan dönüb bir qəmli neyə Qəlbim öyrənibdir elə qəm yeyə Arxamca izimi itirsin deyə Gözümü yollara sıxıb gedirəm Demirəm, qəlbində gözüm qalacaq Demirəm, dilimdə sözüm qalacaq Gülüm, gözlərində gözüm qalacaq Özüm öz könlümü yıxıb gedirəm mən Demirəm, qəlbində gözüm qalacaq Demirəm, dilimdə sözüm qalacaq Gülüm, gözlərində gözüm qalacaq Gedirəm… Bilirəm Sevirəm Gedirəm Bilirəm Sevirəm Gedirəm Demirəm, qəlbində gözüm qalacaq Demirəm, dilimdə sözüm qalacaq Gülüm, gözlərində gözüm qalacaq Özüm öz könlümü yıxıb gedirəm mən Demirəm, qəlbində gözüm qalacaq Demirəm, dilimdə sözüm qalacaq Gülüm, gözlərində gözüm qalacaq Gedirəm…
  • Gecələrim gündüzlərə qarışıb Həyatım sevgi oduyla alışıb Bu şirin əziyyətlər səndən gəlir Ay mənim sevgilim adlı tanışım Gecələrim gündüzlərə qarışıb Həyatım sevgi oduyla alışıb Bu şirin əziyyətlər səndən gəlir Ay mənim sevgilim adlı tanışım Yum gözünü… Qoy yuxularına gəlim sənin Duy özümü… Mənim sənə olan məhəbbətim Yum gözünü… Qoy yuxularına gəlim sənin Duy özümü… Mənim sənə olan məhəbbətim Yuxuların qəhrəmanı sən oldun Sevgi xəstəlik dərmanı - o da sən Sənin sabahın günəşi mən olum Gecələrin ayparası - o da mən Yum gözünü… Qoy yuxularına gəlim sənin Duy özümü… Mənim sənə olan məhəbbətim Yum gözünü… Qoy yuxularına gəlim sənin Duy özümü… Mənim sənə olan məhəbbətim Yum gözünü… Qoy yuxularına gəlim sənin Duy özümü… Mənim sənə olan məhəbbətim Yum gözünü… Duy özümü…
  • Bağışla, mən unuda bilmirəm səni Saçlarıma düşsə də həsrətin dəni Mən qova bilmirəm, inan bu xatirəni İllər də yetişmir, inan köməyə Bağışla, mən unuda bilmirəm səni Qaytarmaq da olmur ötüb keçəni Yuxuda bircə gün desəm - gördünmü məni? Bircə söz tapdınmı mənə deməyə? Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla! Bağışla, mən unuda bilmirəm səni Ömrümdə yük olub səni sevəni Ruhumda bir yolu qatmır cansız bədəni Unutsam, hazıram bu gün ölməyə Bağışla, mən unuda bilmirəm səni Qaytarmaq da olmur ötüb keçəni Yuxuda bircə gün desəm - gördünmü məni? Bircə söz tapdınmı mənə deməyə? Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla! Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla!
  • Ayrılaq… Gəl ayrılaq səninlə bu gecə Soruşma ki, niyə - Səndən bircə Budur diləyim Ayrılaq… Gəl ayrılaq səninlə sakitcə Özüm də bilmirəm sənə necə Söyləyir dilim Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Ayrılaq… Gəl ayrılaq səninlə bu gecə Soruşma ki, niyə - Səndən bircə Budur diləyim Ayrılaq… Gəl ayrılaq səninlə sakitcə Özüm də bilmirəm sənə necə Söyləyir dilim Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan
  • Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? Heç olubmu söyləmisən ""əlvida""? De, olubmu quş olub səmalara uçmaq arzun? De, olubmu tək qalmısan dünyada? Gözlərim qəm Sənə danışım dərdlərimdən Məni dinlə Ol mənə həmdəm Dostum… Heç olubmu haqsızlıq önündə sadəcə susdun? Heç olubmu keçmişin boz vərəqlərini pozdun? Xəbərin de varmı heç? Arxaya bax, bir ömür ötdü Dostum, ora kimlər gəlib, kimlər getdi… Dostum… Heç olubmu haqsızlıq önündə sadəcə susdun? Heç olubmu keçmişin boz vərəqlərini pozdun? Xəbərin de varmı heç? Arxaya bax, bir ömür ötdü Dostum, ora kimlər gəlib, kimlər getdi… Heç olubmu həsrətin oxlarına tuş gəlmisən? Heç olubmu düşünmüsən, keçəcək? De mənə, de heç olubmu bir anlıq kövrəlmisən? Biləndə ki, buradan hamı köçəcək… Gözlərim qəm Sənə danışım dərdlərimdən Məni dinlə Ol mənə həmdəm Dostum… Heç olubmu haqsızlıq önündə sadəcə susdun? Heç olubmu keçmişin boz vərəqlərini… Xəbərin de varmı heç? Arxaya bax, bir ömür ötdü Dostum, ora kimlər gəlib, kimlər getdi… Dostum… Heç olubmu haqsızlıq önündə sadəcə susdun? Heç olubmu keçmişin boz vərəqlərini pozdun? Xəbərin de varmı heç? Arxaya bax, bir ömür ötdü Dostum, ora kimlər gəlib, kimlər getdi…