Татарский переводчик Узбекские песни

Песня «Pula Bağlıdı» исполнителя Ahmed Mustafayev. Скачать или слушать онлайн

Текст песни:

Bir hikmət çaşdırıb məni dünyada
Çox şey cəmiyyətdə pula bağlıdır
Ədəb - ərkan darda çatmır imdada
Mərifət də, hörmət də pula bağlıdır
Sağlam başla bu dünyaya gəlmək
İnsantək yaşamaq, gülmək
Hər şeydən zövq alıb, sevib – sevilmək
Eşqi – məhəbbət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
Mərifət də, hörmət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
İndi məhəbbət də pula bağlıdır
Pul, pul, pul, hamı ona qul
Qul gəlir, qul gedir əgər yoxsa pul
Pul, pul, pul, hamı ona qul
Qul gəlir, qul gedir əgər yoxsa pul
Haqq söz varlınındır kim nə desə də
Gecəni gündüzə qatar istəsə
Haqqı nahaq edib salır məhbəsə
İşıq da, zülmət də pula bağlıdır
Puldan şöhrət tapır əyri də, düz də
Odur ki, durmayır dünya bir tərzdə
İnsan ölümündən bu yer üzündə
Qopsa qiyamət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
İşıq da, zülmət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
Sevgi də, nifrət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
İşıq da, zülmət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
Sevgi də, nifrət də pula bağlıdır

Gör necə qüvvədir puldakı hikmət!
Dünyanın məhvinə tapıbdır fürsət
Elm, mədəniyyət, sənət, siyasət
Sözdəki qüdrət də pula bağlıdır
Əhməd, görürsənmi indi hər yerdə
Min qırğın silahı kəşf olur gündə?
Oyunlar oynanır bu yer üzündə
Aşkar da, xəlvət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
Sözdəki qüdrət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
Aşkar da, xəlvət də pula bağlıdır
Həyat ağırdır, çətin ağrıdır
İndi məhəbbət də pula bağlıdır
Həyat ağırdır, çətin ağrıdır
İndi məhəbbət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
İşıq da, zülmət də pula bağlıdır
Pula bağlıdır
Pula bağlıdır
Sevgi də, nifrət də pula bağlıdır
Pula bağlıdır
Поделиться: VK TG WA OK
Встроить на сайт

Другие песни исполнителя:

  • Ölüm bu dünyanın bu üzündədir O üzü dünyanın güldür-çiçəkdir Ölüm bu dünyanın bu üzündədir O üzü dünyanın güldür-çiçəkdir Ölməzlik məhəbbət zirvəsindədir Məhəbbət əbədi ömür deməkdir Ölməzlik məhəbbət zirvəsindədir Məhəbbət əbədi ömür deməkdir Məhəbbət əbədi ömür deməkdir Sızlama, ürəyim, sən dözümlü ol Bu dünya həm acı, həm də şirindir Bir gözlə, sən Allah, bir gözünlə gül Bu dünya əzabına dözənlərindir Hicranın yolları bitməz, tükənməz Vüsal yollarına qar ələnibdir Hicranın yolları bitməz, tükənməz Vüsal yollarına qar ələnibdir Ömrümü eşqinə qurban deyən kəs Xəyanət əliylə güllələnibdir Ömrümü eşqinə qurban deyən kəs Xəyanət əliylə güllələnibdir Xəyanət əliylə güllələnibdir Sızlama, ürəyim, sən dözümlü ol Bu dünya həm acı, həm də şirindir Bir gözlə, sən Allah, bir gözünlə gül Bu dünya əzabına dözənlərindir
  • Araz axır lil ilə Dəstə-dəstə gül ilə Araz axır lil ilə Dəstə-dəstə gül ilə Mən yarımı sevirəm Şirin-şirin dil ilə Mən yarımı sevirəm Şirin-şirin dil ilə Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın Baxçaların barı gül, yarı qönçə, yarı gül Baxçaların barı gül, yarı qönçə, yarı gül Gec açıldın, tez soldun, açmayaydın barı, gül Gec açıldın, tez soldun, açmayaydın barı, gül Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın Ay Laçın, can Laçın Mən sənə qurban, Laçın
  • Gəzdiyin yerləri çox dolanmışam Eşqinin oduna gizli yanmışam Eşqinin oduna gizli yanmışam Artıq bahar deyil, qarlı bir qışam Peşman olsan da, axtarma məni Odlanıb yansan da, axtarma məni Odlanıb yansan da, axtarma məni Peşman olsan da, axtarma məni Odlanıb yansan da, axtarma məni Peşman olsan da Çıxıram seyrinə dağlara sənsiz Dağ da qəribsəyər dumansız, çənsiz Dağ da qəribsəyər dumansız, çənsiz Gəz, dolan dünyanı, gəz, dolan mənsiz Peşman olsan da, axtarma məni Odlanıb yansan da, axtarma məni Odlanıb yansan da, axtarma məni Peşman olsan da, axtarma məni Odlanıb yansan da, axtarma məni Peşman olsan da axtarma məni Odlanıb yansan da, axtarma məni Peşman olsan da, axtarma məni Odlanıb yansan da, axtarma məni Peşman olsan da axtarma məni
  • Aman gözəl, insafa gəl sən bir az Baxışların öldürür məni, inan Məndədir, məndə, qulun, köləndə Olmuşam divanə, niyə görmürsən sən?! Günümü gün etdin Məni dəli etdin Sənə nələr etdim Niyə sevmirsən sən?! Niyə ölmürsən sən?! Sevsəydin əgər, sən də mənimtək Bilərdin onda nələr çəkirəm Gəl bu sevginin qədrini bilək Sevməsən də sən, səni sevirəm Sevsəydin əgər, sən də mənimtək Bilərdin onda nələr çəkirəm Gəl bu sevginin qədrini bilək Sevməsən də sən, səni sevirəm Aman gözəl, insafın olsun biraz Məcnuna dönmüşəm, dərdindən, inan Məndədir, məndə, qulun, köləndə Olmuşam divanə, niyə görmürsən sən?! Günümü gün etdin Məni dəli etdin Sənə nələr etdim Niyə sevmirsən sən?! Niyə ölmürsən sən?! Sevsəydin əgər, sən də mənimtək Bilərdin onda nələr çəkirəm Gəl bu sevginin qədrini bilək Sevməsən də sən, səni sevirəm Sevsəydin əgər, sən də mənimtək Bilərdin onda nələr çəkirəm Gəl bu sevginin qədrini bilək Sevməsən də sən, səni sevirəm Sevsəydin əgər, sən də mənimtək Bilərdin onda nələr çəkirəm Gəl bu sevginin qədrini bilək Sevməsən də sən, səni sevirəm

Похожие исполнители