Татарский переводчик Узбекские песни

Песня «Hicran»
исполнителя Brilliant Dadaşova.
Скачать или слушать онлайн

Текст песни:

İçən günlər keçdi, getdi
Doğrudanmı hər şey bitdi?
Ürək bizə üsyan etdi
mən dindim, sən dindin
Dodaq susdu, göz ağladı
Payız qışı soraqladı
Şaxta vurdu, buz bağladı
mən dondum, sən dondun
Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
mən mindim, sən mindin
Bilməm ürək necə dözdü
Canımızı həsrət üzdü

Kölgə çökdü gözümüzə
Kül ələndi üzümüzə
Bənzəmədik özümüzə
mən məndim, sən səndin
Hicran min cür oyun qurdu
Kim əl qatdı, kim buyurdu
Kədər cumdu ordu-ordu
mən yendim, sən yendin
Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
mən mindim, sən mindin
Bilməm ürək necə dözdü
Canımızı həsrət üzdü

Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
mən mindin, sən mindin
Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
mən mindim, sən mindin
Bilməm ürək necə dözdü
Canımızı həsrət üzdü

Другие песни исполнителя:

  • Ürəyimdə ayaz var Nə qış getip, Nə yaz var Oyatma bənöşəni Kol dibində ayaz var Kədərliri baxmayaydı Göz yaşəm axmayaydı Yad baxmağı bir yana Yar yada baxmayaydı Ürəyimdə ayaz var Nə qış getip, Nə yaz var Oyatma bənöşəni Kol dibində ayaz var Bu dünya çetin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payiza çətin qala Qalanən daşı oldum Gözünün yaşı oldum Dünyada gün görmədim Sevəndə naşı oldum Bu dünya çetin qala Yolları çətin qala Yaxşı yarı yazda gəz Payiza çətin qala Yenə də axşam oldu Gün geçti axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum Yanımda qal birazda Gözyaşı var arazda Yar yuxusun danışıb Şəkli qalib arazda Yenə də axşam oldu Gün geçti axşam oldu Gecələr mən alışdım Əriyən şam oldum
  • Bu qatarın adı yoxmuş, sən demə Heç bilmirəm, mənzil başı haradır? Küləkləri geyinmişəm əynimə Saçlarımı səhər yeli daradı Heyrət etdim, dünyanın çox köçünə Hər gün düşdüm min qovağın içinə Sənin yolun sakitliyin içinə Mənim yolum tufanadır, qaradır Bu yaşımda hər dinən saz saz deyil Hər qış qışmı? Hər bahar da yaz deyil Mənə xoşbəxt deyənlər də az deyil Bilən yoxdur, bilən yoxdur Bağrım başı yaradır Bilən yoxdur, bilən yoxdur Bağrım başı yaradır
  • Yaz, gecə mənə yaz Yaz, gecə mənə yaz Sevgi odur, sediyinin günahından keçə bilsin Hər insana nəsib olmur o şərbəti içə bilsin Ürəyimdə bir rahatlıq, bir hüzur var, sən varsan Biganələr başa düşməz, məni tək sən anlayarsan Yaz, gecə mənə yaz, zamanımız az Tez elə bir az, yoxsa söz düşər, ayrılıq tez düşər Yaz, gecə mənə yaz, zamanımız az Tez elə bir az, yoxsa sevginin yolları ayrılar Yaz... Pəncərəmin o üzündə yağış olsa, tufan olsa Bütün aləm dağılsa da, məni üzmə bir an olsa Ürəyimdə bir rahatlıq, bir hüzur var, sən varsan Biganələr başa düşməz, məni tək sən anlayarsan Yaz, gecə mənə yaz, zamanımız az Tez elə bir az, yoxsa söz düşər, ayrılıq tez düşər Yaz, gecə mənə yaz, zamanımız az Tez elə bir az, yoxsa sevginin yolları ayrılar Yaz... Yaz, bu gecə mənə yaz Zamanımız az, yar-yar-yar, yaz Gecə mənə yaz Zamanımız az, yar-yar-yar-yar, yaz Sən yaz, bu gecə mənə yaz, zamanımız az Tez elə bir az, yoxsa söz düşər, ayrılıq tez düşər Yaz, gecə mənə yaz, zamanımız az Tez elə bir az, yoxsa sevginin yolları ayrılar Yaz...
  • Ürəyim buz kimi, isinmir əlim Sən gedən yollarda qalıbdır qəlbim Bu günüm qaranlıq, yaşar dünənim Eylədi ömrümü kədər sevgilim Anladım səninlə mən xoşbəxt idim Sakitcə ömrümdən keçir hər fəsil Sənsiz mən olmuşam dalğasız sahil Bir ömür boyunca sən sev, həm sevil Səni xoşbəxt etmək qismətim deyil Sakitcə ömrümdən keçir hər fəsil Sənsiz mən olmuşam dalğasız sahil Bir ömür boyunca sən sev, həm sevil Səni xoşbəxt etmək qismətim deyil Gözlədim yolunu hər ötən gündə Səhərimdə, ürəyimdə, evimdə Anladım, izlərin qalıb ömrümdə Sənin sevgin hələ vurur nəbzimdə Sevgimiz yaşayacaq qəlbimdə Sakitcə ömrümdən keçir hər fəsil Sənsiz mən olmuşam dalğasız sahil Bir ömür boyunca sən sev, həm sevil Səni xoşbəxt etmək qismətim deyil Sakitcə ömrümdən keçir hər fəsil Sənsiz mən olmuşam dalğasız sahil Bir ömür boyunca sən sev, həm sevil Səni xoşbəxt etmək qismətim deyil