Татарский переводчик Узбекские песни

Песня «Həyatımın Mənası»
исполнителя Brilliant Dadaşova.
Скачать или слушать онлайн

Текст песни:

Neçə vaxtdır gecə-gündüz
İçimdəki fırtınaya sinə gərən
Pərən düşən həqiqəti arayıram
Hey gəzirəm, varmı görən?
Qəlbimdəki közü qopmuş yaralara
Nədir məlhəm? Varmı görən, varmı bilən?
Donub qalmış göz yaşımı
Tökə bilən bir hüzuru hey gəzirəm
Donub qalmış göz yaşımı
Tökə bilən bir hüzuru hey gəzirəm
Həyatımın mənası
Bir ömürlük sevdası
Hey gəzirəm, sən mənim
Ən həzin nəğməm, şirin kəlməm
Ömürboyu gizli, sirli diləyimsən
Dərdlərimə sığal çəkən
Ruhuma qol-qanad verən
İllərboyu gözlədiyim
Həzin nəğməm, şirin kəlməm
Ömürboyu dilədiyim gizli, sirli
Bir əbədi nəğməmsən
Təkcə səni gəzirəm

Neçə vaxtdır ürəyimi didib tökən
Şübhələrdən xilas edən
Hücum çəkən, tükənməyən suallara
Cavab verən varmı görən?
Gecə-gündüz sızıldayan xatirəmi
Bir dəfəlik silə bilən, silib gedən
Məni məndən alıb gedən
Bir hüzurun izindəyəm, hey gəzirəm
Məni məndən alıb gedən
Bir hüzurun izindəyəm, hey gəzirəm
Həyatımın mənası
Bir ömürlük sevdası
Hey gəzirəm, sən mənim
Ən həzin nəğməm, şirin kəlməm
Ömürboyu gizli, sirli diləyimsən
Dərdlərimə sığal çəkən
Ruhuma qol-qanad verən
İllərboyu gözlədiyim
Həzin nəğməm, şirin kəlməm
Ömürboyu dilədiyim gizli, sirli
Bir əbədi nəğməmsən
Təkcə səni gəzirəm
Yalnız səni gəzirəm
Səni

Другие песни исполнителя:

  • İçən günlər keçdi, getdi Doğrudanmı hər şey bitdi? Ürək bizə üsyan etdi Nə mən dindim, nə sən dindin Dodaq susdu, göz ağladı Payız qışı soraqladı Şaxta vurdu, buz bağladı Nə mən dondum, nə sən dondun Çarxı fələk etdi xəta Hicrandan olarmı əta? Yəhərlənmiş qoşa ata Nə mən mindim, nə sən mindin Bilməm ürək necə dözdü Canımızı həsrət üzdü Kölgə çökdü gözümüzə Kül ələndi üzümüzə Bənzəmədik özümüzə Nə mən məndim, nə sən səndin Hicran min cür oyun qurdu Kim əl qatdı, kim buyurdu Kədər cumdu ordu-ordu Nə mən yendim, nə sən yendin Çarxı fələk etdi xəta Hicrandan olarmı əta? Yəhərlənmiş qoşa ata Nə mən mindim, nə sən mindin Bilməm ürək necə dözdü Canımızı həsrət üzdü Çarxı fələk etdi xəta Hicrandan olarmı əta? Yəhərlənmiş qoşa ata Nə mən mindin, nə sən mindin Çarxı fələk etdi xəta Hicrandan olarmı əta? Yəhərlənmiş qoşa ata Nə mən mindim, nə sən mindin Bilməm ürək necə dözdü Canımızı həsrət üzdü
  • Göz-gözə baxa-baxa başladı Ömrümüzün davamı Şükür ola, həyatımdadır Arzularımın adamı Ah, şükür ola, həyatımdadır Arzularımın adamı Sən mənim yanımda, canımda cansan Sən mənə ən çox lazım olan adamsan Gözlərim gözünə baxanda duyur ürəyini Az qalıb, bir az da səbir elə, deyim sözlərimi Səni sevirəm, mən sənin üçün ölürəm Bu gecə buraxma sən əllərimi Səninlə gözəldir həyat, bilirəm Səni sevirəm, mən sənin üçün ölürəm Bu gecə buraxma sən əllərimi Səninlə gözəldir həyat, bilirəm Göz-gözə baxa-baxa başladı Ömrümüzün davamı Şükür ola, həyatımdadır Arzularımın adamı Ah, şükür ola, həyatımdadır Arzularımın adamı Sən mənim yanımda, canımda cansan Sən mənə ən çox lazım olan adamsan Gözlərim gözünə baxanda duyur ürəyini Az qalıb, bir az da səbir elə, deyim sözlərimi Səni sevirəm, mən sənin üçün ölürəm Bu gecə buraxma sən əllərimi Səninlə gözəldir həyat, bilirəm Göz-gözə baxa-baxa başladı Ömrümüzün davamı Şükür ola, həyatımdadır Arzularımın adamı Eh, şükür ola, həyatımdadır Arzularımın adamı Göz-gözə baxa-baxa başladı Ömrümüzün davamı Şükür ola, həyatımdadır Arzularımın adamı Ah, şükür ola, həyatımdadır Arzularımın adamı
  • Soyuyubdur havalar Hara baxsan, yer-göy, yağış, qar Heyifdir sevgimizə Donarıq burada ikimiz də Bax hamı bizdən danışır Ayırmağa çalışır Gücüm qalmayıb artıq savaşa Gəl, əşyaları topladım Hər şeyi hazırladım Uçub gedək Bakıdan birbaşa Səninlə gəl bu şəhərdən qaçaq Birlikdə həyat çox maraqlı olacaq Səninlə gəl bu şəhərdən qaçaq İnan mənə, hər şey əla olacaq Olacaq Soyuqdur bax havalar Hara baxsan, yer-göy, yağış, qar Heyifdir sevgimizə Donarıq burada ikimiz də Bax hamı bizdən danışır Ayırmağa çalışır Gücüm qalmayıb artıq savaşa Gəl, əşyaları topladım Hər şeyi hazırladım Uçub gedək Bakıdan birbaşa Səninlə gəl bu şəhərdən qaçaq Birlikdə həyat çox maraqlı olacaq Səninlə gəl bu şəhərdən qaçaq İnan mənə, hər şey əla olacaq Olacaq Səninlə gəl bu şəhərdən Səninlə, səninlə, səninlə qaçaq Səninlə gəl bu şəhərdən qaçaq, oo Səninlə gəl bu şəhərdən qaçaq Birlikdə həyat çox maraqlı olacaq Səninlə gəl bu şəhərdən qaçaq İnan mənə, hər şey əla olacaq, oho
  • Onun adı dünyadır Sözlərdən mənalı Elə gözəldir, oldum İlk gündən sevdalı Yuxu kimi şirin Həm də, olduqca ecazkar Onun adı dünyadır Bir vaxtlar sanmışdım daim var Onun adı dünyadır Fani imiş, çox qəddarmış, qəddar Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan, dünyadan Yoruldum dünyadan, dünyadan Onun adı dünyadır O heç kimə qalmaz Hamımıza düşmandır Düşmandan dost olmaz Bizi elə hala saldı Sevdik, ona bağlandıq Onun adı dünyadır Eşqindən od tutub odlandıq Onun adı dünyadır Aldatdı, bizlər də aldandıq Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan, dünyadan Yoruldum dünyadan, dünyadan Bilməzdim insan ömrü heçdir Çox günlər, aylar, illər keçdi Bezdim mən artıq bu sevdadan Yoruldum dünyadan, dünyadan Yoruldum dünyadan, dünyadan