Татарский переводчик Узбекские песни

Популярные азербайджанские песни.
Страница 58

Pop

Pop (популярная музыка) — область массовой культуры, охватывающая различные формы, жанры и стили развлекательной и прикладной музыки
  • Yağmura çevrilib, gözünü oxşamaq Bir səhər mehitək telini qoxlamaq Ən həzin mahnıtək ruhunu oxumaq Bunun adı – dəli eşq, bilirəm Bir gülə çevrilib, əlində açmaq Bir quşa çevrilib, içimdən uçmaq Səninlə sonsuza, sonsuza qaçmaq Bunun adı – dəli eşq, bilirəm Onda atəş çox yandırar, yandırar Onda günah çox aldadar, aldadar Onda ağrı çox ağladar, ağladar Onda qürur yox, sındırar Onda atəş çox yandırar – dedilər Onun adı – dəli eşq, bilirəm Yağmura çevrilib, gözünü oxşamaq Bir səhər mehitək telini qoxlamaq Ən həzin mahnıtək ruhunu oxumaq Bunun adı – dəli eşq, bilirəm Bir gülə çevrilib, əlində açmaq Bir quşa çevrilib, içimdən uçmaq Səninlə sonsuza, sonsuza qaçmaq Bunun adı – dəli eşq, bilirəm Onda atəş çox yandırar, yandırar Onda günah çox aldadar, aldadar Onda ağrı çox ağladar, ağladar Onda qürur yox, sındırar Onda atəş çox yandırar – dedilər Onun adı – dəli eşq, bilirəm Onda atəş çox yandırar, yandırar Onda günah çox aldadar, aldadar Onda ağrı çox ağladar, ağladar Onda qürur yox, sındırar Onda atəş çox yandırar – dedilər Onun adı – dəli eşq, bilirəm Onun adı – dəli eşq, bilirəm Buludtək yağmaq Günəştək yanmaq Aytək gecələr sənə baxmaq Sonsuza qaçmaq istərəm İçimdən uçmaq istərəm Onun adı – dəli eşq, bilirəm Onun adı – dəli eşq, bilirəm
  • Hanı o alışıb-yanan gözlərin? Qarmı vaxtsız yağıb dondurdu səni? Dolaşıq düşübdür yaman sözlərin Çaşıbmı qalmısan gördükdə məni? Baxa da bilmirsən indi üzümə Ayıra bilməzdin gözünü məndən Soyuq bir ifadə qonub gözümə Haraya gizlədim özümü səndən? Haraya gizlədim özümü səndən? Neyləyək, bu şəhər ikimizindir Hərdən bir üz-üzə gəlməliyik biz Göylərə çəkilib bircə söz indi Bu sözü tapmasaq dözməliyik biz. Dayanıb baxırsan gah sağa-sola Bəlkə yad baxışım çaşdırıb səni Yalqız bir yer olsa düşərəm yola Üz-üzə gəlməkdən xilas et məni Demirəm dünyadan qopub get indi Sənin öz yolun var, mənim öz yolum Bu dəniz mənimdir, bu göy sənindir Üstümə yağırsan buluda dolub Üstümə yağırsan buluda dolub Neyləyək, bu şəhər ikimizindir Hərdən bir üz-üzə gəlməliyik biz Göylərə çəkilib bircə söz indi Bu sözü tapmasaq dözməliyik biz. Bu dəniz mənimdir, bu göy sənindir Üstümə yağırsan buluda dolub Üstümə yağırsan buluda dolub Neyləyək, bu şəhər ikimizindir Hərdən bir üz-üzə gəlməliyik biz Göylərə çəkilib bircə söz indi Bu sözü tapmasaq dözməliyik biz.
  • İnanmıram sevgimiz badə şərabmış Məhəbbətsiz ötən hər gün inan əzabmış Yollarımız çətin ki hardasa qovuşa Bu dunyanın gündüzü gecəsi sovuşa Yalvarıram əzablardan al məni qurtar Yuxularda əlimdən tut özünlə apar O dünyada bəlkə ruhumuz qovuşacaq Sənsiz ürək qiyamət qoparacaq Yalvarıram əzablardan al məni qurtar Yuxularda əlimdən tut özünlə apar O dünyada bəlkə ruhumuz qovuşacaq Sənsiz ürək qiyamət qoparacaq Darıxıram Dünyam sənsiz qürbət olarmış Gecə - gündüz göy dəniz qəmnən dolarmış Yağış yağar bəlkə qəmi, kədəri yuya Ayrılıqdan bu dünyamız bəlkə də doya Yalvarıram əzablardan al məni qurtar Yuxularda əlimdən tut özünlə apar O dünyada bəlkə ruhumuz qovuşacaq Sənsiz ürək qiyamət qoparacaq Yalvarıram əzablardan al məni qurtar Yuxularda əlimdən tut özünlə apar O dünyada bəlkə ruhumuz qovuşacaq Sənsiz ürək qiyamət qoparacaq Yalvarıram əzablardan al məni qurtar Yuxularda əlimdən tut özünlə apar O dünyada bəlkə ruhumuz qovuşacaq Sənsiz ürək qiyamət qoparacaq Yalvarıram əzablardan al məni qurtar Yuxularda əlimdən tut özünlə apar O dünyada bəlkə ruhumuz qovuşacaq Sənsiz ürək qiyamət qoparacaq
  • Sahilə gəmi gəldi Küləyin nəmi gəldi Yaş tök, ağla, gözlərim Ayrılıq dəmi gəldi Sahilə gəmi gəldi Küləyin nəmi gəldi Yaş tök, ağla, gözlərim Ayrılıq dəmi gəldi Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Ulduzlar sayrışanda Ürəklər qovuşanda Çətin olur ayrılıq Göz-göz alışanda Ulduzlar sayrışanda Ürəklər qovuşanda Çətin olur ayrılıq Göz-göz alışanda Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Əzizim, Xuda səni Saxlasın Xuda səni Bir arzum var, görəydim Hər gün yuxumda səni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Sapandtək atma məni Yadlara satma məni Yolunu gözləmişəm Nagüman etmə məni Yolunu gözləmişəm Nagüman etmə məni Yolunu gözləmişəm Nagüman etmə məni
  • Dindi yenə xatirələr Döndüm yenə o günlərə İstədim ki, əvvəlkitək Tutum sənin əllərindən Gözümüzdə, könlümüzdə Neçə arzu, neçə istək Xumarlanaq xoşbəxtlikdən Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Gözümüzdə, könlümüzdə Neçə arzu, neçə istək Xumarlanaq xoşbəxtlikdən Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən İstədim ki, əvvəlkitək Yenə mənə rast gələsən Güya elə sən də ordan Keçirmişsən təsadüfən İstədim ki, geri dönəm Qaynar gözlərin görəm Baxışlarından titrəyəm Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək İstədim ki, geri dönəm Qaynar gözlərin görəm Baxışlarından titrəyəm Bu dünyanı nağıl bilək Bu dünyanı nağıl bilək Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Sən, mən, bir də xatirələr Həmin küçə, həmin şəhər Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Bilirəm ki, hara getsəm Yenə məni izləyirsən O küçənin döngəsində O ağacın kölgəsində Yenə məni gözləyirsən Yenə məni gözləyirsən