Татарский переводчик Узбекские песни

Популярные азербайджанские песни.
Страница 67

Pop

Pop (популярная музыка) — область массовой культуры, охватывающая различные формы, жанры и стили развлекательной и прикладной музыки
  • Eşq olsun vətənin mərd oğullarına Sənə yetirdilər son zamanlar Diqqət, Lənkəran! İdmanın ən gözəl oyunu olan futbolda Çempionsan hər zaman Xəzər-Lənkəran! Eşq olsun vətənin mərd oğullarına Sənə yetirdilər son zamanlar Diqqət, Lənkəran! İdmanın ən gözəl oyunu olan futbolda Çempionsan hər zaman Xəzər-Lənkəran! İsmini dənizlə bəzər Lənkəran Dünyada adın var, Xəzər-Lənkəran! Adıntək dalğalan, fərəhlənək biz Sən ucaldıqca olacaq nəsibin Zəfər, Lənkəran! Nə qədər sən varsan, bizdə var inam Yüksələcək bayrağımız səninlə Xəzər-Lənkəran! Ol qaliblər arasında Ol çempionlar sırasında! Rəqib qapısında eşidilsin hər zaman "QOL!!!" Xəzərin qucağında! Ol Lənkəran torpağında Vətən ocağından səni zirvələrə Aparır bu yol! Hər birimizin ürəyi vurur səninlə bərabər Oyun meydanında bil ki, hər zaman! Vətənin Azərbaycan olur sənə dayaq və inam Gücünü ondan al, Xəzər-Lənkəran! Hər birimizin ürəyi vurur səninlə bərabər Oyun meydanında bil ki, hər zaman! Vətənin Azərbaycan olur sənə dayaq və inam Gücünü ondan al, Xəzər-Lənkəran! İsmini dənizlə bəzər Lənkəran Dünyada adın var, Xəzər-Lənkəran! Adıntək dalğalan, fərəhlənək biz Sən ucaldıqca olacaq nəsibin Zəfər, Lənkəran! Nə qədər sən varsan, bizdə var inam Yüksələcək bayrağımız səninlə Xəzər-Lənkəran! Ol qaliblər arasında Ol çempionlar sırasında! Rəqib qapısında eşidilsin hər zaman "QOL!!!" Xəzərin qucağında! Ol Lənkəran torpağında Vətən ocağından səni zirvələrə Aparır bu yol! Ol qaliblər arasında Ol çempionlar sırasında! Rəqib qapısında eşidilsin hər zaman "QOL!!!" Xəzərin qucağında! Ol Lənkəran torpağında Vətən ocağından səni zirvələrə Aparır bu yol!
  • Hardan biləydim axı, hicran gələcək Məni sevənin üzü birdən dönəcək Qara gecələr mənim ömrümə bənzər Tənhalıq indi qəlbimi üzər Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Sən bilə-bilə qəlbimə həmdəm oldun De bu sevgidən axı nə tez yoruldun Dözə bilmirəm, sənsizlik əzabdır Ayrılıq məni haradan tapdı... Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Ürək üsyan qoparsa bilən deyilsən Qəfil çırağım sönsə görən deyilsən Həsrətdən belə ölsəm dönən deyilsən Sən məni sevən deyilsən Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni Aldatdı məni sevirəm deyənim Aldatdı məni mənsiz dözməyənim Aldatdı məni kimsə tutdu yerimi Ürəkdən sevdiyim aldatdı məni
  • Ömür bumu? Gələr-gedər Nə etsən – ayrılıq sonu Ömür bumu? Çalış-vuruş İmtahandır hər addımı Ömür bumu? Həsrət odundan Keçir sevginin yolu Ömür bumu? Sənsizliyi mənə verən omu? Səbəbi yox göz yaşlarımın Sən buna layiq deyilsən Ürəyim mənim Həsrət dolu baxışlarımın Ünvanı – kədər Yalan satan sirdaşlarımın Hədəfinə çevrilmisən Ümidim mənim Sevilməyi heç bacarmadın Bir ömür qədər Ömür boyu Hicran qapısında bitər Eşqin yolu Ömür boyu Alışdım ayrılıqlara Yoxmu sonu? Qürurumu Sənin xəyanətin Köksündən vurdumu? Sevgi bumu? Hər acıya səbəb olan omu? Səbəbi yox göz yaşlarımın Sən buna layiq deyilsən Ürəyim mənim Həsrət dolu baxışlarımın Ünvanı – kədər Yalan satan sirdaşlarımın Hədəfinə çevrilmisən Ümidim mənim Sevilməyi heç bacarmadın Bir ömür qədər Yalan satan sirdaşlarımın Hədəfinə çevrilmisən Ümidim mənim Sevilməyi heç bacarmadın Bir ömür qədər Bir ömür qədər Bir ömür qədər
  • Aldandımsa sənə, məni avam bilmə İnandımsa, bil ki, inanmaram yenə Acizliyimə kənardan baxıb gülmə Get, dönmə geri! Necə sevmişəm, öylə də unudaram Xəyanətin içimdəki könül yaram Qorxuram, səni yenə də bağışlaram Odur ki, get Dönmə geri, dönmə geri! Ümidli anlarımın qənimi Saflığına inandırma məni Get, dönmə geri, dönmə geri! Apar özünlə qəmi, kədəri Unut məni, unut o günləri Sevgi dolu bir dünyamı alt-üst etdin Ümid verib, sonra geri alıb itdin Olmağın olmamağından daha çətin Get, dönmə geri! Necə sevmişəm, öylə də unudaram Xəyanətin içimdəki könül yaram Qorxuram, səni yenə də bağışlaram! Odur ki, get Dönmə geri, dönmə geri! Ümidli anlarımın qənimi Saflığına inandırma məni Get, dönmə geri, dönmə geri! Apar özünlə qəmi, kədəri Unut məni, unut o günləri Odur ki, get Dönmə geri, dönmə geri! Ümidli anlarımın qənimi Saflığına inandırma məni Get, dönmə geri, dönmə geri! Apar özünlə qəmi, kədəri Unut məni, unut o günləri Get… Dönmə geri, dönmə geri Get!
  • Məni atdın, atıb getdin, əzizim Mən bu axşam unudulmuş bir kəsəm Dost itirmək hər ağrıdan ağırdır Bir gecədə qara saçım ağardı Məni atdın, atıb getdin, əzizim Mən bu axşam unudulmuş bir kəsəm Dost itirmək hər ağrıdan ağırdır Bir gecədə qara saçım ağardı Əldə bir qədəh şərab Səni əvəz eləmir Həsrətli xatirələr Səni əvəz eləmir Şəkillərdən baxışın Səni əvəz eləmir Yastığımda göz yaşım Səni əvəz eləmir Əldə bir qədəh şərab Səni əvəz eləmir Həsrətli xatirələr Səni əvəz eləmir Şəkillərdən baxışın Səni əvəz eləmir Yastığımda göz yaşım Səni əvəz eləmir İlk bahardır, son bahardır – unutdum Dan yerini kipriyimlə qanatdım Niyə mənə qismət oldu intizar? Ürəyimə niyə yağdı yağışlar? İlk bahardır, son bahardır – unutdum Dan yerini kipriyimlə qanatdım Niyə mənə qismət oldu intizar? Ürəyimə niyə yağdı yağışlar? Əldə bir qədəh şərab Səni əvəz eləmir Həsrətli xatirələr Səni əvəz eləmir Şəkillərdən baxışın Səni əvəz eləmir Yastığımda göz yaşım Səni əvəz eləmir Əldə bir qədəh şərab Səni əvəz eləmir Həsrətli xatirələr Səni əvəz eləmir Şəkillərdən baxışın Səni əvəz eləmir Yastığımda göz yaşım Səni əvəz eləmir Əldə bir qədəh şərab Səni əvəz eləmir Həsrətli xatirələr Səni əvəz eləmir Şəkillərdən baxışın Səni əvəz eləmir Yastığımda göz yaşım Səni əvəz eləmir Əldə bir qədəh şərab Səni əvəz eləmir Həsrətli xatirələr Səni əvəz eləmir Şəkillərdən baxışın Səni əvəz eləmir Yastığımda göz yaşım Səni əvəz eləmir
  • Mən aşiq yaza baxdım Açılmış təzə baxdım Mən aşiq yaza baxdım Açılmış təzə baxdım Vətən gülşənə dönüb Olubdur təzə baxtım Olubdur təzə baxtım Vətən gülşənə dönüb Olubdur təzə baxtım Olubdur təzə baxtım Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə Bağlarda güllər gözəl Oxur bülbüllər gözəl Bağlarda güllər gözəl Oxur bülbüllər gözəl Bu gözəl dövranımda Ömürlər, illər gözəl Ömürlər, illər gözəl Bu gözəl dövranımda Ömürlər, illər gözəl Ömürlər, illər gözəl Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə Aran bizim, dağ bizim Yamac bizim, bağ bizim Aran bizim, dağ bizim Yamac bizim, bağ bizim Sevirik, sevilirik El bizim, torpaq bizim El bizim, torpaq bizim Sevirik, sevilirik El bizim, torpaq bizim El bizim, torpaq bizim Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə Yarım gəlir asta-asta Əldə çiçək dəstə-dəstə Gəlib keçər məni görməz Gedim durum yolun üstə
  • Həyatın ən gözəl anı Arzu dilənən zamanı Bu gecə baş verər bütün möcüzələr Sevgililərin qovuşmağı Küsülülərin baırşmağı Diləsinlər – mələklər onları dinlər! Təqvimdə iki bayramdır vətən üçün Həmrəy olub Azərbaycan xalqı bu gün! Sevinir hər kəs! Yeni il, bu yeni il! Həyatımıza gətir yeni töhvələr! Yeni il, bu yeni il! Ömrümüzdən uzaq olsun kədər! Yeni il, bu yeni il! Hər kəsin sevgisi, qoy coşsun bərabər! Yeni il, bu yeni il! Yaşatmasın bir an ömrü hədər Yeni il! Bu gün yeni il bayramı Sevgisin paylaşır hamı Ümidlər hər evə qonaqdır bu gecə! Arzuların coşan anı Sevinc bürüyür hər yanı Sabahadək hər kəs oyaqdır bu gecə! Təqvimdə iki bayramdır vətən üçün Həmrəy olub Azərbaycan xalqı bu gün! Sevinir hər kəs! Yeni il, bu yeni il! Həyatımıza gətir yeni töhvələr! Yeni il, bu yeni il! Ömrümüzdən uzaq olsun kədər! Yeni il, bu yeni il! Hər kəsin sevgisi, qoy coşsun bərabər! Yeni il, bu yeni il! Yaşatmasın bir an ömrü hədər Yeni il! Təqvimdə iki bayramdır vətən üçün Həmrəy olub Azərbaycan xalqı bu gün! Sevinir hər kəs! Yeni il, bu yeni il! Həyatımıza gətir yeni töhvələr! Yeni il, bu yeni il! Ömrümüzdən uzaq olsun kədər! Yeni il, bu yeni il! Hər kəsin sevgisi, qoy coşsun bərabər! Yeni il, bu yeni il! Yaşatmasın bir an ömrü hədər Yeni il! Yeni il!
  • Sən yaşam həvəsimsən İnan ki, dünyada Bir ömür bəsimsən Mən sənin həyatında Hansı roldayam? Sən mənim nəfəsimsən Biz - dünənin yadları Sevgi tarixində - Bu günün doğması Biz səninlə - ayrı can, ayrı bədəndə Bir ürəyin vurması Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Sən ölməz xəyalımsan Sevərəm mən səni, yenidən doğulsam Mən sənin həyatında filmlər kimi Sən - həyat nağılımsan Biz - dünənin yadları Sevgi tarixində - Bu günün doğması Biz səninlə - ayrı can, ayrı bədəndə Bir ürəyin vurması Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Hər deyilən sözlə oynasaq Uşaq kimi Onda bizdə bir şey alınmaz Biz alovuq, buzla oynasaq Uşaq kimi Dualarımız qəbul olunmaz Biz - dünənin yadları Sevgi tarixində - Bu günün doğması Biz səninlə - ayrı can, ayrı bədəndə Bir ürəyin vurması
  • Deyirdin baharda görüşərik biz Bahar gəldi, keçdi, sən gəlməz oldun Deyirdin baharda görüşərik biz Bahar gəldi, keçdi, sən gəlməz oldun Daşlaramı dəydi, sındı əhdimiz? Aylar-illər keçdi, sən gəlməz oldun Sən gəlməz oldun, sən gəlməz oldun Sən gəlməz oldun, yarım Gözləyirəm mən, gözləyirəm mən Sən gəlməz oldun Deyirdin qapına qonaram quştək Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun Deyirdin qapına qonaram quştək Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun Yaşamaq eşqi ilə vəcdə gələk Quşlar yuva qurdu, sən gəlməz oldun Sən gəlməz oldun, sən gəlməz oldun Sən gəlməz oldun, yarım Gözləyirəm mən, gözləyirəm mən Sən gəlməz oldun Daşlaramı dəydi, sındı əhdimiz? Quşlar yuva qurdu, sən gəlməz oldun Sən gəlməz oldun, sən gəlməz oldun Sən gəlməz oldun, zalım Gözləyirəm mən, gözləyirəm mən Sən gəlməz oldun Sən gəlməz oldun, sən gəlməz oldun Nə gəlməz oldun, yarım... Gözləyirəm mən, gözləyirəm mən Sən gəlməz oldun (Sən gəlməz oldun) (Sən gəlməz oldun) (Sən gəlməz oldun)
  • Göydən ulduzlar axanda İnsafsızları yaxanda Tənhalıq səni sıxanda Mən o zaman gələcəyəm Hərənin öz dərdi var, ocağın köz dərdi var Gülənin yüz dərdi var, söylə gülümmü, gülməyimmi? Duyub qəlb fəryadını, həsrətin ağrısını Gözlərinin yaşını de, mən silimmi, silməyimmi? Göydən ulduzlar axanda İnsafsızları yaxanda Tənhalıq səni sıxanda Mən o zaman gələcəyəm Gözləmədiyin bir gündə Xəbərdar olub dərdindən Səni kədərin əlindən Alıb yenə sevəcəyəm Hərənin öz dərdi var, ocağın köz dərdi var Gülənin yüz dərdi var, söylə gülümmü, gülməyimmi? Duyub qəlb fəryadını, həsrətin ağrısını Gözlərinin yaşını de, mən silimmi, silməyimmi? Göydən ulduzlar axanda İnsafsızları yaxanda Tənhalıq səni sıxanda Mən o zaman gələcəyəm Gözləmədiyin bir gündə Xəbərdar olub dərdindən Səni kədərin əlindən Alıb yenə sevəcəyəm Göydən ulduzlar axanda İnsafsızları yaxanda Tənhalıq səni sıxanda Mən o zaman gələcəyəm Gözləmədiyin bir gündə Xəbərdar olub dərdindən Səni kədərin əlindən Alıb yenə sevəcəyəm
  • Bütün yollarımı boran-qar alıb Bütün arzularım solub, salarıb Ümidim sönməyən sevgimə qalıb Sevgimi əlimdən alma, ey zalım Bütün yollarımı boran-qar alıb Bütün arzularım solub, salarıb Ümidim sönməyən sevgimə qalıb Sevgimi əlimdən alma, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım Bütün yollarımı boran-qar alıb Bütün arzularım solub, salarıb Ümidim sönməyən sevgimə qalıb Sevgimi əlimdən alma, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım Həsrətdən canıma min ağrı dolur Könlüm çiçək kimi saralır, solur İntizar çəkməkdən gözüm kor olur Ölürəm, insaf et, getmə, ey zalım
  • Yadıma gah yaxın, gah uzaq düşər Xatirə qonağım olar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar Xəyallar axışıb gələr sel kimi Kövrəlib, nazilən incə tel kimi Arzular bir zərif, həssas əl kimi Könlümün tarını çalar axşamlar Arzular bir zərif, həssas əl kimi Könlümün tarını çalar axşamlar Ürəyim min sözlə dolar axşamlar Fikirlər ilişib, dolaşıq düşər Ürəyim min sözlə dolar axşamlar
  • Bəlaya düşmüşəm, dərdim tapılmır Bilmirəm nə edim, düzü çətindir Sevsəm yanacağam, sevsəm yanacağam Sevməsəm ömürlük cinayətimdir Bəlaya düşmüşəm, dərdim tapılmır Bilmirəm nə edim, düzü çətindir Sevsəm yanacağam, sevsəm yanacağam Sevməsəm ömürlük cinayətimdir Cinayətimdir... Mən elə qatiləm, cəzam yaşamaq Dərd çəkib, ömürlük alışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Ya Rəbbim, bu həyat necə saxtadır Yaxşıya, yamana eyni yer verir Görən taledədir, yoxsa bəxtdədir? Hamı yaxşıları yaman gec görür Yaman gec görür Mən elə qatiləm, cəzam yaşamaq Dərd çəkib, ömürlük alışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Mən elə qatiləm, cəzam yaşamaq Dərd çəkib, ömürlük alışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Cəzam yaşamaq Barışam gərək Qəlbim tər çiçək, saçlarım düm ağ Bəxtikor dünyamla barışam gərək Barışam gərək
  • Bağışla, mən unuda bilmirəm səni Saçlarıma düşsə də həsrətin dəni Mən qova bilmirəm, inan bu xatirəni İllər də yetişmir, inan köməyə Bağışla, mən unuda bilmirəm səni Qaytarmaq da olmur ötüb keçəni Yuxuda bircə gün desəm - gördünmü məni? Bircə söz tapdınmı mənə deməyə? Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla! Bağışla, mən unuda bilmirəm səni Ömrümdə yük olub səni sevəni Ruhumda bir yolu qatmır cansız bədəni Unutsam, hazıram bu gün ölməyə Bağışla, mən unuda bilmirəm səni Qaytarmaq da olmur ötüb keçəni Yuxuda bircə gün desəm - gördünmü məni? Bircə söz tapdınmı mənə deməyə? Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla! Bağışla bu dəli sevdaya özün məni Bağışla bu sənli dünyaya məni Bağışla bu sevdiyim gözəl tanrıya məni Unuda bilmirəm səni mən Bağışla!
  • Necə mən etiraf edim ki, yaraşsın sənə Dünyalar sığınar mərhəmətinə Sevginin mənbəyi sənsən, həyat məktəbim Nə qədər ki, yanımdasan, sənsən nəfəsim Həyatımda ən böyük dünyamsan Gözümün işığı, evimin yaraşığı, anacan anam Hamıdan gözəl, doğma insansan Gözümün işığı, ömrümün yaraşığı Anacan anam, anacan anam Mənim hər dərdimə yanan Gözəl gözlüm anam, şirin sözlüm anam Sənsiz bir an, sənsiz bir an olmasın anam Nə etsəm də yenə azdır, haqqın ödənməz Kimsə varlığını əvəz etməz Məni ilk sevən sən oldun, şərtsiz-sərhədsiz Öz sevginlə yoğurdun, sevgin bənzərsiz Həyatımda ən böyük dünyamsan Gözümün işığı, evimin yaraşığı, anacan anam Hamıdan gözəl, doğma insansan Gözümün işığı, ömrümün yaraşığı Anacan anam, anacan anam Mənim hər dərdimə yanan Gözəl gözlüm anam, şirin sözlüm anam Sənsiz bir an, sənsiz bir an olmasın anam Necə mən etiraf edim ki, yaraşsın sənə Anacan
  • Gözümün işığı olub Fikirlərim sənlə dolub Apardın məni Qurtarıb tənhalıqdan Könlümün dənizi olub Arzularıma qovuşub Qaytardın məni Şirin yuxuma Mənə çox yaxın Olub nəfəsin Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən bir də Yenə buludlar çəkilər Sənlə ulduzlar sayrışar Bu qara gecədə Sən mənimləsən əgər Ömrümün ən gözəl anı Canımın sevdiyi canı Gözlədim mən səni Sevən ürəyi Mənə çox yaxın Olub nəfəsin Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən bir də Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən Adını pıçıldayır dənizin səsi Məni oyadır sevgi nəğməsi Qəlbimi sevindirir sənin gözlərin Sevən ürəyi unutmaram mən bir də
  • Xəyalsan, qovuram, çata bilmirəm Elə bir dərdsən ki, yata bilmirəm Xəyalsan, qovuram, çata bilmirəm Elə bir dərdsən ki, yata bilmirəm Gecələr zülmündən yata bilmirəm Nə olar, bu gecə yuxuma gəl sən Gecələr zülmündən yata bilmirəm Nə olar, bu gecə yuxuma gəl sən Ruhumu özunlə tən aparmısan Güllər ləçəyimi sən qoparmısan Görünür mənsiz də sən yatarmısan Nə olar, bu gecə yuxuma gəl sən Ruhumu özunlə tən aparmısan Güllər ləçəyimi bax qoparmısan Görünür mənsiz də sən yatarmısan Nə olar, bu gecə yuxuma gəl sən Xəyalsan, qovuram, çata bilmirəm Elə bir dərdsən ki, yata bilmirəm
 Xəyalsan, qovuram, çata bilmirəm Elə bir dərdsən ki, yata bilmirəm Gecələr zülmündən yata bilmirəm Nə olar, bu gecə yuxuma gəl sən Gecələr zülmündən yata bilmirəm Nə olar, bu gecə yuxuma gəl sən (Ruhumu…) Ruhumu özunlə tən aparmısan Güllər ləçəyimi bax qoparmısan Görünür mənsiz də sən yatarmısan Nə olar, bu gecə yuxuma gəl sən Ruhumu özunlə tən aparmısan Güllər ləçəyimi bax qoparmısan Görünür mənsiz də sən yatarmısan Nə olar, bu gecə yuxuma gəl sən Yuxuma gəl sən Ruhumu özunlə tən aparmısan Güllər ləçəyimi bax qoparmısan Görünür mənsiz də sən yatarmısan Nə olar, bu gecə yuxuma gəl sən Ruhumu özunlə tən aparmısan Güllər ləçəyimi bax qoparmısan Görünür mənsiz də sən yatarmısan Nə olar, bu gecə… Yuxuma gəl
  • Bir gün, payızın son günü Bir tənha küçədə görüşdük səninlə Susdu danışan dodaqlar Qayıtdı o anlar çəkildi uzağa ayrılıq Keçdi getdi sənli günlər Sevgi bitdi, yox ümidlər Bircə səni sevdi bu qəlbim Keçdi getdi sənli günlər Doldu gözlər, itdi sözlər Ayrılığa heç öyrəşmədim İndi qarşında durmuşam, baxıram üzünə Söz tapa bilmirəm… Sənsiz günləri unutmaq, sanma ki, çox asan Ağlımda qalmısan o gündən Keçdi getdi sənli günlər Sevgi bitdi, yox ümidlər Bircə səni sevdi bu qəlbim Keçdi getdi sənli günlər Doldu gözlər, itdi sözlər Ayrılığa heç öyrəşmədim Keçdi getdi sənli günlər Sevgi bitdi, yox ümidlər Bircə səni sevdi bu qəlbim Keçdi getdi sənli günlər Doldu gözlər, itdi sözlər Ayrılığa heç öyrəşmədim
  • Dodağına gizlicə toxunaydı nəfəsim Səninlədir həyatım yaşamağa həvəsim Dodağına gizlicə toxunaydı nəfəsim Səninlədir həyatım yaşamağa həvəsim İstərəm ki, təkcə mənim olasan (təkcə mənim olasan) Ömür boyu mənlə qoşa qalasan Bu günümüz, bu anımız geri dönməz bir daha (bir daha) Getmə gülüm, mənimlə qal, ümid yoxdur sabaha Dayanaraq üz-üzə saatlarla qalaydıq Yatmayaraq sübhədək xəyallara dalaydıq Dayanaraq üz-üzə saatlarla qalaydıq Yatmayaraq sübhədək xəyallara dalaydıq İstərəm ki, təkcə mənim olasan (təkcə mənim olasan) Ömür boyu mənlə qoşa qalasan Bu günümüz, bu anımız geri dönməz bir daha (bir daha) Getmə gülüm, mənimlə qal, ümid yoxdur sabaha
  • Dur, tələsmə, ümidlərim səninlə İtmişəm mən sənin dəniz gözlərində Aç ürəyini, danışaq səssizcə Hər şeyi unudum, sadəcə gülümsə Əslində duyğuyla çırpınan qəlbdə Sözə ehtiyac qalmaz, anlaşar sevənlər Bəzən insanın susduğu yerdə İki sehrli “Səni sevirəm” gizlənər dilində Əslində duyğuyla çırpınan qəlbdə Sözə ehtiyac qalmaz, anlaşar sevənlər Bəzən insanın susduğu yerdə İki sehrli “Səni sevirəm” gizlənər dilində
  • Sevgilim, inan sözlərimə Bir baxış yetər gözlərimə Sən getdin, inan Tükəndi səbrim, sevgilim Mən indi sənsiz de neyləyim? Həsrətdən solur bu ürəyim Hardasan? Söylə, sevgilim, harda? Hardasan? Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Dünyanı sənsiz neyləyirəm? Yoruldum artıq, dözməyirəm Yandırır məni hər gün, hər gecə Ürəyim… Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Qayıt gəl, sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Sevgilim, qayıt gəl Qəlbində sevgini oyat gəl Günlərcə gözlər könlüm səni Nə olar, qəlbim, unut getsin Nə olar, qəlbim, unut getsin Nə olar, qəlbim, unut getsin
  • Ayrılaq… Gəl ayrılaq səninlə bu gecə Soruşma ki, niyə - Səndən bircə Budur diləyim Ayrılaq… Gəl ayrılaq səninlə sakitcə Özüm də bilmirəm sənə necə Söyləyir dilim Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Ayrılaq… Gəl ayrılaq səninlə bu gecə Soruşma ki, niyə - Səndən bircə Budur diləyim Ayrılaq… Gəl ayrılaq səninlə sakitcə Özüm də bilmirəm sənə necə Söyləyir dilim Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan Gözlərim sənə baxıb doymadı inan Axtarıb tapdım – qoymadı zaman Səndən ayrılmaq – budur son güman Qəlbimdə qalsan da umulan
  • Sən gedəni sevgimizdə Nələr oldu, sən bilmədin Yalnız qalan xatirələr Üzdü məni, sən gəlmədin Heç bilmirəm kimə deyim Bu ayrılıq xəbərini İllər ötür görünmədən Unutmuşam gözlərini Sən ömrümün bir səhifəsi Uzaq düşən xoş nəğməsi Bəlkə də sən düşünürsən Artıq keçib, nə faydası… Sən ömrümün bir səhifəsi Uzaq düşən xoş nəğməsi Bəlkə də sən düşünürsən Artıq keçib, nə faydası… İndi dönüb o sevgiyə Söz deməyin, artıq yetər Zaman keçir bir su kimi Bu sevgi də keçib gedər Sən ömrümün bir səhifəsi Uzaq düşən xoş nəğməsi Bəlkə də sən düşünürsən Artıq keçib, nə faydası… Sən ömrümün bir səhifəsi Uzaq düşən xoş nəğməsi Bəlkə də sən düşünürsən Artıq keçib, nə faydası… Sən ömrümün bir səhifəsi Uzaq düşən xoş nəğməsi Bəlkə də sən düşünürsən Artıq keçib, nə faydası… Ağlamağın indi nədən Sən bilmədin öz yerini İllər ötür görünmədən Unutmuşam bil ki, səni
  • Hərdən uşaqlar kimi oynar əl-ələ sevgililər Göz-gözə gəlib bəzən utanar onlar İnciyib, barışıb yenə də yola davam Adı eşqdir bu oyunun, sonu gəlməz heç bir zaman Həyat - küləyin keçməsini gözləmək deyildir Yağışın altında rəqs etməyi bacara bilməkdir Bəzən qürura yenilib küsməkdən ziyadə Qucaq aç, həyat sevməyə səbəbdir Hərdən uşaqlar kimi oynar əl-ələ sevgililər Göz-gözə gəlib bəzən utanar onlar İnciyib, barışıb yenə də yola davam Adı eşqdir bu oyunun, sonu gəlməz heç bir zaman Həyat - küləyin keçməsini gözləmək deyildir Yağışın altında rəqs etməyi bacara bilməkdir Bəzən qürura yenilib küsməkdən ziyadə Qucaq aç, həyat sevməyə səbəbdir Həyat - küləyin keçməsini gözləmək deyildir Yağışın altında rəqs etməyi bacara bilməkdir Bəzən qürura yenilib küsməkdən ziyadə Qucaq aç, həyat sevməyə səbəbdir
  • Gedirəm yolları mən addım-addım Bilmirəm mən səni necə unudum Səni axtarıram bu qədər insanın içində Onu bilirəm ki, indi yoxam sənin qəlbində Səni axtarıram bu qədər insanın içində Onu bilirəm ki, indi yoxam sənin qəlbində "Yox" demə mənə, "yox" demə mənə, anla sevirəm Susma gəl sən, ürəyimi yenə al əllərinə "Yox" demə, mənə "yox" demə, mənə sevgindir gərək Dön yenə bu həyatıma, gəl sevgimizi bölək Ayrılıb getmisən, yoxdur xəbərin Gör nələr çəkirəm yox ümidlərim Bilmirəm sənsiz mən necə keçirirəm günləri Sən bunu görmürsən, qəlbimdən silinmir izlərin Bilmirəm sənsiz mən necə keçirirəm günləri Sən bunu görmürsən, qəlbimdən silinmir izlərin "Yox" demə mənə, "yox" demə mənə, anla sevirəm Susma gəl sən, ürəyimi yenə al əllərinə "Yox" demə, mənə "yox" demə, mənə sevgindir gərək Dön yenə bu həyatıma, gəl sevgimizi bölək "Yox" demə mənə, "yox" demə mənə, anla sevirəm Susma gəl sən, ürəyimi yenə al əllərinə "Yox" demə, mənə "yox" demə, mənə sevgindir gərək Dön yenə bu həyatıma, gəl sevgimizi bölək "Yox" demə
  • Sevgi – köçəri bir quş Özgə budağa qonmuş İntizar həsrətdir sirdaşlarım Yenə də yağır yağış Hər bir günüm axtarış Qurumaq bilmir bu göz yaşlarım Mən səni hardan tapım? Açıqdır bu könül qapım Qurtar məni yağışlardan Qurtar məni Mən səni hardan tapım? Açıqdır bu könül qapım İzlər silinib yollardan İzlər silinib yollardan Ayrılıb gedən gündən Mən küsmüşəm taledən Bürünüb niski ilə saf arzular Bu yollar zülmət qara Məni qaytar bahara Bəs niyə gecikir bizim bahar? Mən səni hardan tapım? Açıqdır bu könül qapım Qurtar məni yağışlardan Qurtar məni Mən səni hardan tapım? Açıqdır bu könül qapım İzlər silinib yollardan İzlər silinib yollardan Mən səni hardan tapım? Açıqdır bu könül qapım Qurtar məni yağışlardan Qurtar məni Mən səni hardan tapım? Açıqdır bu könül qapım İzlər silinib yollardan İzlər silinib yollardan İzlər silinib yollardan Silinib…
  • Bu gecə Bu gecə Bu gecə Bu gecə Bu gecə Bu gecə Bu gecə Bu gecə Fikrimdə aylı-ulduzlu Asiman var bu gecə Könlümdə körpə duyğutək Bir ümman var bu gecə Bircə sən yoxsan, əzizim Bilir aləm bu gecə Nə üçün olmadın de, ey yar Mənə həmdəm bu gecə? Bircə sən yoxsan, əzizim Bilir aləm bu gecə Nə üçün olmadın de, ey yar Mənə həmdəm bu gecə? Bu gecə Bu gecə Bu gecə Bu gecə Şimşəyə - "çaxma" desəm mən İnan, çaxmaz bu gecə Araza - "axma" desəm mən İnan, axmaz bu gecə Bircə sən yoxsan, əzizim Bilir aləm bu gecə Nə üçün olmadın de, ey yar Mənə həmdəm bu gecə? Bircə sən yoxsan, əzizim Bilir aləm bu gecə Nə üçün olmadın de, ey yar Mənə həmdəm bu gecə? Bircə sən yoxsan, əzizim Bilir aləm bu gecə Nə üçün olmadın de, ey yar Mənə həmdəm bu gecə? Bu gecə Bu gecə Bu gecə Bu gecə
  • Bu həyat sənsiz daha mənə, inan gərək deyil İncidib sonda ümidsiz bir yola saldın məni İndi artıq solan məhəbbət – işıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət Kaş dönə bilsəm ötən anlara mən xəyalımda Kaş səsim çata, bir anlıq sən qalaydın yanımda Sən hardan biləydin, məhəbbət – işıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət İndi artıq solan məhəbbət – işıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət İşıqlı zülmət
  • Aya-günə dönmüsən Ayla, günlə dinmisən Bəlkə mənsiz sönmüsən Sənlə sənsiz qalmışam Xəyallarım baş alır Fikirlərim çaş qalır Gözüm nədən yaşarır? Sənlə sənsiz qalmışam Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Ayla qoşa gəzənim Gözlərimdə üzənim Kədərimlə bəzənim Sənlə sənsiz qalmışam Nağıllardan gələnim Gözlərimdə gülənim Qoy yuxuna bələnim Sənlə sənsiz qalmışam Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır, çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır Çıxmırsan xəyalımdan – Xəbərin yox Sənlə sənsiz qalmışam – Xəbərin yox Gözüm nədən yaşarır? Fikirlərim çaş qalır