Татарский переводчик Узбекские песни

Песня «Böyük Ümidlər»
исполнителя Orkhan Zeynalli.
Скачать или слушать онлайн

Текст песни:

Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
Bir gün qabaq yox idin, bu gün isə həyatın var
Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar
Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
Onların yerinə bütün xoşbəxtliklərə "hə" deyəsi idik
Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
Bəzənsə parçalanan qaya arasında son qırıntı
Gözünü yum, qorxma bir azdan bitəcək səslər
Küsmə talehindən o heç nəyi etmir qəsdən
Azalacaq səslər, azalacaq səslər
Valideyn sayi azaldıqca azalacaq səslər
Dizimi qucaqlayıb dinlədim o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir
Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
Kimsə nazir ailəsində, var-dövlət, mülk içində
Kimsə son anda abort etməyən tək anayla
Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla
Analar var - qalıb baş-başa yadigar başdaşıyla
Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla
Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
Gecədən qalma yaşı ilə səhər məktəbə getmək
Çətin idi özgələrdən qayğı tələb etmək
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
Çətin idi "Mənim ailəm" mövzusunda inşa yazmaq
Dizimi qucaqlayıb dinlədim o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Gələcək nəsillərə böyük nifrət bəsləyir

Другие песни исполнителя:

  • Clavis on the track! Dünən iş zəif idi, bu gün bir az düzəldi Doğmaların yanındadırsa, həyat gözəldir Nə demək istədiyini bir baxışdan anlayıram Sən o adamsan ki 90'lardan tanıyıram Zaman dəyişib, həyat artıq acı deyil Sənin bu hissiyyatın, inan, aldadıcı deyil Kaş ki ağıllı olub 10 il qabaq bura gələrdim Sən buranı görsən, bəlkə indi belə deyərdin Bakı, New York, sabah haradır, bilinmir Gözəlliyi elə ondadır, həyat əvvəlcədən bildirmir Xoş günlər, boz, bir az-bir az hərəsindən Yadına sal necə qaçırdıq şəhərin istisindən Nabrana, Nabrana, Nabrana Sevgi nədir öyrəndik aldana-aldana O qızlar da böyüyüb, görəsən, neyləyir indi? Bakıda gecə ikidir, yatarlar, yəqin Yumru pəncərədən görünür yerin üzü Mən fırladıram beynimdə bizim görüşümüzü Düzü, bütün pullar qalsın itə-qurda Sən görmək istədiyim tək adamsan burada Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bir neçə ildir qurulur planlar çətin Yaş olub 33, dedilər bu uşaq soyuqluğunu atadan çəkib Almamışam güc nə alkoqol, nə narkotikdən İradların varsa da, mənə maraqlı deyil Rəsmimi yaradan çəkib Bir neçə aydır Bakıda başıma qoyulur tac nahaq Mən əbədi eşq sirlərilə dolu bir ev - Tac Mahal Geridə qaldı dayanacaqda arxa qapıdan qaçmalar Prospekt uşağı parıldayır, bir də çətin ac qalar Bir neçə həftə keçər Star boy gündəm banknot money back Bir neçə gün küçə boyu gəzirəm Çanta əvəzi bodybag Bir nеçə saata hit yazıb tarixə düşsəm Mənə bəsdir götür həyatı Məndən daha sən yaxşı sür Bir neçə dəqiqəlik rep səmimiyyət və eşqsə Bir nеçə saniyədir sübut edirəm, bu işdə mənəm ən yaxşısı Take it easy boy, I'm just flexing in building Bütün dərdlərə doydum, hamısında təqsirimi bildim Həssas sətirlərimin içində boğulan mənəm Oldschol'un son zəng party'sində rep deyən oğlan mənəm Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo Bütün günü rep party Hamı bizi tanıyır Oldschool tam deyil biz qala-qala, yo Cash pul sevgisi viran edir Cream get the money Dollar dollar bill, yo
  • Satılmış səhnələrdə qeyrətdən oxumaq kimidir Yalançı olmaq, atadan xəbərsiz doğulmaq kimidir Nə qədər olar həssas damarlardan asılı qalmaq?! Nə qədər olar ümid vermək adıyla mahnı yazmaq?! Nə qədər olar həyatdan danışmaq sən ölmüsənsə?! Səhnənin sənə bəxşi – çürümüş irsə dönmüsənsə Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda durmaq?! Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb yazmaq İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq Xəyanət yatağında doğulanda səmimi sevgi mahnısı Kimsə də xəyanətə dözməyib istəyir özünü asmaq Yalan dediklərinin qabağında bacarsan düz dur Həyat verir, alır, elədiklərin qayıdır bu düstur Səhnələr satılıb artıq, qələmə kağıza yox ehtiyac Artıq hisslər də mahnılardan çoxdan edib merac Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Keçir zaman, ölür dəyər, tək ümid mahnılara Bu düz, ya səhv eləmir fərq, dərmansa ağrılara Zamanın nəbzi əlimdə, döyünür bərk qələmimdə Ölüb, ya sağ - eləmir fərq, dayaqsa duyğulara Mən niyə yaxşı olum, əgər indiki insanlar Tapırsa ehtiras, itəndə sevgi yataqlarda? Və bədənlər birləşdikcə unudulursa hisslər Niyə hisslərim saf olsun qələmlə qovuşduqca? Tapırsa cənnəti mələklər varlı axmaqlarda Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda? Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda İndi isə dost vitrində, satırıq antraktlarda Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda Nə vaxtsa, amma göz yaşı ilə oxumaq himni xorda Yaxşı olub, niyə pisə çevrilirik axırlarda? Görəsən, peşamandırmı yaradan yuxarılarda? Bunları dərk etdim illərlə, mən də bezib susdum Kağızdakı bütün saf hissləri bir günə pozdum Yaraşmır qələmə səmimiyyət insanda yoxsa əgər Vicdanı söndürdüm, görüm ömrüm nə qədər çəkər?! Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə Dəyişdikcə illərlə, bütün sevgilər də Qalır duyğularımız sözlərdə Danışdıqca hisslərlə, susursa gözlər də Qalır mahnılar ancaq dillərdə
  • Biz sevməmişdik ki, bizi ayırsınlar Həyatımızdan uzaqda bizə bir ev tiksinlər Gülüşümüzü öldürüb, bizi böyütsünlər Səninçün darıxmaqla məni sınağa çəksinlər Önümüzdə tilsimlər, qırılacaq hirsimdən Təslim olmaq vərdişini istəmirəm diriltsinlər Dəyişməliyik çox şeyi kökündən, irsindən Unudulur hər bir söz musiqinin səsindən Uzaqda bir şəhər, piyada getmək arzusu Həyatda dalbadal gələn ölüm qoxusu İnsalarnn yuxusu deyəsən çox şirindir Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər Mümkün deyil, sevsələr də gərək gizləsinlər Arada evə zəng vur ki Səsini eşitsinlər... Eşidib sevinsinlər... Evdən uzaqda olan qardaşım üçün...
  • Ey ey ey ey ey Mən Azərbaycan hip hop'unun təpəgözüym Onlar dəblə gedir mən dəbin özüyəm Ey! Tərəziyə mərəziyə qoy ağlıvı mənə burax ən dərin özülümə dəy Süxuruva lom soxan adamlar a.k.a Pulları nətər eliyey Yığılıb kalan M.C və DJ Və bunları nətər eliyey? Pepi bunları betər eliyey Pa pa pa pırr a Ağzını axıdır raa qırraa Gülürəm şou-biznesivizə Damdar şou-biznes bizə paltarlar (Huu) Gözləri şeşələmə Bakı mənim evimdi eşələmə (eşələmə) Fuck şou-biznes faktiki şou biz viewları cash elə və (Ey ey ey) Sənətiviz oxşamır ürəyimi yox eləki qulağımı deşir elə Bakı mənim evimdi eşələmə! Bakı mənim evimdi I'm a living icon, yəni palibomu varikonam Ritm origami yəni dəli modu marixuana Hari vala gələr aygana Pa pa pa! Respect Hayki və Patrona Bakı mənim evimdi eşələmə! Bakı mənim evimdi eşələmə! Bakı mənim evimdi eşələmə! Bakı mənim evimdi!! Yarıda doldu tozla bura tez elə Az qalıbdı sonuna yolun döz gedək Atdıq xeyli yükləri ki tez gedək Əşi nolar olar olar olar gedirik! Yollar, yollar uzandıqca gedirik Günəş geri dolandıqca gedirik Kölgələrimiz oynayır, biz eyniyik Yo Gedirik! Millətə maraqlı deyil incəsənət, film nə də musiqi Maraqlı ancaq bu gün hansı müğənni model neçiyə çıxır Çətin aça trek-mrek içinə cığır Kiminin boş içi, işi, gücü içir və uçur Çəkilib dağa gözləmə keçidən hücum Bu gün efirlərdə beyinləri heç edənin çağı Zoopark tv bir meymunu neçə dəfə çağırıır? Biz uzaq adalara Ficidən uçarıq Repin içini açarıq Həm də gecənin bir çağı Çox demə şou-bizə fuck, deyəcəklər homofob Təki intellekt bir gün dəbə minib qana hopa Kimin başı kimi boş repi salır hay küy Halbuki yerlə bir sürünür IQ Təzə çıxıb janr, müğənni-reper Ala, metr ölç, kim çox girənniy edir Neçələrinə dərd verir bu tipdə rap İşini bitirib bitmir yerində sağ qalır Mənim uğurum, mənim track'lərim, ay xanım Sənin uğurun ama ki yağlı saxlıyanın Çox müğənni Xəzərə axar Əgər şou-biznesə girib çəksəm sifonu Tələsmə bala, hələ mənə çatana qədər Zirvədə yuxu basır AİD passiv olur Toy bol, konsert zallar boş qalır Bax toz dolub burun iyləmir No-şpanı Boş verin mikrofonu toyuq cücə quşları Rap dənizi aparır dərinlərə bu dalğaya qoşulanı Yarıda doldu tozla bura tez elə Az qalıbdı sonuna yolun döz gedək Atdıq xeyli yükləri ki tez gedəy Əşi nolar olar olar olar gedirik! Yollar yollar uzandıqca gedirik Günəş geri dolandıqca gedirik Kölgələrimiz oynayır, biz eyniyik Yo Gedirik!
  • Tilsimləri qır Sonuncu pyesdəki taram, bu simləri qır Əlini aç və dua et ki, duyum səni Yoxam səmada, var əvəzimdə bulud Çöldə tək olsam da içdə çoxam Yatır içimdə, bil, hər cür dəli Divarlar üzərimə gəlir ama qıra bilmirəm Çünki tək qəlb qırmaqda təcrübəli Mənə bənzəyir hər melodrama triller Martini kimi soyuq amma drama "queen"əm Qəhrəman özüm, rep içində kameo Sevgilim kapuleti, içimdə Romeo Yumuşaq qəzəbim Bitirmək üçün bu şah əsəri Söndürürəm içimdəki eşq alovunu Çünki Romeolar ölməlidir Yer üzündə Hər izim var Ən dərindəyəm Bir üzüm dərə Bir üzüm dağ Mən öz əlimdəyəm Bu həzin qəm Mənə zindan Məni öz əlimdən al Məni öz əlimdən al Məni öz əlimdən al Dinamiti bağlayıb girirəm kütlənin içinə Bu şərabı qan bilib istəmədən içirəm Hər kəs cənnəti istəyir axı içi mən! Neçə zil, neçə bəm naləni çatdıra bilər Hamı gec - tez həqiqəti bilməlidir Xilasdırmı pul? Necə məni isidə bilər əgər Son dəfə yatanda yastığım qum? Ölən ərdən geri mirasdırmı dul? Mənə şiddət borcun qalıbsa xəbər et Yolunun üstündə bir az durum vur Neçə silmək istədiyim Xatirəni yandırmışam amma sağ çıxıb Uşaqlığımın qara səhifələrini Ağ kağıza boşaltdım, yazı ağ çıxıb Dolu gözlər, saxta təbəssüm Qalx ayağa, saxla tənəzzülü Verir onu qorusaq da mənə zülm O yazıları hamı görməlidir Yer üzündə Hər izim var Ən dərindəyəm Bir üzüm dərə Bir üzüm dağ Mən öz əlimdəyəm Bu həzin qəm Mənə zindan Məni öz əlimdən al Məni öz əlimdən al Məni öz əlimdən al Yer üzündə Hər izim var Ən dərindəyəm Bir üzüm dərə Bir üzüm dağ Mən öz əlimdəyəm Bu həzin qəm Mənə zindan Məni öz əlimdən al Məni öz əlimdən al Dözərəm, gəl, qal