Татарский переводчик Узбекские песни

Namiq Qaraçuxurlu.
 Слушать песни исполнителя и скачать онлайн.
Страница 2

Namiq Qaraçuxurlu

  • Ürəyim parçalanıbdır: Gör bir neçə vaxtdır ürəyim parçalanıbdır Amma adın hər parçada möhkəm dayanıbdır Gəzdim, aradım bir gözəl olsun mənə laiq Son mənzilədək qalsın, öz ilqarına sadiq Görüm eylə sənin hüsnünü dəli aşiq Bir sevgi adında yeni dünya yaranıbdır Xəbərin yoxdu sənin: Əsdi yel, əsdi külək dağıtdı çəmənliyimi Daha mən unutmuşam şadlığımı, şənliyimi Sənin o işvələrin, məndən alır mənliyimi Mən məhv oluram, nəhayət xəbərin yoxdu sənin Cəkirəm əzab əziyyət xəbərin yoxdu sənin Xəbərin yoxdu, ey afət, xəbərin yoxdu sənin Məni ağlar günə saldın: Bir gün eşq adlı baxçaya girib ey gül səni dərdim Səni tapdım, səni gördüm Dedim ki, qalmadı dərdim Acı hər bir sözünün də cavabın can deyə verdim Nə əsas var, nə səbəb var məni ağlar günə saldın Sənə mən nə eylədim yar, məni ağlar günə saldın Catıb istədiyinə əğyar, məni ağlar günə saldın Ölürəm yar: Aşiqin yarələnib, ürəyi parələnib səndədir dərmanı canan Ona lütf eyləməsən, sevirəm söyləməsən cixacaqdır canı canan Axırda bəyan elə, bəsdir bu bəhanələr Gülməsin biganələr, gülürəm mən, gülürəm yar Gözümün qarəsisən, dərdimin çarəsisən Bilirəm mən, bilirəm yar Duymasan sözlərimi, yumuram gözlərimi Ölürəm mən, ölürəm yar Papanın gül balası: Səni o vaxtı bizə bəxş eliyəndə yaradan Hərə bir pay gətirib, etdi səninçün ərmağan O qədər şirin idin sən dünyaya gələn zaman Eləmişdin bizi heyran papanın gül balası Gəz dolan, kafe restoran papanın gül balası Papan ölməyib, sənin can papanın gül balası
  • Nədir hicran, bu ürək bilməzdi Düşünürdüm, bu sevgi ölməzdi Mənə göstərdiyin o hiylə, kələk Heç mənim ağlıma da gəlməzdi Mənə göstərdiyin o hiylə, kələk Heç mənim ağlıma da gəlməzdi Könül verib inandığım Dövrəsində dolandığım Kölgəsində dayandığım O budaqlar mənim deyil Könül verib inandığım Dövrəsində dolandığım Kölgəsində dayandığım O budaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Bu sevgidə nə qədər səhv etdim Sənin hər nöqsanını əhv etdim Bu sənin xasiyyətindir, beləsən Çox heyf, özüm-özümü məhv etdim Bu sənin xasiyyətindir, beləsən Çox heyf, özüm-özümü məhv etdim Elə etmişdim etibar Düşünürdüm, dayağım var Qəflətən yağdı bəyaz qar Daha dağlar mənim deyil Elə etmişdim etibar Düşünürdüm, dayağım var Qəflətən yağdı bəyaz qar Daha dağlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Mənə bu sevgi daha məhbəsdir Səsin artıq, duyuram, yad səsdir Gedirəm, məcbur edirsən, gedirəm Bu qədər səbr elədim mən, bəsdir Gedirəm, məcbur edirsən, gedirəm Bu qədər səbr elədim mən, bəsdir Çox demişdim: "məni dərk et" Sevirəm, imdadıma yet Ürəyin versə qərar, get Bu ayaqlar mənim deyil Çox demişdim: "məni dərk et" Sevirəm, imdadıma yet Ürəyin versə qərar, get Bu ayaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil Öpə bilmərəm bir daha O yanaqlar mənim deyil Bir zaman şirin sandığım O dodaqlar mənim deyil
  • Bəlkə mənə bu hissləri, Yaşatmaq üçün gəlmisən. Bəlkə də məni bu qəflətdən, Oyatmaq üçün gəlmisən. Gəlmisən ki, anlayım mən Necə xoşbəxt keçirmiş hər gün. Gəlmisən ki, xiffət çəkim Sıxıldığım günlərim üçün. Sən ki, hansı qəlbə getsən İxtiyarına sahibsən get. Taqətim yox, məğlub oldum Gözün aydın qalibsən get. Sən məndən nə istəyirsən? Kədər Əl çək daha ömrümü eylədin hədər Çətin keçər, çətin gedər Təslim oldum yetər. Qələm istər, xatırlada həyatın hər bir xoş anın Mürəkkəbdən süzülənlər təsdiq edir qəm karvanın Hər kəs buna bir ad qoyar sətir biri, misra biri Busa mənim talehimdir, adımda var qəm şairi Sən ki, hansı qəlbə getsən İxtiyarına sahibsən get. Taqətim yox, məğlub oldum Gözün aydın qalibsən get. Sən məndən nə istəyirsən? Kədər Əl çək daha ömrümü eylədin hədər Çətin keçər, çətin gedər Təslim oldum yetər
  • Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Yadigardır meyxana, yadigardır meyxana Yadigardır meyxana, yadigardır meyxana, hey İçində möcüzələr doludur ədəbiyyatımızın Bu sənət də çox incə yoludur ədəbiyyatımızın Folklor janrıdır, bir qoludur ədəbiyyatımızın Ora daxildir, sanmayın ki, kənardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Deyilən meyxanalar hər biri təbdən yaranıb Çox suallar verilir, hansı səbəbdən yaranıb? Kökünü xırdalasaq, zatı ərəbdən yaranıb Bu səbəbdən əruzla əlaqədardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Deyilən meyxanan şah beyti qafiyədir Deməyə növbə çatıb, müddəti az saniyədir Təb olmasa, şairin deməyə ixtiyarı nədir? Təbin gələndə isə biixtiyardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bu səbəbdən əruzla əlaqədardır meyxana Mən də, həmkarlarım da birdir bizim niyyətimiz Deyirik meyxananı – xalqa budur xidmətimiz Qoymarıq ki, əzilə, tapdalana sənətimiz Nə qədər ki biz varıq, bizimlə vardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana